Məhkəmə qərarları › İş №2(102)-502/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-502/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-502/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 Kamal oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-502/22 (Açar sözlər: kreditin tutulması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(103)1202/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 03 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 20.871,18 manat, hesablanmış faizə görə 2.105 manat, əldən çıxmış faydaya görə 20.976 manat olmaqla, cəmi 43.952,18 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan “MAN TGA” yük markalı, ** MR *** döv lət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərracdan satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, nəqliyyat vasitəsinin satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı halda çatışmayan məbləğin cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.M.Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 19.254,08 manat, hesablanmış faizə görə 2.105 manat, cəriməyə görə 500 manat olmaqla, cəmi 21.859,08 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş “MAN TGA” yük markalı, ** MR *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması, nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 40.000 manat müəyyən edilməsi, əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi və borc ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlib və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Hazırda Cavabdeh1 iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilm əmiş kredit borcu yaranıb və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevra l 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 40.000 manat müəyyən edilməsi hissədə dəyişdirilərək, ipoteka predmeti olan “MAN TGA” yük markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyərinin 9.500 manat müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin likvit dəyərini düzgün müəyyən etməməklə maddi hüquq normalarının tələblərini pozub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin likvit dəyərinə aid hissədə dəyişiklik edilməli, qalan mübahisələ ndirilən hissədə qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 310, 317.1, 319.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanmış faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilib, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cav abdehlər Cavabdeh2 və Ələmdar Rüstəmov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəlikl ərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetin in ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsikredit müqaviləsinin müddəti bitdikdən sonra faizlərin tutulması və ipoteka predmetinin likvit dəyərinə aid hissələrdə müba hisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və p rosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 03 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsinin satın alınması üçün 24 ay müddətinə, illik 24 faizlə 24.000 manat kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 03 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “MAN TGA” yük markalı, ** MR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka qoyulub. İpoteka müqaviləsinin 2.4-cü bəndində tərəflərin qarşıl ıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 40.000 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra edib qeyd olunan kredit məbləğini Cavabdeh1 versə də, sonuncu həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Belə ki, iddiaçı tərəfindən verilmiş maliyyə arayışına görə 27 yanvar 2019-cu il tarixə Cavabdeh1 iddiaçıya ödənilməmiş 20.871,18 manat əsas, 2.105 manat faiz, 20.976 manat əldən çıxmış fayda olmaqla, cəmi 43.952,18 manat kredit borcu yaranıb. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə iddiaçıya 28 dekabr 2018ci il tarixdə 300 man at ödəniş edib. Eyni zamanda, Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2019-cu il tarixli ekspert rəyinə görə, hesabdan çıxarış məlumatları, habelə 03 aprel 2013-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq borclu Cavabdeh1 03 aprel 2015-cı il tarixə iddiaçıya olan ümumi borcu 24.838,34 manat təşkil edir, ondan da 19.254,08 manat əsas, 5.584,16 manat faiz borcuna aiddir. Həmçinin Cavabdeh1 tərəfindən 03 aprel 2015-ci ildən sonra əlavə olaraq 1.432 manat ödəniş aparıldığı müəyyən edilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsi nə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi, faiz borcu tələbinə aid hissədə qeyd etmişdir ki, sözügedən ekspert rəyində faiz borcu 5.584,16 manat müəyyən edilsə də, iddia ərizəsində iddiaçı Cavabdeh1 2.105 manat faiz borc u tələb edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alıb Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə, yəni 2.105 manat manat faiz borcunu tutulmaqda düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvit dəyərini tərəflərin qarşılıqlı razılaşmasına əsasən 03 aprel 2013-cü il tarixli ipoteka müqaviləsində göstərilən qiyməti əsas tutub 40.000 manat müəyyən etsə də, "xxxx" MMC 21 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə görə həmin məbləğ ipoteka predmetinin hazırki real bazar dəyərini özündə əks etdirmir. Belə ki, hazırda ipoteka predmeti olan “MAN TGA” yük markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri 11.000 manat, likvid qiyməti isə 9.500 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3 və 39.3.2-ci maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki m übahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti və likvit dəyəri ilə bağlı tərəflər arasında mübahisə olduğu halda, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini tərəflər arasında 03 aprel 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsində göstərilən qiyməti əsas tutub müəyyən etməklə sadalanan maddələrin tələblərini pozub. Ona görə də müstəqil qiymətləndiricinin rəyi əsas tutulmaqla ipoteka predmetinin likvit dəyəri 9.500 manat məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apell yasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(103)-1202/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar