Məhkəmə qərarları › İş №2(102)-5024/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5024/2019

19.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5024/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu, Cavabdeh1 iştirakları ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya ş ikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı-nə qarşı kredit razılaşmasının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Xəlilova, iş 2(004)4651/2018) iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müra ciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Əmirxanova, iş 2(005)265/2018) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35.854,74 ABŞ dolları məbləğində əsas borc, 5008,53 ABŞ dolları məbləğində faiz borcu, 3573 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 44.436,27 (qırx dörd min dörd yüz otuz altı ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumlarının və 21 manat məbləğində xidmət haqları İddiaçı-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhə ri, ünan 1 ünvanında mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan 1 ay müddətinə kimi cavabdeh tərəfindən boşaldılması, mülki iş üzrə keçirilmiş ekspertiza xidmətlərinin dəyəri olaraq 208 manat məbləğində pulun Cavabdeh1 tutularaq “xxxx” MMC-nin AZ64BBTB******************** hesabına mədaxil edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərardadı ilə qeyd olunan qətnaməyə düzəliş edilməklə, qətnamənin nəticə hissəsində üçüncü abzasdan sonra aşağıdakı məzmunlu yeni abzas ə lavə edilmişdir: Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin ilkin satış qiyməti 90000 manat müəyyən edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı 14 may 2018-ci il tarixli qərardad ilə iddiaçtaSayadgv Həmid Kamil oğlunun İddiaçı-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat təzələnmiş eləcə də, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatına 21.11.2018-ci il tarixdə daxil olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı kredit razılaşmal arının ləğv edilməsi barədə iddia ərizəsinə dair mülki iş birlikdə baxılması üçün 2(103) -1563/2019 nömrəsi altında bir icraatda birləşdirilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-1563/2019) apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı Cavabdeh1 cavabdeh «xxxx» QSC-yə qarşı 07.02.2014-cü il tarixli 09R000010336 saylı və 09.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmalarının ləğv edilməsi barədə iddiasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” təl əbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07.02.2014cü il tarixli kredit razılaşması üzrə 9118,56 ABŞ dolları məbləğində əsas, 1320,43 ABŞ dolları məbləğində faiz borcu, 911,85 ABŞ dolları məbləğində dəbbə pulu, 09.01.2015-ci il tarixli kredit razılaşması üzrə isə 26736,18 ABŞ dolları məbləğində əsas, 3688,10 ABŞ dolları məbləğində faiz borcunun, 2673,61 ABŞ dolları məbləğində dəbbə pulu (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə t utmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumlarının və 21 manat məbləğində xidmət haqlarının İddiaçı-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Şahbazov Natiq küçəsində 44 saylı evin 48 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan 1 ay müddətinə kimi Cavabdeh1 tərəfindən boşaldılması, iş üzrə keçirilmiş e kspertiza xidmətlərinin dəyəri olaraq 208 manat məbləğində pulun Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına mədaxil edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu izahatında g östərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsin ə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07.02.2014-cü il tarixli 09R000010336 saylı kredit razılaşmasına görə, cavabdehə 24 ay müddətinə ayiıq faiz dərəcəsi 1.8333 % olmaqla, 24.400 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.08.2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehin həmin müqavilə üzrə 07.02.2014-cü il tarixə borcu 9118.56 ABŞ dolları məbləğində əsas, 1320.43 ABŞ dolları məbləğində faiz və 1856.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12.295,95 AB Ş dolları təşkil edir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasına görə, cavadeh 24 ay müddətinə aylıq faiz dərəcəsi 1.75 % olmaqla, 33.400 ABŞ dolları məbləğində kredit götürmüşdür. 15.08.2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehin həmin müqavilə üzrə 01.08.2017-ci il tarixə borcu 26736.18 ABŞ dolları məbləğində əsas, 3688.10 ABŞ dolları məbləğində faiz və 5499.46 ABŞ dolları məbləğində isə cərimə borcu olmaqla, cəmi 35.873, 74 ABŞ dolları təşkil edir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.06.2008-ci il tarixli 09M000000194 saylı ipoteka müqaviləsinə görə, Bakı şəhəri, ünvan 1 ünvanında mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 11.12.2017-ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri, ün van 1 ünvanında mənzilinin bazar qiyməti 90.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 339.1, 339.2, 385.1, 386.1, 739, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 421.2, 741, 462.1, 472., 472.2, 269.5, 295, 297, 298.1, 317.1, 319.1, 319.6-cı maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun, 33, 34.1, 39.3.3, 59.3, 59.3.1, 59.4-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsaslarından biri kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Cavabdeh1 kassasiya şikayətində həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasın a və sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğu nluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nət icələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar