Məhkəmə qərarları › İş №2(102)-5024/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5024/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5024/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil1 və Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 2(029)-170/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddia qismən təmin edilmiş, cavabdehlərin iddiaçı ilə bağladığı xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə, xx xxxxxx 2015-ci il tarixli kredit razılaşmasına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit razılaşması üzrə 27132 ABŞ dolları əsas borc, 11990 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 40123 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməklə açıq hərracda satılması, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilməklə həmin fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(105)-717/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.Abbasov, G.F.Tağızadə, L.M.Məmmədova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı QSC və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermədiyindən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Cavabdeh1 münasibətdə məhkəmə baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-in 263-264, 402-409, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş Cavabdeh1 münasibətdə məhkəmə baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar