Məhkəmə qərarları › İş №2(102)-5025/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5025/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5025/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi İddiaçı İKB-nin vəkili Rnun, Cavabdeh2, vəkili Pnun və Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli, 2(103)2461/2019 nömrəli qətnaməsindən İddiaçı İKB ASC və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsini n (hakim M.Bağırova) 14.11.2018-ci il tarixli, 2(009)-3069/2018 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin olunaraq, İddiaçı İKB ASC ilə cavabdehlər arasında bağlamış 08.10.2014-cü il tarixli, 22M-1-0-1314-14 saylı kredit müqaviləsi, həmin müqaviləyə dair 08.07.2015-ci il tarixli və 12.11.2015-ci il tarixli əlavələr, 08.10.2014-cü il tarixli, 22-M-1-0-1314-14 saylı zaminlik müqaviləsinə əlavənin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 14219.9 ABŞ dolları əsas, 5646.28 ABŞ dolları faiz, 1434.36 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan m anatı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməməsiqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 18.02.2019-cu il tarixli, 2(103)-2461/2019 nömrəli qətnaməsi İddiaçı İKB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı İKB ASC və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 04.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 08.10.20914-cü il tarixli kredit müqaviləsi üzrə 14219.9 ABŞ dolları əsas, 5646.28 ABŞ dolları faiz, 1434.36 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 21300.4 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı İKB ASC arasında bağlanmış 08.10.2014-cü il tarixli, bank hesab, kredit və zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İKB ASC-nin vəkili R kassasiya şikayətini onunla əsaslandırmışdır ki, idida tələbi Cavabd eh3 aid hissədə təmin edilməyərkən apellyasiya kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə istinad etsə də, kredit müqaviləsinin şərtinin faiz və müddət hissəsində dəyişdirilməsinin zaminin hansı formada məsuliyyətinin artmasına səbəb olmasını göstərməmiş, ümumiyyətlə zaminin məsuliyyətinin artmasının nədə ifadə olunmasını əsaslandırmamışdır. Müqavilə şərtlərinin dəyişdirilməsi mütləq olaraq zaminin məsuliyyətini ağırlaşdıran hal sayıla bilməz. Əksinə, hazırki halda kredit müqaviləsinin müddətinin artırılması kredit öhdəliyinin daha əlverişli şəraitdə və vaxtında icra edilməsinə gətirib çıxarır ki, bu da ilkin müqaviləyə münasibətdə zamin şəxsin əlavə öhdəlikdən azad olunmasını şərtləndirir. Məhkəmə kollegiyasının qeyd etdiyi hal yalnız ehtimala əsaslanır və hər hansı sübutla təsdiq olunmur. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli, 2(103)-2461/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi yanlış və əsassız sübutlar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 faiz və cərimə borcu ilə razılaşmamış, məhkəmə isə bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Cavabdehin hüquqi savadı olmadığı üçün ekspertiza təyin edilməmisini xahiş etm əmişdir. Hazırda cavabdeh qət edilmiş borcu ödəmək iqtidartında deyildir. Faiz və cərimə borcu aşağı salınarsa cavabdeh digər cavabdeh olan oğlu Mirzə ilə borcu hissə-hissə ödəyə bilər. Göstərdiklərinə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli, 2(103)-2461/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB ASC-nin vəkili R kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili P kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, cavabdeh X1 ilə İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti arasında 08.10.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Nəticədə cavabdehin banka 14219,9 ABŞ dolları əsas, 5646,28 ABŞ dolları faiz, 1434,36 ABŞ dolları cərimə borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin M əcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun ris k dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəll ənin 467-ci maddəsinin tələblərinə görə, məh-kəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaq la, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Eyni zamanda, Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyə t daşımalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 ilə kredit müqaviləsi 08.10.2014-cü il tarixdə 24 ay müddətinə (08.10.2016-cı il tarixədək) illik 22% olmaqla 19000 ABŞ dolları məbləğinə bağlanmışdır. Həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 öz öhdələrinə Cavabdeh1 tərəfindən kredit müqaviləsinin göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşdür. Zamin Cavabdeh2 ilə 12.11.2015-ci il tarixdə kredit və zaminlik müqaviləsinə əlavə imza edərək Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əlavədə göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşdür. Lakin zamin Cavabdeh3 zaminlik müqaviləsinin müddətinin yeni şərtlərlə uzadılmasına dair yazılı razılığı iddia tələbinə əlavə olunmamışdır eləcə də iddiaçı tərəfindən də belə bir razılaşmanın olması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlaverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Göründüyü kimi Cavabdeh3 zaminlik müqaviləsinin qüvvəsinə xitam verilmişdir və bununla əlaqədar olaraq ona qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməz. Kassasiya kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya kollegiyası tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinə düzgün istinad edildiyini, maddi hüquq normasının düzgün tətbiq edilmədiyini göstərsə də, iş materiallarından və apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin məzmunundan görünür ki, maddi hüquq norması düzgün formada tətbiq edilmiş və tətbiq edilməsinin səbəbi göstərilmişdir. Odur ki, iddiaçının kassasiya şikayətinin dəlili əsassızdır. Cavabdeh kassasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, borc məbləğinin ödənilməsi iqtidarında olunub-olunmaması qəbul edilmiş qətnamənin ləğvi üçün əsası deyildir. Faiz və cərimə borcu məbləği ilə bağlı hissədə isə apellyasiya kollegiyası tərəfindən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, cavabdehin kasasiya şikayətinin də dəlilləri əsassız hesab edilməlidir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Re spublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli, 2(103)-2461/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar