Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5028/2020 02.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh XXX XXX XXX oğluna qarşı iş üzrə (Açar sözlər: pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-693/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) XXX XXX XXX oğluna (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14300 ABŞ dollarının alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə “XXX” Bankın Gənclik filialının məsul işçisi kimi özünü ona təqdim edən cavabdeh, daha əvvəl həmin bankdan götürdüyü ipoteka kreditinin faizinin 4 faizə endirilməsi və məbləğin artırılmasının mümkün olduğunu bildirərək, bunun müqabilində ondan ilkin ödənişin banka ödənməsi üçün 15000 manat pul istəmişdir. xx.xx.2015-ci il tarixdə həmin filialın girişində o zamankı məzənnəyə uyğun olaraq 14300 ABŞ dolları məbləğində pulu qeyd olunan 15000 manat məbləğində pulun d ollar ekvivalenti kimi vətəndaş X2 iştirakı ilə cavabdehə vermiş və o, 15-20 gün ərzində bütün bu bank əməliyyatları prosesinin bitəcəyini bildirmişdir. Müddət bitdikdən sonra cavabdeh ondan qaçmağa başlamışdır. O, araşdırma apardıqdan sonra bilmişdir ki, cavabdeh bankda qeyri-rəsmi işləyirmiş və işdən qovulmuşdur. Verdiyi pulun geri qaytarılması barədə dəfələrlə cavabdeh və onun valideyni ilə apardığı söhbətlər də nəticəsiz qalmışdır. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(028)458/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx xxxxxxx 2015-ci il tarixli yazılı iltizama görə, o, Nərimanov rayonu nda yerləşən “XXXbank”ın Gənclik filialının yanında xx xxxxxxx 2015-ci il tarixdə ipoteka kreditinin azaldılması, məbləğin artırılması məqsədilə ilkin ödənişin banka ödənilməsi üçün iddiaçıdan 14300 ABŞ dolları (15.000 manat) məbləğində pulu vətəndaş X2 iştirakı ilə almış və xx xxxxxx 2015-ci il tarixinədək işin başa çatdıracağına söz vermişdir. Birinci instansiya məhkəməsi həmin iltizamı sübut kimi qəbul edib işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739-cu maddələrini tətbiq edərək iddianın əsaslı olması qənaətinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-693/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Qul iyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri olmuş, iddiaçı cavabdehə borc pul vermiş, həmin borc məbləği qaytarılmadığından tərəflər arasında hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehdən 14300 ABŞ dollarının tutulmasını xahiş etmiş, tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş və üzərində diyircəkli qələmlə tərtib edilmiş 14300 ABŞ dolları yazısı və imza əks olunmuş əlyazmaya istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında borc mü nasibətləri olmuş və bu münasibətlər şifahi razılaşmaya əsaslanmış, yazılı müqavilə bağlanmamışdır. Lakin yazılı qəbz mövcuddur. Cavabdeh verdiyi apelyasiya şikayətində xx xxxxxxx 2015-ci il tarixli yazılı iltizamda olan imzanın ona məxsusluğunu mübahisələndirmiş və iltiXXX onun tərəfindən yazılaraq imzalanmadığını göstərmişdir. İş üzrə məhkəmə xətşünaslıq ekspertizaları təyin edilmişdir. Həmin ekspertizaların xx xxxxxx 2020-ci il tarixli, 2428 saylı və xx xxxx 2020-ci il tarixli, 4/116 saylı ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, XXX XXX XXX oğlunun adından olan xx.xx.2015-ci il tarixli “İltizam”ın aşağı hissəsində “XXX S” yazılarının qarşısında olan imza – XXX XXX XXX oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası həmin rəyləri də sübut kimi qəbul edib işin həqiqi halların a və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi qanunsuz vəəsassız hesab edilməklə göstərilir ki, məhkəmə qətnamə qəbul edərkən tutulmalı olan məbləği dollarla deyil, cavabdehin borc götürdüyü tarixə olan məzənnə ilə manat şəklində (1.05 manat hesablanılsa 15015 manat) qeyd etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü m addəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məh kəməsinin aktının ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qə naətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX XXX XXX oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-693/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5028/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5028/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver