Məhkəmə qərarları › İş №2(102)-5028/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5028/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5028/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, apellyasiya baxışının hədləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı İKB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06.12.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı Əsas kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə, 50.000 (əlli min) manat məbləğində və yaxud kredit verilə biləcək gün bu məbləğin ABŞ dolları və ya avro ekvivalentində kredit limiti açılmışdır. 2. 10.12.2013-cü il tarixli, 5-M-2-0-1864-13 saylı kredit müqaviləsinə əsasən razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 22 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 44.625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Cavabdeh2 10.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351.2 kv.m. fərdi yaşayış evini 0.68 ha torpaq sahəsi ilə b irlikdə ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka predmeti 85.000 manat məbləğində qiymətləndirilmişdir.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

5. Bank 19.09.2017-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İKB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10 dekabr 2013cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 1555,59 (bir min beş yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 (otuz yeddi min yeddi yüz yetmiş bir dollar on səkkiz sent) ABŞ dolları məbləğində borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki x yardımçı sahədən ibarət fərdi yaşayı ş evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun x yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus x yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 x yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.68 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 h əmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşladılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2017-ci ilin iyunun 01-dək Cavabdeh1 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 27036,27 ABŞ dolları əsas, 9179,32 ABŞ dolları faiz, 1555,59 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 37771,18 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

8. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddianı qismən - əsas və faiz borcunun ödənilməsi hissəsində - qəbul edi r. Manatın devalvasiyasından sonra yaranmış maliyyə çətinlikləri səbəbindən borcunu ödəyə bilməmişdir, buna baxmayaraq hər ay hissə-hissə də olsa kredit borcunu ödəməyə çalışacaq, bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddianı qismən - əsas və faiz borcunun ödənilməsi hissəsində qəbul edir. Cavabdeh1 kredit borcunun ödənilməsində heç vaxt gecikmə olmamış, yalnız son vaxtlar manatın devalvasiyasından sonra Cavabdeh1 kredit borcunun hazırki məzənnəyə uyğun olaraq ödəyə bilməmişdir. İddiaçının tutma yönəldilməsini tələb etdiyi fərdi yaşayış evi onların yeganə yaşayış yeridir və onların həmin evdən çıxarılmaları mənzil hüquqlarından məhrum olmaları ilə nəticələnəcəkdir. Bu səbəblə də işin hallarını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

10. Qəbələ Rayon Məhkəməsinin (hakim F.Abbasov) 19 dekabr 2017-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27036,27 (iyirmi yeddi min otuz altı dollar iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 9179,32 (doqquz min yüz yetmiş doqquz dollar otuz iki sent) ABŞ dolları faiz borcu və 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36315,59 (otuz altı min üç yüz on beş dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məblə ğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən, 4 otaqlı, 351,2 kv.m ümumi, 85,5 kv.m yaşayış, 267,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilməsi, tutmanın bu qiymətlə həmin fərdi yaşayış evinə və 0.68 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satış ından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə bank arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 12. "xxxx" MMC-nin 25.06.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 4 otaqlı, 351.2 kv.m. ümumi, 85.5 kv.m. yaşayış, 267.7 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 190.000 manat təşkil edir.

13. Şəki Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 05 mart 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, x saylı qətnaməsi dəyişdirilməsi, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19.297.98 (on doqquz min iki yüz doxsan yeddi ABŞ dolları, doxsan səkkiz sent) əsas borc, 2423.14 (iki min dörd yüz iyirmi üç ABŞ dolları, on dörd sent) faiz borcu olmaqla, cəmi 21.721.12 (iyirmi bir min yeddi yüz iyirmi bir dollar, on iki sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun tutulm ası, ipoteka predmeti olan x yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190.000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş 28 oktyabr 2019-cu il tarixli və 12 fevral 2020-ci il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 245 (100+145) manatın İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1 hesabına ödənilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin qiymətinə aid hissədə mövqeyini belə əsaslandırmışdır ki, 25 iyun 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan x yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 190.000 (bir yüz doxsan min) manat təşkil edir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xələfov) x nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan x yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.68 ha torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin 190.000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin real bazar qiymətinin 190000 (bir yüz doxsan min) manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla, maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 17. "xxxx" MMC-nin 18.03.2021-ci il tarixli qiymətləndirmə hesabatı i lə müəyyən edilmişdir ki, Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 351.2 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0,68 ha torpaq sahəsi ilə birlikdə hazırkı dövrə olan likvid qiyməti 220.000 manat təşkil edir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) 23 aprel 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, x saylı qətnaməsinin qismən-yəni Cavabdeh2 mülkiyyətindəki x yardımçı sahədən ibarət fərdi yaşayış evi (0.68 ha torpaq sahəsi ilə birlikdə) 85000 (səksən beş min) manat məbləğində qiymətləndirilmiş hissəsində dəyişdirilməsi, həmin əmlakın likvid qiym ətinin 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş 27 noyabr 2020-ci il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ipotekaya qoyulmuş əmlakın likvid qiyməti məhkəmə kollegiyası tərəfindən alınmış rəy əsasında 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 20. "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə üçüncü dəfə qiymətləndirmə təyin edilmiş, məhz sonuncu rəy apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərə, əsas da iddiaçıya göndərilməmiş nəticədə bankın belə bir rəydən xəbəri olmamışdır. Sadəcə məhkəmə tərəfləri məhkəməyə dəvət etmiş, nümayəndəmiz məhkəmə iclasında iştirak etmiş, nümayəndə iclasda bankın rəydən məlumatı olmadığını və rəyin elan edilməsini xahiş etmiş, yalnız bundan sonra məhkəmə rəyi elan etmişdir. Həmin vaxt nümayəndəyə məlum olmuşdur ki, qiymətləndirici ipoteka predmetinin likvid dəyərini 220.000 manat müəyyən etmişdir. Bundan sonra nümayəndə rəyin surətinin ona verilməsini, rəyə dair müdafiəsini hazırlamaq üçün məhkəmə iclasının təxirə salınmasını x ahiş etmişdir. Bunu da onunla əsaslandırmışdır ki, bundan əvvəlki məhkəmələrdə də işə baxılan zaman qiymətləndirmə təyin edilmiş, birinci instansiya məhkəməsində ipoteka predmetinin bazar qiyməti 85.000 manat, bundan əvvəlki apellyasiya instansiya məhkəməsində isə bazar qiyməti 190.000 manat göstərilmişdir. Hazırda isə həmin fərdi yaşayış evinin likvid dəyərinin 220.000 manat olduğu göstərilmişdir. Məlumdur ki, bazar dəyəri likvid dəyərdən yuxarı olur, burada isə əksinə, likvid dəyər bazar dəyərini üstələmişdir. Apellyasiya instansiya məhkəməsi ən azından bu kimi ziddiyyətlərin aradan qaldırılması üçün iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, fərdi yaşayış evinin likvid dəyərinin bazar dəyərindən çox olmasına heç bir hüquqi qiymət vermədən qətnamə çıxarmışdır. Qiymətləndirmə rəyinin banka göndərilməməsi iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçının nümayəndəsi sonradan iş materialları ilə tanış olmuş, müəyyən etmişdir ki, qiymətləndirmə rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmə iş üzrə icraatı təzələmiş və işdə yalnız həmin qərardadın tərəflərə göndərilməsini təsdiq edən müşayətedici məktub olmuşdur. Bu bir daha onu göstərir ki, tərəflərin rəydən xəbərləri olmamış, nəticədə rəylə bağlı iddiaçı öz müdafiəsini qura bilməmişdir. Aydın məsələdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin sat ış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Hazırkı işdə apellyasiya instansiya məhkəməsi evin likvid dəyərinin 220.000 manat götürməklə nəzərə almamışdır ki, bundan əvvəlki məhkəmələrdə iki dəfə qiymətləndirmə aparılmış, həmin qiymətləndirmə rəylərinə görə evin bazar dəyəri 85.000 manat, sonrakı rəydə isə 190.000 manat göstərilmişdir. Yuxarıda da qeyd olunduğu kimi likvid dəyərin mənası izah edilmiş, belə b ir məna hasil olmuşdur ki, likvid dəyər bazar dəyərdən aşağı olmalıdır ki, əmlakın açıq bazar şəraitində daha asan və tez satılması mümkün olsun. Əgər əvvəlki apellyasiya instansiya məhkəməsində bazar qiyməti 190.000 manat müəyyən olmuşdursa və bank bundan narazı qalaraq qətnamədən kassasiya şikayəti vermişdirsə, onda belə çıxır ki, bank burada öz əleyhinə addım atmışdır, hansı ki, cavabdeh tərəf qeyd olunan qətnamədən narazı qalmamış və şikayət verməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün vasitələrdən lazımi şəkildə istifadə edilməmiş, ipoteka predmetinin likvid dəyərinin həqiqətdə nə qədər olması (əvvəlki iki rəylə sonuncu rəy arasında kəskin fərqin nədən qaynaqlandığı müəyyən edilməsi üçün təkr ar qiymətləndirmə keçirilməlidir) müəyyən edilməmiş, bununla bağlı müvafiq lazımi prosessual tədbirlər görülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:

24. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilmə si üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

25. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri ba rədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

30. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 102.1. Ekspertin rəyi kifayət qədə r aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

32. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

33. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 103.2. Ekspertin r əyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

36. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönə ldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadı:

40. Bənd 1 (nəticə hissəsi). Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələ ndirilən hissədə yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. İş üzrə ikinci apellyasiya baxışında ar aşdırma predmetini ipoteka ilə yüklü edilmiş əşyanın likvid dəyərinin müəyyən olunması təşkil etmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə həmin hissədə ləğv edilərək yeni baxışa göndərilmiş, apellyasiya kollegiyası da bu məsələyə baxıldığını qeyd etmişdir.

44. Məhkəmə yeni qiymətləndirmə keçirmiş və "xxxx" MMC-nin 18.03.2021-ci il tarixli hesabatı ilə Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən evin torpaq sahəsi ilə birlikdə likvid qiymətinin 220.000 manat təşkil etdiyi müəyyən olunmuşdur.

45. Apellyasiya məhkəməsi həmin rəyə əsaslanaraq, ipoteka predmetinin ikvid qiymətinin 220.000 manat müəyyən edilməsi haqqında qərar çıxararkən nəzərə almamışdır ki, əşyanın 190.000 manatdan yuxarı olan qiyməti onun baxış predmeti deyil.

46. Belə ki, birinci apellyasiya baxı şında məbləğ 190.000 manat müəyyən edilərkən cavabdeh qətnaməni mübahisələndirməmişdi. İddiaçı məbləğin yüksək olduğunu bildirməklə kassasiya şikayəti vermişdi. Başqa sözlə, həmin qiymətdən artıq olan məbləğ araşdırma predmeti olmamışdır. Qətnamə də ilkin satış qiymətinə aid hissədə məhz iddiaçının kassasiya şikayəti əsasında ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdi.

47. Bu hallar ona dəlalət edir ki, artıq ikinci apellyasiya baxışında işə iddiaçının dəlilləri və şikayəti əsasında baxıldığından, qiymətin 190.000 manatdan az olma imkanları yoxlanılmalı və həll edilməli idi. Çünki, həmin məbləğdən artıq qiymət, ikinci apellyasiya baxışının hədlərindən kənarda olmaqla mübahisələndirilən hissə deyildi. Halbuki, apellyasiya qaydasında məhkəmə aktları mübahisələndirilən hissədə yoxl anılmalıdır (§ 40).

48. Əks yanaşma iddiaçının öz mənafeyi üçün verdiyi və təmin olunan kassasiya şikayəti üzrə yenilənmiş baxışda onun zərərinə bir vəziyyətin yaranmasına gətirib çıxarardı. Belə bir nəticə isə şikayətin prosessual məqsədi və funksiyası ilə uzlaşmır.

49. Göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya baxışının hədlərini aşmaqla baxmış və mübahisələndirilməyən hissədə qətnamə çıxarmışdır. Bu hal isə MPM-nin 372.6-cı maddəsinin pozulmasına dəlalət edir (§ 38).

50. Kollegiya onu da nəzərə alır ki, ipoteka predmetinin bazar dəyərinə dair iş materiallarındakı məlumatlar (85.000, 190.000 manat məbləğləri) nəzərə alındıqda, likvid qiymətin bundan artıq olmaqla, 220.000 manat təşkil etməsinə dair "xxxx" MMC-nin hesabatının h ansı meyarlara görə mötəbər sübut kimi qəbul edilməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

51. Belə bir əsaslandırma nəinki aparılmamış, hətta bu xüsusat üzrə tərəfin qaldırdığı vəsatət də təmin edilməmişdir. Belə ki, apellyasiya məhkəməsinin 23.04.2021-ci il tarixli iclasında ipoteka predmetinin likvid qiymətinin 220.000 manat təşkil etməsi barədə "xxxx" MMC-nin hesabatı elan edildikdən sonra iddiaçının nümayəndəsi, likvid qiymətin eyni predmetin iş üzrə daha əvvəl müəyyən edilmiş bazar dəyərindən az olmalı olduğunu bildirmiş, bu səbəbdən şifahi vəsatət verərək rəylə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası isə rəyin elan edilməsini əsas gətirərək vəsatəti rədd etmişdir.

52. Halbuki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur (§ 34).

53. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (§ 30).

54. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər (§ 31-33, 36).

55. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır (§ 35).

56. Baxılan işdə isə apellyasiya məhkəməsi, iddiaçıya ekspertiza rəyi ilə tanış olmağa, rəyə dair dəlillərini hazırlamağa və bildirməyə lazımi şərait yaratmamış, bu xüsusat üzrə şübhələri aradan qaldırmaq naminə prosessual qanunvericiliyin ona verdiyi imkanlarından (ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək və s.) istifadə etmədən yalnız rəyi əsas götürməklə yekun qənaətə gəlmişdir. Halbuki, məhkəmə rəylə razı olmayan tərəfin dəlillərini yoxlamalı, onlarla niyə razılaşmadığını əsaslandırmalı id i.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

58. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına da əməl etməmişdir (§ 26, 37). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

59. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla, baxılan hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar