Məhkəmə qərarları › İş №2(102)-503/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-503/2020

23.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-503/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11219/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-4594/2019 saylı iş üzrə xx xxxx 2019- cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 9186 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun qaytarılması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6740 ABŞ dolları ödənildiyi vaxt Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9186 ABŞ dolları və 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı olan atası həmin vəsaiti ona evlənmək üçün vermiş olsa da, o, həmin pulu bacısının təhsilinə xərclənməsini daha vacib hesab etmişdir. Pulu hesabdan çıxararkən isə iddiaçının ona verdiyi etibarnaməni ləğv etməsi barədə məlumatı olmamış, bu haqda nə ona, nə də ki, banka iddiaçı və notariat kontoru tərəfindən məlumat verilməmişdir. İddiaçı iddia ərizəsində və məhkəmələrdə verdiyi izahatlarında həqiqətən də mübahisə etdiyi “Kapitalbank”dakı hesabında olmuş 6740 ABŞ dollar vəsaiti ona evlənmək üçün bağışladığını bildirmiş, bu məqsədlə də xx.xx.2017-ci il tarixdə etibarnamə verdiyini təsdiq etmişdir. Belə olduğu halda apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi əsaslı və qanuni hesab edilə bilməz. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xa hiş etdi. İddiaçı və onun vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cavabdeh iddia tələbinin təmin edilməsi hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən ona münasibətdə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019 -cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,xx.xx.2017-ci il tarixli etibarnamə ilə İddiaçı onu “xxxx” ASC-də və digər dövlət və kommersiya banklarında təmsil etməyi, adına hesab açmağı, bağlamağı, mövcud hesablar üzərində sərəncam verməyi,... adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Həmin etibarnaməyə İddiaçı Bakı şəhəri, 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən xitam verilmişdir. xx.xx.2017-ci il tarixli kassa məxaric orderi ilə “xxxx” ASC-nin Səbail filialından 6740 ABŞ dolları məbləğində pul Cavabdeh təhvil verilmişdir. “xxxx” ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubunda İddiaçı “xxxx” ASC-nin Səbail filialında rəsmiləşdirdiyi xx.xx.2013-cü il tarixli depozit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli depozit müqaviləsinə əsasən 2000 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 200 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixli depozit müqaviləsinə əsasən isə 1000 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş, xx.xx.2017-ci il tarixində etibarnamə əsasında Cavabdeh sözügedən depozit müqavilələri üzrə hesablanmış faiz məbləği ilə birgə cəmi 100 manat və 6740 ABŞ dolları məxaric etdiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışd ır ki, İddiaçı “xxxx” ASC-yə depozit müqaviləsi əsasında ümumilikdə 5500 ABŞ dolları və 1000 manat məbləğində əmanət yerləşdirmiş, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə hədiyyə olaraq bağışlanmış, bağışlanmış əşyanın cavabdeh tərəfindən əldə olunması vasitəsi kimi cavabdehin iştirakı ilə etibarnamə verilmiş, xx.xx.2017-ci il tarixində etibarnamə əsasında Cavabdeh sözügedən depozit müqavilələri üzrə hesablanmış faiz məbləği ilə birgə cəmi 100 manat və 6740 ABŞ dolları məxaric etmiş, iddiaçının ərizəsi əsasında Cavabdeh verilmiş etibarnaməyə xitam verilmişdir. İddiaçı tərəfindən hədiyyə olaraq bağışlanılmış əmlak cavabdeh tərəfindən qəbul olunduğundan və həmin əmlak etibarnamə əsasında əldə edildiyindən iddiaçı bağışlanmış əşyaya dair hüququnu itirmiş, bağışlanmış əşyaya cavabdehin hüq uqu isə, notariat kontorunda həmin əşyanın cavabdehə verilməsi barədə etibarnamənin rəsmiləşdirildiyi xx.xx.2017-ci il tarixdən yaranmışdır. Bununla belə iddiaçının, etibarnamənin ləğv edilməsi barədə cavabdehi vaxtında xəbərdar etməsi, həmçinin bağışlamaq barədə iddiaçı tərəfindən verilmiş vəddən imtina haqqında bildirişin hədiyyəni qəbul edən cavabdehə çatması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Həmin ifadələrdə etibarnamənin ləğv edilməsi haqqında məlumatın verilməsi barədə iddiaçının etirafı təsdiq olunsa da, belə məzmunda xəbərdarlığın konkret olaraq Cavabdeh ünvanlaması və dəqiq hansı tarixdə edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, şahid idafələri iddia tələbinin təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Bununla belə, iddiaçının hədiyyəni bağışlamaq dan imtina etməsi, həmçinin bağışlanmış əşyanın cavabdeh tərəfindən əldə edilməsini istisana edən hallar müəyyən olunmadı. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının adına depozit hesaba qoyulmuş həmin məbləğin iddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli etibarnamə əsasında hədiyyə olaraq bağışlandığı qənaətinə gəlsə də, həmin etibarnamədə bağışlama barədə hansısa müddəa əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qeyd olunan məbləğin həqiqətən iddiaçı tərəfindən ona bağışlandığını bəyan edirsə, bu halı sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara dai r məhkəməyə mötəbər sübut təqdim etməmiş, qeyd etdiyi halı sübuta yetirə bilməmişdir. Ona görə də, nəinki xx.xx.2017-ci il tarixdən, ümumiyyətlə cavabdehin həmin pul vəsaitinə hansısa hüququ yarana bilməzdi. Bununla yanaşı, işdən görünür ki, iddiaçı tərəfindən onu təmsil etmək üçün cavabdehə verilmiş həmin etibarnaməyə də iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən xitam verilmişdir. Lakin cavabdeh ləğv edilmiş etibarnamə əsasında 6740 ABŞ dollarını bankdan məxaric etmiş və iddiaçının hesabına pul əldə edərək hüquqi əsas olmadan əsassız varlanmışdır. Göründüyü kimi cavabdehin bu cür varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Ona görə də, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə ə sasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək 6740 ABŞ dolları ödənildiyi vaxt Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılıarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə tam, hərtərəfli və obyekitv baxılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11219/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar