Məhkəmə qərarları › İş №2(102)-503/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-503/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-503/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “reqress qaydasında pulun tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu və reqress qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Mirzəzadə Murad Müslüm oğl unun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2019 nömrəli iş üzrə 11 dekabr 2019-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 avtomobilin alınması məqsədi ilə 30 ay müddətinə illik 16% dərəcəsi ilə faiz ödəmək şərti ilə olmaqla 103.500 ABŞ dolları məbləğində kredit vermişdir. "İddiaçı1" ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2014-cü il tarixli, 728/f-14 nömrəli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən 28.11.2014-cü il tarixli, 72 8/f14 nömrəli krediti müqaviləsindən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədi ilə borcalan Cavabdeh1 “Mercedes Benz S500” markalı, (qara metal rəngli, ban ***, buraxılış ili 2013-cü il) avtomobili İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. “xxxx” ASC ilə X2 arasında bağlanmış 21 yanvar 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinin surətinə əsasən X2 avtomobillərin alınması üçün bank tərəfindən verilmiş kreditlərin qaytarılmasında bilavasitə köməklik göstərməyi və gələcəkdə alıcının bank qarşısında öhdəliklərini icra etməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür; “xxxx” ASC X2 və Cavabdeh1 arasında bağlanmış 28.11.2014-cüil tarixli zaminlik müqaviləsinə əsasən X2 borcalan Cavabdeh1 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərlərin (kredit müqaviləsinə əsasən faizlər, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi da daxil olmaqla, (Bank) qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıma öhdəsinə götürmüşdür. Bankın maliyyə arayışına əsasən Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 16.10.2017-ci il tarixə 67.020,81 ABŞ dolları məbləğində əsas, 8.733,24 ABŞ dolları məbləğində faiz, 15.175,48 ABŞ dolları məbləğində cərimə, cəmi 90.930,53 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bankın arayışına əsasən həmin kreditin 11.629 ABŞ dolları hissəsi zamin X2 tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2014-cü il tarixli, 728/f-14 saylı k redit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı1 ASC-yə olan 67.020,81 ABŞ dolları əsas, 8.733,24 ABŞ dolları faiz, 15.175,48 ABŞ dolları cərimə faizinin, cəmi 90.930,53 ABŞ dolları borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan (“Mercedes Benz S500”, ban ***, rəngiqara metal, buraxılış ili 2013-cü il), **-SP-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına İddiaçı1 ASCyə ödənilməsi, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2014-cü il tarixli, 728/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əvəzindən ödədiyi 11.629 ABŞ dolları pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona müraciət edərək, “Mercedes Benz S500” markalı, qara metalik rəngli, Ban ***, buraxılış ili 2013-cü il olan avtomobili kreditlə almaq istədiyini bildirmişdir. Bunun üçün tələb edilmiş sənədlər "İddiaçı1" ASC-yə təqdim edilmişdir. "İddiaçı1" Açıq Səhmdar Cəmiyyətinin "Binəqədi" fılialı ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2014-cü il tarixli, 728/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% faiz olmaqla 30 ay müddətinə 103.500 AB Ş dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın "Binəqədi" fılialı ilə Cavabdeh1 arasında 28.11.2014-cü il tarixli, 728/f-14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh1 özünə məxsus olan “Mercedes Benz S500” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobilini ipoteka ilə yüklü etmişdir. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA seriyalı, 127783 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla onun arasında olan 21 yanvar 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən o, cavabdehin əvəzindən 11.629 ABŞ dolları məbləğində pulu "İddiaçı1" ASC-yə ödəmişdir. Bununla bağlı olaraq "İddiaçı1" ASC-yə müraciət etmiş və Bankın "Binəqədi" fılialı tərəfındən 06 noyabr 2017-ci il tarixli arayış ona təqdim edilmişdir. Ödənişlərini təsdiq edən kassa məxaric orderlərindən görünür ki, 04 mart 2015-ci il tarixində 893 ABŞ dolları, 07 aprel 2015-ci il tarixində 2.314 ABŞ dolları, 08 may 2015-ci il tarixində 409 ABŞ dolları, 05 iyun 2015-ci il tarixində 709 ABŞ dolları, 03 iyul 2015-ci il tarixində 405 ABŞ dolları, 08 oktyabr 2015-ci il tarixində 438 ABŞ dolları, 17 noyabr 2015-ci il tarixində 3.200 ABŞ dolları, 11 dekabr 2015-ci il tarixində 3.261 ABŞ dolları pul 28.11.2014-cü il tarixli, 728/f-14 saylı kredit müqaviləsi üzrə bank hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2019cu il tarixli, 25316 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən Cavabdeh1 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.11.2017-ci il tarixə 67.020,81 ABŞ dolları məbləğində əsas, 8.812,21 ABŞ dolları məbləğində faiz borcu, 16.07.2018-ci il tarixə banka 67.020,81 ABŞ dolları məbləğində əsas və 9.343,45 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdiyev) 2(001)-***/2019 saylı, 14 iyun 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı “xxxx” ASC-nin iddiası qismən təmin edilmiş, 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 67.020,81 ABŞ dolları əsas, 3.956,84 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, cəmi 71.977,65 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus olan “Mercedes Benz S500” minik markalı, 90-SP690 dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, üçüncü şəxs X1 iddiası isə təmin edilmişdir. Məhkə mə müəyyən etmişdir ki, Cavabdeh1 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, yəni 8.733,24 ABŞ dolları məbl əğində faiz borcunu kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini 16.10.2017ci il tarixinədək (bu tarix iddia ərizəsinin birinci səhifəsində göstərilmişdir) hesablamaqla tələb edir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddəti bitdikdən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 faiz borcu 28.11.2014-cü il tarixli kredit müqaviləsində göstərilən faiz dərəcəsi ilə 28.05.2017-ci il tarixədək hesablanmaqla tutula bilər. İddiaçı bu barədə maliyyə arayışı təqdim etməklə həmin tarixə 13.232,82 ABŞ dolları məbləğində faiz borcunun yarandığını bildirir. Halbuki, bundan sonrakı, yəni 16.10.2017-ci il tarixinə 8.733,24 ABŞ dolları məbləğində faiz borcunun yarandığı göstərilmişdi r. Məhkəmə eksperti tərəfindən də bu tarixdən də sonrakı, yəni 10.11.2017-ci il tarixə 8.812,21 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Bu səbəbdən məhkəmə iddiaçının kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 28.05.2017-ci il tarixinə 13.232,82 ABŞ dolları məbləğində faiz borcunun yaranması barədə fikirlərini əsassız hesab etmişdir. Bununla belə, məhkəmə həmin müqavilə üzrə ödənişlərin 21.06.2016-cı il tarixədək (məhkəmə eksperti tərəfindən göstərilən məbləğ) aparıldığını (yəni əsas borc məbləği dəyişməmiş və hər hansı məbləğdə ödəniş aparılmamışdır), əsas borcun 67.020,81 ABŞ dolları, illik faiz dərəcəsinin isə 16 faiz olmasını nəzərə alıb, hesab etmişdir ki, kredit müqaviləsi üzrə kredit müddətinin sonuna, yəni 28.05.2017-ci il tarixə yaranmış faiz borcunu sadə qay dada riyazi hesablama aparmaqla (28.05.2017-ci il tarixdən ekspert rəyində hesablama aparılmış 10.11.2017-ci il tarixədək, yəni 5 ay 13 günlük dövr üçün faiz borcunu hesablamaqla və yaranmış məbləği məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyində 10.11.2017-ci il tarixə hesablanmış 8.812,21 ABŞ dolları məbləğdə faiz borcundan silməklə) müəyyən etmək mümkündür. Bu qaydada aparılmış hesablama (67.020,81 x 16 / 100 = 10.723,33 – 1 il üzrə faiz borcu, 10.723,33 / 12 =893,62 – 1 ay üzrə faiz borcu, 893,62 / 30 = 29,79 – 1 gün üçün faiz borcu) nəticəsində 5 ay 13 gün üçün yaranmış faiz borcunun (893,62 x 5 =4.468,10, 29,79 x 13 =387,27 //// 4.468,10 + 387,27=4.855,37) 4.855,37 ABŞ dolları olduğu müəyyən edilir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş məhkəmə eks pertinin rəyində 10.11.2017-ci il tarixə hesablanmış 8.812,21 ABŞ dolları məbləğində puldan da bu məbləğ silindikdə (8.812,21-4.855,37 = 3.956,84) 28.05.2017-ci il tarixə yaranmış faiz borcunun iddia üzrə tələb edildiyi kimi 8.733,24 ABŞ dolları deyil, 3.956,84 ABŞ dolları təşkil etdiyi aşkar olunur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qeyd edilən kredit müqaviləsinin sonuna yaranmış faiz borcu məbləği qismində məhz 3.956,84 ABŞ dolları məbləği əsas götürülməli və bu məbləğ Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə tutulmalı, həmçinin iddiaçı tərəfindən cavabdehə tənasübsüz surətdə yüksək cərimə məbləği hesablandığından cərimə məbləği endirilməli və 1.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun t əminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan “Mercedes Benz S500” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalı, cavabdeh ipoteka predmeti olan avtomobildə n başqa hazırki kredit müqaviləsi üzrə hər hansı əmlakı iddiaçı qarşısında ipoteka ilə yüklü etmədiyindən və qeyd edilən məsələ qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “reqress qaydasında pulun tutulması” tələbinə dair iddiasına hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı “xxxx” ASC-nin ilə zamin X2 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin X2 borcalan Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşı sında birgə və eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin “xxxx” ASC ilə X2 arasında bağlanmış 21 yanvar 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən X2 avtomobillərin alınması üçün bank tərəfindən verilmiş kreditlərin qaytarılmasında bilavasitə köməklik göstərməyi və gələcəkdə alıcının bank qarşısında öhdəliklərini icra etməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bu səbəbdən yaranmış borc məbləğindən 11.629 ABŞ dolları hissəsi Banka məhz X2 tərəfindən ödənilmişdir. Bu hal iş materiallarında olan maliyyə sənədləri ilə də öz təsdiqini tapır. Mülki qanunvericiliyin tələbindən və tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərindən görün ür ki, borclunun əvəzindən öhdəliyi icra etmiş zamin kreditorun tələbini ödədiyi həcmdə borludan tələb edə bilər. Göründüyü kimi, iddiaçı (zamin) X2 (borclu) Cavabdeh1 əvəzindən sonuncunun kreditor İddiaçı1 ASC-yə olan borcunun bir hissəsini ödədiyindən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Bu da öz növbəsində onun iddiasını əsaslı edir. Məhkəmə onu da qeyd etmişdir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan və əldə edilmiş vəsait hesabına cavabdehin İddiaçı1 ASC-yə olan borcu ödənildikdən sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 qalıq qalan və Cavabdeh1 qaytarılmalı olan məbləğdən 11.629 ABŞ dolları məbləğində borcun onun xeyrinə tutulmasını tələb etmək hüququ vardır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 4 27.3, 442, 443.1, 448.1, 470, 475, 739.2, İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 33, 34.1, 36.3, 47.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməyib. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarında, iddia ərizəsində göstərdikləri halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Üçüncü şəxsin iddia etdiyi pulun onun adına ödəniş aparılıb-aparılmasını düzgün araşdırmayıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 11 dekabr 2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-***/2019 saylı, 14 iyun 2019-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilmişdir ki, cavabdeh məhkəmə prosesinin gedişi barədə məlumatlı olmuş, əsassız şikayətlərlə işin uzadılmasına cəhd göstərmişdir. Ümumilikdə apellyasiya şikayətini n dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə borcalana verilmiş kreditin 11.629 ABŞ dolları hissəsinin X2 tərəfindən ödənildiyi Bankın özünün təqdim etdiyi sənədlə təsdiq edilmiş, apellyator həmin faktı təkzib edən hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmiş, mövqeyini şifahi mülahizələrlə əsaslandırmaqla kifayətlənmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)-***/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxıl ması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə hərtərəfli araşdırma aparılmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, sübutlarını təqdim etməyə şərait yaradılmamış, yalnız iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin mülahizələri əsasında əsassız və qanunsuz qətnamə çıxartmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi də işə onun iştirakı olmadan baxmaqla çəkişmə prinsinin tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə da ir yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Mirzəzadə Murad Müslüm oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər i ştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurul ması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya qətnaməsi iddianın təmin edilmiş hissəsinə aid olduğundan, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin cavabdehlərin məhkəmə iclasında iştir aklarının təmin edilməməsi barədə dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehin iş materiallarında apellyasiya şikayətində göstərdiyi ünvana məhkəmə bildirişi, telefon nömrəsinə isə AZEMİS vasitəsilə SMS xəbərdarlıq göndərilmiş, cavabdeh yaşadığını göstərdiyi ünvanda yaşamadığına görə məhkəmə bildirişi geri qaytarılsa da, cavabdeh apellyasiya instansiya məhkəməsinə vəsatət təqdim edərək məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Buradan görünür ki, cavabdehin məhkəmə iclasları barədə məlumatı olmuşdur. Apellyasiya məhkəməsi cavabdehin həqiqətən üzrlü səbəblərdən iştirak etmədiyi barədə sübutlar təqdim etmədiyini, habelə işin hallarını nəzərə alaraq, onun vəsatətini təmin etməmiş, işə onun iştirakı olmad an baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinin digər dəlilləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyni olan həmin dəlillərə apellyasiya instasniyası məhkəməsi təəfindən əsaslandırılmış qiymət verilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh1 kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2019 nömrəli iş üzrə 11 dekabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar