Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-503/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyi pozulduğuna görə maddi ziyanın ödənilməsi, müqavilənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5577/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2017-ci il tarixli, 302 saylı sərəncamı ilə, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Nizami küçəsi, 104 və Xəqani küçəsi 65 küçələrinin kəsişməsində yerləşən 1 saylı yaşayış ərazisinin ərazi-planlaşdırma sən ədləri təsdiq olunmuşdur.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2017-ci il tarixli, 303 saylı sərəncamı ilə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınmaqla, Nəsimi rayonu, Nizami küçəsi 104 a və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Sərəncamın 2.2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökü lməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh MTK-ya tapşırılmışdır.
3. Cavabdeh ilə İddiaçı arasında 09 may 2018-ci il tarixli “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin müddəalarına əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.m olan 30 saylı mənzili Kooperativə təhvil verməyi, Kooperativ isə qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, İddiaçı mənzili tam boşaltmağı, Kooperativ isə yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 2000 manat məbləğində kirayə haqqını iddiaçının bank hesabına köçürülməsini öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamı ilə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsi rəhbər tutularaq, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 və 303 saylı xx.xx.2017-ci il (Cavabdeh MTK), 38 və 39 saylı xx.xx.2018-ci il ("xxxx" MTK), 88 və 89 saylı xx.xx.2018-ci il ("xxxx" MMC), 106 və 107 saylı xx.xx.2018-ci il ("xxxx" MMC), 131 və 132 saylı xx.xx.2018-ci il tarixli ("xxxx" MM C) ərazi planlaşdırma sənədlərinin təsdiq olunması haqqında, yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında sərəncamları ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbindən dəymiş maddi ziyana görə 35.000 manat pul vəsaitinin, həmçinin müqavilə üzrə hər ay üçün iddiaçının bank hesabına köçürülməli olan 2000 manat pul vəsaitinin ödənilməmiş dövr ərzində toplanan məbləğin, yəni 62.000 manatın, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 220 manatın, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 381 manatın, cəmi 97.601 manat pulun alınaraq iddiaçıya öd ənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MTK arasında 09 may 2018-ci il tarixdə bağlanmış müqavilənin 2.2.4-cü maddəsində qeyd olunur ki, hal hazırki binanı 01 iyul 2018-ci il tarixədək sökməmək və yeni tikiləcək binanı 24-30 ay müddətində başa çatdırmaq və mülkiyyətçiyə yaşayış üçün yararlı vəziyyətdə qeyri-yaşayış sahəsini tam təmir edib təhvil vermək kooperativin vəzifəsidir. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Yeni yaşayış kompleksi tikilib ona təhvil verilmədiyi kimi, həmçinin müqavilə üzrə nəzərdə tutulmuş hər ay üçün kirayə haqqı (2000 manat) yalnız 2018-ci il sentyabr-2019-cu il yanvar ayları ərzində ödənilmişdir. Digər aylar üçün heç bir ödəniş edilmə mişdir. Həmçinin qeyriyaşayış sahəsini cavabdeh tərəfə təhvil verdiyi üçün, həmin sahədə fəaliyyət göstərən turizm şirkətinin fəaliyyətini davam etdirmək məqsədilə Kövkəb Səfərəliyev 16 H ünvanında yerləşən icarə haqqı aylıq 2.500 manat olan qeyri-yaşayış sahəsini icarəyə götürmək məcburiyyətində qalmışdır. Çünki həmin şirkət qarşısında öhdəlikləri mövcud idi. Bu öhdəlikləri icra etməkdən və əlavə məhkəmə mübahisəsindən yayınmaqdan ötrü götürülmüş qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı 35.000 manat xərc çəkmişdir. Cavabdehin əməlləri onun hüquq və mənafelərinin pozulması ilə nəticələnmiş və xeyli miqdarda maddi ziyan çəkmişdir.
7. Cavabdeh MTK İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 09 may 2018 -ci il tarixli “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılıb ki, İddiaçı tərəfindən 09 may 2018-ci il tarixli müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilməyib. Belə ki, mülkiyyətçi tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi tam şəkildə Cavabdeh MTK-ya təhvil verilməyib. Lakin Cavabdeh MTK tərəfindən buna baxmayaraq xoş niyyət olaraq İddiaçı xahişini nəzərə alınmaqla beş ay ərzində hər ay üçün kirayə haqqı - 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ancaq Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 104 və Xaqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində tikilməli olan yeni yaşayış binasının tikintisinin həyata keçirilməsi müvafiq dövlət qurumları tərəfindən zəruri sənədlərin verilməsinin təmin edilməməsi səbəbindən mümkün olmamışdır. Bu zaman İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açarlarını götürmüşdür. İddiaçı 07 mart 2022-ci il tarixində keçirilən məhkəmə iclasında öz ifadəsi ilə etiraf etmişdir ki, 5 ay ərzində tikintinin aparılmadığını və ona aylıq ödənişin ödənilmədiyini gördükdə 6-cı aydan qeyriyaşayış sahəsini cavabdehdən geri almışdır. Göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirilməsi onlardan asılı olmayan səbəblərdən imkansız olmuşdur.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(006)-592/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar İbadzadə) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verilmişdir. Cavabdeh MTK tərəfindən aylıq kirayə haqqı üzrə İddiaçı 5 dəfə ödəniş edilmiş, sonra ödənilməmişdir. İddiaçı 5 aydan sonra aylıq kirayə haqqının ödənilməməsini və söküntü və tikinti işlərinin aparılmamasını görərək qeyri-yaşayış sahəsinin açarını və reyestrdən çıxarışı geri almışdır. Qeyri-yaşayış sahəsi hazırda İddiaçı istifadəsindədir. Cavabdeh tərəfindən söküntü və tikinti işləri müvafiq icazələrin alınması ilə bağlı dövlət orqanlarının hərəkətləri nəticəsində həyata keçirilməmişdir.
11. Göründüyü kimi tərəflər arasında müqavilə bağlansa da, sonradan Cavabdehndən asılı olmayan səbəblərdən söküntü və tikinti işləri həyata keçirilməmiş, müqavilə bağlandıqdan sonra İddiaçı tərəfin dən isə qeyri-yaşayış sahəsi geri alınmışdır. Yəni tərəflər müqavilənin icrasından könüllü surətdə imtina etmişlər ki, bu halda müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən müvafiq surətdə ləğv edilmiş sayılır. Bu halda isə müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir.
12. Məhkəmənin ilkin və qarşılıqlı iddialar barədə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı müqavilənin icrasından imtina etdiyindən ilkin iddia təmin oluna bilməz. Qarşılıqlı iddia isə, mübahisə predmeti olan müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilmiş sayıldığından qarşılıqlı iddia da təmin edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 399.3, 421.1, 421.3, 424.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilərək tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməmiş, müqavilənin müddəti bitmişdir. Müqavilənin müddətinin keçməsinə baxmayaraq iddiaçı yenə də müqavilə öhdəliklərinə sadiq olaraq həmin sahəni istifadə etməmişdir. Qətnamədə istinad olunan və qeyd olunan hallardan biridə onun müqavilənin icrasından imtina etməsi səbəbindən iddianın təmin oluna bilməməsi qənaətidir. Belə çıxır ki, şəxsin müqaviləni icra etməməsinin səbəbləri aydınlaşdırılmadan, öz öhdəliklərini qarşı tərəfin əhəmiyyətli dərəcədə pozması nəzərə alınmadan, müqavilənin ləğv olunmasını əsas gətirərək, lakin hansı səbəbdən ləğv olunmasına əhəmiyyət vermədən iddia tələbi rədd edilməlidir? İşin hallarından da da göründüyü kimi cavabdeh MTK müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin heç birini tam şəkildə yerinə yetirməmiş, mənzilin tikintisini başa çatdırıb iddiaçıya təhvil verməmiş, ən azından tikinti başa çatdırılana qədər kirayə haqqını ödəməli olduğu təqdirdə bu öhdəliyini belə yerinə yetirməmişdir. Buna görə də, ona xeyli miqdarda maddi zərər vurulmuşdur. Məhkəmə qətnamədə başdan-sona müqavilənin ləğv edilməsi və öhdəliklərə xitam verilməsini vurğula yaraq, izahatlarına, çıxışlarına əhəmiyyət verməyərək zərər məsələsinə etinasız yanaşmışdır. Maddədə nəzərdə tutulan zərərin əvəzini tələb etmə hüququ təmin edilməmiş və iddiası rədd edilmişdir. Cavabdeh tərəfin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona müqavilə üzrə hər ay ödənilməli olan aylıq 2000 manatın ödənilməmiş dövr ərzində toplanan 62.000 manat məbləğ, həmçinin mülkiyyətində olan qeyri yaşayış sahəsini “Kooperativ”ə təhvil verdiyi üçün həmin sahədə fəaliyyət göstərən turizm şirkətini fəaliyyətini davam etdirməsi üçün məcbur qalıb Kövkəb Səfərəliyev 16 H ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı çəkdiyi 35.000 manat xərc ona dəymiş maddi zərərdir.
16. Apellyasiya baxışı zamanı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürmə yən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Onun nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 20 noyabr 2017-ci il tarixli, 302 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və/və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənlə şdirilməsi qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Nizami küçəsi, 104 və Xəqani küçəsi 65 küçələrinin kəsişməsində yerləşən 1 saylı yaşayış ərazisinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 303 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınmaqla, Nəsimi rayonu, Nizami küçəsi 104a və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Sərəncamın 2.2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi m aliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh MTK-ya tapşırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 08 oktyabr tarixli, 322 saylı, “Bakı şəhəri Binəqədi və Qarada ğ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 saylı və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarlarının ləğv edilməsi haqqında” 2019-cu il 17 dekabr tarixli 482 saylı Qərarını və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsini nəzərə alaraq qərara alınmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 və 303 saylı xx.xx.2017-ci il (Cavabdeh MTK), 38 və 39 saylı xx.xx.2018-ci il ("xxxx" MTK), 88 və 89 saylı xx.xx.2018-ci il ("xxxx" MMC), 106 və 107 saylı xx.xx.2018-ci il ("xxxx"MMC), 131 və 132 saylı xx.xx.2018-ci il tarixli ("xxxx" MMC) ərazi planlaşdırma sənədlərinin təsdiq olunması haqqında, yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamlarının ləğv edilməsi, sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılova həvalə edilməsi qərara alınmışdır. Göründüyü ki, Cavabdeh MTK-ya verilmiş sərəncam Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamı ilə ləğv edilmişdir. Həqiqətən Cavabdeh MTK tərəfindən söküntünün və tikintinin aparılması mümkün olmamışdır. Cavabdeh MTK tərəfindən sökülməli olan iddiaçının da mənzilinin yerləşdiyi bina sökülməmiş, bütün sakinlər öz mənzillərində yaşayırlar.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bun dan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5577/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(006)-592/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
19. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.
20. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulma sına görə məsuliyyət daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin 1-ci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün: 1. pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini; 2. yaxud da bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirməlidir.
21. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, Cavabdeh MTK müqavilə üzrə öz üzərinə düşən öhdəliyi qismən icra etsə də, ondan asılı olmayan səbəblərdən (Cavabdeh MTK-ya verilmiş sərəncam Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamı ilə ləğv edilmişdir) sökünt ü və tikinti işlərini həyata keçirə bilməmişdir. Müqavilə bağlandıqdan sonra İddiaçı 5 ayın kirayə haqqını aldıqdan sonra, mülkiyyətində olan heç bir söküntüyə məruz qalmayan qeyri-yaşayış sahəsini geri almaqla, açarı və sənədləri götürmüşdür. Yəni tərəflər müqavilənin icrasından könüllü surətdə imtina etmişlər ki, bu halda müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən müvafiq surətdə ləğv edilmiş sayılır. Bu halda isə müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir.
22. Məhkəmə kollegiyasının mövqeyinə görə, araşdırılmış sübutlarla cavabdehin pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyi və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığı sübuta yetirilir. Cavabdeh tərəfindən öhdəliyin yeri nə yetirilməsi və zərərin ödənilməsi ilə bağlı dəlillər əsassızdır və ilk iddia əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 385.1, 386.1, 390.1, 421.1, 421.3, 424.2, 425.1, 442.1, 443.1, 443.2, 445.2.1, 448.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Qətnamədən İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-5577/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 və 303 saylı xx.xx.2017-ci il tarixli sərəncamlarının ləğvi bu sərəncamların ləğvindən sonrakı münasibətlərə aid olmaqla, cavabdehin sərəncamın ləğvi anından sonra sakinlərlə müqavilə bağlamamasını nəzərdə tutmuş, cavabdehi sərəncamın ləğvinə qədər bağlanmış müqavilə şərtlərini yerinə yetirmə öhdəliyindən azad etməmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin 302 və 303 saylı xx.xx.2017-ci il tarixli sərəncamının ləğvi cavabdehlə aralarında bağlanmış “Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin ləğvi demək deyildir və tərəfləri müqavilə şərtlərini yerinə yetirmək öhdəliyindən azad etməyərək, həmin müqavilənin yaratdığı hüquqi nəticələri aradan qaldırmır. Sözügedən müqavilə son gününə qədər qüvvədə olsa da, cavabdeh tərəf həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri bilərəkdən icra etməmişdir. Cavabdeh sərəncamın ləğv edildiyindən xəbərdar olmuş, lakin bu barədə ona məlumat verməmiş və o, həmin sərəncamdan məlumatlı olmamışdır. Cavabdehin bu barədə məlumat verməməsi səbəbindən ona xeyli miqdarda maddi zərər dəymişdir. Cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçı əmlakından məhrum olmuş, əmlakına sahiblik və istifadə hüququ tam məhdudlaşdırılmış, cavabdehin aylıq kirayə haqqını ödəməməsi nəticəsində iddiaçıya 62.000 manat, həmçinin əmlakından məhrum olması səbəbindən icarəyə götürdüyü digər obyektin təmirinə xərclənmiş 39.000 manat dəyərində real zərər dəymişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
30. Maddə 421.1. Müqavilənin dəyişdiril məsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
31. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
32. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
33. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müq avilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
37. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
38. Maddə 557.1. Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ö dənilməsini tələb edə bilərlər.
39. Maddə 557.2. Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı müəyyənləşdirilmiş qaydada etibarsız sayıldıqda, əgər tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və öhdəliyin icrasına kreditorun marağı itməyibsə, öhdəlik bərpa edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisə edilməyən hallarına görə, tərəflər arasında xx.xx.2018-ci il tarixli “Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə ilə şərtləşdirilmişdir ki, “Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.metr olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə Kooperativə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Kooperativ isə həmin qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m sahəsi olan 5 nömrəli qeyri-yaşayış sahə sini mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşlər. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi Kooperativə təhvil verilmişdir. Kooperativ tərəfindən aylıq kirayə haqqı üzrə İddiaçı 5 dəfə ödəniş edilmiş, sonra ödənilməmişdir. İddiaçı 5 aydan sonra aylıq kirayə haqqının ödənilməməsini və söküntü və tikinti işlərinin aparılmamasını görərək qeyri-yaşayış sahəsinin açarını və reyestrdən çıxarışı geri almışdır. Qeyri-yaşayış sahəsi həmin vaxtdan İddiaçı istifadəsindədir. Kooperativ tərəfindən söküntü və tikinti işləri müvafiq icazələrin alınması ilə bağlı dövlət orqanlarının hərəkətləri nəticəsində həyata keçirilməmişdir.
53. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilm əsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
54. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
55. İlkin iddia üzrə ddiaçı Kooperativə qarşı tələbini aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən irəli sürm üşdür.
56. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü də nəzərdə tutur.
57. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəll ənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
58. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissəhissə birtərəfli imtina etdikdə.
59. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəs ində də ləğv oluna bilər.
60. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilə bağlandıqdan sonra İddiaçı 5 ayın kirayə haqqını alıb, mülkiyyətində olan qeyri-yaşayış sahəsini geri təhvil almasına, açarı və sənədləri götürməsinə tərəflərin müqavilənin icrasından könüllü surətdə imtina etməsi kimi qiymət vermiş və bu hala Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə istinadla müqavilənin ləğv edilməsi, müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi kimi qəbul etmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Belə ki, mülkiyyətçinin əmlakını və ona aid hüquq müəyyənedici sənədləri təhvil alması, aşkar şəkildə onun müqavilənin ləğvinə yönəlmiş hərəkətidir.
62. Müqavilə ləğv edilərkən isə tərəflərin öh dəliklərinə xitam verilir.
63. Cavabdehin sərəncamın ləğvinə qədər bağlanmış müqavilə şərtlərini yerinə yetirmə öhdəliyi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sərəncamın ləğvinə qədər olan müddətdə iddiaçı müqaviləni ləğv etmişdi. Buna görə də sərəncamın ləğvinə qədər olan dövr üçün ziyanın ödənilməsi barədə tələb də haqlı olaraq təmin edilməmişdir.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
65. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin ar aşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5577/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.