Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5031/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-46/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinə əsasən həmin kredit xətt müqaviləsinə əsasən birinci cavabdehin adına 120 ay müddətinə 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, eyni zamanda, qalan kredit məbləğini, hesablanmış faizi və borcun gecikdirilməsinə görə cərimə məbləği tələb etmək hüququ nəzərdə tutulmuşdur. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli 35S000001144 saylı zaminlik müqaviləsinə əsasən birinci cavabdeh kredit xətti müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsi və 10 oktyabr 2013-cü il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 04 oktyabr 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinin təminatı kimi İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsi iddiaçının xeyrinə ipot eka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş, torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130,50 manat məbləğində dəyərləndirilmişdir. 10 sentyabr 2017-ci il tarixli “Daşınmaz Əmlakın Əlaqələndirməsi və Qiymətləndirmə Xidməti" MMC-nin 22 nömrəli Texniki-Qiymətləndirmə rəyindən müəyyən edilir ki, birinci cavabdehə məxsus olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 1.100,000 (bir milyon yüz min) manat məbləğində qiymətləndirilmişdir. 31 may 2018-ci il tarixli HEBA Consulting MMC-nin 0395/18/AB nömrəli hesabatından müəyyən edilir ki, birinci cavabdehə məxsus olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 220.000 (iki yüz iyirmi min) manat məbləğin də qiymətləndirilmişdir. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasından və həmin tarixli ödəniş qəbzindən görünür ki, 16 sentyabr 2014-cü il tarixdə iddiaçı tərəfindən birinci cavabdehə hissə-hissə qaytarmaq şərti ilə 36 ay müddətinə aylıq 1.75 % dərəcəsi ilə 60.000 (altmış min) ABŞ dolları məbləğində kredit verilmişdir. 16 sentyabr 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planından müəyyən edilir ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 36 ay müddətində cəmi 60.000 ABŞ dolları əsas borc və 21.722,22 ABŞ dolları faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. 10 iyul 2018-ci il tarixli maliyyə arayışdan görünür ki, birinci cavabdehin 16 sentyabr 2014-cü il tarixli 3 5R000003356 saylı kredit razılaşması üzrə iddiaçıya 42.535,40 ABŞ dolları əsas borc, 23.284,30 ABŞ dolları faiz borcu qalmış və borcun gecikdirilməsinə görə 39.670,74 ABŞ dolları cərimə hesablanmışdır. 17 noyabr 2016-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsini təmin etmək cavabdehlərdən tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. 22 fevral 2017-ci il tarixli bildirişin, həmin bildirişin 23 fevral 2017-ci il tarixdə birinci cavabdehə rəsmi qaydada verilməsinə dair qəbzin, bildirişin qeydə alınmasına dair 01 mart 2017-ci il tarixli ərizənin surətindən görünür ki, birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götür düyü öhdəliklərini icra etmədiyi üçün borcun ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanacağı barədə müvafiq bildiriş ipoteka ilə yüklü edilmiş İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin mülkiyyətçisi kimi birinci cavabdehə 23 fevral 2017-ci il tarixdə rəsmi qaydada verilmiş və həmin bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsində 02 mart 2017-ci il tarixdə qeydə alınmışdır. Bildirişin qeydə alınması üçün dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. 17 iyul 2019-cu il tarixli “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 33/07-19/E-02-S nömrəli ekspert rəyindən m üəyyən edilir ki, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 95000 (doxsan beş min) manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2020-ci il tarixli 9/631 nömrəli Məhkəmə mühasibatlıq ekspertizası rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı QSC-dən alınmış kredit vəsaiti üzrə 16.09.2017-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 57.962,17 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 42.364,04 ABŞ dolları; faiz borcu üzrə 15.656,13 ABŞ dolları. 12 mart 2021-ci il tarixli X2MMC-in 016/21 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 məxsus olan və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırkı bazar dəyəri 135000 (bir yüz otuz beş min) manat, likvid qiyməti 120000 (bir yüz iyirmi min) manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 sentyabr 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə 42.535,40 ABŞ dolları əsas borc, 9.683,61 ABŞ dolları faiz borcu, 18.965,74 ABŞ dolları cərimə - cəmi 71.184,75 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rüsumunun və 21,00 manat xidmət haqqının birinci və ikinci cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 71.184,75 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ca vabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan bir ay sonra birinci cavabdehin həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək 42.535,40 ABŞ dolları əsas borc, 23.284,30 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 39.670,74 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 105.490,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dö vlət rüsumunun və 21 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 105.490,44 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin birinci və ikinci cavabdehlərdən ümumi qaydada tutulması, birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra birinci cavabdehin həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehin adına 120 ay müddətinə 100.000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətt müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 16 sentyabr 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə aylıq 1.75 % dərəcəsi ilə 60.000 (altmış min) ABŞ dolları məbləğində kredit götürmüşdür. 1 6 sentyabr 2014-cü il tarixli 35S000001144 saylı zaminlik müqaviləsinə əsasən birinci cavabdeh kredit xətt müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin - hazırki iş üzrə ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit xətt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 04 oktyabr 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsinə əsasən birinci cavabdehin mülkiyyətində olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan torpaq sahəsi ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə 54.130,50 manat məbləğində dəyərləndirilmişdir. Müqavilələr tərtib edilərkən müqavilələrin şərtləri və müqavilələrdən irəli gəl ən öhdəliklər cavabdehlərə izah edilmiş, bundan sonra onlar şərtləri qəbul edərək müqavilələri imzalamışlar. Birinci cavabdeh məhkəmə prosesinin gedişində vəsatət verərək ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını bildirmiş və ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsini xahiş etmişdir. Birinci cavabdehin vəsatəti əsasında ekspertiza keçirilmiş və ipoteka predmeti olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən, 1.80008 hektar torpaq sahəsinin ilkin satış qiyməti qiymətləndirici təşkilat "xxxx" MMC tərəfindən 1.100.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmadığından təkrar qiymətləndirilmə keçirilmiş və qiymətləndirici təşkilat "xxxx" MMC tərəfindən ipoteka predmetinin real bazar dəyəri 220.000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra birinci cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.6-cı bəndinə əsasən bu müqavilənin 3.4.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 6.2-ci bəndi ilə müəyyənləşdirilən qaydada hesablanan cərimə ödəyir. Birinci cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, borcun ipoteka pr edmeti hesabına könüllü ödənilməsi üçün müraciət etməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Şirinov, iş № 2(037)-09/2018) iddia tələbinin kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə manat məzənnəsi ilə hesablanmaqla 42.535,40 ABŞ dolları əsas borc, 23.284,30 ABŞ dolları faiz borcu, 500.00 ABŞ dolları cərimə olmaqla cəmi – 66.319 (altmış altı min üç yüz on doqquz) ABŞ dolları 70 (yetmiş) sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rü sumu və 21,00 manat xidmət haqqı məbləğinin tutulması, 66.319 (altmış altı min üç yüz on doqquz) ABŞ dolları 70 sent məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat dövlət rüsumu, 21,00 manat xidmət haqqı məbləği ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan, rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) manat m üəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 66.319 (altmış altı min üç yüz on doqquz) ABŞ dolları 70 sent məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,00 manat və 21,00 manat xidmət haqqı məbləğinin ödənilməsinə yönəldilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinə tutma yönəldildikdən və əmlak açıq hərracda satıldıqdan bir ay s onra Cavabdeh1 ipoteka predmeti olan İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsi boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 16 sentyabr 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə 39.670,74 ABŞ dolları cərimə məbləği 04 oktyabr 2013-cü il tarixli 35L000000828 saylı kredit xətt müqaviləsinin birinci cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və həddən artıq yüksək məbləğdir. Tərəflər arasında bağlanmış kredit razılaşması üzrə cərimə məbləğinin yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Həmçinin, iş materiallarından da göründüyü kimi birinci cavabdehin borcun ödənilməsindən yayınmaq niyyəti olmamış və o borcun bir hissəsini məhkəməyə müraciət edilənədək ödəmişdir. Belə olan halda cavabdehlərdən tələb edilən cərimə məbləğinin yüksək olması və birinci cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla iddia tələbinin 16 sentyabr 2014-cü il tarixli 35R000003356 saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 39.670,74 ABŞ dolları cərimə məbləği tutulmasına dair hissəsi qismən – 500 ABŞ dolları həddində təmin edilməlidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş, birinci cavabdehə məxsus olan, İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsinin hazırki bazar qiymətləri ilə real dəyərinin qiymətləndirici təşkilat "xxxx" MMC tərəfindən 1.100.000 manat məb ləğində qiymətləndirilməsi ilə "xxxx" MMC tərəfindən ipoteka predmetinin real bazar dəyərinin 220.000 manat məbləğində müəyyən edilməsinə münasibət bildirərək qeyd etmidir ki, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı 04 oktyabr 2013-cü il tarixli 35M000000010 saylı ipoteka müqaviləsi ilə yüklü ediləndən hazırkı vaxtadək olan müddət ərzində birinci cavabdeh tərəfindən ona məxsus İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 hektar torpaq sahəsində xeyli təmir yenidən qurma işləri aparılmasını və iş üzrə toplanmış sübutları məcmu halında araşdıraraq ipoteka predmetinin ilkin satış qiymətinin HEBA Consulting MMC-nin 31 may 2018-ci il tarixli 0395/18/AB nömrəli rəyi ilə 220.000 manat məbləğində qiymətləndirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Apelyasiya instansiyası məh kəməsində birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli, İ.Quliyev, iş № 2(107)-111/2019) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Belə ki, şikayət əsaslandırılmamış, iddiaçı tərəfindən nə qədər faiz və cərimənin artıq hesablanmasını təsdiq edəcək hər hansı sübut növü təqdim edilməmiş, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarə t olmuşdur. Bundan əlavə apelyator ipoteka predmetinin ******* manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Halbuki məhkəmə kollegiyası tərəfindən yenidən təyin edilmiş Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin 17 iyul 2019-cu il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmetinin qiyməti 95000 manat məbləğində qiymətləndirilmişdir ki, bu da cavabdehin tələb etdiyi məbləğdən təxminən on bir dəfə aşağıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov, Ə.Nurmə mmədov, iş № 2(102)233/2020) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2(107)111/2019 saylı qətnaməsi qismən-19 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC xeyrinə faiz borcuna görə 23.284,30 ABŞ dollarının tutulması və İsmayıllı rayonu Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymət inin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Apellyasiya instansiyası məhkəməsi yalnız bankın təqdim etdiyi sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilə üzrə borclu Cavabdeh1 banka olan faiz borclarının düzgün hesablandığı qənaətinə gəlsə də kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, iddia ərizəsindən görünür ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə banka 17.464,6 ABŞ dolları məbləğində ödəniş etmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlillərind ən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmamasından şikayətlənmişdir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə borclu Cavabdeh1 sözügedən müqavilə üzrə banka ödədiyi vəsaitin məbləği müəyyən edilməli, bundan sonra ödənilmiş məbləğin Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmaqla, iddia ərizəsinin faiz borcunun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən sözügedən müqavilənin bitmə tarixinədək ödənilməmiş illik faiz dərəcəsi nəzərə alınmaqla kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faizlərin məbləği müəyyən edilməli, həmin müddət dən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ banka izah edilməlidir. işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə bu sahədə ixtisaslaşmış ekspertlərə və ya mütəxəssislərə həvalə edilməklə ipoteka predmetinin hazırkı vaxta olan real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinin bu hissəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), V.Məlikov, İ.Şükürov, iş № 2(107)46/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(037)-09/2018 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcunun və cəmi tutulmalı olan borcun məbləğinə aid hissədə dəyişdirilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-in xeyrinə tutulmalı olan faiz borcunun məbləği 15.656,13 (on beş min altı yüz əlli altı ABŞ dolları 13 sent) ABŞ dolları, cavabdehlərdən tutulmalı olan cəmi kredit borcunun məbləği 58691.53 (əlli səkkiz min altı yüz doxsan bir ABŞ dolları 53 sent) ABŞ dollar ı məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1; Hesab AZ 34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində qətnamə əsas borca aid hissədə mübahisələndirilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan əsas borcun məbləğinə aid hissədə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanıldığından və beləliklə qanun i qüvvəyə mindiyindən, ona görə də hazırkı apellyasiya mərhələsində araşdırma predmeti olmadığından, baxmayaraq ki, ekspert rəyi ilə cavabdehlərdən tutulmalı olan əsas kredit borcunun məbləği daha az göstərilmişdir, kollegiyaya görə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan əsas borcun məbləğinə aid hissədə dəyişdirilə bilməz. Kollegiya şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili qismən, yəni faiz borcunun məbləğinə aid hissədə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilərək cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq 15.656,13 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində ipoteka predmeti nin ilkin satış qiymətinin ilkin qiymətləndirməyə uyğun olaraq ******* (bir milyon bir yüz min) manat məbləğində qiymətləndirilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat məbləğində müəyyən edilməsi reallığa uyğun və daha ağlabatan məbləğ olduğundan, İddiaçı QSC həmin məbləğ ilə razı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil Novruz oğlu) kassasiya şikayətini onunla əsas landırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)46/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilərək Cavabdeh1 məxsus olan, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 1.80008 ha torpaq sahəsinin ilkin satış qiyməti 1.100.000 manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri həddindən artıq aşağı qiymətləndirilmişdir və kassasiya instansiya məhkəməsinin göstərilərini tam yerinə yetrməməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icra atı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi onun kassasiya şikayətinin dəlillərinə uyğun mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə n əzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şah idlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində istinad olunan və əvvəlki kassasiya icraatı zamanı irəli sürülən göstərişlərinin icrası təmin olumuş müvafiq olaraq mühasibatlıq ekspertizası təyin olunmuş və qiymətələndirmə ilə bağlı rəy al ınmış, həmin rəylər işdə olan sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-46/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi mübahsələndirilən hissədə (Cavabdeh1 münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qəra
Məhkəmə qərarları › İş №2(102)-5031/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5031/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver