Məhkəmə qərarları › İş №2(102)-5034/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5034/2018

23.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5034/2018 23.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5034/2018 23 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 və vəkili Vəkilin1, Cavabdeh1in nümayəndəsi X1 və vəkili Vəkil2nin iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1ə qarşı «kredit borcu və ipoteka predmetinə yönəltmə» tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)122/2014 nömrəli; İddiaçı C avabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız sayılması» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)3929/2017 nömrəli mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli 2(103)-271/2018 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1-ə qarşı «kredit borcu və ipoteka predmetinə yönəltmə» tələbinə dair iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə 20.08.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı1 ASC-nin xeyrinə 10.04.2009-cu il tarixli K-4106 nömrəli kredit müqaviləsi üzrə 13.02.2013-cü il tarixə 0,01 ABŞ dolları əsas borc, 82.497,97 ABŞ dolları faiz, 23.333,92 ABŞ dolları artırılmış faiz, cəmi 105.831,9 ABŞ dolları, 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqaviləsi üzrə 13.02.2013-cü il tarixə 247.300 ABŞ dolları əsas borc, 74.540 ABŞ dolları faiz, 5.935,2 cərimə borcu, cəmi 327.775,5 ABŞ dolları məbləğdə borcun tutulması, Cavabdeh1 30.03.2007-ci il tarixli DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Araz küçəsində istifadədə olan 0,0841 ha torpaq sahəsində yerləşən 7 nömrəli 5 mərtəbəli binada, 41,05 m2 ümumi, 25,7 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilin açıq hərracda satılması, Cavabdeh1 30.03.2007-ci il tarixli DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarış a əsasən mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Araz küçəsində istifadədə olan 0,0841 ha torpaq sahəsində yerləşən 7 nömrəli 5 mərtəbəli binada, 45,14 m2 ümumi, 34,2 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzilin açıq hərracda satılması, əldə edilən vəsait hesabına 10.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə 105.831,9 ABŞ dolları və 13.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə 327.775,5 ABŞ dolları məbləğdə borcun tutulması, əmlakların satışından bir ay sonra boşaldılması, 30.09.2010-cu il tarixli K-4788 nömrəli kredit müqaviləsi üzrə 13.02.2013-cü il tarixə 278.218,02 ABŞ dolları faiz, 441.284,60 ABŞ dolları cərimə, cəmi 719.502,62 ABŞ dolları borcun (həmin tələbə dair ipoteka təminatı götürülmüşdür) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şə həri Yasamal rayon Məhkəməsinin (hakim T.Axundov) 26.08.2014-cü il tarixli 2(004)-122/2014 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı «kredit borcu və ipoteka predmetinə yönəltmə» tələbinə dair iddiası qismən təmin edilmiş, 30.09.2010-cu il tarixli K-4788 nömrəli kredit müqaviləsi üzrə faiz üzrə 278.218,02 ABŞ dolları, cərimə üzrə 4.100 ABŞ dolları, cəmi 282.318,02 ABŞ dolları, 10.04.2009-cu il tarixli K-4106 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 0,01 ABŞ dolları, faiz üzrə 82.497,97 ABŞ dolları, 2.200 ABŞ dolları cərimə, cəmi 84.697,98 ABŞ dolları və 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 247.300 ABŞ dolları, faiz üzrə 74.540 ABŞ dolları, cərimə üzrə 5.500 ABŞ dolları, cəmi 322.390 ABŞ dollarının ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 evin 18 nömrəli və ünvan 1 ünvanda yerləşən 17 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və mənzillərin satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin satışından sonra 1 ay müddətində boşaldılması, məhkəmə xərclərinin bölüşdürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.08.2014-cü il tarixli 2(004)-122/2014 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.05.2017-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.07.2017-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat dayandırılmışdır. Belə ki, yeni apellyasiya baxışı mərhələsində məlum olmuşdur ki, Cavabdeh1 "xxxx" ASC-nin tələb irəli sürdüyü kredit müqavilələrinin və onların nəticələrinin etibarsız hesab olunması barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli 2(006)-3929/2017 nömrəli qətnaməsi i lə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı «kredit müqaviləsinin etibarsız sayılması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 10.04.2009-cu il tarixli K-4106 nömrəli, 30.09.2010-cu il tarixli K-4788 nömrəli və 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin mülki iş Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2017-ci il tarixli qərardadı ilə icraatı dayandırılmış digər iş üzrə icraat təzələnmiş və 25.12.2017-ci il tarixli qərardadla hər iki mülki iş bir icraatda birləşdirilərək birgə baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.X əlilov, X.Cəmilova, A.Hüseynov) 10.04.2018-ci il tarixli 2(103)-271/2018 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli 2(006)-3929/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.08.2014-cü il tarixli 2(004)-122/2014 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1-ə qarşı «kredit borcu və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddiası rədd edilmiş, iş üzrə məhkəmə xərcləri "xxxx" ASC-yə aid edilmişdir. İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri X3 və vəkili Vəkil3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli qə tnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri X3 və vəkili Vəkil3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018ci il tarixli qətnaməsinin 9-cu səhifəsinin 4-cu abzasında qeyd edilmişdir ki, «beləliklə, nə qədər ki, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış sonuncu üç müqaviləyə istinad edir və həmin müqavilələr üzrə cavabdehə pul verilmədiyi sübuta yetirilir, onda iddiaçının hazırkı iş üzrə pul tələbi təmin oluna bilməz. Çünki, iddiaçı tələbinin yeganə əsası kimi kredit müqavilələri üzrə cavabdehə borc pul verməsi halını sübuta yetriə bilməmişdir». Lakin işin materiallarından göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmı ş, cavabdehin hər müqavilə üzrə qeyd olunan məbləğdə borcları yaranmışdır. Cavabdeh1 İddiaçı1 ASC ilə kredit müqaviləsinin bağlanmasını etiraf etmiş, pulun verilməsi isə nağd şəkildə deyil, köçürmə yolu ilə, X2 bank hesabından silinməklə həyata keçirilmişdir. Belə ki, Cavabdeh1 öz bank hesabına məhz K-4788 nömrəli kredit müqaviləsi üzrə verilmiş kredit həcmində, yəni 695.545 ABŞ dolları pulun mədaxil olunması 12.05.2014-cü il tarixli mədaxil üzrə kassa orderi ilə təsdiq olunur. Bu da, onu göstərir ki, Cavabdeh1 K-4788 nömrəli kredit müqaviləsi üzrə borcunu ödəmək üçün həmin məbləği mədaxil etmiş, ödənilən 695.545 ABŞ dolları əsas borca silinmiş və maliyyə arayışına əsasən cavabdehin əsas borcu 0 ABŞ dolları təşkil etmişdir. Bundan başqa, ödənilən 695.545 ABŞ dolları vəsait K-4788 saylı kre dit müqaviləsinin 8.1.5-ci bəndinin 3 və 4-cü yarımbəndinə əsasən Cavabdeh1 gecikmədə olan borcuna silinmişdir. K-4788 saylı kredit müqaviləsinin 8.1.5-ci bəndinin 3 və 4-cü yarımbəndinə görə borc alanın bütün hesabları üzrə aparılan əməliyyatlar üzərində nəzarəti təşkil etmək, əməliyyatların aparılmasının qarşısını almaq və hesablara vəsait daxil olduqca onları borc alanın borclarının silinməsinə sərf etmək; borc alanı qabaqcadan xəbərdar etmədən cərimə sanksiyalarının, kreditin və hesablanmış faizlərin məbləğini akseptsiz qaydada (razılıq almadan) borc alanın cari, valyuta və ya digər hesablarından silmək kreditorun hüququdur. Buradan görünür ki, Cavabdeh1 öz bank hesabına pul mədaxil etməklə və ya yeni kredit götürməklə borcunu ödəmişdir. Cavabdeh1 borcunu bağlamaq üçün nağd və ya köçür mə yolu ilə ödənişlər etməsi təqdim olunmuş sənədlərlə tam sübuta yetirilmişdir. Mübahisələndirilən qətnamənin 13-cü səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, «hazırkı işdə bank nəinki müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmiş, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlərdən çəkinməmiş, əksinə öhdəliyə vicdanlılığın tələb etdiyi tərzdə yanaşmamış, hər dəfə yeni müqavilə rəsmləşdirməklə əvvəlki borc məbləğini əsas borc kimi qeydə alaraq ona yenidən faiz və cərimə hesablamaqla borclunu ağır vəziyyətə salmış, bilərəkdən öhdəliyin icrası üçün qeyri-mümkün şərait yaratmışdır». Beləliklə də, qətnamədə Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış kredit müqavilələrinin məzmunca uyd urma əqdlər olduğunu vurğulayaraq, Mülki Məcəllənin 340-cı maddəsinə istinad edilmişdir. Cavabdeh1 izahat verərək bildirmişdir ki, 2009-ci ildə kredit müqaviləsi bağlamış, lakin pulu bankdan tələb etməmiş, 2010-cu il tarixdə yenidən kredit müqaviləsi imzalamış, lakin yenə də pul ona verilməmiş, 2011-ci ildə daha bir kredit müqaviləsi bağlamış və bu dəfə də pulu tələb etməmişdir. Cavabdeh1, ümumiyyətlə bu kreditlərdən xəbərinin olmaması, pul vəsaitlərinin ona verilməməsi barədə məhkəmədə yalan xarakterli izahat vermişdir. Buradan belə bir sual yaranır ki, nə üçün Cavabdeh1 kredit müqaviləsi bağlayaraq pul almadığı halda növbəti ildə yeni bir kredit müqaviləsi bağlamışdır? Cavabdeh1 azad surətdə, öz iradəsi ilə İddiaçı1 ASC-yə müraciət etmiş və kredit müqaviləsinin şərtləri ilə razılaşmış, b una görə də, Cavabdeh1lə İddiaçı1 ASC arasında qeyd olunan kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrinin hər biri iddiaçı tərəfindən şəxsən imzalanmış və həmin müqavilələrin təminatı olaraq iddiaçıya məxsus əmlaklar ipoteka ilə yüklü edilmişdir. Müqavilələri imzaladıqdan sonra, ayrılmış pul vəsaitinin verilməsinin bankdan tələb edilməməsi və borcalanın gözləmə mövqeyini tutaraq, pulun ona verilməməsi barədə susması və bununla bağlı sonrakı hərəkətsizliyi inandırıcı deyil. Göründüyü kimi, Cavabdeh1 mübahisəli kredit müqavilələri üzrə ayrılmış kredit vəsaitlərinin onun razılığı və xəbəri olmadan əvvəlki kredit müqavilələri üzrə mövcud borcların ödənilməsinə yönəldilməsi mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırma mış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı1 ASC-nin iddiasının təmin edilməsi, Cavabdeh1 iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1in nümayəndəsi X3 və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.04.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması; Cavabdeh1 apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.08.2014-cü il tarixli qətnaməsini ləğv edib, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1-ə qarşı «kredit borcu və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə məhkəmə xərcləri nin "xxxx" ASC-yə aid edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı bank cavabdehlə bağladığı üç ədəd kredit müqaviləsi üzrə borcu tələb edir. Həmin müqavilələr 10.04.2009-cu il tarixli K-4106 nömrəli, 30.09.2010-cu il tarixli K-4788 nömrəli və 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqavilələridir. 10.04.2009-cu il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 24 ay müddətinə illik 22 faizlə 377.750 ABŞ dolları, 30.09.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 20 faizlə 695.545 ABŞ dolları və 13.12.2011-ci il t arixli kredit müqaviləsinə əsasən illik 18 faizlə bir il müddətinə 377.300 ABŞ dolları kredit verilməsi göstərilmişdir. Həmin müqavilələr bağlanarkən formal olaraq qanunun tələblərinə riayət edilmiş, müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmiş, kreditin verilmə tarixi, məbləği, illik faiz dərəcəsi və digər şərtləri razılaşdırılmışdır. İddiaçı bank həmin hallara istinad edərək müqavilə üzrə yaranmış borcları tələb edir və tələbini onunla əsaslandırır ki, kredit müqavilələrində nəzərdə tutulan məbləğdə pulu cavabdehə vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməmiş və onun hər bir kredit müqaviləsi üzrə müəyyən məbləğdə borcu yaranmışdır. Lakin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin kredit müqavilələri, əslində borc alana real olaraq pul vəsaitini kreditə (borca ) verilməsi üçün bağlanmamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsini (kredit müqaviləsini) tənzimləyən yuxarıda qeyd olunan normanın şərtlərindən göründüyü kimi bu müqavilənin mahiyyəti ondan ibarətdir ki, borc verən pulu (və ya digər əşyaları) borc alanın mülkiyyətinə keçirməli, borc alan isə eyni növlü əşyanı borc verənə qaytarmalıdır. Kredit müqaviləsində nəzərdə tutulan vəsait müştəriyə ya nağd şəkildə ödənilməli, və yaxud onun razılığı ilə şəxsi hesabına keçirilməlidir. Müştəri ilə formal kredit müqaviləsi bağlayaraq həmin müqavilədə nəzərdə tutulan vəsait hesabına eyni bankda müştərinin borcunun ödənilməsi barədə sənədləşmə aparılması pulun müştərinin şəxsi hesabına mədaxil edilməsi demək deyil. Kredit müqavilələri üzrə verilməsi nəzərdə tutulan pul vəsaiti borc alana verilməmişdir. "xxxx" ASC iddia tələbində, məhkəmə baxışı zamanı iddiaya dair vermiş olduğu dəqiqləşmədə tələbini ancaq onunla əsaslandırmışdır ki, kredit müqavilələrində nəzərdə tutulan pul vəsaiti cavabdehə verilmiş və cavabdeh onu qaytarmaq öhdəliyini pozmuşdur. İşə birinci instansiya məhkəməsində baxı larkən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. İddiaçı qeyd olunan ekspert rəylərindən sonra da, kredit müqavilələri üzrə cavabdehə pul verilməsi halına istinad edərək, iddia tələbini dəqiqləşdirmiş və işə baxan məhkəmə həmin dəqiqləşmə əsasında yekun qətnamə çıxarmışdır. Lakin, işə apellyasiya icraatında baxılarkən yenidən iki dəfə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və məhz həmin ekspertizaların nəticəsi olaraq məlum olmuşdur ki, iddia tələbində qeyd olunan hər üç kredit müqaviləsi üzrə cavabdehə pul vəsaiti verilməmişdir. Həmin rəylərlə sübuta yetirilmişdir ki, Cavabdeh1 ilə bağlanmış 10.04.2009-cu il tarixli K-4106 nömrəli kredit müqaviləsi üzrə 377.750,00 ABŞ dolları kredit vəsaitindən 338.850,00 ABŞ dolları 10.04.2007-ci il tarixli K-3386 nömrəli kredit müqa viləsi üzrə qalıq əsas borcundan silinmiş, 30.09.2010-cu il tarixli K-4788 nömrəli kredit müqaviləsi üzrə 695.545,00 ABŞ dolları kredit vəsaiti 07.05.2008-ci il tarixli K-3795 nömrəli kredit müqaviləsi üzrə qalıq 548.950,00 ABŞ dolları əsas borcdan, 79.036,13 ABŞ dolları faizdən silinmişdir. Həmin ekspert rəylərindən sonra müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10.04.2007-ci il tarixli k-3386 nömrəli müqaviləyə əsasən 300.000 ABŞ dolları, 07.05.2008-ci il tarixli k-3795 nömrəli müqaviləyə əsasən 550.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmış, cavabdeh qeyd olunan kredit müqavilələri üzrə müəyyən ödənişlər etmiş, lakin yaranmış qalıq borcunun ödənilməsi üçün bankla cavabdeh arasında sonrakı kredit müqavilələri rəsmiləşdirilərək növbəti kredit müqaviləsi ilə əvvəlki kredit müqaviləsi üzrə borcun guya ödənildiyi sənədləşdirilmişdir. Bu cür rəsmiləşmə kredit müqaviləsinin yuxarıda qeyd olunan mahiyyətinə uyğun gəlmir, yəni tərəflərin razılaşması kredit müqavilələri üzrə vəsaitin borc alana verilməsi ilə bağlı olmadığından, həmin müqavilələr kredit müqavilələri deyil, həmin müqavilələr üzrə vəsaitin borcalana verilməsi tərəflərin iradəsi ilə əhatə olunmamışdır. Göründüyü kimi, nə qədər ki, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış sonuncu üç müqaviləyə istinad edir və həmin müqavilələr üzrə cavabdehə pul verilmədiyi sübuta yetirilir, onda iddiaçının hazırkı iş üzrə pul tələbi təmin oluna bilməz. Çünki, iddiaçı tələbinin yeganə əsası kimi kredit müqavilələri üzrə cavabdehə borc pul verməsi halını sübuta yetirə bilməmişdir. İddiaçı bank tələbinin əsası kimi tərəflər arasında mövcud olmuş həqiqi münasibətlərə istinad edərək (2007, 2008-ci illər kredit müqavilələri üzrə borcun qalması) iddia irəli sürmüş olsaydı, onda, tərəflər arasında bağlanmış 10.04.2007-ci il tarixli, 07.05.2008-ci il tarixli kredit müqavilələri üzrə müvafiq araşdırma aparılmalı idi. Onda həmin müqavilələr üzrə cavabdehin nə qədər ödəniş etdiyini, nə qədər borcu qaldığını, həmin kredit müqavilələri üzrə hesablanmış qalıq borcunun məbləği aydınlaşdırılmalı idi. Çünki sonradan rəsmiləşdirilmiş kredit müqavilələri həmin müqavilələr üzrə borc məbləğinin qaytarılması görünüşü yaratmaq üçün rəsmiləşdirilmişdi. Lakin hazırkı işdə iddiaçı bank belə bir tələb irəli sürmədiyi üçün həmin hallar araşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən sonuncu üç müqavilə ilə bağlı tərəflər arasında mövcud olmuş münasibətlərin qiymətləndirilməsinə də zərurət var. Bununla bağlı həmin müqavilələrin mahiyyətinin nədən ibarət olması aydınlaşdırılmalıdır. Bank həmin üç müqavilələri bağlamaqla əslində 10.04.2007-ci il tarixli, 07.05.2008-ci il tarixli kredit müqavilələri üzrə ödənilməmiş əsas və borc məbləğini yenidən qeydə almaq, həmin məbləği birləşdirərək (əsas, faiz və cərimə məbləğlərini) əsas məbləğ kimi göstərməklə yenidən onlara böyük məbləğdə faiz və cərimə hesablamaq niyyətini güdmüşdür. Çünki, cavabdehin borc öhdəliyi ipoteka ilə təmin olunmuşdu və bank bilirdi ki, bor cun qaytarılmasının həmin əmlaklar hesabına təmin etmək çətinlik törətməyəcək. Həmin üç müqavilənin ardıcıl olaraq bağlanmasının başqa məntiqi və ağlabatan izahı yoxdur. Belə ki, 10.04.2007-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə ilik 21 % ödəmək şərti ilə bağlanmışdı. Müqavilənin şərtlərindən biri (2.5-ci bəndi) ondan ibarət idi ki, kredit cədvəl üzrə qaytarılmadığı təqdirdə faizlər 44 % hesablanır. 07.05.2008-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə, illik 22 % qaytarmaq şərti ilə bağlanmışdı. Həmin müqavilənin 2.5-ci bəndində də, borc qrafikə uyğun qaytarılmadığı təqdirdə kreditin illik 42 %-lə qaytarılması nəzərdə tutulmuşdur. Hər iki müqavilənin 2.6-cı bəndində qeyd olunurdu ki, artırılmış faizlər məhkəmənin müvafiq qərarının müddətindən (istər məhkəmə qərarından əvvəl, istərsə də, ondan sonra) asılı olmayaraq ödənilməlidir. Göründüyü kimi, qeyd olunan müqavilələrə daxil edilmiş əsassız və qanunsuz müddəalara uyğun olaraq borcluya kifayət qədər məbləğdə əsassız borc hesablamaq imkanı yaranmışdı. Sonuncu üç müqavilələr bağlanarkən 10.04.2007-ci il tarixli, 07.05.2008-ci il tarixli kredit müqavilələri üzrə borcun geri tələb edilməsi müddəti buraxılmamışdı. Bank kreditin verilmə qaydalarına dair tələblərə uyğun olaraq (həmin qaydalar 21.11.16-cı il tarixli ekspert rəyində, kassasiya məhkəməsinin öncəki qərarında, müqavilələrin etibarsızlığı barədə Bakı şəhəri Nəsimi rayon Məhkəmənin qətnaməsində geniş şərh olunmuşdur) borcu geri tələb edə və onları ipoteka ilə yüklü edilmiş əmlaklar hesabına ödətdirə bilərdi. Çünki, 10.04.2007-ci il tarixli müqavilənin müdd əti 10.04.2009-cu il tarixdə, 07.05.2008-ci il tarixli kredit müqavilənin müddəti isə 07.05.2010-cu il tarixdə bitirdi. Bank müqavilə müddətindən üç il sonra da, borcu tələb etməkdə haqlı idi. İddiaçı bank hazırkı iddianı irəli sürəndə (18.12.12-ci tarixdə) də 2007-2008-ci ildə bağlanmış kredit müqavilələri üzrə borcu tələb etməkdə haqlı idi. Lakin, iddiaçı bank başqa yolla gedərək bir-birinin ardınca 10.04.2009cu il tarixli, 30.09.2010-cu il tarixli və 13.12.2011-ci il tarixli kredit müqavilələrini bağlamaqla hər dəfə ödənilməmiş əsas, faiz və cərimə borclarını əsas borc kimi qeydə alaraq (fiksasiya edərək) həmin məbləğə yeni faiz, cərimə məbləği hesablamaqla süni surətdə, mənbəyi bəlli olmayan külli miqdarda əsassız borc tələbi irəli sürmüşdür. Əslində mübahisələndirilən müqavilələrin qe yd olunan ardıcıllıqla bağlanması, hər dəfə kreditin məbləğinin müəyyən edilməsi, elə həmin müqavilələrin mahiyyətinə bankın xeyrinə olmayan aydınlıq gətirmişdir. Kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş əmlakların sonrakı taleyi yuxarıda qeyd olunan qənaəti bir daha təsdiq edir. Belə ki, kredit müqaviləsinin təminatı olaraq ünvan 2 ünvanda yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 362,7 m2 olan qeyri-yaşayış sahəsi 07.05.2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş və tərəflərin razılaşması ilə dəyəri 875.000 ABŞ dolları müəyyən edilmişdir. 10.04.2007-ci il tarixli ipoteka müqaviləsi ilə ünvan 1 evin 18 nömrəli iki otaqlı mənzili, ünvan 1 ünvanda yerləşən 17 nömrəli iki otaqlı mənzil, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi, yenə Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,8 ha torpaq sahəsi, həmin ünvanda yerləşən və dəyəri tərəflərin razılığı ilə 84.000 ABŞ dolları qiymətləndirilən 0,12 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilədə həmin əmlakların ümumi dəyəri 458.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklü edilmiş əmlaklardan hal-hazırda ikisi - ünvan 1 evin 18 nömrəli iki otaqlı mənzili, ünvan 1 ünvanda yerləşən 17 nömrəli iki otaqlı mənzil ipoteka ilə yüklü qalmışdır. Sonuncu dəfə işə birinci instansiya məhkəməsində baxılarkən əmlaklardan biri – ünvan 2 ünvanda yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 362,7 m2 olan qeyri-yaşayış sahəsi satılmış, həmin əməliyyatdan sonra bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 30.09.2010-cu il tarixli K-4788 nömr əli kredit müqaviləsi üzrə tələbini 695.545,00 ABŞ dolları məbləğdə əsas borc hissəsində azaltmış, 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 130.000 ABŞ dolları məbləğində azaltmışdır. Lakin buna baxmayaraq bank həmin ərizəsində yenə cərimə borcunu artıraraq 30.09.2010-cu il tarixli K-4788 nömrəli kredit müqaviləsi üzrə 441.284.60 ABŞ dolları cərimə hesablamış, ümumilikdə həmin müqavilə üzrə 719.502.62 ABŞ dolları pul tələb etmiş, 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqaviləsi üzrə əsas borcu azaltsa da, faiz borcunu yenidən 74.540 ABŞ dollarına qaldırmışdır (İİ cild, iş v. 199). İpoteka ilə yüklü edilmiş Abşeron rayonu Novxanı kəndində yerləşən üç ədəd 0,12 ha torpaq sahəsi və həmin kənddə yerləşən 0,8 ha torpa q sahəsi də ipotekadan azad olunmuşdur. Cavabdeh həmin əmlakların da, bankın nümayəndəsinin iştirakı ilə 210.000 ABŞ dollarına satılaraq borcun əvəzi olaraq ödənildiyini bildirir. Bankın nümayəndələri məhkəmə iclasında qarşı tərəfin həmin dəlilinə etiraz etməmişlər. İpoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad olunması şərtlərini bankın müəyyən etdiyi nəzərə alınsa, həmin əmlakların da borcun ödənilməsi üçün realizə olunması şübhə doğurmur. Çünki hadisələrin məntiqi axarı onu göstərir ki, əks təqdirdə həmin əmlakların ipotekadan azad olunmasına bank razılıq verməzdi. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, 10.04.2009-cu il tarixli K-4106 nömrəli, 30.09.2010-cu il tarixli K-4788 nömrəli və 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqavilələri üzrə banka 825.5 45,00 ABŞ dolları əsas borc, 92.905,58 ABŞ dolları faiz olmaqla, ümumilikdə 918.450,58 ABŞ dolları pul vəsaitləri ödənilmişdir (İİİ cild, iş v. 147-154). Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyləri ilə sübuta yetirilir ki, tərəflər arasında bağlanmış 10.04.2007-ci il tarixli, 07.05.2008-ci il tarixli kredit müqavilələri üzrə cavabdeh tərəfindən vaxtı ilə müəyyən ödənişlər edilmişdir. Çünki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, 10.04.2007-ci il tarixli kredit müqaviləsi üzrə banka 300.000 ABŞ dolları əsas borc və 125.759 ABŞ dolları faiz, 07.05.2008-ci il tarixli kredit müqaviləsi üzrə 550.000 ABŞ dolları əsas borc, 241.747 ABŞ dolları faiz ödənilməli idi. Formal olaraq sənədləşdirilmiş 10.04.2009-cu il tarixli kredit müqaviləsi ilə 10.04.2007-ci il tarixli kre dit müqaviləsi üzrə qalıq 338.850,00 ABŞ dolları silinmiş və 30.09.2010-cu il tarixli kredit müqaviləsi üzrə 07.05.2008-ci il tarixli kredit müqaviləsi üzrə qalıq 548.950,00 ABŞ dolları əsas borcdan, 79.036,13 ABŞ dolları faizdən silinmişdir. Deməli, formal müqavilələr bağlanan dövrə qədər cavabdeh 10.04.2007-ci il tarixli kredit müqaviləsi üzrə ən azından 86.909 ABŞ dolları (425.759-338.850=86.909), 07.05.2008-ci il tarixli kredit müqaviləsi üzrə (791.747-548.950-79.036=163.761) 163.761 ABŞ dolları ödəniş etmişdi. Beləliklə, mübahisələndirilən müqavilələr bağlananadək cavabdeh 2007-2008 illər müqavilələri üzrə ən azından banka 250.670 ABŞ dolları ödəniş etdiyi təsdiq olunur. Bu rəqəm bankın cavabdehdən cərimə və əlavə hesablanmış faiz məbləği almadığı halda hesablanan məbləğdir. Nəticə et ibarı ilə, iddiaçı bank 2007-2008-ci illərdə cavabdehə iki müqavilə əsasında kredit verdiyi 850.000 ABŞ dolları müqabilində ən azından ondan (918.450,58 + 250.670 = 1.169.178) 1.168.178 ABŞ dolları vəsait geri almış, ipoteka ilə yüklü edilmiş yeddi ədəd daşınmaz əmlakın beşinin ipotekadan azad olunmasına şərait yaradaraq satılaraq pulunun hesablanmış yüksək məbləğdə əsas, faiz və cərimə (formal olaraq bağlanmış son üç kredit müqavilələri üzrə kredit məbləğləri müəyyən edilərkən hər dəfə əvvəlki müqavilə üzrə hesablanmış əsas və faiz məbləğləri əsas götürülürdü ki, yığılmış borcları silməyə kifayət etsin) məbləğlərinə silmişdir. Sadalanan hallar kredit münasibətlərində üstün hüquqa malik olan (diktə edə tərəf) bankın hüquqdan sui-istifadə etməsini təsdiq edir. Mülki Məcəllənin 560.1-ci ma ddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə hesab olunur. Bundan başqa, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırkı işdə iddiaçı bank nəinki müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmiş, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hərəkətlərdən çəkinməmiş, əksinə öhdəliyə vicdanlılığın tələb etdiyi tərzdə yanaşmamış, hər dəfə yeni müqavilə rəsmiləşdirməklə əvvəlki borc məbləğini ( əsas, faiz, cərimə məbləğlərini) əsas borc kimi qeydə alaraq ona yenidən faiz və cərimə hesablamaqla borclunu ağır vəziyyətə salmış, bilərəkdən öhdəliyin icrası üçün qeyri-mümkün şərait yaratmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış 10.04.2009-cu il tarixli K-4106 nömrəli, 30.09.2010-cu il tarixli K-4788 nömrəli və 13.12.2011-ci il tarixli 100.LN.2105.131211.00001 nömrəli kredit müqavilələri uydurma (puç əqdlər) müqavilələr olmuş, həmin müqavilələr müştəriyə kredit vermək niyyəti ilə bağlanmamış, əvvəlki kredit müqavilələri üzrə borcların ödənilməsi təəssüratı yaratmaq və müştəridən daha çox gəlir götürmək məqsədi ilə bağlanmışdır. Müqavilələrin görünüş üçün bağlanması guya cavabdehə kredit verilməsi ilə izah olunur. Həmin müqavilələr bağlanarkən bankın niyyətinin əsassız olaraq daha artıq gəlir əldə etmək niyyətində olması müqavilələrin uydurma (puç) əqd olmalarını istisna etmir. Çünki həmin müqavilələr məzmunca uydurulmuş (müştəriyə kredit verilməsi barədə) əqdlərdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Tərəflər arasında bağlanmış 10.04.2009-cu il, 30.09.2010-cu, 13.12.2011-ci il tarixli kredit müqavilələri uydurma müqavilələr olduğundan özlüyündə etibarsız əqdlərdir və müqavilə tərəfi üçün heç bir hüquqi nəticə yaratmır. Ona görə də, həmin müqavilələr üzrə borcun tutulması barədə bankın iddiasının rədd edilməsi üçün əhəmiyyətsiz müqavilələrin məhkəmə qaydasında etibarsız hesab olunmasına zərurət yoxdur. Belə ki, Mülki Məcəllə nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqdlər üzrə iddia tələblərinə baxılarkən tələbin əsasını təşkil edən əqdin etibarsız olması özlüyündə iddianın rədd edilməsi üçün müstəqil əsasdır. İddiaçının tələbinin qanuni əsasını yoxlamaq məhkəmənin vəzifəsidir. Məhkəmə tələbin qanuni əsası ilə bağlı iddiaçının irəli sürdüyü hallardan asılı deyil. Mülki Məcəllənin 337.3-cü maddəsi əhəmiyyətsiz əqdlərlə bağlı məsələyə birmənalı olaraq aydınlıq gətirdiyindən, həmin işlərə baxılarkən əqdin əhəmiy yətsiz olması müəyyən edilərkən onun məhkəmə qaydasında etibarsız hesab olunmasına əlavə zərurət yoxdur və etibarsız əqd əsasında irəli sürülən tələb rədd edilməlidir. Beləliklə, əqdin etibarsızlığı tələbi ilə bağlı məhkəmə kollegiyasının mövqeyi belə formalaşır ki, həmin müqavilələr uydurma (puç) əqdlər olduğundan bankın tələbi təmin oluna bilməz və bunun üçün həmin müqavilələrin ayrıca məhkəmə qaydasında etibarsız hesab olunmasına zərurət yox idi. Nə qədər ki, cavabdeh artıq belə bir iddia ilə məhkəməyə müraciət etmişdir və onun iddiası təmin olunmuşdur, apellyasiya instansiyası məhkəməsi bankın apellyasiya şikayətinin dəlilləri əsasında həmin məsələ ilə bağlı təkrar araşdırma aparılmasına zərurət görməyərkən düzgün qənaətə gəlmişdir. Lakin, cavabdehin həmin müqavilələrin etibarsızlığı nı tələb etmək üçün bir illik iddia müddətini ötürməsi ilə bağlı bankın etirazı ilə bağlı dəyərləndirmə aparılması zəruridir. Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əvvəla, qeyd olunan normada nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericinin kəsici müddətləri müəyyən etməkdə məqsədi mülki hüquq münasibtləri iştirakçılarını öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaqdan ibarətdir. Həmin müddətin keçməsi ilə tələbetmə hüququ başa çatır. Bunun üçün iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurət yoxdur. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verə n halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdə dair mübahisə edə bilər. İkincisi, həmin norma əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara bir illik müddət şamil edir. Yəni, əhəmiyyətsiz əqd uzun müddət əvvəl bağlanmış ola bilər, tərəflər bu barədə məlumatlı ola bilərlər. Nə qədər ki, həmin əqdin etibarsız nəticələri tətbiq olunmağa başlanmayıb, qeyd olunan müddətin axımından söhbət gedə bilməz. Normadakı müddətin axımı o vaxt başlanır ki, müqavilə tərəfi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmiş olsun. Məhz həmin vaxtdan tərəfin əqdin etibarsızlığı barədə bir il ərzində iddia vermək üçün müddət başlanır. Çünki əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmır, özlüyündə etibarsızdır. İddiaçı bank qeyd olunan müqavilə ləri rəhbər tutaraq borc tələbi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehin etirazı ondan ibarət olmuşdur ki, o, həmin müqavilələr üzrə vəsait almamışdır. Ona görə, Mülki Məcəllənin 337.3-cü maddəsinə uyğun olaraq etibarsız əqdlər (müqavilələrin) üzrə tələbin rədd edilməsi işə baxan məhkəmənin vəzifəsi idi. İşə baxan birinci instansiya məhkəməsi bankın iddialarını təmin etmiş, həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişiklik edilmədən saxlanmış, kassasiya məhkəməsi qətnaməni ləğv edərək yeni məhkəmə baxışına qaytardıqdan sonra tərəf məcbur olaraq müqavilələrin etibarsız hesab olunması barədə ayrıca iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi nə hələ başlanmamışdır. Ona görə də, əqdin etibarsızlığını tələb etmək üçün iddiaçının müddəti buraxması barədə bankın etirazı əsaslı deyil, işə baxan məhkəmə həmin mübahisə üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bundan başqa, əqdin etibarsızlığının hüquqi nəticələri ilə bağlı da dəyərləndirmə aparılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə də, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisələndirilən kredit müqavilələri etiba rsız hesab olunduğundan yuxarıda qeyd olunan normanın tələblərinə uyğun olaraq tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Həmin müqavilələr Bank tərəfindən Cavabdeh1-ə pul verilməsi təsdiqini tapmadığı üçün o, əqd üzrə aldığını qaytarmaq vəzifəsindən azaddır. Cavabdeh1 etdiyi ödənişlərin hansı kredit müqaviləsi üzrə (2007,2008 və yaxud sonrakı müqavilələr) aparıldığı aydın olmadığı, cavabdehin özünün məhz 2007-2008-ci illər üzrə kredit borcunu ödədiyini bildirdiyindən, eləcə də, 2007-2008ci illər üzrə kredit müqavilələri üzrə nə qədər pul ödənilməsi, öhdəliyin tam olaraq icra edilib-edilməməsi, artıq vəsait ödənilib-ödənilməməsi hazırkı mübahisənin predmeti olmadığından hazırkı işdə Cavabdeh1 münasibətdə də, əqdin etibarsızlığının nəticələrini tətbiq etmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 haqlı olaraq izah etmişdir ki, bank tərəfindən əhəmiyyətsiz əqdlər əsasında pul vəsaitinin ondan əsassız alınması qənaətinə gəldiyi təqdirdə həmin vəsaitin geri qaytarılması barədə banka qarşı iddia irəli sürə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi "xxxx" ASC-nin Cavabdeh1 qarşı «kredit borcu və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçün tətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.04.2018-ci il tarixli 2(103)-271/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Elşanə Vəliyeva Qürbət Əsgərov ƏnvərŞadiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar