Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5036/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: aliment məbləğin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)1312/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və xxx qızının birgə ailə münasibətlərindən xx xxx 2011-ci ildə X6, xx xxxxxx 2013-cü ildə X7 və xx xxxx 2015-ci ildə X8 adlı övladları anadan olmuşlar.
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin və xx xxxx 2015-ci ildə anadan olmuş X5 müalicəsi üçün əlavə xərc kimi hər ay 60 manat pulun Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir.
3. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılmışdır.
4. Gəncə şəhəri 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, MN-603 saylı arayışına əsasən Cavabdeh 32 nömrəli tam orta məktəbdə müəllim işləməklə, xx xxxxxx 2019-cu il tarixdən orta aylıq əmək haqqısı 560 manat, vergi tutulduqdan sonra ələ çatan maaşı 472,20 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xxx qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxx 2011-ci ildə anadan olmuş X3, xx xxxxxx 2013-cü ildə anadan olmuş X4 və xx xxxx 2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək Cavabdeh tutulan alimentin məbləğinin artırılara q hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və əlavə xərc kimi hər ay 120 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, hər uşağa müəyyən olunmuş 120 manat məbləğində alimentlə onlara baxmaq mümkün deyildir. Uşaqlar böyüyür və ehtiyacları artır, uşaqlardan X7 məktəbə gedib. İddiaçı işləmir və valideynlərinin himayəsindədir. Cavabdehin maddi imkanları yaxşıdır, həm orta məktəbdə müəllim, həm də Gəncə şəhərində “Akademiya” kurslarında dərs deyir, orta aylıq gəliri 2000 manata yaxındır.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-3622/2019 nömrəli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddiaçı X1 Cavabd eh qarşı “alimentin və əlavə xərcin artırılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı şərtləndirmişdir. Lakin iddiaçı aliment təyin olunduqdan sonra cavabdehin əmlak vəziyyətində hər hansı dəyişiklik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1312/2020 nömrəli qətnaməsi ilə (hakim N.N.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və R.Ş.Muradovdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Gən cə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-3622/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
11. İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianı tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra uşaqlar böyümüş, uşaqlardan biri məktəbə getmiş və Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş yaşayış mini mumu artmışdır. Apelyasiya həmin halları nəzərə almamış, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, o, orta məktəbdə müəllim işəməklə, stabil olaraq 472 manat əmək haqqı alır, repetitorluq etmir. Kasator apelyasiya instansiyası məhkəməsi tərəfindən konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etməmişdir. Göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır.
15. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri
16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
18. Azərbaycan R espublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
19. BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsas ən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə t ərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 21. “Azərbaycan Respublikası nda 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. 22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar ü çün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğ unu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, iddianın hüquqi əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
27. Lakin iddiaçı həmin maddəyə istinad edərək, alimentin artırılmasını tələb etsə də, maddənin dispozitiv şərtlərinə uyğun sü butları məhkəməyə təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin tutulması barədə məhkəmə mübahisəsi faktiki olaraq Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qəbulu ilə başa çatmış və həmin tarixdən hazırki iddia qaldırıldığı xx xxxxxxx 2019-cu il tarixədək 9 ay keçmişdir. Həmin qısa müddət ərzində cavabdeh ailə və maddi vəziyyətində mühüm dəyişikliklərin baş verməsi iş materialları ilə müəyyən olunmur.
29. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləği müəyyən edilərkən yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını tələb olunan xərclərin orta məbləği nəzərə alındığından uşaqlardan birinin məktəb yaşına çatması özü-özlüyündə alimentin artırılması üçün əsas deyildir.
30. Həmçinin tutulan aliment ölkədə uşaqlar üçün müəyyən olunmuş ya şayış minimumuma yaxın olduğundan 2019-cu ildə həmin minimumun artırılması özü-özlüyündə alimentin artırılması üçün əsas ola bilməz.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1312/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar v