Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5036/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08. 01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 31.12.2018-ci il tarixədək qaytarmaq şərtilə 70.000 manat məbləğində pulu borca vermişdir.
2. İddiaçı 08.10.2020-ci ildə iddia qaldıraraq bildirmişdir ki, cavabdeh ona cəmi 2.000 manat qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında 08 yanvar 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, 70.000 manat məbləğində pulun və MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz manat məbləğində pulun hesablanmaqla ona ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onunla əri arasında olan nikah pozulmuş və keçmiş əri ilə birgə nikahdan əldə edilmiş əmlakdan ona 89000 manat pul düşmüşdür. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin iştirakı ilə həmin 89000 manat pul ona verilmişdir. Pulu alan zaman onun X2 da, onunla idi. Qısa müddət keçdikdən sonra, 2017-ci ilin dekabr ayının axırlarında X2 ona demişdir ki, onun bir yaxını vardır və ona təcili pul lazımdır, 2018-ci ilin axırlarına qədər qaytaracağına söz vermişdir. x cavabdehin pulu qaytaranda cuzi olsa da, hörmət edəcəyinə söz vermişdir. X1 Cavabdeh ilə tanış etmiş, o da, rəfiqəsinin sözlərinə etibar edərək, ərindən ona düşən paydan olan puldan rəfiqəsi xnın tanışı Cavabdeh 70000 manat pul verməyinə razılaşmışdı r. O, həmin pulun verilməsini Qanunvericiliyinin tələblərinə uyğun olaraq notariat qaydasında verilməsini tələb etmiş, pulu alan cavabdeh də, bununla razılaşmışdır. 08 yanvar 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanılmış və Cavabdeh 70000 manat pulu 31.12.2018-ci il tarixə qaytaracağını öz öhdəsinə götürmüşdür. Cavabdeh notariat kontorunda 70000 manat pulu məndən aldığı an kredit müqaviləsində pulu təhvil aldığını qeyd etmişdir. 2018-ci ilin sonuna yaxın o, Cavabdeh Mürşüd oğluna pulu qaytarmaq lazım olduğunu və artıq noyabr ayının sonu olduğunu bildirmişdir. Cavabdeh isə narahat olmamağını və pulu ilin sonunda qaytaracağına söz vermişdir. Lakin, Cavabdeh öz verdiyi sözlərinə əməl etməməyə başlamışdır. 2018-ci ildə n etibarən 2020-ci ilin yay ayına qədər zəng vuraraq götürdüyü kredit borcunun geri qaytarılması xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Hətta son vaxtlar Cavabdeh ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh müqavilənin hər hansı bir öhdəlikləri yerinə yetirməmiş, dəfələrlə pulun ödənilməsi barədə şifahi xəbərdarlıqları olsa da, lakin heç bir nəticəsi olmamışdır. O, məcbur olaraq 10.09.2020-ci il tarixdə EMS sürətli poçt xidməti vasitəsi ilə cavabdehin ünvanına pretenziya məktubu göndərmiş, lakin, həmin pretenziya məktubunu 10.09.2020-ci il tarixdə almış, lakin hər hansı bir reaksiya verməmiş, Cavabdeh ümumilikdə demək olar ki, ona verdiyi 70000 manat pulundan hər hansı bir məbləği qaytarmamışdır. Göründüyü kimi Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirməsindən yayınır, eyni zamanda müqavilə üzrə onun tərəfindən verilmiş 70.000 manatı qaytarmır. Bundan başqa, hesab edir ki, Cavabdeh 70.000 manatı özündə saxlamaqla ona zərər vurmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ondan götürdüyü məbləğin illik 5% faizi məbləğində vəsaiti də, ödəməlidir.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, o, iddiaçını şəxsən tanımamış, x x vasitəsilə tanımışdır. x xın sözlərinə görə x xın maddi vəziyyəti yaxşı olmadığından ondan 70000 manat pul götürüb aylıq ödəməklə qaytarmağını təklif etmişdir. Beləliklə 08 yanvar 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda x xla borc müqaviləsi bağlamaqla ondan 70000 manat pul almışdır. Həmçinin hər ayın 8-i faiz kimi ödədiyi 1500 manat pulu onlar müqavilədə qeyd etməmişdir. 4 ay ərzində 2018-ci ilin fevralından may ayınadək 1500 manat pulu x x vasitəsilə x xa ödəmişdir. May ayının axırında x x Qaraçuxurdakı evini sataraq yeni ev almaq istədiyinə görə ona pulun indi lazım olduğunu bildirmişdir. Məbləğin hamısını birdən ödəyə bilmədiyinə görə pulu hissə-hissə ödəyəcəyini demişdir. İyun ayında Şəhrizad restoranında x xın yanında 40000 manat pulu x xa vermişdir. Ondan sonra x xın qardaşı oğlu xadlı şəxslə iki dəfə görüşərək ona pul vermiş və ümumilikdə x xa 55000 manat pul verdikdən sonra, qalıq borcu 15000 manat təşkil etmişdir. Həmçinin bildirmək istəyir ki, 6 ay ərzində də hər ay ödədiyi 1500 manat faiz pul da, ümumilikdə 9000 manat təşki l etmişdir. Sonra da 1200 manat və 900 manat ödəmişdir. Oktyabr ayında x x ona zəng edərək Gəncədə qəza keçirtdiyini və təcili pula ehtiyacı olduğunu söylədiyinə görə, növbəti gün ona poçt vasitəsilə 2000 manat pul göndərmiş və beləliklə onun borcu 10600 manat təşkil etmişdir. Oktyabr ayının sonunda x x onun ofisinə gələrək 10000 manat pul götürmüş, qalan 600 manatı qaytarmağına ehtiyac olmadığını söyləmişdir. O, x xa ümumilikdə 80500 manat pul ödəmişdir ki, onun 70000 manatı əsas borc, 10500 manat isə faiz olmuşdur. O, borcunu ödədikdən sonra x x borc müqaviləsini ləğv etməyi təklif etmiş, lakin onun vaxtı olmadığından müqaviləni ləğv edə bilməmişlər. İddiaçıya verdiyi məbləğlərə görə isə ondan hər hansı bir qəbz almamışdır. 2018-ci ilin oktyabr ayının sonundan x x ona zəng etməmiş, onu a xtarmamışdır. O, iddiaçıya olan borcunu tamamilə ödəmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 16 noyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 68.000 (altmış səkkiz min) manatın alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 faizi, yəni 15 (on beş) manatın iddiaçıya aid edilməsi, qalan 50 faizi, yəni 15 (on beş) manatın isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 31.12.2018-ci il tarixədək qaytarmaq şərtiylə 70.000 manat məbləğində pulu bor ca vermişdir. Cavabdeh iddiaçıdan aldığı pulu 31.12.2018-ci il tarixədək qaytaracağına dair öhdəlik götürsə də, həmin tarixədək aldığı borc məbləğini geri qaytarmamışdır. Məhkəmə iclasında həmçinin tərəflərin etirafedici izahatları ilə cavabdehin iddiaçıya olan borcundan 2000 manat məbləğində ödəniş etdiyi, cavabdehin hal-hazırda iddiaçıya 68.000 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Cavabdeh iddiaçıya olan borcunu müxtəlif vaxtlarda və müxtəlif şəxslər vasitəsi ilə ödəməsi və bu ödəniş barədə iddiaçıdan qəbz alması ilə əsaslandırsa da, bu halları sübut edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə şahid qismində dindirilmiş x xnın verdiyi izahata tənqidi yanaşaraq qeyd etmişdir ki, şahidin verdiyi izahat inandırıcı deyil, həmin hallar iş m aterialları və işin halları ilə təkzib edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və N.Cəfərov) 31 mart 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2020-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya borcu olmamışdır. Cavabdeh iddiaçıdan götürdüyü pulu tam ödəmişdir. Belə ki, o, 2018-ci ilin iyun ayında x x nın yanında iddiaçıya 40.000 manat, həmin ilin avqust ayında iki dəfə olmaqla birlikdə 15.000 manat, oktyabr ayında tam olaraq borc pulu qaytarmışdır. Həmin dövr ərzində cavabdeh iddiaçıya əsas borcdan əlavə olaraq 10.500 manat məbləğində faiz pul ödəmişdir. Eyni zamanda, bütün bu hallar şahid x x tərəfindən təsdiqlənsə də, hansı səbəbdənsə məhkəmə şahid ifadəsinə qeyri-obyektiv yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, Cavabdeh 70.000 manatdan 2.000 manatını qaytarmış, 68.000 manatı qalmışd ır. Ona görə də həm rayon məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi düzgün qənaətə gəlmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin konkret olaraq hansı maddi hüquq normalarının pozulması göstərilməmişdir. Sadəcə olaraq, Cavabdeh kassasiya şikayəti əvvəldən axıra qədər boş mülahizələrlə yazılmışdır. Odur ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız və qanuna müvafiq əsaslandırılmadığından, kassasiya şikayəti təmin oluna bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 22. 08.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 31.12.2018-ci il tarixədək qaytarmaq şərti ilə 70.000 (yetmiş min) manat borc vermişdir.
23. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut et məlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh borcu tam qaytardığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir.
25. Göründüyü kimi, iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlay ırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar birbirinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsi üzrə aldığı borcu tam qaytarmasını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla d üzgün nəticəyə gəlməlidir.
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da, cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam icra etdiyini bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə aldığı kredit borcunu qaytardığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Şahid ifadəsini isə məhz bu xarakterli mübahisə üzrə mötəbər qəbul etmək olmaz. Çünki, cavabdeh həqiqətən də aldığı kredit borcunun qalan hissəsini bəyan etdiyi kimi qaytarırdısa bu barəd ə kredit müqaviləsində yaxud hansısa yazlı sənəddə bunun qeydiyyatını da apara bilərdi. Bu daha mötəbər sübut olardı. Ancaq cavabdeh nədənsə borcunu şahidin yanında qaytardığını bəyan edir və şahid ifadəsinin mötəbər sübut kimi qəbul edilməsini istəyir. Lakin şahid ifadəsi alınmış borcun tam qaytarıldığını bilavasitə təsdiq etmir.
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.