Məhkəmə qərarları › İş №2(102)-504/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-504/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-504/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlunun məruzəsi ilə, Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5373/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi; İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 48 ay müddətinə illik 20 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən ödənilməli faiz borcunun məbləği 4604,20 manat təşkil etmişdir. 2. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat borcun, 133,51 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxa rılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər cavabdeh tərəfindən vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında xx.xx.2021-ci il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehin cəmi 14502,83 manat məbləğində kredit borcu mövcuddur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2576/2022 saylı, 6 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, Cavabdeh 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 (on dörd min beş yüz iki manat 83 qəpik) manat borc, 133,51 (yüz otuz üç manat 51 qəpik) manat dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia irəli sürülərkən 48 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi irəli sürülməmiş, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamışdır. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışını mötəbər sübut növü kimi qəbul edərək cavabdehin borc məbləği ilə razılaşmamasına baxmayaraq ekspertiza təyin etməmişdir. Beləliklə, hazırki iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, nəticədə prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qətnamə çıxararkən hakim ilk növbədə iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilib-edilməməsini araşdırmamışdır. Belə ki, bank tə rəfindən cavabdehə müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə bağlı heç bir pretenziya məktubu göndərilməmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5373/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X4 - sədrlik edən və məruzəçi, X3 və X1) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)2576/2022 saylı, 6 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti, ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 7 39.1-ci maddəsinin tələblərini pozmuş, bununla da öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Məhkəmə kollegiyası “banka olan borcun müəyyən edilməsi üçün mülki iş üzrə ekspertizanın keçirilməli olduğunu”na dair apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan maliyyə arayışından və apellyasiya icraatı zamanı təqdim edilmiş hesabdan çıxarışdan Cavabdeh kredit müqaviləsi üzrə əsas borcdan 137,63 manat, faiz borcundan isə cəmi 167 manat ödəniş etməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 9862,37 manat əsas b orc və 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat məbləğində borcunun qalması müəyyən olunduğundan mülki iş üzrə ekspertizanın təyin edilməsinə zərurət yoxdur.

12. Məhkəmə kollegiyası “müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbinin irəli sürülməməsi və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilibedilməməsinin araşdırmaması”na dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırki tələbdə kredit müqaviləsinin ləğvi deyil, kredit müqaviləsi üzrə ödənilməmiş borc tələb oldunduğundan bank tərəfindən cavabdehə müqavilənin ləğvi barədə hər hansı pretenziya məktubunun göndərilməsinə lüzum olmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2 və 739.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-5373/2022 saylı,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar