Məhkəmə qərarları › İş №2(102)-5040/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5040/2019

30.08.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5040/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı İddiaçı1 vəkili Əliyev Ramil Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı İddiaçı1 Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1137/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin (hakim E.Z.Hümbətov) 2(074)-1423/2018 nömrəli, 07 noyabr 2018- ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) 2(105)-1137/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməməsi, Şamaxı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, 2(074)1423/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə görə ödənilmiş 5,40 (beş manat qırx qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı1 cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ni n 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsinə dair 16 fevral 2017- ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin çıxarış tam qanunsuzdur. Çünki çıxarışın verilməsi üçün heç bir hüquq müəyyənedici sənəd yoxdur. Yəni “ayrıc aktı”, “təhkim aktı”, “torpaq sahəsinin planı və ölçüsü” və s. sənədlər yoxdur. Cavabdeh2 həyat yoldaşı X6 şəhəri, Qədirli küçəsi 69 saylı ünvandakı çoxmənzilli binanın qarşısında yerləşən və həmin mənzillərə zəruri xidmət üçün nəzərdə tutulan torpaq sahələrinin hamısını zəbt etmək niyyətinə düşərək, qayınanası ilə özünün arasında yerləşən, onun istifadəsində olan torpaq sahəsindən onu bezdirib qaçırmaq qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün də, artıq 11 ilə qədərdir ki, müxtəlif bəhanələrlə onu məhkəmələrdə süründürməkdədir. Cavabdeh2 ilə arasında olan mübahisə barədə son məhkəmə qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin 10.04.2012-ci il tarixli qərarı olmuşdur. Həmin qərara əsasən, onun yaşadığı mənzilin qarşısındakı torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Şamaxı rayon İcraiyyə Komitəsinin 18.09.1990-cı il qərarı və həmin qərarın əsasında onun adına verilmiş “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə” ləğv edilmiş, onun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Şamaxı Rayon İcra Şöbəsinin icra məmurları tərəfi ndən icra edilərkən, məlum olmuşdur ki, onun həmin torpaq sahəsindən çıxarılması qeyrimümkündür. Çünki, qeyd edilən torpaq sahəsi onun mənzilinin giriş qapısının və pəncərələrinin qarşısında yerləşir. Həmin torpaq sahəsindən çıxarılacağı halda, öz mənzilinə yalnız vertalyot vasitəsilə və bacadan keçməklə daxil ola bilər. Ona görə də, qətnaməyə izah verilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinə Şamaxı rayon icra məmurları tərəfindən müraciət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2015-ci il tarixli qərardadı ilə 10 aprel 2012- ci il tarixli qətnaməyə belə bir izah vermişdir ki, “qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində onun iddiaçının evinə bitişik olan, iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsindən çıxarılması kimi izah olunsun”. Könüllü olaraq Cavabdeh2 evinə bitişik olan torpaq sahəsindən çıxdığına və binaya perpendikulyar olaraq mənzillərin arasında dəmir lövhələrdən çəpər çəkildiyinə görə, faktiki olaraq, mübahisə bitmişdir. Lakin cavabdeh tərəf məhkəmə icraçılarından tələb etmişdir ki, ona Şamaxı rayon XDS İK-nin qərarında göstərilən 0,0316 ha torpaq sahəsi verilməlidir. Əvvəla, heç bir məhkəmə qətnaməsində Cavabdeh2 hansısa ölçüdə torpaq verilməsi nəzərdə tutulmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.03.2015-ci il tarixli qərardadında göstərildiyi kimi, iddiaçı Cavabdeh2 və onun həyat yoldaşı Vidadi Nuriyevin həmin ünvanda yerləşən hər hansı torpaq sahəsinə istifadə hüquqlarının olduğunu təsdiq edən rəsmi sənəd olmadığı üçün sonuncuların arzularının məhkəmə icraçıları tərəfindən yerinə yetirilməsi qeyri-mü mkün olmuşdur. Məhz buna görə də Şamaxı rayon İcra Qrupunun icra məmuru icrası qismən mümkün olmayan qətnamə kimi icra vərəqini məhkəməyə geri qaytarmışdır. Cavabdeh2 icra məmurunun həmin qərarından Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə şikayət vermiş, lakin AR Ali Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməmişdir. DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qanunsuz çıxarış, Cavabdeh2 icra məmurunun qərarından şikayət verdikdən sonra, yəni torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi müddətdə verilmişdir. Bu son 11 ildə davam edən məhkəmə prosesləri zamanı, eləcə də, qətnamənin icrası prosesində Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü olmuş olsaydı, təbii ki, həmin torpaq sahəsindən çıxarılmış olardı. Başqa sözlə, 2017-ci ilin fevral ayına qədə r Cavabdeh2 adına heç bir torpaq sahəsinə dair “plan və ölçü” olmamışdır. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsinə dair 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan, RX seriyalı ******* saylı “çıxarış” hansı qanuni “plan və ölçü” əsasında verilmişdir məlum deyil. Çıxarış verilmiş, lakin plan-ölçü verilməmişdir. X6 Rayon XDS İK-nin qərarında göstərilən 0,0316 ha torpaq sahəsini düzəltmək üçün onun yataq otağının pəncərəsinin qabağından başlayaraq, mənzilinə zəruri istifadə üçün nəzərdə tutulan torpaq sahəsini zəbt etməyə çalışır. DƏDRX-nin 14 saylı Ərazi İdarəsi Şamaxı XDS İK tərəfindən 1990-cı ildə verilmiş hər hansı plan və sxem olmadan, qanunsuz olaraq Cavabdeh2 torpaq üzərində mülkiyyət hüququna dair çıxarış vermişdir. Göstərilənlərə əsasən, Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsinə dair 16 fevral 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı İddiaçı1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)1137/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı1 vəkili Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə kollegiyasına ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işin baxılmasını təxirə salmasını xahiş etsə də, 30 avqust 2019-cu il tarixdə ölkədən kənarda olduğu halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər ş əxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1137/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materillarında olan: Şamaxı rayon X3 İcraiyyə Komitəsinin 11 noyabr 1990-cı il tarixli 22 nömrəli iclas protok olundan görünür ki, X5 iştirakçısı olan X4 0.0316 ha torpaq sahəsi təhkim edilmişdir. 03 avqust 1996-cı il tarixli müqavilədən görünür ki, cavabdeh ünvan 3 ünvanında yerləşən mənzili X1 almışdır. Reyestr kitabı 03/783, inventar işi 1231 olan Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli 2(105)- 66/2012 saylı qətnaməsindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 13.09.2011-ci il tarixli qətnaməsi, Şa maxı rayon XDS İcrayyə Komitəsinin 18.09.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması tələbi, habelə İddiaçı1 torpaq sahəsindən çıxarılması tələbi hissəsində ləğv olunmuş, bu hissədə iddia təmin edilmiş, Şamaxı rayon XDS icrayyə Komitəsinin 18.09.1990-cı il tarixli qərarı İddiaçı1 torpaq sahəsinin ayrılmasına dair hissədə, JN-012A kodlu, 41001004 saylı İddiaçı1 adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir-istismar müəssisəsi arasında bağlanmış 19.10.1990-cı il tarixli müqavilə ləğv olunmuş, İddiaçı1 mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli 2(102)-3316/2012 saylı qərarından görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli 2(105)- 66/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 noyabr 2012-ci il tarixli 2(105)-66/2012 saylı icra vərəqəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli 2(105)-66/2012 saylı qətnaməsi 16 oktyabr 2012-ci il tarixdə qüvvəyə minmiş və qətnamə 07 noyabr 2012-ci il tarixdə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüf atının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 aprel 2012-ci il tarixli 2(105)66/2012 saylı qətnaməsi ilə Şamaxı rayon XDS İcrayyə Komitəsinin 18.09.1990-cı il tarixli qərarı İddiaçı1 torpaq sahəsinin ayrılmasına dair hissədə, JN-012 A kodlu, 41001004 saylı İddiaçı1 adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir-istismar müəssisəsi arasında bağlanmış 19.10.1990-cı il tarixli müqavilə ləğv olunmuş, İddiaçı1 mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmışdır. Həmin qətnamə ilə də Cavabdeh2 mübahisəli torpaq sahəsində yerləşən evi Genadiy Smirnovdan satın almaqla həmin torpaqdan istifadə hüququ əldə etməsi, İddiaçı1 isə mübahisə predmeti olan torpaq sahəsinə hüququnun olmaması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin Cavabdeh2 tərəfindən Genadiy Smirnovdan notarial qaydada alqı-satqı əsasında əldə edilməsi, İddiaçı1 isə həmin torpaq sahəsinə hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə münasibətdə heç bir hüqu qunun olmaması ilə yanaşı, torpaq sahəsinin Cavabdeh2 tərəfindən alqı-satqı yolu ilə əldə etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edildiyindən, həmin torpaq sahəsinə dair verilmiş çıxarış da qanuni əsaslarla verilmiş hesab edlməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü mad dəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsasl ı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)1137/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı İddiaçı1 Əli oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1137/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar