Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5040/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əli qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3519/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları və iş üzrə məhkəmə icraatı
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası DT və XK-nin Qazax Rayon Şöbəsinin DƏDRX-nin Tovuz Ərazi İdarəsinə ünvanladığı xx xxxx 2011-ci il tarixli arayışa əsasən Qazax rayonunun Çaylı kənd sakini Cavabdeh1 adına işlənmiş JN 1866A, KOD 50112018 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Cavabdeh1 əvəzinə İddiaçı Əli qızı kimi yazıldığı bildirilərək, bunun nəzərə alınması xahiş edilmişdir.
2. Qazax rayonunun Ç aylı kənd sakini İddiaçı Əli qızının mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə olan JN 1866A, KOD 50112018 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, həmin şəhadətnamənin üzərində Azərbaycan Respublikası DT və XK-nin Qazax Rayon Şöbəsinin müdiri S.Nəbiyev tərəfindən düzəliş edilərək həmin torpağın Cavabdeh1 məxsus olması qeyd edilmişdir. 3.Qazax Rayon Dövlət Notariat Kontorunda xx xxxxx 2011-ci ildə 4Ə-02-147 reyestr nömrə ilə qeydə alınmış AN-İ saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan, Qazax rayonunun Çaylı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin 5.000 manata Cavabdeh2 satmışdır.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsinin verdiyi xx xxx 2011-ci il tarixli seriya MA ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonunun Çaylı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsinin verdiyi xx xxxxx 2016-cı il tarixli seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonunun Çaylı kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi İddiaçı Əli qızının adına qeydə alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Əli qızı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Qazax Rayon Dövlət X3 rayonunun Çaylı kəndində onun mülkiyyətində ola n 0,07 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx xxxxx 2011-ci il tarixli 4Ə-02-147 reyestr nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına Cavabdeh4ndən verilmiş xx xxx 2011-ci il tarixli **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
7. Şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Çaylı kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. 1998-ci ildə İcra Başçısının sərəncamı ilə şəhadətnamə Cavabdeh1 verilmişdir. Cavabdeh1 saxta arayışın verilməsindən məlumatı yoxdur. Cavabdeh1 arayış verilərkən o, icra nümayəndəsinin müavini işləmiş, həmin vaxt icra nümayəndəsi Qəzənfər Qocayev olmuşdur.
8. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, icra nümayəndəsinin arayışına əsasən İddiaçı adına qeyd edilmiş torpaq şəhadətnaməsində düzəliş edilmiş və şəhadətnamə Cavabdeh1 verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamış və heç bir problem yaranmamışdır. Ona göstəriş verildiyi üçün şəhadətnamənin üzərində düzəliş aparmışdır.
9. Qazax Rayon Məhkəməsinin 2(023)-540/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Qazax Rayon Dövlət Notariat Kontorunda 23 aprel 2011-ci ildə 4Ə-02-147 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqa vilə əsasında Cavabdeh2 adına Cavabdeh4 tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. İş üzrə qeyd edilən qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3519/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ş.M.Əliyeva) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Cavabdeh2 apelyasiya şikayəti təmi n edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Alıyeva Rəna Əli qızının mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilməsi barədə onun adına 27 dekabr 2005-ci ildə tərtib edilmiş JN 1866A, KOD 50112018 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin üzərində buna səlahiyyəti çatmayan şəxs tərəfindən qeyri-qanuni olaraq əlyazma ilə düzəliş edilərək şəhadətnamənin Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Hansı ki, belə düzəlişin edilməsi ya İddiaçı Əli qızının razılığı ilə yaxud məhkəmənin qərarı əsasında aparıla bilərdi. Bunların isə heç biri mövcud olmamışdır.
13. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 141.2, 141.3-cü maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş etmişlər.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etmiş, iddianın hansı hissədə təmin etmədiyini göstərməmiş və iddianın bu hissədə hansı hüquqi və faktiki əsaslara görə təmin etmədiyinə heç aydınlıq gətirməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi M PM-nin 372.7-ci maddəsi ilə üzərinə qoyulmuş vəzifəsinin öhdəsindən gəlməmiş və qətnamədə Qazax Rayon Məhkəməsinin bu prosessual hüquq normalarına riayət etməsini yoxlamamış və hüquqi qiymət verməmişdir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri MPM-nin 88-ci maddəsinin tələblərinə tam riayət olunmaqla tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Bundan başqa, şəhadətnamə üzərində edilmiş düzəlişin saxta olub-olmaması, düzəliş üçün hər-hansı əsasların mövcud olub-olmaması barədə məhkəmələr tərəfindən araşdırma aparılmadan belə qənaətə gəlinmişdir ki, düzəliş saxta arayışa əsasən həyata keçirilmişdir. Torpağın mülkiyyətçisi düzəlişin aparılması üçün dövlət orqanlarına müraciət etmiş, bunun üçün müvafiq əsaslar mövcud olduğundan düzəliş aparılmışdır. Düzəlişin Azərbaycan Respublikası MM-nin 141-ci maddəsinin tələbləri baxımından düzgün həyata keçirilməməsi düzəlişin saxta olunduğu qənaətinə gəlinməsinə əsas vermir. Həmçinin, Mülki Məcəllənin 360.1-ci maddəsinə istinad edilməklə hazırki iş üzrə müəyyən nəticəyə gəlinməsi işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. İddiaçı tərəfindən Cavabdeh1 torpağa mülkiyyət hüququnun verilməsinə dair şəhadətnaməyə və həmin şəhadətnaməyə edilmiş düzəlişlərə dair hərhansı bir iddia tələbi irəli sürülməmişdir.
16. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfin etirazı daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin y eni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məktub göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdirlər.
19. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı Əli qızı və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və d övlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
21. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 14.2.1 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
24. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiql iyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan so nra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.3 Kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.
31. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
32. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (28).
34. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (29).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (28). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələblərinə ziddir. Belə ki, məhkəmə maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir.
38. Belə ki, apelyasiya instansiyası məhkəməsi MM-nin 360.1-ci maddəsinə əsasən Cavabdeh3 xx xxxxx 2011-ci il tarixli 4Ə-02-147 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin qə tnaməsini dəyişdirmədən saxlayarkən nəzərə almamışdır ki, Cavabdeh1 notariat ofisində nümayəndə və ya səlahiyyət verilməyən şəxs kimi deyil, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olaraq satıcı qismində çıxış etmişdir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsinin 703 saylı, xx.xx.2011-ci il tarixli arayışına və Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair xx.xx.1998-ci il tarixli JN-1866A KOD 50112018 olan şəhadətnaməyə əsasən Qazax rayonu Çaylı kəndində yerləşən 0,07 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olduğu müəyyən edilmişdir.
39. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 adına verilmiş torpağa dair şəhadətnamədəki düzəlişin əsassız olmasına istinad edilməklə alqı-satqı müqaviləsi etibarsız hesab edilərkən, həmin torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydinin hazırda qüvvədə olub-olmamasını araşdırmamışdır. Halbuki, Cavabdeh1 adına həmin torpaq sahəsinə dair etibarsız hesab edilməmiş qeydin olması, həmin hüquqdan istifadə edilməklə həyata keçirilmiş əqdlərin etibarsızlığını istisna edir (24, 25, 26).
40. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinə iş üzrə məhkəmə qətnamələrində münasibət bildirilməmiş, şəhadətnamə üzərində edilmiş İddiaçı Əli qızının Cavabdeh1 ilə əvəzlənməsi ilə bağlı düzəliş üçün hər-hansı əsasın mövcud olub-olmaması araşdırılmamış və hərtərəfli, tam araşdırma aparmadan düzəlişin saxta arayışa əsasən həyata keçirildiyi qənaətinə gəlinmişdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (27).
41. Məhkəmə kollegiyası prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qeyd edilsə də, iddia tələbinin hansı hissədə təmin edilməməsi göstərilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən prosessual pozuntuya qiymət verilməmişdir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissədə təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.
42. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə qəbul edildiyindən apelyasiya instansiyası mə hkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, sübutlara düzgün hüquqi qiymət verməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3519/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.