Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5040/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5040/21 (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, ekspert rəyi) Bakı şəhəri, 11 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-914/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 23.09.2011-ci il tarixli 02 saylı və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 23.09.2011-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 24 ay müddətinə 325500 manat, 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 12 ay müddətinə 281400 manat məbləğində kredit verilmişdir. 2. 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsinin vaxtı 24 sentyabr 2014-cü ilə qədər uzadılmışdır.
3. Kredit müqavilələri ilə eyni tarixdə Cavabdeh2 ilə də zaminlik müqavilələri bağlanmışdır.
4. Mübahisə kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23.09.2011-ci il t arixli 02 saylı kredit müqaviləsi üzrə 300070 (üç yüz min yetmiş) manat əsas, 64365 (altmış dörd min üç yüz altmış beş) manat faiz borcunun, 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281276 (iki yüz səksən bir min iki yüz yetmiş altı) manat əsas, 60569 (altmış min beş yüz altmış doqquz) manat faiz borcunun, ümumilikdə isə 706280 (yeddi yüz altı min iki yüz səksən) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia onunla əsaslandırılmışdır ki, hər iki kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh1 keçən müddət ərzind ə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcun ödənilməsindən yayınmışdır.
7. Digər Cavabdeh2 ilə zaminlik müqavilələrinə əsasən borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar.
8. Hər iki müqavilə üzrə borc 26 iyul 2017-ci il tarixinə hesablanıb.
9. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425, 442, 443.1 və 472.2-ci maddələrinə istinad etmişdir.
10. Sonradan hər iki müqavilə üzrə müddətin sonuna olan borc barədə maliyyə arayışı təqdim edilib. Arayışlara əsasən 23 sentyabr 2011-ci il tarixli müqavilə üzrə əsas borc 300070 manat, müddətin sonuna faiz borcu 13254 manatdır. Müqaviləni bitdiyi tarixdən 45511 manat 5 faizlik borc vardır. 24 sentyabr 2013-cü il tarixli müqavilə üzrə əsas borc 281276 manat, müqavilə müddətinin sonuna faiz borcu 12658 manatdır. Müqavilənin bitdiyi tarixdən 42660 manat 5 faizlik borc vardır.
11. Birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin qarşısında hər iki müqavilə üzrə müqavilə müddətinin sonuna borcun müəyyən edilməsi barədə suallar qoymuşdur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 24.05.2018-ci il tarixli 32541 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.472,42 manat əsas, 951,50 manat faiz borcu; 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281322,50 manat əsas, 12.566,03 manat faiz borcu vardır.
13. Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh Cavabdeh2 ərizəsi əsasında qiyabi qətnamə ləğv olunmuşdur.
14. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3247/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 951.50 (doqquz yüz əlli bir manat əlli qəpik) manat faiz borcu və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 (iki yüz səksən bir min iki yüz yet miş altı) manat əsas borc, 12.566,03 (on iki min beş yüz altmış altı manat üç qəpik) manat faiz borcunun, ümumilikdə isə 594.863,53 (beş yüz doxsan dörd min səkkiz yüz altmış üç manat əlli üç qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəniməsi, qalan hissədə iddianın təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməsi qtə edimişdir. (hakim Gültəkin Əsədova)
15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 23.09.2011-ci il tarixli 02 saylı və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 23.09.2011-ci il tarix li, 02 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 24 ay müddətinə 325.500 manat, 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik 12 faizlə 12 ay müddətinə 281.400 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə 23.09.2011-ci il tarixli və 24.09.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqaviləyə görə zamin borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
16. Birinci instansiya məhkəməsi hesab edib ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımında n nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
17. Bu baxımdan birinci instansiya məhkəməsi qeyd edib ki, 23.09.2011-ci il tarixli 02 saylı və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələri üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Cavabdeh1 ilə bağlanmış 23.09.2011-ci il tarixli 02 saylı nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 23.10.2011-ci il tarixdə, sonuncu ödəniş 23.09.2013-cü il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci 23.09.2013-cü il tarixdə qaytarılmasını razılaşdırmışlar. Eyni bankla cavabdehilə Cavabdeh1 arasında bağlanmış 24.09.2013-cü il tarixli 07 saylı nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 24.10.2013-cü il tarixdə, sonuncu ödəniş 24.09.2014-cü il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hes ablanmış faizləri ən geci 24.09.2014-cü il tarixdə qaytarılmasını razılaşdırmışlar.
18. İşin qeyd edilən hallarına əsasən birinci instansiya məhkəməsi hesab edib ki, 23.09.2011-ci il tarixli 02 saylı və 24.09.2013-cü il tarixli 07 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 23.09.2014-cü və 24.09.2015-ci il tarixlərədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla mü əyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
19. Birinci instansiya məhkəməsi iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmayaraq belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir.
20. Bununla belə birinci instansiya məhkəməsi müəyyən edib ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.
21. Birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edib ki, iddia tələbi əsas məbləğdə tam təmin olunmalı, faiz məbləği isə Məhkəmə Ekspertizası Mərkəzinin 24.05.2018-ci il tarixli 32541 nömrəli ekspert rəy ilə müəyyən olunmuş məbləğlərdə tutulmalıdır.
22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 448.1, 471, 472.1, 472.2 və 477.0.4-cü maddələri ilə əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamənin faiz məbləği və iddianın zaminə qarşı təmin edilməyən hissələrindən apellyasiya şikayəti verib.
24. Apellyasiya şikayətinin dəlilləri: - faiz məbləği barədə sübutlar təqdim edilsə də, məhkəmə buna əhəmiyyət verilməyib, ekspert rəyinə istinad edib; - zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunanadək qüvvədədir və buna əsasən bank zamindən öhdəliyin icrasını tələb etmək hüququnu itirməmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-914/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(005)-3247/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyi şdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Ziya Şirinov, Fuad Talışınski)
26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini borcun (faizlərin) tutulması hissəsində mübahisələndirsə də, həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki işdə olan ekspertiza rəyindən görünür ki, Cavabdeh1 23.09.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 300472,42 manat, faiz borcu 951,50 manat, 24.09.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə əsas borcu 281322,50 manat, faiz borcu isə 12566,03 manat təşkil edir.
27. Apellyasiya məhkəməsi vurğulayıb ki, iddiaçı apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Belə olan halda, faizlər hissəsində apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.
28. Apellyasiya məhkəməsi iddianın zaminə aid hissədə təmin olunmaması ilə bağlı hissədə də iddiaçının dəlillərini qəbul etməmiş və göstərmişdir ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu a rasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik – əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. 2
9. Zaminlik müddətsiz deyildir və kreditorun zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində iddia irəli sürmək hüququ vardır. Əks halda, zaminliyə xitam verilir. Bu hal, Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinin dispozitiv şərtlərindən irəli gəlir. Belə ki, qeyd edilən normaların tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
30. Apellyasiya məhkəməsi də işdə olan sübutlara (kredit, zaminlik müqaviləsi və s.) əsasən müəyyən edib ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqavilələrinin müddəti (kreditin qaytarılması müddəti) 2014-cü il tarixdə bitmiş, lak in iddiaçı zaminə qarşı həmin vaxtdan sonra 1 il müddətində kredit və zaminlik müqaviləsinin şərtlərindən irəli gələn müvafiq iddianı irəli sürməmişdir. Hazırki iddia ərizəsi 25 avqust 2017-ci il tarixdə, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 3 il müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu da təsdiq edir ki, iddiaçı Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu və tələbin zaminə qarşı təmin edilməyən hissədə ləğv, iddianın tam edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayət apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.
35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, g əlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər ol duqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının həd ləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun məbləği və zaminə qarşı təmin edilməyən hi ssəsindən də yalnız iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də iddiaçının apellyasiya şikayəti üzrə həmin hissələr olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş hissələr başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İddiaçının kass asiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. İddia tələbi kredit müqavilələri üzrə öhdəliyin icrası, borcun ödənilməsi barədədir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi borc məbləğini, o cümlədən faiz borcunun məbləğini ekspert rəyinə əsasən müəyyən edib. İddiaçı apellyasiya şikayətində ekspert rəyinin əsassız olmasını göstərsə də, apellyasiya məhkəməsi həmin dəlillərlə razılaşmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlilləri üzrə apellyasiya məhkəməsinin hazırkı qərarın 26-27-ci bəndlərinə əks edilən mövqeyi ilə razılaşır.
42. Məhkəmə kollegiyas ı da öz növbəsində qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
43. Zaminə qarşı iddianın təmin olunmamasına gəldikdə, işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqavilələrinin müddəti (kreditin qaytarılması müddəti) 2014-cü il tarixdə bitmiş, lakin iddiaçı zaminə qarşı həmin vaxtdan sonra 1 il müddətində kredit və zaminlik müqaviləsinin şərtlərindən irəli gələn müvafiq iddianı irəli sürməmişdir. Hazırki iddia ərizəsi 25 avqust 2017-ci il tarixdə, yəni zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 3 il müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu da təsdiq edir ki, iddiaçı Cavabdeh2 qarşı sonuncunun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxtı da zaminin məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud olmamışdır
44. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də apelyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
46. Mülki Məcəllənin 477.0.4-cü maddəsi zaminlik müqaviləsinə xitam verilməsinin üç halını müəyyən etmişdir. Hazırki iş üzrə bu hallardan biri zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsidir.
46. Məhkəmə kollegiyası iddianın zaminə qarşı hissəsi ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 28-30-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi zaminə qarşı iddianın qanuni həlli üçün mühüm əhəmiyyət daşıyan halları – kredit və zaminlik müqaviləsinin şərtləri, müddəti və s. ilə bağlı xüsusatları tam araşdırmış və tətbiq edilməli maddi hüquq normaları baxımından həmin tələbə qiymət vermişdir.
47. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə rara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-914/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.