Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5041/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcludan tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bank qarşısında 513,02 (beş yüz on üç manat iki qəpik) manat məbləğində 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 04.06.2017-ci il tarixdən 25.01.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 885,30 (səkkiz yüz səksən beş manat otuz qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manat Cav abdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 30 may 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Mahir Əsədli-sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) 21 may 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçı «xxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2019-cu il tarixli, X5 nömrəli qətnaməsi iddia ərizəsinin əsas borca aid hissəsində ləğv edilmiş, həmin hissə üzrə ye ni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh əsas kredit borcuna görə 371.91 manat borc alınaraq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi həll edilmişdir. İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblər i pozulmaqla qəbul edildiyindən qanunsuz və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun çıxarılmadığı üçün əsassızdır. Belə ki, Şəki Apelyasiya Məhkəməsi qətnamə qəbul edərkən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18.03.2020-ci il tarixli 5395 saylı ekspert rəyinə əsaslanaraq 371,91 manat əsas borc məbləğinin borc alandan tutulması qənaətinə gəlməklə AR Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bank tərəfindən hər hansı məbləğdə əsas borc tələb edilmədiyi halda, apelyasiya instansiyası məhkəməsi Bankın iddia tələblərindən kənara çıxaraq yuxarıda göstərilən məbləğdə əsas borcun cavabdehdən tutulmasını qə t etmişdir. Apelyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyində göstərilən məbləğə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasının aparılmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin, yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı (AR MPM 88-ci, 103-cü maddələrinin tələblərinə uyğun olaraq) və bunu edərkən, ekspert rəyində göstərilən məbləğlə Bankın tələb etdiyi məbləğlər arasında uyğunsuzluq olmasını nəzərə almalı idi. Belə ki, ekspert rəyində 371,91 manat əsas borc məbləği müəyyən edildiyi halda, Bankın iddia tələblər i 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 513,02 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, 04.06.2017-ci il tarixdən 25.01.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 885,30 manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin, 25.01.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 1249,11 manat məbləğində penyanın Cavabdeh Bankın xeyrinə tutulması ilə bağlı olmuşdur. Yaranmış uyğunsuzluq mütləq qaydada apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və ən azından təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin Şəki Apelyasiya Məhkəməsi bunu etməmiş və hər-hansı əsaslandırma aparmadan Bankın iddiasını ekspert rəyində göstərilən məbləğ həddind ə təmin etmişdir. Bu isə özlüyündə absurd yanaşmadır, ədalətli məhkəmə araşdırması və iş üzrə məhkəmə baxışının prinsipləri ilə ziddiyyət təşkil edir. Apelyasiya instansiya məhkəməsi, bank tərəfindən hər hansı məbləğdə əsas borc tələb edilmədiyi halda ekspert rəyində əsas borcun müəyyən edildiyini nəzərə alaraq, ya Bankın iddia tələblərini təmin etməli, ya da ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi bunu etməmiş və nəticədə qeyd olunan mövqeyi ilə MPM-in 88-ci, 101.3-ci, 103.1-ci və 220.4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 №-li «Məhkəmə qətnaməsi haqqında» qərarının tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə, iddiaçı ASC «Xalq» Bankının məhkəməyə təqdim etdi yi Ekspert rəyinə etirazda həmin rəydə göstərilən məbləğlərlə bankın təqdim etdiyi maliyyə sənədlərində göstərilən məbləğlərin hansı səbəblərdən bir-birinə uyğun gəlmədiyi aydın şəkildə izah edilmiş və həmin halların ekspert tərəfindən nəzərə alınaraq yenidən hesablama aparılması üçün apelyasiya instansiyası məhkəməsindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Qeyd edilən hallar isə ekspert tərəfindən hesablamaların kredit müqaviləsinin şərtlərinin nəzərə alınmadan aparılması ilə bağlı olmuşdur. Lakin apelyasiya məhkəmə instansiyası iddiaçının prosessual hüququnu pozmuş və bunun üçün kifayət qədər əsasların olmasına baxmayaraq təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında onun vəsatətini təmin etməmişdir. Halbuki, müvafiq təkrar e kspertiza təyin edilmiş olsa idi əldə ediləcək yeni rəy ilə bank tərəfindən kredit üzrə borc məbləğinin doğru hesablandığı, əvvəlki ekspert tədqiqatı zamanı isə hesablamanın Kredit müqaviləsinin şərtlərinə uyğun aparılmadığından səhv olduğu və nəticə etibarı ilə ilkin ekspert rəyinin əsassız olduğu təsdiq oluna bilərdi. Beləliklə, apelyasiya instansiyası məhkəməsi kobud səhvə yol verərək və prosessual qanunvericiliyin tələbini pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə maddi və prossesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya instansiya məhkəməsi qətnaməsində, bankın iddia ərizəsində qeyd edilən formada iddi a tələblərini rədd edərkən iddiaçı tərəfindən apelyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutların iş materiallarına əlavə edilməməsini göstərmişdir. Buradan İddiaçının apelyasiya şikayətinin dəlillərini təsdiq edəcək hansı sübutların iş materiallarına əlavə edilməli olması barədə məhkəmənin mövqeyi anlaşılmır və bank tərəfindən apelyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən bütün sübutlar (kredit müqaviləsi, borc arayışı, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında nəzərdə tutulmuş mücərrəd qaydada zərərin hesablanması üçün faiz dərəcəsini müəyyən edən statistik arayış və s.) iddia ərizəsinə əlavə edilərək birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qər arının müddəaları hazırkı işə tətbiq edilməli deyil və buna görə də apelyasiya instansiya məhkəməsinin mövqeyi hər hansı hüquqi əsası olmayan, subyektiv xarakteri mülahizələrdən ibarətdir. Belə ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını səhv təfsir edərək, iddiaçının Cavabdehdan tələb etdiyi 513,02 məbləğində adi faizləri və 885,30 manat məbləğində əldən çıxmış fayda şəklində zərəri maliyyə sanksiyası kimi qiymətləndirmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli və 24 dekabr 2014-cü il tarixli qərarlarında faiz və əldən çıxmış fayda şəklində zərər maliyyə sanksiyası hesab edilmir. Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında faiz, əldən çıxmış fayda şəklində zərər və maliyyə sanksiyası anlayışları bir birindən fərqlən dirilir. Bankın tələb etdiyi 1249,11 manat məbləğində penya maliyyə sanksiyası kimi qiymətləndirilə bilərdi. Əgər, apelyasiya instansiya məhkəməsi həmin məbləği tənasübsüz surətdə yüksək hesab edərdisə, onu MM-nin 467-ci maddəsinə müvafiq olaraq azaltmaq səlahiyyətinə malik idi. Belə ki, qeyd olunan normanın tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə MM-in 467-ci maddəsinin tələblərini pozaraq bankın penya barədə tələbini ümumiyyətlə təmin etməmişdir. Mingəçevir Şəhər Məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi iş materiallarını ətraflı araşdırmamış, iddiaçı tərəfindən tələbinin əsaslılığını təsdiq edən sübut ların məhkəməyə təqdim edilməsinə baxmayaraq, bankın iddiasını təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biqini yoxlayır. Qətnamədən verilən kassasiya şikayətində prossesual hüquq normalarının pozulmasına istinad edildiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 445.2.1, 448.1, 449.1-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticələrə əsasən iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 mart 2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh iddiaçı ASC “Xalq” Bankına 371.91 manat əsas borcu olduğu müəyyən edilmiş və iddia yalnız həmin hissədə təmin edilmiş, iddianın qalan hissəsini təsdiq edəcək sübutların iş materiallarına əlavə edilməməsi səbəbindən həmin hissədə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya ins tansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış 04.06.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsinə (bundan sonra“Kredit müqaviləsi”) əsasən iddiaçı tərəfindən cavabdehə 45BH-499 dövlət qeydiyyat nişanlı, «CHEVROLET CRUZE” markalı, buraxılışı 2012-ci il, ban nömrəsi KL1JF68E9CK745471, rəngi – ağ, tip-Xetçbek olan avtomobilinin ( Avtomobilinin ) alınması məqsədi ilə 36 (otuz altı) ay müddətinə, ill ik 16 % (on altı faiz) ödənilməsi şərti ilə, 13999 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh ilə iddiaçı arasında 04.05.2013-cü il tarixli **********89313 №-li kredit müqaviləsinə 30.12.2014-cü il tarixli 01 saylı əlavə saziş bağlanmaqla kreditləşdirmə müddətini 12 ay müddətinə, yəni 05.06.2017-ci il tarixədək uzadılmışdır. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi avtomobili 04.06.2013-cü il tarixdə **********89313/1AV №-li İpoteka müqaviləsi üzrə (həmin müqaviləyə 30.12.2014-cü il tarixli 01 saylı Əlavə saziş nəzərə alınmaqla) Banka ipotekaya qoyulmuşdur. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “ Xalq” Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 aprel 2017-ci il tarixli X5 №-li qətnaməsi ilə ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlamış 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 5500 manat məbləğində əsas borcun, 370,70 manat məbləğində faiz borcunun, 10 manat cərimə borcu olmaqla, cəmi 5880,70 manat borcun tutulub ASC “Xalq” Bankına verilməsi, borcun ödənilməsi üçün ipotekaya qoyulmuş, Cavabdeh məxsus ** BH *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı, buraxılış 2012-ci il, Ban nömrəsi KL1JF68E9CK745471, rəngi ağ olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh Banka olan borcunun ödənilmə si, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun cavabdehdən tutulub ASC “Xalq” Bankına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyinə əsasən 9000 manat müəyyən edilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli X5 №-li Qətnaməsi qəbul edildikdən sonra Borc alan tərəfindən müxtəlif tarixlərdə kredit müqaviləsi üzrə ümumilikdə 5881 (dörd min iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmişdir. İddiaçının hazırki iş üzrə cavabdehə qarşı olan tələbləri isə aşağıdakılar olmuşdur: - 513,02 (beş yüz on üç manat iki qəpik) manat məbləğində 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə b orc məbləği, - 04.06.2017-ci il tarixdən 25.01.2019-cu il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 885,30 (səkkiz yüz səksən beş manat otuz qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, - 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manat, İddiaçı göstərilən tələblərini onunla əsaslandırmışdır ki, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında kredit qaytarılma müddətinin bitdiyi 04.06.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 513,02 manat adi faiz üzrə borcu qalmışdır. Həmçinin cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Ba nka Kredit müqaviləsinin 6.2ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödənilməlidir ki, əsas borcun ödənildiyi 25.01.2019-cu il tarixinə bu məbləğ 1249,11 manat təşkil etmişdir. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirməsinin gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödənilməlidir ki, əsas borcun ödənildiyi 25.01.2019-cu il tarixinə bu gün məbləğ 1249,11 manat təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739, 445.2.1, 448.1, 449.1-ci maddələrini sadalayaraq, həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının ş ərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarına da istinad etsə də, iddia tələblərinin hər birinə ayrılıqda hüquqi qiymət verməyərək Cavabdeh əsas kredit borcuna görə 371.91 manat borcun olmasına dair özünün təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 18 mart 2020-ci il tarixli rəyi əsasında cavabdehdən iddiaçının xeyrinə yalnız borclu qaldığı əsas borcun tutulmalı olması nəticəsinə gəlmiş, lakin bu zaman nəzərə almamışdır ki, iddiaçının cavabdehdən əsas borca görə tələbi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsin in şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara ç ıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxmış, bu çıxmanın müstəsnalığının nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyinə Azərbaycan Respublikasının MPM-nin 101.3 və 103.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin normalara əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin Məcə llənin 88-ci maddəsindən müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymət ləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın və həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi q əbul edilməli olması üçün kifayət qədər əsas olsun. İşin materiallarından görünür ki, iddiaçı tərəf göstərilən halların ekspert tərəfindən nəzərə alınaraq yenidən hesablama aparılması üçün apellyasiya instansiyası məhkəməsindən təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə verilən ekspert rəyinin iddia ərizəsinə uyğun olması, iddiasının bu rəyin əsassız olmasına dair heç bir sübut təqdim edilməməsi əsası ilə rədd etməkdə haqlı olmamışdır. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəf ekspertiza rəyi ilə bağlı təqdim etdiyi etirazında rəydə göstərilən məbləğlərlə Bankın təqdim etdiyi mali yyə sənədlərində göstərilən məbləğlərin hansı səbəblərdən bir-birinə uyğun gəlmədiyini izah etməyə çalışmasına diqqət yetirməmişdir. Digər tərəfdən də məhkəmə vəsatətin əsasını ekspert tərəfindən hesablamaların kredit müqaviləsinin şərtlərinin nəzərə alınmadan aparılması təşkil etməsinə qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin apelyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutları iş materiallarına əlavə etməməsinə dair qənaətini də tam əsaslandırmamışdır. Halbuki, işin materiallarından görünür ki, bank tərəfindən tələbinin əsası kimi istinad etdiyi, sübut əhəmiyyətli hesab etdiyi sənədlər (kredit müqaviləsi, borc arayışı, mücərrəd qaydada zərərin hesablanması üçün faiz dərəcəsini müəyyən edən statistik arayış və s.) iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi faiz, əldən çıxan fayda məbləğlərinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarının tələbləri baxımından ətraflı araşdıraraq, həmin tələblərə əsaslandırılmış hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələblərindən 25.01.2019-cu il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1249,11 (bir min iki yüz qırx doqquz manat on bir qəpik) manat cərimə məbləğinin M ingəçevir şəhər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli X5 №-li Qətnaməsi qəbul edilərkən iddia edilən cərimə məbləğinə aid olub-olmamasını yoxlamamış, həmin tələbə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq müna sibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kollegiya həmçinin qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Be ləliklə də kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları arada n qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, X5f saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5041/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5041/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver