Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5045/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xnin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı xnin vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı
1. Cavabdeh ilə X3 arasında 01.05.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 09.06.2018-ci il tarixdə Cavabdeh məxsus olan, X1 idarə etdiyi avtomobillə Daxili İşlər Nazirliyinin balasında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-043 nömrəli müşahidə kamerasına zərər dəymişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, x saylı hökmünə əsasən zərərin həcmi 8911 manatdır.
3. Zərərin 5000 manatı "xxxx" Sığorta ASC tərəfindən podratçı “Ekin Texnoloji A.Ş.” şirkətinə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı x Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh-TŞ7-043 nömrəli video müşahidə qurğusunu yararsız hala salmaqla DİN-ə vurduğu ziyana görə 8911 manat məbləğində pulun Daxili İşlər Nazirliyinin nəfinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 09.06.2018-ci il tarixdə saat 06:56 radələrində Xəzər rayonu, Bakı-Mərdəkan yolu, Binə marketlə üz-üzə yerləşən Daxili İşlər Nazirliyinə məxsus TŞ7043 nömrəli videomüşahidə nöqtəsinə Cavabdeh məxsus "xxxx" Sığorta ASC tərəfindən sığortalanmış “Daewoo” markalı **-XK-*** dövlət nömrə nişanlı minik avtomobili tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 8911 (səkkiz min doqquz yüz on bir) manatdır (ƏDV daxil deyil). Yuxarıda qeyd olunan məbləğdə maddı ziyan vurduğu üçün x iş üzrə zərərçəkmış hüquqi şəxs qismində tanınmışdır. Bakı şəhər Xəzər rayon Məhk əməsinin hökmü ilə X2 azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir
6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) 22 noyabr 2019-cu il tarixli, 2(004)-6673/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 1097.1-ci və 1099-cu maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, X1 xnin balasında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-043 nömrəli müşahidə kamerasının yararsız hala salması nəticəsində dövlət büdcəsinə 8911 manat məbləğində ziyanın dəyməsi işin mübahisəsiz halıdır. Eyni zamanda müəyyən olunur ki, cavabdeh Cavabdeh ilə X3 əmək münasibətlərində olmuşdur. X3 əmək müqaviləsinə əsasən sürücü qismində idarə etdiyi avtomobillə y ol nəqliyyat hadisəsi törətmiş və nəticədə mülki hüquq pozuntusu baş vermişdir. Odur ki, X1 mülki hüquq pozuntusuna görə xnin xeyrinə 8911 manat məbləğində pul işəgötürən, avtomobilin mülkiyyətçisi Cavabdeh tutulmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 25 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh xnin xeyrinə 3911 manat tutularaq qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti nə əlavə edilmiş ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən “Ekin” Teknoloji Sanayi ve Ticaret A.Ş.-nin hesabına 5.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda vurulmuş 8911 manat ziyandan ödənilmiş 5000 manat çıxılmaqla, ödənilməmiş qalan 3911 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinə əlavə edilmiş 13 dekabr 2017-ci il tarixli müqavilədən də görünür ki, x ilə “Ekin” Texnoloji Sanayi ve Ticaret A.Ş. arasında podrat münasibətləri olmuş və sonuncu iddiaçıya xidmət göstərmişdir. Belə olan halda “Ekin” Texnoloji Sanayi ve Ticaret A.Ş-ın quraşdırılmış avadanlıqların mülkiyyətçisi olmasına dair cavabdehin dəlilləri həqiqəti əks etdirmir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) x nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, həmin şirkət Daxili İşlər Nazirliyi ilə podrat münasibətində olmuş və hazırda onlara xidmət göstərir. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, dəymiş ziyanın məbləği iddiaçın ın müdafiəsində maraqlı olan şirkət tərəfindən müəyyən olunmuşdur. Kollegiya hesab etmişdir ki, mübahisə doğurmaması üçün ziyanın məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən olunmalı idi. Lakin işdən göründüyü kimi işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmaqla ziyanın məbləğinin müəyyən olunması məsələsi müzakirə olunmamışdır. Kollegiya hesab etmişdir ki, məhkəmənin hökmündə zərərçəkmişin ifadəsi əsasında ziyanın məbləğinin 8911 manat təşkil etməsi barədə göstərilənlər hazırkı iş üzrə ekspertiza təyin olunmasına və ziyanın həqiqi məbləğinin qərəzsiz sübutlar əsasında müəyyən olunmasına mane olmamışdır. Cavabdehin iddia etməsinə görə sığorta ödənişinin “Ekin Texnoloji A.Ş.” şirkətinə ödənildiyi üçün Daxili İşlər Nazirliyi zərərçəkmiş hüquqi şəxs sayı la bilməz və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmamışdır. Həmin dəlilin yoxlanılması məqsədi ilə kollegiya hesab etmişdir ki, nazirlik cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığı halda sığorta ödənişinin hansı səbəbdən şirkətə ödənilməsinin səbəbinə aydınlıq gətirilməlidir. Yararsız hala düşmüş müşahidə kamerasının nazirliyin balansında olmasını təsdiq edən sübutun əldə edilməsi də vacibdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 26 aprel 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli, x saylı qət naməsi maddi zərərin məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh alınmalı olan məbləğin azaldılaraq 3911 (üç min doqquz yüz on bir) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə qurğusuna dəyən zərərin məbləği 8911 manatdır. Sığorta ödənişinin Daxili İşlər Nazirliyinə deyil, “Ekin Texnoloji A.Ş” şirkətinə ödənilməsi iddianın əsaslılığına heç bir təsir etmir. Çünki, bu halın Daxili İşlər Na zirliyinin iradəsi ilə baş verməsini nümayəndəsi və vəkili də apellyasiya baxışı zamanı təsdiqləmişdir. Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 23 aprel 2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Bakı-Mərdəkan yolu, Binə marketlə üz-üzə yerləşən TŞ7-043 nömrəli videomüşahidə kamerası Daxili İşlər Nazirliyinin balansındadır. Demək, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessua l qanunvericiliyin tələbləri pozulmuşdur. Hazırkı iş üzrə tərəflərdən biri hüquqi şəxs statusunda olan dövlət orqanı, digər tərəf isə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir. Bu faktı iş materiallarına əlavə olunan şəhadətnamə və vergi ödəyicisi barədə sistemdən çıxarılmış çıxarış təsdiq edir. Buradan belə müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər kommersiya mübahisəsinin tərəfləridir və hazırkı mübahisə kommersiya fəaliyyəti nəticəsində meydana gəlmişdir. Hazırkı işə ümumi məhkəmə tərəfindən baxıla bilməz, mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Göründüyü kimi, məhkəmə aidiyyatı qaydaları pozulmuş, prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 01.01.2020-ci il tari xə qədər qüvvədə olan (iddia ərizəsi məhkəməyə verilən vaxt) 26.1-ci maddəsinin tələbinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, məhkəmə tərəfindən aidiyyat qaydaları pozulmuş, məhkəmə hazırkı mübahisəyə baxmalı olmadığı halda baxmışdır. Məhkəmə dəymiş zərərin məb ləğini müəyyən edərkən 12 fevral 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad etmişdir. Halbuki, həmin rəyin əsaslılığı və həqiqiliyi şübhə doğurur. Bununla bağlı tərəfimizdən məhkəməyə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Belə ki, məhkəmə hesab etdir ki, ekspertin rəy verərkən “Ekin Texnoloji A.Ş” şirkətinin 14.06.2018-ci il tarixli aktından da istifadə etməsi bu rəyin mötəbərliliyini istisna etmir. Çünki, ekspert yalnız bu aktdakı məlumatlardan deyil, rəyin tədqiqi hissəsində göstərdiyi digər məlumatlardan da istifadə etmiş, həmin məlumatları da nəzərə almaqla rəy vermişdir. Ona görə də ekspert rəyini mötəbər sübut kimi qəbul etməmək üçün əsaslar olmalıdır. Lakin həmin rəyə nəzər yetirdikdə r əyin heç bir ekspertiza aparılmadan kortəbii şəkildə tərtib olunduğunu görmək mümkündür. Ümumiyyətlə, ekspert öz səlahiyyətlərini icra etməmiş, ekspertiza aparmamış və sanki notarius rolunu oynayaraq hazırkı iş üzrə maraqlı tərəf olan “Ekin Texnoloji A.Ş?1 şirkətinin rəyini “ekspert rəyi”nə üzündən köçürmüşdür. Belə olan halda məhkəmənin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək ona istinad əsaslanması Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.08.2020-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə tamamilə ziddir. Həmin qərarda qeyd olunur ki: “Dəymiş ziyanın məbləği iddiaçının müdafiəsində maraqlı olan şirkət tərəfindən müəyyən olunmuşdur. Məhkəmənin hökmündə zərərçəkmişin ifadəsi əsasında ziyanın məbləğinin 8911 manat təşkil etməsi barədə göstərilənlər hazırkı iş üzrə ekspert iza təyin olunmasına və ziyanın həqiqi məbləğinin müəyyən olunmasına mane olmamışdır”. Göründüyü kimi, ekspertin heç bir ekspertiza aparmadan tərtib etdiyi ekspert rəyini sübut kimi qiymətləndirilmişdir ki, bu həm qanunvericiliyin, həm də kassasiya instansiyası məhkəməsinin (apellyasiya instansiyası məhkəməsinə münasibətdə) məcburi göstərişlərin tələblərinin pozulmasıdır. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Məhkəmənin iddiaçının hazırkı iş üzrə subyektiv hüququnun olması ilə bağlı qeyd edir ki, Da xili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 23 aprel 2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Bakı-Mərdəkan yolu, Binə marketlə üz-üzə yerləşən TŞ7-043 nömrəli videomüşahidə kamerası Daxili İşlər Nazirliyinin balansındadır. Demək, iddiaçının hazır ki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur. Cavabdeh bununla bağlı qeyd edir ki, daha əvvəl məhkəməyə təqdim etdiyi “X5 və Ticarət A.Ş.” şirkəti ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış 13.12.2017-ci il tarixli müqavilənin 2-ci bəndində göstərilir ki: “İcraçı Sifarişçinin ehtiyacı olan və bu müqaviləyə əlavə olunan avadanlıq siyahısında miqdarı, növü, xüsusiyyətləri və sair detalları bildirən sistemləri tam işlək təmin etmək, təlim, işlətmə və 1 il müddətinə qulluqetmə işi ni öz üzərinə götürərək 1 nömrəli Əlavədə göstərilən avadanlıqların quraşdırılmasını təmin edir.” Həmçinin, sığorta ödənişinin Daxili İşlər Nazirliyinə deyil, “Ekin Texnoloji A.Ş” şirkətinə ödənilməsinin Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili tərəfindən də apellyasiya baxışı zamanı təsdiqləməsi onu deməyə əsas verir ki, zərər vurulmuş əmlak əslində “Ekin Texnoloji A.Ş”ın mülkiyyətində olmuşdur. Belə olan halda təkcə Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayış əsasında məhkəmənin bu qənaətə gəlməsi onu göstərir ki, məhkəmə işi araşdıraraq obyektiv qərar qəbul edilməsində maraqlı olmamış, nəticədə Ali Məhkəmənin göstərişlərini nəzərə almadan eyni qərarı qəbul etmişdir. Məhkəmə apellyasiya şikayətinə yol nəqliyyat hadisəsinin cavabdeh tərəfindən deyil, X1 yol hərəkəti qaydaların ı pozması nəticəsində törədilməsi ilə bağlı vurulmuş zərərin x tərəfindən ödənilməsi hissəsində, ümumiyyətlə, qiymət verməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir ki, X3 "Daewoo BS 090'' markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtobusla qəza törətmiş, bu qəza nəticəsində bir nəfərin ölümünə, bir nəfərin isə ağır xəsarət almasına səbəb olmuşdur. Göründüyü kimi, qəzanın Yelmar Atakişiyev tərəfindən törədilməsi və maddi ziyanın da məhz onun tərəfindən vurulması işin mübahisəsiz halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bu hal müəyyən edilmiş və hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Ümumiyyətlə cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Belə ki, iş material larından aydın olur ki, cinayət hadisəsi cavabdeh tərəfindən deyil, x tərəfindən törədilmiş, onun barəsində cinayət işi açılmış və məhz onun bu qəzanı törətməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Mülki hüquq pozuntusu olan delikt cavabdeh tərəfindən deyil, məhz x tərəfindən törədilmişdir. Maddi ziyanın ödənilməsi tələbi də məhz həmin şəxsə qarşı qaldırılmalıdır. Qanunvericiliyin tələblərindən də görünür ki, hazırkı mübahisə üzrə iddiaçıya vurulmuş maddi ziyan üçün cavabdeh deyil, məhz x mülki hüquqi məsuliyyət daşıyır və deliktin həmin şəxs tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Belə olan halda maddi ziyanın cavabdehdən tələb edilməsi qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkə mə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
23. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq a şağıdakıları müəyyən etmişlər.
30. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, x saylı hökm ilə müəyyən olunur ki, X1 Daxili İşlər Nazirliyinin balasında olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-043 nömrəli müşahidə kamerasının yararsız hala salması nəticəsində dövlət büdəcisinə 8911 manat ziyan dəymişdir. Cavabdeh ilə X3 arasında 01.05.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh “Daewoo BS090” markalı **-XK-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisidir. ”Ekin Texnoloji A.Ş” şirkətinin Azərbaycan Respublikası filialı tərəfindən tərtib edilmiş 14.06.2018-ci il tarixli akta əsasən, video müşahidə nöqtəsinə ümumilikdə 8911 manat məbləğində zərər dəymişdir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hall ar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, zərərin məbləği istisna olmaqla, ümumilikdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
32. Apellyasiya baxışı zamanı alınmış, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 23 aprel 2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Bakı-Mərdəkan yolu, Binə marketlə üz-üzə yerləşən TŞ7-043 nömrəli videomüşahidə kamerası Daxili İşlər Nazirliyinin balansındadır. Demək, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.
33. İkinci apellyasiya baxışında keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021ci il tarixli rəyinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüş ahidə qurğusuna dəyən zərərin məbləği 8911,0 manat müəyyən olunmuşdur.
34. Cavabdehin nümayəndəsi və vəkili təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etsə də bunun üçün əsas olmalıdır. Belə ki, ekspert rəy verərkən ”Ekin Texnoloji A.Ş” şirkətinin 14.06.2018-ci il tarixli aktından da istifadə etməsi bu rəyin mötəbərliliyini istisna etmir. Çünki, ekspert yalnız bu aktdakı məlumatlardan deyil, rəyin tədqiqi hissəsində göstərdiyi digər məlumatlardan da istifadə etmiş, həmin məlumatları da nəzərə almaqla rəy vermişdir. Ona görə də ekspert rəyini mötəbər sübut kimi qəbul etməmək üçün əsaslar olmalıdır.
35. Bundan əlavə, sığorta ödənişinin Daxili İşlər Nazirliyinə deyil, “Ekin Texnoloji A.Ş” şirkətinə ödənilməsi iddianın əsaslılığına heç bir təsi r etmir. Çünki, bu halın Daxili İşlər Nazirliyinin iradəsi ilə baş verməsini nümayəndəsi və vəkili də apellyasiya baxışı zamanı təsdiqləmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, bununla yanaşı, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manatı nəzərə almamış, yəni 8911 manatdan həmin məbləği çıxmamışdır. Buna görə də maddi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli və məbləğ 8911 manatdan 3911 manatadək azaldılmalıdır.
37. Kollegiya bildirir ki, işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyəti Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulduğundan cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyinin olmaması barədə kassasiya şikayətinin dəlili əsaslı de yil.
38. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında əks olunan göstərişlər ikinci apellyasiya baxışında nəzərə alınmaqla araşdırılmış və müvafiq sübutlar toplanmışdır.
39. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.