Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5047/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı cavabdeh “X19” MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X27 oğlunun katibliyi, İddiaçı, onun vəkili X8 və cavabdeh “X19” MTK-nin vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)158/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh “X19” MTK tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 12 okt yabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının əri X11 "xxxx" MTK ilə bağladığı 11.01.2008-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasında MTK-nın Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa etdiyi 16 mərtəbəli binadan mənzil almış, müqavilə bağlanan gün başa çatma qiyməti ilə aldığı mənzilin dəyərindən 4000 AZN məbləğində vəsaiti MTK-ya ödəmiş, qalan məbləği isə 60 aya ödəməyi öhdəsinə götürmüşdür. X24 tərəfindən müqavilə öhdəliyi icra edilməmiş, MTK-ya 49800 ABŞ dolları məbləğində borcu yaranmışdır. "xxxx" MTK-nın iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK il ə X11 arasında bağlanmış 11 yanvar 2008-ci il tarixli müqavilə ləğv edilmiş, cavabdeh X4 digər yaşayış sahəsi ilə təmin edilmədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti məhəllə 2980-81 ünvanında inşa edilmiş 233 saylı mənzildən məcburi çıxarılması qət edilmişdir. X4 həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. X11 tərəfindən mənzilə görə ödənilmiş 4000 ABŞ dolları məbləğdə pul ona qaytarılmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli qətnaməsi icra edilən mərhələdə X11 vəfat etmiş, lakin həmin mənzildə sonuncunun ailə üzvlərinin yaşadığı müəyyən edilmiş və “X19” MTK X5, X13, X17 və X3 mənzildən çıxarılması tələbinə dair iddia vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməs i ilə İddiaçı İsrafil qızı, X13, X17 və X3 mənzillə təmin edilmədən Bakı şəhəri, Xətai ravonu, Gəncə prospekti, 2980-81-ci (Tussi 22 “A”) ünvanda inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən 233 saylı mənzildən məcburi qaydada çıxarılması və “X19” MTK-ya təhvil verilməsi qət edilmişdir. 3.Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.09.2016-cı il tarixli, 2(103)-6442/2016 saylı qətnaməsi ilə təmin edilməmişdir.
4. Hazırki mübahisə həmin mənzilin təmiri üçün çəkilən xərclərin ödənilməsi üzrə yaranmış mübahisədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “X19” MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavab deh “X19” MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60.000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri 2008-ci ildən ərinin vəfat etdiyi 23 oktyabr 2014-cü ilədək həmin mənzildə yaşamışdır. Hazırda isə özləri həmin mənzildə yaşayırlar. Birgə nikahları dövründə həmin mənzilin təmirinə xeyli miqdarda vəsait xərcləmişlər. Xətai Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qətnaməsi ilə mübahisəli mənzil cavabdehə verilməli olduğundan, mənzilin təmir xərcləri əsassız varlanma kimi cavabdehdən tutulub iddiaçıla ra verilməlidir. Mənzilin təmirinə 60.000 manat pul xərcləmişlər. "xxxx" MMC-nin rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərc 60.000 manat təşkil edir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etməmiş, iddia tələbinə qarşı yazılı mülahizə təqdim edilməmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7567/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia tələbi təmin edilmiş, cavabdeh “X19” MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanda inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 23 3 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60.000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin vəkilə ünvanlandığı 14.08.2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərc 60.000 manat təşkil edir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-64/2016 saylı, 21.09.2016-cı il tarixli qətnaməsindən görünür ki, 19.07.2013-cü ildə X11 “X19” MTK-ya ərizə ünvanlayaraq, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzil üçün ödədiyi 4000 ABŞ dollarını geri almış, lakin həmin mənzilin təmir-tikintisi üçün çəkilən xərclər ona ödənilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091.1, 1091.2-ci maddələrinə və Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Göstərilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli, 2(103)-5102/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və X.Sar ıyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, “X19” MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia ərizəsinə və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində, mübahisəli mənzilin təmirinə ailəsinin köməkliyi ilə 25.000 manat pul qoyulduğunu bildirmişdir.
14. X2 eyni mövqeyi həmin mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)6058/13 saylı 03 dekabr 2013-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində də ifadə etmiş, mənzilin təmirinə 25.000 manat pul qoyduğunu iddia etmişdir.
15. Eləcə də qeyd edilməlidir ki, cavabdehlər İddiaçı, X12, X9 və X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətində qətnamənin ləğv edilib, mənzil üçün çəkilmiş 35.000 ABŞ dolları dəyərində təmir pulunun ödənilməsini tələb etmişlər.
16. Hazırki tələbində isə iddiaçı X6 mübahisəli mənzilin təmirinə çəkilmiş 60.000 manat pulu n ödənilməsini tələb etmişdir.
17. Halbuki iddiaçı tərəf mübahisəli mənzilin təmirinə 60.000 dəyərində pul xərcləmələri ilə bağlı müvafiq sübutlarla (mal-material xərcinin, usta xərclərini təsdiq edən müvafiq qəbzlər, qaimə-fakturalar və s.) çıxış etməmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091, 1092-ci maddələri və Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019cu iul tarixli, 2(102)-5769/19 sa ylı qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzilə çəkilmiş təmir xərclərinin dəyərini müəyyən etmək üçün apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmək və müvafiq rəy əldə etmək zəruriliyinə baxmayaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəb büsü ilə ekspertiza təyin edə bilər. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-158/2021 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi) E.Həsənov və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, cavabdeh “X19” MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pulun cavabdeh “X19” MTK-dan tutularaq İddiaçı İsrafil qızına ödənilməsi, iddia tələbi nin qalan hissədə rədd edilməsi qət edilmiş, iş üzrə 100 manat ekspertiza xərci “X19” MTK-ya aid edilmişdir.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh “X19” MTK-ya məlumat verilməmiş və çəkişmə prinsipinin qaydaları pozulmuşdur.
24. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1500 saylı, 06.11.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzilin təmir işlərinə təqribən 15374 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilmişdir.
25. X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsin in 2(011)-2492/2013 saylı, 19 iyul 2013cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində, mübahisəli mənzilin təmirinə ailəsinin köməkliyi ilə 25.000 manat pul qoyulduğunu bildirmişdir.
26. Göründüyü kimi əvvəlki məhkəmə mübahisələri zamanı İ.Qəhrəmanov sağlığında mübahisəli mənzilə 25.000 manat pul xərcləndiyini bildirmişdir.
27. Belə olan halda kollegiya hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzilin təmirinə 25.000 manat məbləğində pul vəsaiti xərclənmişdir.
28. Kollegiya məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan rəy mötəbər hesab edilə bilməz. Belə ki, ekspertiza tədqiqatı aparılan zaman mübahisəli mənzilə baxış keçirilməmiş və rəy foto-şəkillər əsasında verilmişdir.
29. Bundan başqa kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında mübahisəli mənzilin MTK tərəfindən təmir edilməsini bildirsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Hətta mübahisəli mənzilin MTK tərəfindən təmir edilməsi apellyasiya şikayətində göstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət ve rməmişdir. Ekspertlərdən biri çəkilən xərcləri 60.000 manat, digəri isə 15.374 manat müəyyən etmişdir. Bu qədər fərqli mövqelər təkrar ekspertizanı və yoxlamanı zəruri edirdi. Ekspert mənzilə baxış keçirmədən, fotoşəkillərə baxmaqla rəy vermişdir. Ekspertiza obyektinə baxış keçirilmədiyinə görə ekspertin verdiyi sənəd rəy deyil, arayışdır. Bundan başqa, 2013-cü ildən 2018-ci ilədək mənzildə əlavə təmir işləri görmüşdür və çəkilən xərcin ödənilməsi barədə iddia ilə 2018-ci ildə müraciət etmişdir. Lakin işə baxmış məhkəmə 2013-cü ildə həyat yoldaşı tərəfindən yazılmış apellyasiya şikayətində göstərilən məbləği əsas götürərək qətnamə çıxartmışdır.
32. Cavabdeh “X19” MTK-nın nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş hallar əsasında iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təmirin hansı illərdə, kimlərin vasitəsi ilə, hansı materiallardan istifadə edilməklə həyata keçirildiyinə dair sübutları təqdim etməmişdir. İcraçılar tərəfindən 24.01.2018-ci il tarixli aktla təhvil verilmiş 233 saylı mənzildə 2008-ci ildə aparılmış təmir işlərinin aşınma nəzərə alınmaqla mövcud vəziyyət ilə bağlı ekspertiza təyin olunmasına dair vəsatəti təmin edilməmişdir. Mənzilə baxış keçirilmədən qanunu pozmaqla əldə edilmiş sübutdan, yəni mütəxəssis rəyindən istifadə olunması yol verilməzdir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana ö z hüququnun məlum olduğu vaxtdan ən gec iki il sonra müddət keçməsinə görə qüvvədən düşür. Əsassız varlanmaq istəyən iddiaçı belə bir hüququ olmasını 19.07.2013-cü ildən, yəni müqavilə ləğv olunan andan bildiyini göstərən müddəti də keçirmişdir. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mənzilin onun tərəfindən təmir edildiyinə dair sübut təqdim etməmişdir. Lakin mənzilin MTK tərəfindən təmir edilməsi 11.08.2008-ci il tarixli ləğv edilmiş müqavilədə göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdr. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçı X7 və vəkili X14 iddiaçı tərəfin verdiyi kassasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin kassasiya şikayətinin rədd edilməsi ni xahiş etmişdir.
36. Cavabdeh “X19” MTK-nin vəkili Nümayəndə cavabdeh tərəfin kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddaçı tərəfin kassasiya şikayətinin rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
157. Mülkiyyətin müdafiəsi 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilmə sini tələb edə bilər.
38. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o süb utları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilmə lidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən mülki-prosessual hüquq normasının tələbləri pozulduğuna görə iddiaçının kassasiya şikayəti təmin olunmalı, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mənzilin təmirinə çəkilən xərci müəyyən edərkən, bu barədə xüsusi biliyi olan şəxsin müəyyən etdiyi məbləği deyil, X2nun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində mənzilin təmirinə 25.000 manat xərc çəkildiyi barədə dəlilini əsas tutmuşdur. X1 həmin dəlilinin hansı sübutlarla təsdiq edildiyi müəyyən olunmur.
45. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələbləri baxımından hazırki məhkəmə icraatı üzrə həqiqətə nail olmaq üçün X4 izahatlarında qeyd olunan dəlillərin, ekspert və mütəxəssis rəylərində göstərilən məbləğlərlə, iddiaçının izahatında qeyd etdiyi qiymətlər arasındakı kəskin fərqə aydınlıq gətirmədən, həmin sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib tədqiq etmədən və bütövlükdə işə əlavə edilmiş sübutlara MPM-nin 88, 103.1, 106.1, 218.1-ci maddələrinin tələbləri baxımından obyektiv baxıb hüquqi qiymət vermədən iddianın qismən təmin olunması qənaətinə gəlmişdir.
46. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndiri lməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizalar ın keçirilməsidir (MPMnin 77.3, 102.1, 102.2-ci maddələri).
47. Ali Məhkəmənin Mülki Kollegiyası baxılan iş üzrə 16.08.2019-cu il tarixli qərarında da göstərmişdir ki, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmək və müvafiq rəy əldə etmək zəruridir.
48. Çünki MPM-nin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər.
49. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən ekspertiza təyin edilməsi barədə qərardad çıxarmış və ekspertizanın keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Halbuki, "xxxx" MMC-nin ekspertiza aparmaq, ekspertiza fəaliyyəti ilə m əşğul olmaq səlahiyyəti müəyyən olunmur. Ekspertiza tikinti sahəsində xüsusi bilik tələb etdiyi halda, ekspertizanın həyata keçirilməsi hüquqşünas ixtisası olan şəxsə həvalə edilmişdir.
50. Bundan sonra məhkəmə kollegiyası yenidən ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1500 saylı, 06.11.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzilin təmir işlərinə təqribən 15.374 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilmişdir.
52. Ekspertin bu rəy indən görünür ki, mənzilə baxış keçirilməsi üçün təyin edilən vaxt mənzilin qapısı bağlı olduğundan mənzilə baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Buna görə də ekspert mülki iş materiallarındakı məlumatlara və fotoşəkillərə əsasən tədqiqat aparmlş və mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin 15.374 manat olduğu barədə nəticəyə gəlmişdir.
53. Göründüyü kimi verilmiş ekspertin rəyi lazımi tədqiqat məlumatlarına istinad etmədiyinə görə etibarlı deyildir. Məhz buna görə məhkəmənin özü də haqlı olaraq rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi X2nun zamanında irəli sürdüyü dəlilə əsaslanmaqla təmir xərcini müəyyən etmişdir. Halbuki, bu cür sübutetmənin yolverilməzliyi iş üzrə Ali Məhkəmənin 16.08.2019-cu il t arixli qərarından irəli gəlirdi.
54. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişin sonadək icra etməmişdir. Çünki ekspertin rəyi kifayət qədər aydın və tam olmadıqda məh kəmə əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda isə təkrar ekspertiza təyin etməklə həqiqətə nail ola bilər. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh tərəfin ekspertizanın keçirilməsində iştirak etməməsi, ekspertiza tədqiqatının predmetini təşkil edən mənzilə ekspertin baxış keçirməsinə şərait yaratmaması MPM-nin 97.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələri törədir. Belə ki, həmin normaya görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştira k etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
56. Lakin nəzərə alınmalıdır ki, bu normanın tətbiqi, məhkəmədən ekspertizanın keçirilməsi ilə bağlı prosessual qaydalara tam əməl olunmasını, tərəflərə bu normanın hüquqi nəticələrinin aydın şəkildə əvvəlcədən izah olunmaqla, onların ekspertizada iştirakı üçün ağlabatan müddətlər müəyyən olunmasını tələb edir.
57. İş materiallarından cavabdehə ekspertizanın keçirilməsi vaxtının müəyyən olunması barədə yazılmış məktublarda MPM-nin 97.5-ci madəsində göstərilən hüquqi nəticələr qeyd olunmamış, ümumiyyətlə həmin məktubların göndərilməsi iş materialları ilə müəyyən olunmur.
58. İşin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.
59. Buna görə də apellyasiya məhkəmə sinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
60. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kassasiya şikayəti tam, “X19” MTK-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)158/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün göndərilməlsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.