Məhkəmə qərarları › İş №2(102)-5049/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5049/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5049/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən kassasiya qaydasında yoxlanılmasının yolverilməzliyi, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5952/2019 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat

1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-113/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada 22.12.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşm ası üzrə 106.746,98 ABŞ dolları əsas borc, 38.311,02 ABŞ dolları faiz borcunun, 10.000 ABŞ dolları cərimə borcunun, cəmi 155.058 ABŞ dolları məbləğində pulun, 24.09.2014-cü il tarixli, 17K000000120 saylı kredit razılaşması üzrə 4999,5 ABŞ dolları əsas borcun, 1066,09 ABŞ dolları faiz borcunun, 500 ABŞ dolları cərimə borcunun, cəmi 6565,59 ABŞ dollarının, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 161.623,59 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 154 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" QSC-yə ödəniməsi, tutmanın ipoteka qoyulmuş Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində yerləşən 15 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 44 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 23.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Salyan rayonu, Çadırlı kəndində yerləşən, Cavabdeh2 mülkiyyətindəki Əmlak kompleksi kimi müəssisəsinə (maye-qaz yanacaq doldurma məntəqəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 50.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Şirvan şəhəri, H.Ə.Əliyev küçəsində yerləşən 1A nömrəli evin Cavabdeh4 mülkiyyətindəki 38 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 35.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Şirvan şəhəri, Ene rgetik küçəsində yerləşən, Cavabdeh5 mülkiyyətindəki 320 saylı bağ evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 Rustam oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iddiaçı "xxxx" QSC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan bir ay sonra boşaldılması, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 850 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutularaq "xxxx" QSC-nin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 aid edilmişdir.

3. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mirzəağa qızı birgə apellyasiya şikayəti vermişlər.

4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5952/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) cavabdehlər Cavabdeh2 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 de kabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə cavabdehlər X1 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayətləri vermişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1103/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev) kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 may 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 kassasiya şikayəti vermiş, kassasiya şikayətinə ərizə əlavə edərək kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5952/2019 saylı, 22 iyul 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5952/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Qərardaddan Cavabdeh4 kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1005/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmir ov və V.Həsənov) Cavabdeh4 oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli, 2(103)5952/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Daha sonra Cavabdeh1 kassasiya şikayəti vermiş, kassasiya şikayətinə ərizə əlavə edərək kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5952/2019 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5952/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin b ərpası barədə vəsatəti təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5952/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1103/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Mübahisələndirilən məhkəmə aktı kassasiya qaydasında bötövlükdə yoxlanılmaqla hüquqi qiymət verildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə vəsatətinə baxılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 may 2019-cu il tarixli qətnaməsi cavabdehə rəsmi surətdə verilmədiyinə görə həmin qətnamədən kassasiya şikayəti vermə müddətini üzürlü səbəbdən ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cavabdehin kassasiya şikayəti vermə müddətini bərpa etməmiş və bunu əsaslandırmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatlar

17. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 20.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 21.İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

24. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin unive rsal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir

25. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.

26. Baxılan iş üzrə apellyasiya instansiyası işin prosessual hallarını prosessual normalara uyğun araşdırmış, müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5952/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1103/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 may 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən məhkəmə aktı kassasiya qaydasında bötövlükdə yoxlanılmaqla hüquqi qiymət verilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № 04/2020 saylı, 14 oktyabr 2020-ci il “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə” dair qərardadından görünür ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

28. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103) -5952/2019 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar