Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-505/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004 )-xxx/19) İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, «xxxx» QSC-dən 812,06 manat məbləğində maddi və 500 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 1312,06 manat (min üç yüz on iki manat altı qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2 (103)-xxx/19) İddiaçı və cavabdeh “xxxx” QSC-nin apellyasiya şikayətləri təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də cavabdeh kassasiya şikayətləri vermişlər. İddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” QSC isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSCdən 1742,24 manat məbləğində maddi zərərin və 10 000 manat məbləğində mənəvi zə rərin, ümumilkdə 11742,24 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili S.Əkbərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin kassasiya şikayətini qəbul etmədiklərini bildirdilər. Cavabdehin vəkili F.Əliyev isə öz növbəsində “xxxx” QSC-nin kassasiya şikayətini müdafiə etdiyini, iddiaçının kassasiya şikayətini isə qəbul etmədiyini bildirdi. 3-cü şəxs Q.Əliyev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsimübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 17.03.2016-cı il tarixli qətnaməsi ilə cavbdehlərdən müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə 1519.20 manat əsas, 183.04 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 1722.24 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmi ş, iş icrada olduğu dövrdə icra məmuru tərəfindən İddiaçı təqaüdünə yönəltmə həyata keçirilmişdir. İcra tədbirləri nəticəsində qətnamə üzrə borcun bir hissəsi 812.06 manat məbləğində pul İddiaçı tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(103)-xx/18-ci il tarixli qətnaməsi müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.03.2016-cı il tarixli 2(003)-xx/16 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilərək, Cavabdeh QSC-nin X4, İddiaçı, X3 və X5 qarşı iddia tələbi, bankın istinad etdiyi Cavabdeh ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsindəki imzanın İddiaçı məxsus olduğu müəyyən edilmədiyindən, bunun sübut etmə vəzifəsi bankın üzərinə düşdüyündən və bank tərəfindən bu sübuta yetirilmədiyindən qətnamə İddiaçı qarşı hissədə lə ğv edilmiş və ona qarşı tələb rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh QSC-nin iddia tələbi İddiaçı aid hissə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona q arşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh 812,06 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən ödənildiyini etiraf etdiyindən birinci instansiya məhkə məsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı 1742,24 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğdə pul vəsaitinin təqaüddən tutulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. v acib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri ( azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlə ri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Ape llyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(103)-xx/18-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsa da, qeyd olunan pul vəsaiti bank tərəfindən iddiaçıya qaytarılmamış və sonuncu hüquqlarının müdafiəsi üçün 06.12.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, 06 ay ərzində qeyd olunan pul vəsaiti iddiaçıya geri qaytarılmadığından onun mənəvi sarsıntılar keçirməsi ağlabatan və inandırıcıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin əvəzinə görə məbləğ ağlabatan məbləğdə təyin edilməli olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə qismən təmin edərək, dəymiş mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə 500 manat məbləğində pul tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri - icra qaydasında tutulmuş pul vəsaitinin Qurban Əliyev tərəfindən iddiaçıya qaytarılması ilə bağlı qeyd etmişdir ki, cavabdeh qeyd olunan pul vəsaitinin Qurban Əliyev tərəfindən iddiaçıya qaytarılmasına dair mə hkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə, iddiaçı məhkəmə kollegiyasının iclasında Qurban Əliyev tərəfindən ona pulun qaytarılmasını inkar etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin olunması üçün əsaslar müəyyən etməyərək qeyd edir ki, tərəflərin kassasiya şikayətlərinin dəlilləri onların apellyasiya şikayətlərinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Bu qiymət məhkəmə kollegiyasını qane etdiyindən məhkəmə kollegiyası həmin dəlillərə yenidən qiymət verilməsinə lüzum görmür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan i stifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda gös tərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-505/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-505/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver