Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-505/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun və delikt nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5677/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tərəflər arasında təbii qazdan istifadə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli AKX04145xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır.
2. Müqavilədə paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüş, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmiş, abonent tərəfindən 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə edilməsi qeyd edilmişdir.
3. İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən cavabdehə **********21260 nömrəli abonent kodu verilmiş və ünvan 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır.
4. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, həmin akt üzrə itirilmiş qazın miqdarı 73.440 m3, dəymiş zərər 8.822,52 manat hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 8.822,52 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 501,42 manat və 113,24 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 9.437,18 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Baklı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2732/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddianın qismən təmin edilməsi, vurulmuş maddi zərərin əvəzi olaraq 28,80 manat, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 501,42 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 113,24 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli ******* saylı akt hissəsində qismən təmin edilməlidir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən yuxarida qeyd olunan akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ, dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyat hesablansa da, iddiaçının nümayəndəsi cava bdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan tərəflər arasında bağlanmiş müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə edilməsi qeyd edilmişdir. Bu əsasdan da məhkəmə iddiaçı tərəfindən akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ, dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyatın hesablanmasını əsassız hesab edir. Eyni zamanda iddiaçı itirilmiş qazın miqdarını hesablayarkən orta günlük iş rejimini 24 saat qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparmışdir. Məhkəmə iddiaçı tərəfindən orta günlük iş rejiminin 24 saat qəbul edilməsini həddində artıq yüksək hesab edir və belə qənaətə gəlir ki, orta günlük iş re jimi 8 saat qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən 4 gözlü qaz plitəsi (PQ-4) kimi qaz qurğusundan hər gün 24 saat istifadə etməsi həqiqəti əks etdirmir. Bundan başqa iddiçı xx.xx.2023-cü il tarixli ******* saylı aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 360 gün qəbul edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əslində akt üzrə itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmalı idi. 1.2x.8x30=288 m3 Məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli ******* saylı akt hissəsində qismən təmin edilməli, Cavabdeh 28,8 manat İddiaçı İB-nin xeyrinə tutulmalıdır. İddianın debitor borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia tam təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan və cavabdehin İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı ərizəsindən müəyyən olunur ki, cavabdehin faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 501,42 manat debutor borcu mövcuddur. Odurki, həmin məbləğdə tutulmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5677/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışinski, A.İmanov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslar ına görə, “... iddia tələbinin təmin edilməyən hissəsi akt üzrə dəymiş zərərin düzgün hesablanmaması ilə bağlıdır. Rayon Məhkəməsi həmin akt üzrə 28,80 manat ziyan müəyyən etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, akt tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi QSSQ, dəmir və İran Respublikasında istehsal olunmuş sobalarından istifadə edilməsinə görə sərfiyyat hesablansa da, iddiaçı tərəfindən cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitələri (PQ-4) kimi qaz qurğusundan istifadə etməsi qeyd edilmişdir. Cavabdehin həmin qurğudan hər gün 24 saat istifadə etməsi həqiqəti əks etdirmir. İddiaçı tərəfindən orta günlük iş rejim i 8 saat qəbul edilməlidir. Bundan başqa, xx.xx.2023-cü il tarixli Aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, düzgün olmayaraq 360 gün qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq əslində akt üzrə itirilmiş qazın miqdarı (1.2 x 8 x 30=) 288 kub metr, dəymiş ziyanın miqdarı isə 28,80 manat təşkil edir. Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni həmin akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 kub metr olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd “PQ-4”, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd QSSQ, ma ksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 kub metr olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 73.440 kub metr hesablanmışdır. Məhkəmə iddianın təmin edilməməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi qənaəti, yəni təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış ziyan məbləğinin qanuni hesab edilməsi barədə qənaəti haqlı hesab edir. Çünki iddiaçının adına tərtib edilmiş müqavilədən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) istifadə olunur. Aktda QSSQ, dəmir soba və İran Respublikasında istehsal olunmuş qaz sobasından da istifadə edildiyi qeyd edilsə də, iddiaçı Birlik tərəfindən bu hal sübuta yetirilməmişdir. Bu səbəbdən, “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədə öz əksini tapmış hesabat əsaslı hesab edilə bilməz. Bundan başqa, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, “PQ-4” cihazı üçün orta günlük iş rejimi 8 saat, hesabat müddəti isə 30 gün qəbul edilməlidir. Belə olan halda itirilmiş qazın bərpası 1 ədəd “PQ-4” üçün (1,2 x 8 x 30 = ) 288 kub metr hesablanmalıdır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarif nəzərə alınmaqla iddiaçı Birliyə dəymiş ziyanın miqdarının 28,8 manat olması müəyyən edilir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya maddi zərərin vurulması halı ilə bağlı mötəbər sübutlar iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş abonent saldosu və GASREP çıxarışından da məlum olur ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktın tərtib olunduğu dövrdə cavabdeh tərəfi ndən təbii qazdan istifadəyə görə ödəniş edilməmişdir. Bu hal da sübut edir ki, göstərilən dövrdə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Göstərilənlərdən də məlum olur ki, iddia tələbi tam əsaslı olduğu və bu hal sübuta yetirildiyi halda, həmçinin, cavabdeh tərəfin öz etirazları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə haki miyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmu ş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmas ına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmla kı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bil məz; Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir; Bənd 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxs dən tələb etməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olma lıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu he sab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquql arın pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.... Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsas larına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hər əkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
20. Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin ləğ vi xahiş edildiyi üçün apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
26. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmişdir. Sözügedən normaya görə, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları a şkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər s ayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Qeyd olunan norma 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olduğu kimi, həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılm ası məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın talanması nəticəsində az miqdarda, yəni 5.000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qazın talanması nəticəsində vurulmuş ziyan 5.000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı, “Xalq” qəzeti, 6 iyul 2023-cü il, №138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 878).
27. İşdən görünür ki, hazırkı iddia cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra tərtib olunmuş akt və tələbnaməyə əsaslansa da, məhkəmələr maddi hüquq norması kimi “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsini mübahisəyə tətbiq etməmişlər. Məsələnin xüsusi əhəmiyyəti MPM-in 81-ci maddəsi ilə əlaqəlidir. Həmin normanın tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlar la təsdiq oluna bilməz. Bu baxımdan qeyd olunan işlər üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddianın əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar üzrə mübahisələrə baxarkən qanunvericiliyin imperativ göstərişlərinə riayət edilməsi vacibdir.
28. Lakin hazırkı kassasiya araşdırmasının predmetini yalnız iddia rədd edilən hissə təşkil edir, habelə, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin mübahisəyə tətbiqi istehlak çının qazın talanmasında təqsirliliyinin inzibati orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsini şərtləndirir ki, hazırkı işdə də iddiaçı tərəfindən həmin şərtə əməl olunmamışdır.
29. Kassasiya şikayətinin konkret dəlillərinə gəldikdə isə, şikayətin dəlilləri işin faktiki hallarının aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin şikayətdə istinad olunan hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfin dən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5677/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.