Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5055/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Rnun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(106)721/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 02.03.2018-ci il tarixli, 2(073)86/2018 nömrəli qətnaməsi ilə iddi açı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20R000005676 saylı kredit razılaşması üzrə 18871.33 ABŞ dolları məbləğində kredit borcu, 4498.76 ABŞ dolları məbləğində faiz borcu, 8145.49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 020R********** saylı kredit razılaşması üzrə 72810.37 ABŞ dolları məbləğində kredit borcunun, 16406.20 ABŞ dolları məbləğində faiz borcunun, 30427.40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 151159.55 ABŞ dolları məbləğində borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka perdmetinə tutmanın yö nəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq iddiaçı «xxxx» QSC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30.12.2011-ci il tarixli, RM ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 02 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən borcun ididaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 manat müəyyən ed ilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Kərimov, T.Heydərov, F.Abbasov) 21.02.2019-cu il tarixli, 2(106)-721/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, hazırki iş üzrə Cəlilabad rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli, 2(073)-86/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20R000005676 saylı kredit razılaşmas ı üzrə 18871.33 ABŞ dolları əsas kredit borcu, 020R********** saylı kredit razılaşması üzrə 72810.37 ABŞ dolları əsas kredit borcu olmaqla, cəmi 91691.7 ABŞ dolları əsas borcun müştərək qaydada Cavabdeh1 əlavə olaraq 20R000005676 saylı kredit razılaşması üzrə 4498.76 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə,020R********** saylı kredit razılaşması üzrə 16406.20 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 22104.96 ABŞ dolları məbləğində faiz və cərimə borcunun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə, 60 manat məhkəmə xərclərinin tutularaq iddiaçı «xxxx» QSC-nə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdeh (ipoteka qoyan) Cavabdeh1 mülkiyyətində olmaqla 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa olunan 2 mərtəbəli, 6 otaqlı 02 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə yönəldilməsi, torpaq sahəsinin və evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcəkməbləğdən iddia tələbi həcmindəiddiaçıya ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin artıq qalan hissəsinin əmlak mülkiyyətçisi Cavabdeh1 qaytarılması, torpaq sahəsinin və evin satışından əldə edilən vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğinəsas borc hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, faiz borcu və dəbbə pulu hissəsində isə yalnız Cavabdeh1 tutularaq iddiaçı “xxxx” QSC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20R000005676 saylı kredit razılaşması üzrə 18871.33 ABŞ dolları məbləğində kredit borcu, 4498.76 ABŞ dolları məbləğində faiz borcu, 8145.49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 020R********** saylı kredit razılaşması üzrə 72810.37 ABŞ dolları məbləğində kredit borcunun, 16406.2 ABŞ dolları məbləğində faiz borcunun, 30427.40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 151159.55 ABŞ dolları məbləğ ində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqınıntutulması, tələbin 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 155 kv.m yaşayış, 91.8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 151159.55 ABŞ dolları məbləğində borcun, məhkəmədən iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövltə rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-nə ödənilməsi, hərracdan əl də olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ipoteka predmetinə bu günki qiymətyin qoyulmaması cavabdehin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, kredit götürülən zaman bank qarşılıqlı razılaşma əsasında ipoteka predmetinə 110068 manat qiymət qoymuşdur. Bütün bunlar 28.12.2011ci il tarixli ipoteka müqaviləsinin 2-ci bəndində “İpoteka predmetinin təsviri” hissəsində göstərilmişdir. Hıazrda kreditin götürülməsindən 7 ildən artıq müddət keçmişd ir. Bu müddət ərzində daşınmaz əmlakların qiyməti qalxmış, üstəlik bu müddət ərzində evdə restavrasiya işləri aparılmış, dizaynda yeniləmə olmuşdur. Bu hallar girov qoyulmuş evin dəyərini artırmışdır. Bu gün bazar araşdırılarsa, ipoteka predmetinin qiymətinin 120000-150000 arası olduğu müəyyən olunar. Hazırda cavabdeh ipoteka predmetinin qiyməti ilə razı deyildir və hesab edir ki, qiymətləndirici təşkil əsassız və ədalətsiz qiymət müəyyən etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(106)-721/2019 saylı qətnaməsinin bank qarşısında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində ləğv edilib yenidən qiymət qoyulmasından ötrü araşdırma aparılması üçün işin Şirvan Apellyasiya Məhkəməsin ə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı “xxxx” QSC-nin nümayəndəsi və vəkili X1 məhkəməyə etiraz ünvanlayaraq, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(106)-721/2019 saylı qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkil i R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişlər. Hazırda Cavabdeh1 kassasiya şikayəti ilə müraciət edərək, şikayətində apellyasiya instansiya məh kəməsi tərəfindən qəbul edilmiş qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyini, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci ma ddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov s axlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbini ipoteka faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habeləipoteka qoyulmuşəşyanın saxlanılması və salamatlığıüçün ipoteka saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə görə ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma ipoteka qoyulmuş əşyaya, borclu ipoteka ilə təmin edilmişöhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldi lə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən ipoteka qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən, yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəl dilməsi üçün əsasdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqvaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanununun 39.3- cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Yuxarıda qeyd olunmuş qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, tutmanın kredit müqaviləsi üzrə öhdəlikl ərin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olmaqla 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunan 2 mərtəbəli, 6 otaqlı 02 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və evin ilkin satış qiymətinin təyin olunmuş ekspertizanın rəyinə müvafiq müəyyən edilərək həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 borcunun ödənilməsi hissədə iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İşdə olan fərdi yaşayış evinin bazar dəyərinin müəyyənləşdirilməsi barədə təyin olunmuş əmtəəşünaslıq ekspertizası üzrə qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli hesabatla müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həm in torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 6 otaqlı 02 nömrəli fərdi yaşayış evinin hazırki orta bazar dəyəri 80000 manat təşkil edir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh1 ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyinə istinad edərək, ipoteka predmetinin yenidən qiymətləndirilməsini tələb etsə də, kassasiya şikayətində qəbul edilmiş qətnamənin göstərilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsini əsaslandıra bilməmiş və müəyyən edilmiş ilkin satış qiymətinin az olması barədə məhkəməyə hər hansı sübut təqdsim edə bilməmişdir. Odur ki, kassasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab e dilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddi anın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2019-cu il tarixli, 2(106)-721/2019 nömrəli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5055/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5055/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver