Məhkəmə qərarları › İş №2(102)-5064/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5064/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5064/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Rnun və Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2019-cuiltarixli, 2(107)620/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 06.11.2018-ci il tarixli, 2(046)1892/2018 nömrəli qətnaməsi ilə İd diaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 04.03.2019-cuiltarixli, 2(107)-620/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Göyçay rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli, 2(046)-1892/2018 nömrəli qətnaməsinin İddiaçı İsmayıl oğluna münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 14.02.2018-ci il tarixli, 3M-24 reyestr nömrəli Kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən kredit müqaviləsi bağlanmasını, həmin müqavilənin bağlanmasında məqsəd alınan borc pul müqabilində iddiaçının yumurta tədarük edərək cavabdehə məxsus Göyçay şəhərində Motelin altında yerləşən inkubatora yığaraq cücə çıxarıb satmaq məqsədi olmasını, iddiaçının həmin pulla 62158 ədəd yumurta alaraq inkubatora yığmasını, tərəflər arasında olan razılaşmaya əsasən 21056 manat pul əldə olunmasın ı, cücənin satışı iddiaçının həyta keçirməli olduğu halda diabet və dializ xəstəsi olması və satışı cavabdehin yerinə yetirdiyini, borc aldığı puldan da artıq pulu cavabdehin götürdüyünü, iddiaçının borc pulu Sadiq Ukraynada təhsil aldığından onun anası Mayılova Minayəyə verməsini, apelyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfindən iki nəfər şahid aparılmasını, onların ifadələrini qeydib nəzərə almamışdır. Ona görə də onlar Şəki Apellyasiya Məhkəməsinin 04.03.2019-cu il tarixli qanunsuz qətnaməsinin ləğv edilməsini və iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edib, şikayətinə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri ba rədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh İddiaçı 14.02.2018-ci il tarixdə notarial qaydada 20000 manat kredit vermiş, İddiaçı həmin pulu 30.06.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya kollegiyası iddiaçı tərəfindən borcun cavabdehə qaytarılması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsi əsası ilə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin dəlillərinin həqiqətəuyğunluğu iş materialları ilə müəyyən edilmir. Həmin dəlillər formal mülahizələrə əsaslanır. Ona görə də kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara düzgün hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdi r. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2019-cu il tarixli, 2(107)-620/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar