Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5065/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(039)-1764/2018 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QS C-nin xeyrinə 24.09.2014-cü il tarixli 15A000026283 saylı kredit müqaviləsi üzrə 18.117,36 ABŞ dolları əsаs bоrc, 2.653,05 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə olmaqla cəmi 21.270,41 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı olmaqla cəmi 61 manat məbləğində xərclərin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Yevlax şəhəri M.P.Vaqif küçəsi 9 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 26000 manat məbləğində müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satıldıqdan sonra 1 ay ərzində həmin fərdi y aşayış evinin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsaitdən 21.270,41 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının İddiaçı QSCyə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(107)-446/2019 saylı qətnaməsi ilə (hakimlər: M.Hüseynov, R.Əliyev və İ.Şükürov) Yevlax Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(039)-1764/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(107)-446/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zümrüd Kamalovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15A000026283 saylı kredit müqaviləsi üzrə 18.170,50 ABŞ dolları əsas borc, 2.653,05 ABŞ dolları faiz borcu və 4.429,85 ABŞ dolları cərimə olmaqla cəmi 25.253,40 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək ünvan 1 nömrəli mənzilinin açıq hərracdan satılması, satışdan əldə ol unan vəsait hesabına 25.253,40 ABŞ dolları məbləğində kredit borcunun və həmin borcun tələbi ilə bağlı cəmi 61 manat məbləğində digər xərclərin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, ünvan 1 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Qərənfil Kamilovanın həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24.09.2014-cü il tarixli 15A000026283 saylı kredit müqaviləsi üzrə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 17.04.2015-ci il tarixli 15A000026283S saylı və 06.11.2015-ci il tarixli 15A000026283SA saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit üzrə əsas borc və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.01.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11.829,50 ABŞ dolları ödəmiş, onun 18.170,50 ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz - qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu k redit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.07.2016-cı il tarixə 177 gün uçun hesablanmış faiz borcu 2.653,05 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməlidir. 13.07.2016-cı il tarixə 177 gün üçün hesablanmış cərimə 4.429,85 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh (ipoteka qoyan) Cavabdeh2 iddiaçı ilə bağladığı 01.10.2014-cü il tarixli 00010 saylı alqı-satqı və ip oteka müqaviləsi (Yevlax rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında ünvan 1 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflərin imzaladıqları 17.04.2015-ci il tarixli 00010S saylı sazişlə müqaviləyə əlavə və dəyişikliklər edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən 23 №-li reyestr kitabının 41 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən ipoteka qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 28 yanvar 2019cu il tarixli, 2(107)-446/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçı QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlukassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mər uzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15A000026283 nömrəli 24 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 48 ay müddətinə, aylıq 1.5833 % ödəmək şərti ilə 21.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan həmin kredit müqaviləsinə 17 aprel 2015-ci il tarixdə və 06 noyabr 2015ci il tarixdə dəyişiklik edilməsinə dair sazişlər bağlanmış, son olaraq kredit müqaviləsinin müddəti 60 ay, 24 mart 2016-cı il tarixdə faiz dərəcəsi aylıq 1,5 %, 24 mart 2017-ci il tarixdən 1,4167 %, 26 mart 2018-ci il tarixdən 1,3333 %, 26 mart 2019-cu il tarixdən 0 % hesablanması qərara alınmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda bağlanmış 24 sentyabr 2014-cü il tarixli zaminlik müqavilələri əsasında sonuncular kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat vermişlər. 17 aprel 2015-ci il tarixdə həmin zaminlik müqavilələrinə dəyişiklik edilmişdir. İşdən göründüyü kimi İddiaçı QSC, Cavabdeh1 və Babək Hüseynov arasında 01.10.2014-cü il tarixli 00010 saylı Alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə görə Cavabdeh1 ünvan 1 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etdirmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Müqavilədə ipoteka predmetinin dəyəri 16.472,40 manat müəyyən edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş rəyə görə ünvan 1 nömrəli mənzilinin real bazar dəyəri 26.000 manat müəyyən edilmişdir. İşdə olan maliyyə arayışına əsasən sözügedən kredit müqaviləsi üzrə 13 iyul 2016-cı il tarixə 18.170,50 ABŞ dolları əsas borc, 2.653 ABŞ dolları faiz borcu və 4.429 ABŞ dolları cərimə borcu vardır. İşdə olan 04 may 2018-ci il tarixli ekspert rəyində qeyd olunur ki, 13 iyul 2016-cı il tarixə əsas borc 18.117,36 ABŞ dolları, faiz borcu 2.725,15 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci mаddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılması na çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1 və 317.2-ci maddələrinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər… Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəs inə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən,əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа ed ilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissəhissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Hə min Məcəllənin 472-ci mаddəsinə əsasən, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr... Zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. “Banklar haqqında” Azərbaycan Respublikası Qa nununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh1 hərəkətləri nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bununla da onun hüququ Cavabdeh1 tərəfindən pozulmuşdur. Buna görə də Cavabdeh1 öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, kredit razılaşmaları üzrə iddiaçıya olan əsas, hesablanmış faiz və cərimə borclarını ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 24 sentyabr 2014-cü i l tarixli 15A000026283 saylı kredit müqaviləsi üzrə əsas borc ekspert rəyində müəyyən edilmiş məbləğdə (18.117,36 ABŞ dolları), faiz borcu iddia tələbi həcmində (2.653,05 ABŞ dolları) təmin edilməli, cərimə borcu isə (4429,85 ABŞ dolları) tənasübsüz surətdə yüksək olduğundan bu hissədə iddia tələbi 500 ABŞ dollarınadək azaldılmaqla qismən təmin edilməlidir. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəy ərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən, ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla bir likdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə kredit müqaviləsi üzrə borc yarandığından tutma ipoteka predmeti olan əmlaka yönəldilməli və ipoteka haqqında qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan sonra bir ay ərzində Cavabdeh1 mənzili könüllü surətdə tərk etmədiyi təqdirdə o, həmin mənzildən məcburi çıxarılmalı, digər cavabdehlərin həmin mənzildə yaşaması müəyyən edilmədiyindən onlara münasibətdə bu tələb əsassız sayılmalıdır. Məhkəmə xərcləri hissəsində iddia əsaslıdır və təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı və cavabd ehlər arasında ipoteka predmetinin dəyəri (bazar qiyməti) barədə hər hansı mübahisə müəyyən edilmədiyindən və tərəflər ipoteka predmetinin hazırkı qiyməti ilə bağlı hər hansı digər sübut təqdim etmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssis rəyində qeyd edilmiş 26.000 manat məbləğində müəyyən edilməlidir. İddiada satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qeyd edilsə də, məhkəmə hesab etmişdir ki, vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin tutulması mülki prosessual və icra qanunvericiliyin tələblərinə uyğun icra edildiyindən bunun qətnamədə xüsusi qeyd edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5065/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5065/2019
01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver