Məhkəmə qərarları › İş №2(102)-507/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-507/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-507/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 qarşı iddia tələbinə, Cavabdeh4 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasını n 2(107)-818/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 04.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 14000 manat, 25.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən isə eyni şərtlərlə 45000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli ipoteka müqaviləsində, sonuncuya məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 30.11.2012-ci il tarixli kredit müqaviləsinin təminatı olar aq bankın xeyrinə ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.10.2013-cü il tarixli ipoteka müqaviləsində, sonuncuya məxsus olan ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 25.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edildiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən bankın xeyrinə 04.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 9532,20 manat əsas, müqavilə müddətinə hesablanmış 3413,18 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış 2304,72 manat, borcu gecikdirdiyinə görə hesablanmış 6392,18 manat cərimə borcu olmaqla, cəmi 21642,28 manat məbləğində borcun və 25.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 39096 manat əsas, müqavilə müddətinə hesablanmış 10835.27 manat faiz, müqavilə müddəti bitdiyi tarixdən 11.10.2019-cu il tarixə 5% ilə hesablanmış 7743,18 manat, borcu gecikdirdiyinə görə hesablanmış 29275,94 manat cərimə borcu olmaqla, cəmi 86950,39 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh5 məxsus olan Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Cavabdeh2 məxsus olan və ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka ola n borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır. Eyni zamanda, Cavabdeh4 qarşılıqlı iddia qaldıraraq İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanm ış 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi Borcalan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Halbuki, müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki,... Cavabdeh1 MMC (irəlidə “Borcalan” adlanacaq) və digər tərəflər aşağıdakı şərtlərlə 25 oktyabr 2013-cü il tarixində Zaqatala şəhərində bu müqaviləni bağlayırlar. Lakin müqavilənin sonunda tərəflərin imza qrafasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi tərəfindən müqavilə imzalanmamış və təsdiq edilməmişdir. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 193,1 kv metr, yaşayış sahəsi 111,7 kv metr, yardımçı sahəsi 81,4 kv metr, tikintiattı sahə 8,2 kvadrat metr olan 22 saylı fərdi yaşayış evi 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin "İpoteka qoyan" qrafasında Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0221667 saylı Çıxarışdan və 18 oktyabr 2013-cü il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan (Forma 2) müəyyən edilir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətindədir. Lakin qeyd edilən ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçilərin mülkiyyət hüquqları və qanunvericiliyin tələbləri pozularaq ipoteka müqaviləsi yalnız Cavabdeh2 ilə bağlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0289073 saylı (ipoteka yüklülüyünə dair) Çıxarışdan müəyyən edilir ki, "xxxx" (Texnikabank) ASC-in Zaqatala filialının xeyrinə Qax şəhəri Saleh Qocayev küçəsində yerləşən 22 saylı fərdi yaşayış evi (fərdi yaşayış evi və torpaqda ümumi birgə) ipoteka ilə yüklü edilmişdir. Ümumi birgə mülkiyyətçilərdən heç birinin notariat qaydada razılıq ərizəsi alınmamışdır. Belə bir razılığın olmaması ipoteka müqaviləsinin etibarsızlığına dəlalət edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 0289073 saylı (ipoteka yüklülüyünə dair) Çıxarışdan müəyyən edilir ki, "xxxx" (Texnikabank) ASC-nin Zaqatala filialının xeyrinə Qax şəhəri Saleh Qocayev küçəsində yerləşən 22 saylı fərdi yaşayış evi (fərdi yaşayış evi və torpaqda ümumi birgə) ipoteka ilə yüklü edilmişdir. Həmin çıxarışın əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında qeyd edilmişdir ki, K/M N°013/013,25.10.201325.10.2015; 45000 (qırx beş min) AZN kredit xətti. 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" (Texnikabank) ASC-in Zaqatala filialı ilə "xxxx" MMC arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə birtərəfli qaydada Bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürlənmiş, lakin Cavabdeh1 MMCnin qanuni təmsilçisinin imzası və möhürü mövcud d eyil. İşin bu hal onu deməyə əsas verir ki, 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin heç bir hüququ qüvvəsi yoxdur, belə ki müqavilə iki tərəfli formada bağlanmalı olduğu halda yalnız borc verən tərəfindən təsdiqlənmişdir. Qeyd edilən kredit müqaviləsinin 17.1-ci bəndində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir. İndiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz. Qeyd edilən və hüquqi qüvvəsini almayan 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi əsas öhdəlik olmalı idi. Əsas öhdəlik hüquqi qüvvəsini almamışdırsa və mövcud deyilsə 25.10.2013-cü il tarixli 009/2013 saylı ipoteka müqaviləsi əhəmiyyətsiz (etibarsız) bir əqd statusunda qalır. Belə ki, X1 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öh dəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Bütün yuxarıda qeyd edilən pozuntular barədə sonuncu məhkəmə iclasında vəkil vasitəsi ilə iştirakı zamanı məlumatlı olmuşlar. Həmin iclasa qədər məhkəmədə hazırkı işin mövcudluğundan xəbəri olmamışdır. Hətta bu barədə Cavabdeh2 də heç bir məlumat verməmişdir (güman edir ki, iddiaçının narahat olmaması üçün məlumat verməmişdir). Mülki Məcəllənin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılması na başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişatında əmələ gəlmiş olsun. İddiaçının təqdim etdiyi 15.02.2018-ci il tarixli **********446 saylı maliyyə arayışına əsasən, 04 dekabr 2012-ci il tarixli 266PVNW132280003 saylı kredit müqaviləsi üzrə 14.02.2018-ci il tarixinə yaranmış tələbə əsasən, həmin tarixə Cavabdeh1 MMC-nin iddiaçıya müqavilə üzrə əsas borca görə 9532.2 manat, 14 fevral 2018-ci il üçün hesablanmış və tələb olunan faizlər üzrə 7973,06 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 1522,61 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc üzrə 19027,77 manat borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan Çıxarışa əsasən cavabdeh "xxxx" MMC tərəfindən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 manat pul geri ödənilmişdir. İş üzrə alınmış 04 sentyabr 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu 04 dekabr 2012-ci il tarixli kredt müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixə əsas borca görə 12582,20 manat, faiz borcuna görə 3100,72 manat, 14 fevral 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 8532,20 manat, faiz borcu üzrə 3.100,72 manat, illik 5 %-lə faiz borcu üzrə 1495,92 manat, 02 may 2018-ci il tarixə əsas borc üzrə 8532,20 manat, faiz borcu üzrə 3100, 72 manat, illik 5 %-lə faiz borcu üzrə 1588,35 manat, 25.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 25 oktyabr 2015-ci il tarixə cavabdehdən əsas borc üzrə 44.096,00 manat, faiz borcu üzrə 14462,51 manat, 13 fevral 2018-ci il tarixə əsas borc üzrə 39.096,00 manat, faiz borcu üzrə 14462,51 manat, illik 5 %-lə faiz borcu üzrə 4.527,98 manat, 02 may 2018-ci il tarixə əsas borc üzrə 39096,00 manat, faiz borcu üzrə 14462,51 manat, illik 5 %-lə faiz borcu üzrə 4956,95 manat təşkil edir. Qax Rayon Məhkəməsinin 2(024)-02/2020 nömrəli iş üzrə 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlərdən 04.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8532,20 manat, faiz borcu üzrə 3100,72 manat, illik 5 %-lə faiz borcu 1495,92 manat, cərimə borcu üzrə 639 manat olmaqla, cəmi 13667,84 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xe yrinə ödənilməsi, Cavabdeh1 MMC tərəfindən alınmış 45000 manat məbləğin ödənilməmiş qalan hissəsi 35900 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 25.10.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka predmeti olmuş əmlakın bankın xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tələbin yönəldiyi kredit alan Cavabdeh1 MMC-dən deyil, cavabdehlər, eyni zamanda ipoteka qoyan və kredit borcu tələbinin yönəlmədiyi Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinə əsasən, cəmi 13667,84 mana t məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. İddia tələbinin pulun tutulması ilə bağlı hissəsi Cavabdeh1 MMC-nə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı hissəsi isə Cavabdeh2, Cavabdeh5, Kamal Əfəndiyev, Cavabdeh4 və Cavabdeh6 qarşı yönəldilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ərizəsində kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh5 ilə bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin İddiaçı ASC-in xeyrinə yüklü edildiyini göstərsə də, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Zaqatala regional filialı ilə Cavabdeh5 arasında bağlanm ış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsində 30.11.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 Nəriman oğluna məxsus olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi göstərilmişdir. Ona görə də, iddia tələbinin tutmanın cavabdehlər Cavabdeh5 məxsus olan və Qax rayonu İlisu kəndində yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsinə dair hissəsi əsassızdır. Birinci instansiya məhkəməsi iddianın 25.10.2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi ilə bağlı hissəsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 013/013 saylı 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsində borc alanın imza qrafaları borcalan qismində çıxış edən Cavabdeh1 MMCnin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə Cavabdeh1 MMC-in səlahiyətli nümayəndəsi tərəfindən imza edilmədiyi üçün onun razılaşdırılmış iradə ifadəsini müəyyən etmək mümkün deyildir. 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi və ya vəkil etdiyi sair şəxs tərəfindən imzalanmadığından, həmin müqavilə əsasında da hər hansı faiz dərəcəsinin müəyyənləşdirilməsi və ya faizlər və digər ödənişlərin hesablanması yolverilməzdir. Ona görə də, Cavabdeh1 MMC tərəfindən imzalanmamış həmin kredit müqaviləsi üzrə Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli, 013/013 saylı kredit müqaviləsi üzrə, eyni zamanda yuxarıda göstərilən səbəblərə görə də həmin kredit müq aviləsinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 ilə İddiaçıASC arasında bağlanmış 25.10.2012-ci il tarixli, 009/013 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyan iddiaçı qarşısında heç bir öhdəlik daşımır. Eyni zamanda işin faktiki halları, iş materialları ilə Cavabdeh1 MMC-in iddiaçıdan 45000 manat pulu alması müəyyən edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışla cavabdeh "xxxx" MMC tərəfindən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla cəmi 9100 manat pulun geri ödəməsi müəyyən edilmişdir. Lakin həmin müqavilə Cavabdeh1 MMC-in səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından, həmin müqavilə əsasında da hər hansı faiz dərəcəsinin müəyyənləşdirilməsi və ya faizlər və digər ödənişlərin hesablanması yolverilməz olduğundan, iddiaçının faizə görə ödənilməsi nəzərdə tutduğu və iddiaçının ödədiyi 3196 manat da kredit məbləğində hesablanmış faizə görə yox, Cavabdeh1 MMC-nin iddiaçıdan aldığı 45000 manatdan çıxılmalıdır. Bu səbəbdən də tələbin həmin hissəsi üzrə Cavabdeh1 MMC-in iddiaçıya ödəməli olduğu məbləğ 35900 manat təşkil edir. İddia tələbinin hər iki ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissəsi əsassız olduğundan məhkəmə hesab etmişdir ki, tələbin iddia bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməsinə dair hissəsi də əsassızdır. Məhkəmə İddiaçı ASC tərəfindən 45000 manat məbləğində pulun Cavabdeh1 MMCyə real olaraq verilməsi qənaətinə gəlmiş, lakin hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmadığından i ddia tələbinin qanuni əsası əsassız varlanmadır. Cavabdeh4 qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, “25.10.2012-ci il tarixli 009/2013 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi Cavabdeh2, torpaq sahəsi isə Cavabdeh2, Cavabdeh4. Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olduğu halda həmin müqavilə digər mülkiyyətçilər tərəfindən də imzalanmalı olduğu halda yalnız Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin müqavilə 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir, hansı ki, həmin müqavilə borcalan tərəfindən imzlanmamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0289073 saylı Çıxarışda isə Qax şəhəri S aleh Qocayev küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birgə ipoteka ilə "xxxx" (Texnikabank) ASC-nin Zaqatala filialının xeyrinə yüklü edildiyi göstərilmişdir. İddiaçı ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 Cavabdeh4 və Cavabdeh3 tərəfindən ona verdiyi baş etibarnamələr əsasında həmin müqaviləni imzalamaq səlahiyyətinə malik olduğunu göstərsə də, iddiaçı həmin etibarnamələrin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini təqdim etməli olduğu halda təsdiq olunmamış surətini təqdim etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin etibarnamələrin əsli təqdim edilsə belə, müvafiq Çıxarışda torpağın ümumi birgə mülkiyyətçiləri sırasında həmin şəxslərdən başqa Cavabdeh5 və Cavabdeh6 da vardır ki, hansı ki, iddiaçı həmin şəxslər tərəfindən Ca vabdeh2 ipoteka müqaviləsini imzalamaqla bağlı hər hansı etibarnamə verildiyini göstərməmişdir. Sözügedən ipoteka müqaviləsinin imza qrafasında ümumi birgə mülkiyyətçilərin imzalamalı olduğu imza qrafası-hansı ki, Cavabdeh2 etibarnamə əsasında verilmiş səlahiyyətlər üzrə o həmin şəxslərin də adından imza etməli idi, yalnız Cavabdeh2 imzaladığı qrafa vardır. Eyni zamanda 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi "xxxx" (Texnikabank) ASC-in Zaqatala filialı ilə "xxxx" MMC arasında bağlanmalı olduğu halda, müqavilə birtərəfli qaydada yalnız bankın Zaqatala filialının qanuni təmsilçisi tərəfindən imzalanaraq möhürlənmişdir. 25.10.2012-ci il tarixli 009/2013 saylı ipoteka müqaviləsi isə qanunvericiliyin tələbləri pozulmaqla borc alan tərəfin iradəsi ifadə olunmamaqla bağlanm ış həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bağlanıldığından və X1 10.1-ci maddəsinə əsasən müstəqil xarakter daşımadığından və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanılmalı olduğundan etibarsız əqd hesab edilməlidir.” İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirərək, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq işin hallarını düzgün müəyyən etməmiş, işdə olan sübutlara tam, hərtərəfli və obyektiv araşdırmadan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh1 MMC də həmin qətnamədən apellyasiya şikayəti verərək ilk iddianın qismən təmin edilmiş hissəsində ləğv edilərək i ddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1057/2020 saylı iş üzrə 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 04.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 8532,20 manat əsas borc, 3100,72 manat faiz borcu, faiz borcu illik 5 %-lə 1588,35 manat, 200 manat dəbbə pulu borcu olmaqla, cəmi 13421 manat, 25.10.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 39096 manat əsas, faiz borcu üzrə 10835 manat, faiz borcu illik 5 %-lə 4.956 manat, 800 manat dəbbə pulu borcu olmaqla, cəmi 55688 manat məbləğində pulun alınaraq i ddiaçının xeyrinə ödənilməsi qət edilmiş, 25.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələbin 25.10.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipоtekа ilə yüklü edilmiş və Cavabdeh2 məxsus olan və ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yаşаyış evinin ilkin sаtış qiymətinin 100000 mаnаt məbləğində müəyyən edilərək аçıq hərrаcdа sаtılması, fərdi yаşаyış evinin sаtışındаn əldə edilmiş vəsаit hesаbınа 25.10.2013-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 55688 manat məbləğində borcun ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmiş, Cavabdeh1 MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinin nüsxəsi Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalansa da, hüquqi şəxs olan Cavabdeh1 MMC-in möhürü ilə təsdiq edilməmişdir. Bununla belə işin hallarından görünür ki, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə qeyd olunan 45000 manat məbləğində pulu almasını inkar etməmişdir. Habelə, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 manat məbləğində pulu geri ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsini icra etməyə başlamış və həmin müqaviləni qismən icra etmişdir. Bununla da, cavabdeh həmi n kredit müqaviləsinin mövcudluğunu etiraf etməyə yönələn hərəkətlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər hansı hüquqi və ya fiziki şəxsə bank tərəfindən kredit müqaviləsi bağlanmadan (müqavilə olmadan) 45000 manat məbləğində pulun verilməsini təsəvvür etmək və bunun izahını verməkdə mümkün deyildir. Məhkəmə hesab etmişdir ki, yalnız 25.10.2013-cü il tarixli kredit müqaviləsində Cavabdeh1 MMC-nin möhürünün vurulmamasına istinad olunmaqla, həmin kredit müqaviləsinin bağlanmaması kifayət qədər böyük məbləğ olan 45000 manat məbləğində kreditin qaytarılması ilə bağlı iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən Cavabdeh2 10 il müddətinə verilən 08 avqust 2009-cu il tarixli, Cavabdeh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən 22 oktyabr 2013-cü il tarixli və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən 30 oktyabr 2013-cü il tarixli etibarnamələrdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq səlahiyyətini və s. hərəkətləri etməyi Cavabdeh2 etibar etmişlər. Cavabdeh2 Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evini ailə üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq tərtib edilmiş etibarnamələr əsasında ona verilən səlahiyyət əsasında ipoteka ilə yüklü edilməsi barədə müqavilə bağlanmışdır. Ona görə də, qarşılıqlı iddia tələbində göstərilənlər əsassızdır. Kassa siya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə qalan hissədə ləğv edilmiş və iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın rədd edilməsi hissəsində iş üzrə gəlinən nəticə qanuni və əsaslı olmaqla, həmin hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Bununla bərabər, apellyasiya məhkəməsinin qətnaməsi ilk iddia hissəsində qanunvericiliyin tələblərinə uyğun əsaslandır ılmadığından qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab oluna bilməz. İpoteka predmeti olan əmlakın 2013-cü ildə bağlanmış ipoteka müqaviləsində müəyyən edilən qiymətə istinad edilməklə, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunsuz və əsassızdır. Məhkəmə ilk iddia üzrə digər tələblərə dair işin faktiki halları barədə kassasiya şikayətlərində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab etmişdir ki, həmin dəlillər araşdırılmaqla onlara müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya münasibətdə (iddianın təmin və təmin olunmayan hissələrində) tamamilə ləğv edilmiş, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən; 04.12.2012-ci il tarixli 012/12 nömrəli kredit müqaviləsinə əsasən 8532,20 manat əsas borc, 3100,72 manat faiz borcu, faiz borcu illik 5 %-lə 1588,35 manat, 200 manat dəbbə pulu (cərimə) borcu ol maqla, cəmi 13421,27 qəpik alınaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh5 mülkiyyətində olan və (bazar dəyəri 32000 manat olmaqla) likvid dəyəri isə 27000 manat məbləğində qiymətləndirilmiş Qax rayonu İlisu kəndində yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 13421,27 manatın iddiaçının hesabına ödənilməsi; -25.10.2013-cü il tarixli 013/013 nömrəli kredit müqaviləsinə əsasən 39096,00 manat əsas, faiz borcu üzrə 10835,27 manat, faiz borcu illik 5 %-lə 4956,95 manat, 200 manat dəbbə pulu (cərimə) borcu olmaqla, cəmi 55088,22 manat pul, iddianın qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumu və bildiriş qeydiyyatı üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan və likvid dəyəri 130000 mаnаt məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 193,1 kvadrat mete olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılmsı, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 55088,22 manatın iddiaçının hesabına ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh 5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 yaşayış sahəsini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılmaqla, evin boşaldılması, ilk iddia tələbinin qalan hissələrdə (cavabdehlərin və digərlərinin istifadə hüquqlarının itirilməsi, evin təhvil verilməsi, cərimə pulu hissələrində) təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onların tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Məhkəmə qeyd etmişdir ki, birin ci instansiya məhkəməsi 04.12.2012-ci il tarixli 012/12 saylı kredit müqaviləsi üzrə borcun tutulmasını qət etsə də, bunu həmin tələb üzrə Cavabdeh1 MMC-dən deyil, ipoteka qoyanlardan da tutmaq qərarına gəlmişdir. Lakin məhkəmə cavabdehlərdən Cavabdeh1 MMC istisna olmaqla, digər cavabdehlərdən borcu tutmaqda kobud səhvə yol vermişdir. Çünki iş üzrə digər cavabdehlər kredit götürən yox, ipoteka qoyan olmaqla, yalnız ipoteka predmetinə münasibətdə məsuldurlar. Məhkəmə "xxxx" ASC-nin Zaqatala regional filialı ilə Cavabdeh5 arasında 30.11.2012-ci il tarixli, 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 30.11.2012-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin ipoteka müqaviləsində “Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi s ahəsi 0,06 ha olan torpaq sahəsinin” ipoteka ilə yüklü edildiyi göstərilsə də, iş materiallarından, eləcə də işin faktiki hallarından müəyyən edilir ki, qeyd olunan kredit müqaviləsinin təminatı kimi əslində “Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi” ipoteka qoyularaq, mövcud kredit müqaviləsinin təminatı üçün yüklü edilmişdir. Çünki, iş materiallarında olan sənədlərdən, eləcə də razılıq ərizələrindən görünür ki, ipoteka predmeti məhz Cavabdeh5 məxsus olan “Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsi” olmuş, müqavilə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə riayət edilməklə Qax rayon notariat kontorunda rəsmiləşdirilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestr Xidmətinin verdiyi RX seriyalı 095461 saylı Çıxarışdan da (hüquqların yüklülüyü haqqında) görünür ki, Qax rayonu İlisu kəndində yerləşən və Cavabdeh5 xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsi 012/12 saylı kredit müqaviləsinin təminatı olaraq 30.11.2012-ci il tarixdən 30.11.2014-cü il tarixədək ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı cavabdeh tərəf ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin Cavabdeh5 məxsusluğu barədə hər hansı sənəd təqdim edə bilməmiş, əksinə tərəflər aparılmış sorğu-sual nəticəsində sonuncunun Bakı şəhərində belə bir əmlakının olmadığını bildirmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi müqavilədə ünvanın səhv qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirərək b elə nəticəyə gəlimişdir ki, 30.11.2012-ci il tarixli, 012/12 saylı kredit müqaviləsinin təminatı məhz Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsidir. Məhkəmə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə, yəni 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə Cavabdeh1 MMC-nin səlahiyətli nümayəndəsi tərəfindən imza edilməməsinə və möhür vurulmamasına qiymət verərək qeyd etmişdir ki, əvvəla birinci apellyasiya araşdırması zamanı məhkəmənin sorğusu əsasında alınmış sənədlərdən müəyyən edilir ki, həmin müqavilə MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilmişdir, lakin MMC-yə məxsus möhürün müqaviləyə vurulmaması həmin müqavilənin etibarlı olmaması anlamına gəlmir. Çünki bir tərəfə məxsus möhürün müqavilədə olmaması məcburu rekiviz itlərdən deyil. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsi üzrə qeyd olunan 45000 manat məbləğində pulu almasını inkar etməmişdir. Habelə iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsinə əsasən alınmış 45000 manat məbləğə görə 5904 manat əsas, 3196 manat faiz borcu olmaqla, cəmi 9100 manat məbləğində pulu geri ödəmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC 25 oktyabr 2013-cü il tarixli 013/013 saylı kredit müqaviləsini icra etməyə başlamış və həmin müqaviləni qismən icra etmişdir. Bununla da, cavabdeh həmin kredit müqaviləsinin mövcudluğunu etiraf etməyə yönələn hərəkətlər etmiş, bu müddət ərzində müqaviləni və ya ödədiyi pulu mübahisəl əndirməmişdir. Məhkəmə apellyasiya şikayətinin ünvan 2 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kvadrat metr olan fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsinə dair dəlili ilə də razılaşmayaraq göstərmişdir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, fərdi yaşayış evi Cavabdeh2 məxsus olsa da, torpaq sahəsi digər cavabdehlərin ümumi birgə mülkiyyətində olmaqla, müqavilə onların vermiş olduğu etibarnamələr əsasasında rəsmiləşdirilmiş, bu illər ərzində mübahisələndirilməmişdir. Belə ki, məhkəmə kollegiyasının birinci araşdırması zamanı Qax rayon notariat Ofisinə sorğu edilərək alınmış 31.10.2013-cü il tarixli 3M-114 reyestr nömrəli notariat işində olan Cavabdeh3 tərəfindən Cavabdeh2 10 il müddətinə verilən 175480 saylı 08 avqust 2009cu il tarixli, Cavabd eh4 tərəfindən Cavabdeh2 15 il müddətinə verilən 22 oktyabr 2013-cü il tarixli 355924 saylı və Cavabdeh6 və Cavabdeh5 tərəfindən Cavabdeh2 5 il müddətinə verilən 30 oktyabr 2013-cü il tarixli 389097 saylı Etibarnamələrdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq səlahiyyətini və s. hərəkətləri etməyi Cavabdeh2 etibar etmişlər. Cavabdeh2 Qax şəhəri Saleh Qocayev küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 22 saylı fərdi yaşayış evini ailə üzvləri tərəfindən qanunvericiliyə uyğun olaraq tərtib edilmiş etibarnamələr əsasında ona verilən səlahiyyət əsasında ipoteka qoymuşdur. Bundan əlavə mülkiyyətçilərin bir ailə üzvü olaraq bağlanmış müqavilədən xəbərsiz olması da səmimi gö rünmür. Apellyasiya icraatı zamanı Ali Məhkəmənin göstərişi əsasında ipotekanın hazırki real bazar dəyərinin (likvid dəyərinin) yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 14 iyun 2021-ci il tarixli, LF №17 saylı rəydən müəyyən edilir ki, mübahisəli ünvan 2 ünvanda 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 193.1 kvadrat metr olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 130000 manat təşkil edir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi həmin fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətini rəyə uyğun olaraq 130000 manat nüəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərində, eləcə də məhkəmə icraatı zamanı Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sah əsinin dəyəri mübahisələndirilmədiyindən, məhkəmə həmin əmlakın dəyəri ilə bağlı məsələyə toxunmur. Çünki məhkəmə mübahisə həddində işə baxır. Cavabdeh5 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı tərəflərin izahatlarını dinləməmiş, habelə əmlakın akt ual, faktiki qiymətini müəyyən etmək üçün qiymətləndirici ekspert dəvət etmədən öz təşəbbüsü ilə mənşəyi məlum olmayan mənbə əsasında, şəxsi mülahizəsi üzrə əmlaka qiymət müəyyən etmişdir. Məhkəmə torpaq sahəsinin 9 il əvvəl 30.11.2012-ci il ipoteka müqaviləsində qeyd edilmiş likvid qiyməti əsas götürərək 27000 manat müəyyənləşdirilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinin məzmunundan görünür ki, qətnamədən kassasiya şikayəti verən Cavabdeh5 qətnaməni yalnız ipoteka predmeti olan Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinin açıq hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissəsini mübahisələndirir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildi yi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəl lənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Qax rayonu İlisu kəndində yerləşən 0,06 ha torpaq sahəsinin açıq hərracdan ilkin qiyməti ilə bağlı müahisə olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin əmlakın likvid satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti əsas götürmüşdür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikay əti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-818/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar