Məhkəmə qərarları › İş №2(102)-5071/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5071/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5071/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh oğluna qarşı “kredit borcunun ödənilməsi” barədə ilkin, Cavabdeh oğlunun İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “tələbin girov qoyulmuş pul vəsaitlərinə yönəldilməsi və kredit müqavilələrinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləri iş üzrə QƏRARİ iş № 2(102)-2986/21 Açar sözlər: iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməsi 11 oktyabr 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşa nə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-525/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Ləğv prosesində olan İddiaçı ASC-nin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Fond) Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 119 600 manat əsas, 25 887,4 manat faiz, 15 880,22 manat cərimə borcu olmaqla cəmi 161 367,62 manat borcun, 12.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 502 000 manat əsas, 115 987,05 manat faiz, 66 236,11 manat cərimə borcu olmaqla cəmi 684 223,16 manat borcun, 11.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə 140 700 manat əsas, 31 792,7 manat faiz, 17 997,87 manat cərimə borcu olmaqla cəmi 190 490,57 manat borcun, ümumilikdə isə 1 036 081,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Fond iddia tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh oğlu arasında bağlanmış 06 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən adı çəkilən şəxsə 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 119 600 manat; 12 fevral 2015-ci il tari xli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 502 000 manat; 11 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 6,5 faiz ödəmək şərtilə 140 700 manat kredit verilmiş, öhdəliklərini icra etmədiyindən onun 06.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 119 600 manat əsas, 25 887,4 manat faiz, 15 880,22 manat cərimə olmaqla cəmi 161 367,62 manat, 12.02.2015-ci il tarixli müqavilə üzrə 502 000 manat əsas, 115 987,05 manat faiz, 66 236,11 manat cərimə olmaqla cəmi 684 223,16 manat, 11.03.2015-ci il tarixli müqavilə üzrə 140 700 manat əsas, 31 792,7 manat faiz, 17 997,87 manat cərimə olmaqla cəmi 190 490,57 manat borcu yaranmışdır. Cavabdeh oğlu isə Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onunla b ank arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış öhdəliyinin təminatı olaraq "xxxx" ASC və İddiaçı ASC arasında girov müqavilələri bağlandığını, "xxxx" ASC-nin həmin bankda yerləşdirdiyi pul vəsaitlərinin girov qoyulduğunu, lakin Fondun iddia qaldırarkən tələbin girova yönəldilməli olduğunu qeyd etmədiyini irəli sürmüş, buna görə də İddiaçı ASC ilə aralarında bağlanmış 12.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 502.000 manat, 11.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 140.700 manat, 06.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 119.600 manat məbləğində kreditlərin ödənilməsi üçün tələbin "xxxx" ASC ilə İddiaçı ASC arasında imzalanmış girov müqavilələrinə əsasən girov qoyulmuş 550.000 manat, 150.000 manat və 130.000 manat məbləğ ində pul vəsaitlərinə yönəldilməsi və kredit müqavilələrinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 24 iyun 2019-cu il tarixli qətnaməsi və 01 iyul 2019-cu il tarixli “yanlışlığın düzəldilməsi barədə” qərardadı ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin olunaraq İddiaçı ASC və Cavabdeh oğlu arasında bağlanmış 12.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 502 000 manat, 11.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 140.700 manat, 06.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 119.600 manat məbləğində kreditlərin ödənilməsi üçün tələbin "xxxx" ASC ilə İddiaçı ASC arasında imzalanmış girov müqavilələrinə əsasən girov qoyulmuş 550.000 man at, 150.000 manat və 130.000 manat məbləğində pul vəsaitlərinə yönəldilməklə əvəzləşdirilməsi, kredit müqavilələrinə xitam verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarında olan ödəniş tapşırıqlarina (SWİFT) istinad edərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh oğluna 1 il müddətinə 140700 manat məbləğində verilən kreditini və ona hesablanmış faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə yerləşdirdiyi 150 000 manat məbləğində depozit və ona hesablanmış faizlərin çıxışı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh oğluna 12 fevral 2015-ci il tarixdə 1 il müddətinə 502 000 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 12 fevral 2016-cı il tarixədək yerləşdirdiyi 550.000 man at məbləğində depozit və ona hesablanmış faizlərin çıxışı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh oğluna 06 fevral 2015-ci il tarixində 1 il müddətinə 119 600 manat məbləğində verilən kreditini və ona hesablanmış faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 08 fevral 2016-cı il tarixinədək yerləşdirdiyi 130 000 manat məbləğində depozit və ona hesablanmış faizlərin çıxışı ediləcəkdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 741-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğlundan tələb etdiyi borc məbləği "xxxx" ASC tərəfindən İddiaçı ASC-də yerləşdirilmiş depozit vəsaiti hesabına ödənilmiş, bu barədə ödəniş barədə (tranzaksiya) müvafiq sübutlar ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddia üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, qarşılıqlı iddiaçının istinad etdiyi girov müqavilələrinin predmeti olan pul məbləğlərinin qorunan əmanət olub-olmadığını ümumiyyətlə müəyyən etmədiyini, “Banklar haqqında” Qanunun tələblərinə əməl etməyərək öz səlahiyyətinə aid olmayan məsələ üzrə qərar verdiyini irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 2(103)-525/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin verdiyi apellyasiya şikayəti təmin olunaraq qətnamə qarşılıqlı iddia tələbinin təmin olunması ilə bağlı hissədə və buna bağlı olaraq həmçinin 01 iyul 2019-cu il tarixli “yanlışlığın düzəldilməsi barədə” qərardad ləğv edilmiş, Cavabdeh oğlunun İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “tələbin girov qoyulmuş pul vəsaitlərinə yönəl dilməsi və kredit müqavilələrinə xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Cavabdeh qismində göstərdiyi “Əmanətlərin Sığortalanması Fondu” qarşılıqlı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, “Əmanətlərin Sığortalanması Fondu” müflis elan olunan və barəsində iflas proseduru başlanmış İddiaçı ASC-nin ləğvedicisidir; “Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə əsasən isə, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olmaqla bank səhmdarlarının Ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətlə ri ləğvediciyə keçir. Başqa sözlə, “Əmanətlərin Sığortalanması Fondu"nun ləğvedici təyin olunması, bankın öhdəliklərini onun qəbul etməsi demək deyildir və Fond sadəcə qanunda nəzərdə tutulan ləğvetmə funksiyalarını həyata keçirmək, habelə bankın iflas prosesi dövründə idarə edilməsi üçün bankın idarəetmə orqanlarının səlahiyyətlərini əldə etmişdir. Eyni zamanda, bankın ləğv prosesində olması, hələ onun hüquqi şəxs kimi mövcudluğuna xitam verilməsi demək deyildir və bankın hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması “Banklar haqqında” Qanunun 91.3-cü maddəsinə uyğun olaraq, bankın iflas prosesinin başa çatması barədə məhkəmə qərarı qəbul edildikdən sonra həyata keçirilir. Bu baxımdan ləğvedici, öz aktivləri hesabına ləğvedicisi olduğu hüquqi şəxsin öhdəliklərinə və ya ona qarşı irəli sürülən tələblərə görə məsuliyyət daşıya bilməz. Bu öhdəliklər ‘Banklar haqqında” qanunun 76-cı maddəsinə əsasən tələb şəklində qeydə alınır və həmin qanunun 82-ci maddəsinə əsasən növbəlilik əsasında ləğv prosesində olan bankın aktivləri hesabına ödənilir. Eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh irəli sürdüyü xahişə qiymət verilməsi ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyətində olmadığından, işə mahiyyəti üzrə baxılması da mümkün deyildir. Cavabdeh tələbləri kreditor tələbi olduğu üçün yalnız “Banklar haqqında” Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər; bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin, müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması müm kündür. Məhz bu səbəblə də qanunverici, iflas prosesində olan banka qarşı yeni iddialar üzrə məhkəmə icraatının başlanmasını imperativ şəkildə qadağan etmişdir Apellyasiya instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarına, “Banklar haqqında" qanunun 76.1, 77, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15.10.2020-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əs asən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun "‘Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil, lakin bu hüququ məhdudlaşdıran tədbirlər legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, onun əsas mahiyyətinə toxunmayaraq mütənasiblik meyarına cavab verməlidir. Məhkəməyə müraciət etm ək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cu maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X6 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konven siyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbul edilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X1rşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X5rşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellct Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31). Bakı Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ‘‘mə hkəməyə müraciət etmək hüququ yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Lakin məhkəmə yanlış qərar qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, cavabdehin banka qarşı tələbi əmanətçi tələbi deyil, bankdan və ya ləğvedicidən hər hansı vəsaitin tutularaq ona ödənilməsinə yönəldilməyib. Onun tələbi öhdəliklərin qarşılıqlı surətdə əvəzləşdirilməsinə dairdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəfa Qədirova kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Banklar haqqında” Qanun: Maddə 72.1 və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Maddə 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləv i informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Maddə 76.3. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımım dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır. Maddə 77.1. Bankın mühasibat uçotu və hesabatı sənə dlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Maddə 77.2. Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. Maddə 77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edil ərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Maddə 77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu m üəyyənləşdirə bilər. Maddə 77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 13 iyun 2017-ci il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayəti əsasında qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiy a instansiyası məhkəməsinin ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə qarşılqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqelərinə uyğundur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, “Banklar haqqında” Qanunun 72.1 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Göründüyü kimi, bu maddədə bankların özünün irəli sürdüyü, bankın iddiaçı olduğu iddialara deyil, banka qarşı, yəni bankın cavabdeh olduğu tələb lərə məhkəmə icraatında baxılmasının yolverilməzliyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına görə “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə k ollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-525/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-525/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar