Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5076/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-5076/2023 (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və X2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5774/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və X2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8866,56 manat məbləğində vəsaitin, 108,68 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 iyun 2023cü il tarixli, 2(006)-691/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 6495,45 manat məbləğində vəsait, 108,68 manat dövlət rüsumu, 0,40 manat bank xidməti xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbi qalan və cavabdeh X2 qarşı hissələrdə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh2, qalan 25 manat məbləği isə iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******* ************* saylı hesabına köçürülməsi qət edilmişdir.
3. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edərək iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia əsaslı olduğundan apellyasiya şikayətinin təmin edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5774/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakimlər-Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(006)-691/2023 saylı qətnaməsinin mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
5. Həmin qətnamədən iddiaçı "xxxx" ASC (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəl lənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
8. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
9. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansi yası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətini vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab ve rdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
12. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi baxılan iş pul tələbi ilə bağlı iddia olmaqla, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2371,11 manat, (8866,56-6495,45) yəni beş min manatdan azdır. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı iddianın cavabdeh X2 qarşı rədd edilməsi hissəsində qətnaməni mübahisələndirməyib.
13. Bu halda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qətnamənin MPM-n in 402.1-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qətnamələrə aid olub-olmamasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
14. Beləliklə, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, iddiaçı "xxxx" tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
15. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
17. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5774/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.