Məhkəmə qərarları › İş №2(102)-5078/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5078/2019

19.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5078/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Gündüz Ağababa oğlu Quliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 və vəkili 1 Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-94/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.A.Mahmudov) 2(044)-1330/2017 nömrəli, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçınin cavabdeh1 və cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi, yüklü edilmiş əmlakların açıq hərracdan satılması, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddianın təmin edilməsi, cavabdeh1 139,267,59 ABŞ dolları əsas kredit borcu, 3295,41 ABŞ dolları faiz borcu, cəmi 142 563 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə manat məzənnəsi üzrə və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqda bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 31 manat xidmət haqqı olmaqla, cəmi 41 manat xərc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh1 məxsus ol an və qiymətləndirici tərəfindən 80.000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, ünvan 1-də 0,0625 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38.0 kv.m yaşayış, 35.1 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxdıqdan sonra ümumilikdə 139267,59 ABŞ dolları əsas kredit borcu, 3295,41 ABŞ dolları faiz borcu, cəmi 142 563 ABŞ dolları borc, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 31 manat xidmət haqqı olmaqla, cəmi 41 manat xərc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 m anat dövlət rüsumunun ödənilməsi və fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdeh1 və cavabdeh2 fərdi yaşayış evini ən gec 1 ay ərzində tərk etmədikdə, məcburi qaydada çıxarılmaqla yaşayış evinin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın (hakim Ş.M.Əliyeva (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)-94/2019 nömrəli, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh1 apellyasiya şikayətinin ona münasibətdə iddia tələbinin mübahisələndirilən hissəsində qismən təmin edilməsi, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(044)-1330/2017 saylı qətnaməsinin iddianın 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh1 tutulmalı olan faiz borcu hissəsində dəyişdirilərək faiz borcunun 2562 ABŞ dolları 08 sent məbləğində, icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilməsi, qətnamənin iddia tələbinin 139 267 ABŞ dolları 59 sent məbləğində icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə təmin edilmiş əsas borc hissəsində dəyişdirilmədən saxlanılması, 145 manat məbləğində ekspertiza xərcindən 110 manatın cavabdeh1, 35 mantın isə iddiaçı “xxxx” ASC-dən tutularaq, Dövlət Xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı “kredit üzrə borcun qatarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi, yüklü edilmiş əmlakların açıq hərracdan satılması, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh1 arasında bağlanmış 18.12.2014-cü il tarixli, 800850-045/14 nömrəli istehlak krediti müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 150000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. 12 aprel 2016-cı il tarixdə 18 dekabr 2014-cü il tarixli, 800850-045/14 nömrəli istehlak krediti müqaviləsinə 01 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, faiz dərəcəsi azaldılaraq 6 faiz müəyyən olunmuşdur. Kredit müqaviləsindən əmələ gələn öhdəliyin icrasının təmini üsulu olaraq cavabdeh1 ilə bağlanmış 18.12.2014-cü il tarixli 800850-045/14 nömrəli ipoteka müqaviləsinə əsasən ona məxsus olan Gəncə şəhəri, ünvan 1-də 0,0625 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evi İddiaçı-nin xeyrinə ipotekaya qoyularaq yüklü edilmişd ir. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməyərək kreditin ödənilməsini təmin etməmiş və ona dəfələrlə edilmiş xəbərdarlıqlara və bildirişlərə baxmayaraq öhdəlikləri pozmuşdur. Göstərilənlərə əsasən, iddiaçı cavabdeh1 139,267,59 ABŞ dolları əsas kredit borcu, 3295,41 ABŞ dolları faiz borcu, cəmi 142 563 ABŞ dolları məbləğində kredit borcunun, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqda bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 31 manat xidmət haqqı olmaqla, cəmi 41 manat xərc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə cavabdeh1 tam mülkiyyətində olan Gə ncə şəhəri, ünvan 1-də 0,0625 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, ünvan 1-də 0,0625 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracada satıldıqdan 1 ay sonra cavabdeh1 və cavabdeh2 Gəncə şəhəri, ünvan 1-də 0,0625 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 və vəkili 1 kassasiya şikayəti ver ərək Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)94/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kol legiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-94/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: 18.12.2014-cü il tarixli, 800850-045/14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialından cavabdeh1 48 ay müddətinə illik 17 faiz olmaqla 150.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. 12 aprel 2016-cı il tarixli 01 nömrəli əlavə razılaşmadan görünür ki, 18 dekabr 2014-cü il tarixli, 800850-045/14 nömrəli istehlak krediti müqaviləsinə faiz dərəcəsi azaldılaraq 6 faiz müəyyən olunmuşdur. 18 dekabr 2014-cü il tarixli, 800850-045/14 saylı ipoteka müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinin öhdəliyinin icrasının təmin edilməsi üçün cavabdeh1 məxsus Gəncə şəhəri, ünvan 1-də 0,0625 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 nömrəli fərdi yaşayış evi ipoteka (girov) ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka predmeti 150.000 manat məbləğində qiymətləndirilmişdir. 12 dekabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 18 dekabr 2014-cü il tarixli, 800850045/14 nömrəli kredit müqavilə sinə əsasən 12 dekabr 2016-cı il tarixə “iddiaçıya” olan borcu 139267,59 ABŞ dolları əsas və 3295,41 ABŞ dolları faiz olmaqla cəmi 142563 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2019-cu il tarixli 552 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X5 oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dar hesabdan çıxarış və 18.12. 2014-cü il tarixli 800850-045/14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə cavabdehin 12.12.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 139.749,85 ABŞ dolları, faiz borcu üzrə 2562,08 ABŞ dolları, cəmi 142.311,93 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştira kçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə ə sasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında kredit və bank hesabı müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanmışdır. İddiaçı cavabdeh1 ilə onun arasında bağlanmış 18.12.2014-cü il tarixli 800850-045/14 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdeh1 48 ay müddətinə il lik 17 faiz dərəcəsi ilə 150000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. 12 aprel 2016-cı il tarixdə 18 dekabr 2014cü il tarixli, 800850-045/14 nömrəli istehlak krediti müqaviləsinə 01 saylı əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən faiz dərəcəsi azaldılaraq 6 faiz müəyyən olunmuşdur. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdeh1 tərəfindən isə müqavilə şərtləri pozularaq alınan pul vəsaiti vaxtında və lazımi qaydada ödənilməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, lakin borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcundan ancaq bir qismini ödəmişdir. Ona görə də, iddiaçının məhkəmə müdafiəsindən stifadə hüququ yaranmışdır. Cavabdeh1 tərəfindən ona hesablanmış kredit borcu mübahisələn dirildiyinə görə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. İş materiallarında olan keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 11 yanvar 2019-cu il tarixli 552 saylı rəyindən görünür ki, cavabdeh1 12.12.2016-cı il tarixə İddiaçı -yə əsas borc üzrə 139.749,85 ABŞ dolları, faiz borcu üzrə 2562,08 ABŞ dolları, cəmi 142.311,93 ABŞ dolları məbləğində borcunun qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunu n tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələb lərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-94/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 və vəkili 1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-94/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar