Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-508/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 30 yanvar 2019-cu il İş 2(102)-508/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, Cavabdeh və vəkili Nuriyev Emil Xanlar oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə (Ş.Ə.Məhərrəmova, iş 2(001)-3659/18) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit xətti müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə 17 aprel 2015-ci il tarixli, 145895-1-14970 saylı kredit xətti müqaviləsi üzrə 8499,62 ABŞ dolları əsas borc, 1191,99 ABŞ dolları faiz borcu, 229,76 ABŞ dolları cərimə borcu, cəmi 9921,37ABŞ dolları məbləğində pul vəsaitiAzərbaycan manatı ilə və məhkəməyə müraciət etmək üçün 20 (iyirmi) manat dövlətrüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” (Azərbaycan) ASC- nin xeyrinə ödənilməsi, 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinin xeyrinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), S.F.Hacıyevvə R.Ə.Eyvazov, iş 2(103)-8272/18) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-3659/2018 nömrəli işi üzrə 09 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Nuriyev Emil Xanlar oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, tərəflər üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” (Azərbaycan) ASC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında bağlanmış 17.04.2015-ci il tarixli, 145895-1-14970 saylı kredit müqaviləsinə əsasən, 17.04.2017-ci il tarixə banka borclu olduğu 8499,62 ABŞ dolları əsas borc, 1191,99 ABŞ dolları faiz borcu, 229,76 ABŞ dolları cərimə borcu, ümumi 9921,37 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh tutularaq, VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 12.12.2017-ci il tarixli, 2(001)-17193/2017 nömrəli məhkəmə əmri ilə tələb təmin edimiş, Cavabdeh məhkəmə əmrinə etiraz vermiş və həmin məhkəmənin 28 fevral 2018-ci il tarixli qərardadı ilə 12.12.2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Nuriyev Emil Xanlar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMə hkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məh kəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 145895-1-14970 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 25( iyirmi beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 8500 (səkkiz min beş yüz) ABŞ dolları kredit xətti açılmışdır. İşdə olan “xxxx” (Azərbaycan) ASC tərəfindən verilmiş 16.11.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 17 aprel 2015-ci il tarixli 145895-1-14970 saylı kredit xətti müqaviləsi üzrə 17.04.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 8499,62 ABŞ dolları məbləğində əsas borc, 1191,99 ABŞ dolları məbləğində faiz borcu, 229,76 ABŞ dolları məbləğində cərimə borcu, ümumi 9921,37 ABŞ dolları məbləğində təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan d əlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 30 iyul 2018-ci il tarixli, 2(103)-8272/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-508/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-508/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver