Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-508/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, ilkin iddia üzrə Cavabdeh və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili Vəkil, ilkin iddia üzrə Cavabdeh və vəkili Vəkil oğlunun kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3672/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 208000 ABŞ dolları və 20000 Avro əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 58475 ABŞ dolları və 9000 Avro faiz məbləği, cəmi 266475 (iki yüz altmış altı min dörd yüz yetmiş beş) ABŞ dolları, 29000 (iyirmi doqquz min) Avro, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus olan Ünvan saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış 15.02.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilm əsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10657/2018 saylı 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(004)-3672/2018 saylı qətnaməsinin “ilkin iddia üzrə Cavabdeh tutulmalı və İddiaçı ödənilməli olan borcun gecikdirilməsinə görə hesablanmış 58475 ABŞ dolları 9000 Avro faiz məbləği” hissəsində dəyişdirilməsi, ilkin iddia üzrə Cavabdeh tutulmalı və İddiaçı ödənilməli olan borcun gecikdirilməsinə görə hesablanmış faiz məbləğinin 59475 ABŞ dolları, 9000 Avro müəyyən edilməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin İddiaçınа və Cavabdehnа münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2(102)-2540/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10657/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), İ.Xəlilov və V.Sadıqov) ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, ilkin iddia üzrə Cavabdeh verdiyi apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(004)-3672/2018 saylı qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh 38000 ABŞ dolları və 20000 Avro borc, hüquqi yardıma görə ödənilmiş 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 208000 ABŞ dollan və 20000 Avro əsas borcun, borcun gecikdirilməsinə görə hesablanmış 59475 ABŞ dollan və 9000 Avro faiz məbləğinin, cəmi 267475 (iki yüz altmış beş min dörd yüz yetmiş beş) ABŞ dollarının, 29000 (iyirmi doqquz min) Avronun və hüquqi yardıma görə ödənilmiş 3000 manatın tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” Firmasını və “xxxx” MMC-ni üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” Firması tərəfındən inşa edilmiş özünə məxsus olan Ünvan 3 otaqlı 14 saylı mənzilin cavabdehin adına bağlanılmasına dair müqavilənin etibarsız hesab olunması, tərəfindən artıq ödənilmiş 11 000 ABŞ dollarının cavabdehdən özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı nümayəndəsi X11 və iddiaçının vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 19 aprel 2019-cu il tarixli qərarında göstərilənləri təkrarlamaqla kifayətlənmiş, mənzilin borc üçün deyil, başqa öhdəliyin icrası üçün verilməsinin iddiaçı tərəfindən sübut olunmalı olması barədə mövqeyini “məcburi göstəriş” kimi qəbul etmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddianın təmin olunmayan hissəsi üzrə gəldiyi nəticə tamamilə əsassız olmuş, həmin hi ssədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07.08.2019-cu il tarixli 2(103)-8662/2019 saylı qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edərək, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. İlkin iddia üzrə Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməyərək, ilkin iddianı qismən təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə onun Y heç bir borcunun olmamasının öz təsdiqini tapdığını qeyd edir. Ona görə də Bakı Ape llyasiya Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(103)-8662/2019 saylı qətnaməsinin ilkin iddianın təmin olunmuş hissəsində və qarşılıqlı iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tamamilə rədd olunması, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, cavabdeh tərəfin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş ols a da, onlar, üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci in stansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin kassasiya şikayətlərinin məzmunu hər ikisinin iddia tələblərinin təmin edilməyə n hissələri üzrə iddialarında irəli sürdükləri eyni əsaslar olduğu və bu dəlillər bir-biri ilə əlaqəli olduğu üçün onlara ayrılıqda deyil, birlikdə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.2, 739.1-ci maddələrinə əsasən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, Cavabdeh X1 məxsus olan Ünvan 78 saylı mənzil məhz Cavabdeh borcunun əvəzi olaraq 170000 ABŞ dolları məbləğində müəyyən edilməklə iddiaçının iddia etdiyi 208000 ABŞ dolları və 20000 Avro əsas borcunun bir qisminin əvəzi olaraq ilkin iddiaçıya verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının MM-nin 324.1, 324.5, 337.1, 337.2 -ci maddələrinə əsasən gəldiyi nəticələrdən isə görünür ki, Cavabdeh məxsus olan Ünvan saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış 15.02.2016-cı il tarixli müqavilə qanunvericiliyin şərtləri pozulmaqla bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, məhkəmə ı zamanı qarşılıqlı iddia üzrə iddiaçının özünə məxsus mənzilin qanunun tələbləri pozulmaqla cavabdehin adına rəsmiləşdirilməsi barədə məlumatı iddia müddəti ərzində, konkret olaraq hazırkı məhkəmə mübahisəsi zamanında əldə etdiyi müəyyən olunmuşdur. Bu halın əksini isə iddiaçı məhkəmə kollegiyası iclaslarında ümumiyyətlə mübahisələndirməmiş, həmin halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi t ərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh 20.12.2014-cü il tarixdə İddiaçı 130000 ABŞ dollar borc almış və həmin borc məbləğini 20.12.2016-cı il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən Rusiya Federasiyasının Moskva şəhərində rus dilində tərtib edilmiş 20.12.2014-cü il tarixli iltizamnamə verilmişdir. Bundan əlavə, Cavabdeh 09.02.2015-ci il tarixdə İddiaçı 78000 ABŞ dolları və 20000 Avro məbləğində də borc almış və həmin borc məbləğini 20.03.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürərək bu barədə də Cavabdeh tərəfindən Rusiya Federasiyasının Moskva şəhərində rus dilində tərtib edilmiş 09.02.2015-ci il tarixli digər iltizamnamə verilmişdir. İddiaçı tərəfindən İddiaçı iki dəfə, yəni 2014 və 2015-ci illərdə qeyd edilən məbləğlərdə borc verilməklə cavabdeh tərəfin iddiaçıdan sadə yazılı formada sənəd tərtib edilməklə verilən borcun alındığı mübahisəsizdir. İşin materiallarından görünür ki, İddiaçı hal-hazıradək Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini, yuxarıda qeyd edilən borc məbləğləri faizlərlə, əldən çıxmış fayda nəzərə alınmaqla qaytarılmamasını və 170000 ABŞ dolları qiymətə olan cavabdehin qardaşına məxsus olan Ünvan 78 saylı mənzilini onun borcuna deyil, digər qardaşının iddiaçıya olan borcunu əvəzi olaraq verildiyini iddia etsə də, cavabdeh iddiaya etiraz ki mi həmin borc məbləğinin tam olaraq qaytarıldığını göstərərək hətta tərəfindən qarşılıqlı iddia ilə də müraciət edilərək artıq ödənilmiş 11000 ABŞ dollarının ona qaytarılmalı olmasını, həmçinin də İddiaçı yaranmış vəziyyətdən sui-istifadə edərək «xxxx» Firmasının rəhbərliyi ilə cinayət əlaqəsinə girərək onun xəbəri olmadan Ünvan 3 otaqlı 14 saylı mənzili öz adına keçirməklə alqı-satqı və sənədləşmə qaydaları kobud şəkildə pozulduğu üçün həmin mənzilin cavabdehin adına bağlanılmasına dair müqavilənin etibarsız hesab edilməsini iddia etmişdir. İşin materiallarında olan “xxxx” Tikinti-Quraşdırma Firmasının 07.05.2017-ci il tarixli məktubundan görünür ki, firmanın Ünvan 3 otaqlı 14 saylı mənzilin tikinti müqaviləsi ilkin olaraq Cavabdeh ilə 13.05.2006-cı il tarixində bağlanmışdır. Sonradan 15. 02.2016-ci il tarixində Cavabdeh şəxsən özünün iştirakı ilə qeyd olunan mənzil birgə iş görmək üçün (özlərinın dediklərinə görə) borc pul əvəzinə girov və ya sərmayə qoyulan pul kimi X6 adına şifahi razılıq (sənədlərin əsilləri, ödəniş qəbzləri şəxsən Cavabdeh tərəfındən təqdim edilmişdir) əsasında 1 (bir) illik rəsmiləşdirilmişdir. “xxxx” Tikinti-Quraşdırma Firmasının 07.07.2018-ci il tarixli digər məktubundan görünür ki, fırmanın Ünvan 14 saylı 3 otaqlı Cavabdeh məxsus mənzili İddiaçı adına özkəninkiləşdirən zaman Cavabdeh şifahi və hər hansı formada razılığı olmamışdır. Mənzilin özgəninkiləşdirilməsi ilə bağlı Cavabdeh firmanın icraçı direktoru X və firmaya şəxsən nə yazılı, nə də şifahi razılıq təqdim etməmişdir. Cavabdeh şifahi razılığının olmasını "xxxx" fırmasına İddiaçı bildirmişdi r. Məhkəmə və vəkil sorğusu ilə bağlı "xxxx" firması tərəfindən təqdim edilmiş sənədlərdə və nümayəndə kimi məhkəmə iclasında verdiyi ızahatlarda (firmanın icraçı direktoru X) mənzilin sənədləşməsi üçün şifahi və hər hansı formada razılıq olmasını deyərkən şəxsən Cavabdeh ona (firmanın icraçı direktoru X) verdiyi şifahi razılığı deyil İddiaçı sözlərinə əsasən Cavabdeh razılıq verməsi nəzərdə tutulmuşdur. “xxxx” Tikinti-Quraşdırma Firmasının 18.07.2018-ci il tarixli növbəti məktubundan görünür ki, firma tərəfindən Cavabdeh ilə İddiaçı arasında Ünvan 3 otaqlı mənzilə dair heç bir alqı-satqı və digər əməliyyatlar həyata keçirilməmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 26.04.2018-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən Ünvanünvanında inşa edilən 21 mərtəbəli yaşayış komplek sinin, A saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metrdən ibarət 78 saylı mənzil ilkin olaraq X4 məxsus olmuş və onun 19.02.2016-cı il tarixli ərizəsinə əsasən Rusiya Federasiyasının vətəndaşı İddiaçı adına rəsmiləşdirilmişdir. 01.02.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 1000 ABŞ dolları göndərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsinə əsasən o, İddiaçı onun arvadının əmisidir. A də Y görə tanıyır. F 2018-ci ilin fevral ayında ona zəng edib ondan görüşüb söhbət etməyi xahiş etmiş, onlar görüşüb, çayxanada söhbət etmişlər. Söhbət zamanı F ona demişdir ki, “Xsənin qohumundur. Mənim onunla borc məsələm vardır, evimi də ona vermişəm, borcumdan bir az qalıb, lakin məndən əl çəkmir. Y de ki, məni r ahat buraxsın”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsinə əsasən o, bacısı oğludur. A təxminən 2002-ci ildən tanıyır. An Mebel mağazasında işləmişdir. An Y borcunun olmasından məlumatı vardır. Bir dəfə An işçisi ona 3000 dollar vermişdi ki, Y çatdırsın. Heç vaxt eşitməmişdir ki, F Y olan borcunu verib qurtarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsinə əsasən o, qardaşı oğludur. Flə 2012-ci ildə Moskvada tanış olmuşdur. Moskvanın yarısı bilirdi ki, onun əmisinə borcu var. Özü də bu barədə demişdi. Bildiyinə görə təxminən dörd yuz min dollardan çox borcu var. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsinə əsasən xxxx Firması tərəfindən inşa edilmiş Ünvan 3 otaqlı 14 saylı mənzil xxxx Firması ilə 13.05.2006-cı il tarixdə bağlanan müqaviləyə əsasən hal-hazırda da Cavabdeh məxsusdur. Cavabdeh ona məxsus olan mənzilin özgəninkiləşdirilməsinə hər hansı qaydada razılığı olmamış, nə də, mənzilin özgəninkiləşdirilməsi barədə məlumatı olmamışdır. Həmin mənzilin İddiaçı adına keçrilməsini İddiaçı ilə birgə icra etmişdir. İcra etdiyi mənzilin özgəninkiləşdirilməsi əməliyyatları barədə xxxx Firmasının məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 və X5 öz ifadələrində göstərmişlər ki, X10 X oğluna qalan borcunun, yəni 60000 ABŞ dollarının əvəzinə 70000 ABŞ dollarının verilməsinin birbaşa şahidləri və iştirakçıları olublar. Ünvan saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin sənədləri F tərəfindən İddiaçı borcun təminatı m əqsədilə verilmişdir, alqı-satqı məqsədilə verilməmişdir. Əlavə olaraq şahid X5 öz ifadəsində məhkəməyə bildirdi ki, yaşadıqları Ünvan-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin adına sənədləşdirilməsi barədə özünün və əri An məlumatı olmamışdır, onların nə yazılı, nə də şifahi razılıqları olmuşdur. Mənzilin özbaşına və qanunsuz sənədləşdirilməsindən məhkəmə mübahisəsi zamanı məlumatlı olublar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsinə əsasən An qardaşıdır. İddiaçı tanıyırdı. xxxx MMC tərəfındən inşa edilmiş Ünvan2 ünvanda inşa olunan A yaşyış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzili özünə məxsus olmuşdur. Qardaşı ona X22in borca görə narahat olduğunu bildirmişdir. O da, mənzili Y verməyi təklif etmişdir. Daha sonra F ona mənzilə baxıb 170000 ABŞ dolları məbləğində dəyərlədirərək adına keçirdiklərini bildirmişdir. Mənzil veriləndən sonra qardaşı 60000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X14 məhkəməyə ünvanladığı teleqramı təsdiqləyərək ifadəsində göstərdi ki, onun İddiaçı qarşısında hər hansı pul maliyyə öhdəliyi yoxdur və heç vaxt olmamışdır. X1 məxsus olan Ünvan3mənzili Ktərəfindən digər qardaşı Toğluna verdiyi etibarnamə əsasında An Y olan borcu əsasında əvəzləşdirilib. Həmin mənzil borc əvəzi kimi 170000 ABŞ dollarına razılaşıblar. X13 borcunu tam ödəyib. Bunu dəfələrlə Xona Moskva şəhərində və Bakı şəhərində olan zaman görüşəndə deyib. İddiaçı məhkəməyə təqdim etdiyi telefon danışıqları barədə olan audio disk onun razılığı olmadan gizli yolla əldə edilib. Apellyasiya icraatı zamanı təkrar şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İddiaçı qardaşının yeznəsidir. İddiaçı ilə Cavabdeh arasında olan borc münasibətlərindən xəbəri olub. Fdən eşitdiyinə görə An Y 20000 dollar borcu qalıb. Ancaq dediyinə görə isə 60000 dollar borcu qalmışdır. Apellyasiya icraatı zamanı təkrar şahid qismində dindirilmiş X5 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, X10 X oğluna qalan borcunun, yəni 60000 ABŞ dollarının əvəzinə 70000 ABŞ dollarının verilməsinin birbaşa şahidi və iştirakçısı olub. Belə ki, Ünvan saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin sənədləri F tərəfindən İddiaçı borcun təminatı məqsədilə verilmişdir, alqı -satqı məqsədilə verilməmişdir. Yaşadıqları Ünvan saylı binanın 6-cı mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilin adına sənədləşdirilməsi barədə onun və əri An məlumatı olmamışdır, onların nə yazılı nə də şifahi razılıqları olmuşdur. Mənzilin özbaşına və qanunsuz sənədləşdirilməsindən məhkəmə mübahisəsi zamanı məlumatlları olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəs inə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən haqlı ola raq göstərmişdir ki, hazırki işdə iddiaçı iddia etdiyi 208000 ABŞ dolları və 20000 Avro əsas borcunun cavabdehə verilməsini, cavabdeh isə həmin məbləğin qaytarıldığını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir. Kollegiya hesab edir ki, cavabdeh tərəfin iddiaçıdan sadə yazılı formada sənəd tərtib edilməklə verilən borcun alındığının mübahisəsiz olmasına dair apellyasiya instansiyası məhkəməsi düzgün qənaətə gəlməklə yanaşı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl edərək cavabdehin 170000 ABŞ dolları hissəsini qardaşına məxsus olan Ünvan ünvanda inşa olunan A yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 92.9 kv.metr sahəsi olan 78 saylı mənzilini qardaşının etibanaməsi əsasında ilkin iddiaçıya verməsi, qalan məbləğin bir hissəsini nağd olaraq şahidlərin yanında verməsi ilə bağlı dəlilləri üzrə də düzgün olaraq bu nəticəyə də gəlmişdir ki, cavabdeh tərəfin iddiaçıdan sadə yazılı formada sənəd tərtib edilməklə verilən borcun alındığı və X3 məxsus olan sözügedən 78 saylı mənzilin 170000 ABŞ dolları qiymətləndirilməklə müəyyən borc məbləğinin əvəzində iddiaçıya verilməsi halı da mübahisəsizdir. Çünki, işin materiallarından görünür ki, iddiaçı tərəf də qeyd olunan mənzilin həmin qiymətə razılaşdıqlarını qəbul etsə də, həmin məbləğin cavabdehin deyil, onun qardaşının borcunun əvəzi olaraq əvəzləşdirildiyini izahatında qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin mübahisəli halı ondan ibarətdir ki, 170000 ABŞ dolları qiymətə olan cavabdehin qardaşın a məxsus olan Ünvan 78 saylı mənzilini onun borcuna deyil, digər qardaşının iddiaçıya olan borcunun əvəzi olaraq qaytarılmasıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə qanunvericiliyin tələbinə əsasən iddiaçının qeyd etdiyi halı, yəni cavabdehin qardaşına məxsus olan sözügedən 78 saylı mənzilini onun borcuna deyil, digər qardaşının iddiaçıya olan borcunun əvəzi olaraq qaytarıldığını sübut etmə vəzifəsi hazırkı halda iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu təqdim edə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır. Belə ki, əvvəlki kassasiya məhkəməsinin göstərişləri əsasında şahid qismində dindirilmiş X14 da ifadəsində göstərmişdir ki, onun İddiaçı qarşısında hər ha nsı pul maliyyə öhdəliyi yoxdur və heç vaxt olmamışdır. X1 məxsus olan Ünvan yaşayış binasının 78 saylı mənzili Ktərəfindən digər qardaşı Toğluna verdiyi etibarnamə əsasında An Y olan borcu əsasında əvəzləşdirilib. Həmin mənzil borc əvəzi kimi 170000 ABŞ dollarına razılaşmışlar və bu hala münasibətdə iddiaçı ilə onlar arasında heç vaxt hər hansı bir narazılıq və mübahisə olmamışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməklə həmçinin iş materialları və şahid ifadəsi əsasında düzgün olaraq bu nəticəyə də gəlmişdir ki, Cavabdeh X1 məxsus olan sözügedən 78 saylı mənzil məhz Cavabdeh borcunun əvəzi olaraq 170000 ABŞ dolları məbləğində müəyyən edilməklə iddiaçının iddia etdiyi 208000 ABŞ dolları və 20000 Avro əsas borcunun bir qisminin əvəzi olaraq ilkin iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. A zərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 38000 ABŞ dolları və 20000 Avro əsas borc hissəsində həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı tərəflərin verdiyi izahatlarla və iş materialları ilə təsdiq olunduğu üçün iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin qismən, yəni 38000 ABŞ dolları və 20000 Avro əsas borcuun tutulması hissəsində təmin edilməli olmasına dair nəticələri ilə də razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticələri işin faktiki araşdırılmış halları ilə tam uzlaşır. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin qaytarılmamış borcun tutulması ilə yanaşı ona faizlərin hesablanmalı olmasına dair nəticəsini qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası MMnin 449.3 və 449.4-cü maddələrinə müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmçinin həmin Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə öz gənin pul vəsaitindən faydalanır: 1.qanunsuz saxlama; 2.qaytarmaqdan boyun qaçırma; 3.ödənilməsini digər şəkildə gecikdirmə; 4.başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınma sını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında sadə yazılı formada sənəd tərtib edilməklə borc münasibətləri və cavabdehin bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Bu na görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi cavabdeh icra etməlidir. Məhkəmə kollegiyası həmçinin İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə öhdəliyin icrası müddətindən, yəni 20.12.2014-cü il tarixdə verilmiş borcun qaytarılmasına görə 15 aylıq müddət üçün 24375 ABŞ dolları, 09.02.2015-ci il tarixdə verilmiş borcun qaytarılmasına görə isə 36 aylıq müddət üçün 35100 ABŞ dolları və 9000 Avro cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinin əsassız olmasına dair hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, qanunvericilik borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunu n onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İş materiallarında müəyyən olunur ki, Cavabdeh qanunvericiliyin məsuliyyətin yaranması üçün məyyən etdiyi qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama əsaslarından hər hansı birini etməmiş, pozuntu onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin həmin hissədə də əsaslı olmadığından təmin edilə bilməz. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddiaçıya olan borcunun qalan hissəsini də tam olaraq qaytarıldığını göstərməklə, hətta tərəfindən artıq ödənilmiş 11000 ABŞ dollarının ona qaytarılmalı olması ilə bağlı dəlillərinə də verdiyi hüquqi qiymətlə də razılaşır. Belə ki, işin materiallarından da görünür ki, cavabdeh istinad etdiyi bu halı təsdiq edəcək əsaslı və şübhə yaratmayan sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Cavabdeh borcunun tam olaraq qaytarılmasının əsası kimi şahidlər X7, X22 və X2 ifadələrinə istinad etsə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin ifadələrə mülki prosessual qanunvericiliyin tələbləri baxımından verdiyi hüquqi qiyməti qanuni və əsaslı sayır. Çünki, şahidlərin borcun qalan hissəsini, yəni 38000 ABŞ dolları və 20000 Avro əsas borcun qaytarılmasında bilavasitə iştirak etmədiklərindən onların ifadələrinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli ola bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, həmin şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilməmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kol legiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları və sadalanan maddi hüquq normalarının tələbləri baxımından Cavabdeh məxsus olan Ünvan saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağlanmış 15.02.2016-cı il tarixli müqavilənin də qanunvericiliyin şərtləri pozulmaqla bağlanmasına dair nəticələri də qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh aldığı borcun təminatı olaraq özünə məxsus olan Ünvan saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair xxxx Firması ilə aralarında 13.05.2006-cı il tarixdə bağlanmış müqavilənin əslini və ödəniş qəbzlərini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vermiş, sonununcunun təqdim etdiyi sənədlər əsasında “xxxx” Tikinti-Quraşdırma Firmasının icraçı direktoru X12 15.02.2016-cı il tarixdə Cavabdeh razılığı və məlumatı olmadan göstərilən mənzili qarşılıqlı iddia üzrə cavabdehin adına rəsmiləşdirmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sadalanan hüquq normalarına müvafiq olaraq düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh məxsus olan Ünvan saylı binanın 6-ci mərtəbəsində sahəsi 127.9 kv.metr olan 3 otaqlı 14 saylı mənzilinə dair qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına bağla nmış 15.02.2016-cı il tarixli müqavilə qanunvericiliyin şərtləri pozulmaqla bağlandığından qarşılıqlı iddia həmin müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi üzrə gəldiyi hüquqi mövqeyi ilə razılaşır və bununla bağlı kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının özünə məxsus mənzilin qanunun tələbləri pozulmaqla cavabdehin adına rəsmiləşdirilməsi barədə məlumatı iddia müddəti ərzində, konkret olaraq hazırkı məhkəmə mübahisəsi zamanında əldə etdiyi müəyyən olunmuşdur. Bu halın əksin i isə iddiaçı məhkəmə kollegiyası iclaslarında ümumiyyətlə mübahisələndirməmiş, həmin halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia üzrə apellyasiya instansiyası məhkəməsi işə aid maddi hüquq normalarını düzgün tətbiq etməsi və istinad olunan qanunvericilik normaları əsasında gəldiyi nəticələri də işin araşdırılmış faktiki halları ilə uyğunluq təşkil etdiyindən bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, əvvəlki kassasiya instansiyası məhkəməsini qərarında şərh edilmiş göstərişlərə, eləcə də MPM-in 14, 77, 88, 217,218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci madd əsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil, ilkin iddia üzrə Cavabd eh və vəkili Vəkil oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-508/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-508/2020
27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver