Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-508/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: XXXoğlu Cavabdeh: Cavabdeh İddia tələbi: borcun qaytarılması Açar sözlər: borcun tutulması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5394/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 25500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin həmin pulu ondan aldığı andan dələduzluq yolu ilə öz əlinə keçirmək məqsədi güddüyündən barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi cavabdehlə aralarında bağlanmış və notarial qaydada təsdiqlənmiş xx xxxx 2019-cu il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıda n aldığı 25.500 manat məbləğində borcu xx.xx.2019-cu ilə qədər qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-693/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı ərizəsini aralarında bağlanmış borc müqaviləsi ilə əsaslandırsa d a, məhkəmədə həmin müqavilə bağlanan zaman pul vermədiyini, müqavilənin ondan Binə Ticarət Mərkəzində yerləşən mağazanı 25500 manata alması ilə bağlı sonradan rəsmiləşdirildiyini göstərmişdir. Həmin mağaza iddiaçıya təhvil verilmiş, onun öz təqsiri səbəbindən tərəflər arasındakı münasibətlər baş tutmamış, nəticədə biznes uğursuzluğu baş vermişdir. O, iddiaçıya dəyən ziyanla bağlı ödəniş edəcəyəni bildirmişdir. Aralarında hər hansı borc münasibətləri olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5394/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov, Q.Ə.Əsgərov, A.N.İmanov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıda n müqavilə bağlanarkən 25500 manat almadığına əsaslanır, hansı ki, iddiaçı da müqavilə bağlanarkən həmin pulun verildiyini iddia etmir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, cavabdehdən “Sədərək Ticarət Mərkəzində” yerləşən mağazanı 25500 manata almış, lakin sonradan ona məlum olmuşdur ki, mağaza cavabdehə məxsus deyil, buna görə də həmin pulun ödənilməsi məqsədilə kredit müqaviləsi bağlanmışdır, məhkəmədə cavabdeh tərəfdə borcun olduğunu etiraf etmişdir. Göründüyü kimi müqavilə də bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılması üçün bağlanmış müqavilədir. Beləliklə, kredit müqaviləsi mövcud borcun cavabdeh tərəfindən etiraf edilməsi və həmin öhdəliyin icra müddətini ehtiva etmişdir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq cavabd ehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabd ehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, apelyasiya məhkəməsi tərəfindən eyni məzmunlu dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlar ı nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-508/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-508/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver