Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5081/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh X1 qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(103)4228/2023 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətin in mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı X2 cavabdeh X1 qarşı 500.000 manat məbləğində mənəvi ziyanin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5542/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim P. Zamanlı) iddia qismən təmin edilərək 20.000 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər F. Qasımov (sədrlik edən və məruzəçi), F.Abdiyev, X.Sarıyev) 2023-cü il 29 avqust tarixli, 2(103)-4228/2023 nömrəli qətnaməsi ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayə ti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
5. Həmin qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə;
7. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 8. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şi kayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
9. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
10. Maddə 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.
11. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidə n baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, cavabdeh X1 kassasiya şikayəti qeyri mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Belə ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən prosessual normaların tələbinə tam əməl olunmamışdır. Cavabdeh X1 qarşı yönəlmiş iddianın qiyməti 500.000 manatdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4 və 8.6-cı maddələrinin tələbinə uyğun olaraq kassasiya şikayəti verilərkən iddianı n göstərilən qiymətinə müvafiq hesablanmalı olan dövlət rüsumunun məbləği 395 manat (500.000-100000=400.000, 400.000x0,1%=400, 390+400=790, 790x50%=395) təşkil etdiyi halda, cəmi 320 (üç yüz iyirmi) manat (qəbz N:**********) məbləğində dövlət rüsumu ödənilmişdir.
14. Beləliklə, cavabdeh X1 tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur. Yəni MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl olunmamışdır.
15. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməməsini araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
16. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
17. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
19. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
20. Gös tərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(103)-xxx/2023 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi a