Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5087/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X2 Evrascon” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi 11.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X2 Evrascon” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-90/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “X2-Evrascon” ASC-də qaynaqçı və kəsici işlədiyi dövrdə, yəni xx.xx.2015ci il tarixdə Pirallahı adasının girəcəyində inşa edilən körpünün tikintisi zamanı kislorod balonunun əlindən sürüşüb yerə düşərək ağız hissəsinin yivindən açılıb təzyiq altında çıxması nəticəsində İddiaçı ayağının diz nahiyyəsinə dəyərək, sağ baldır sümüklərinin sınıqları, sağ diz və aşıq baldır oynaqlarında bir qədər nəzərəçarpan kontraktura ilə müşayiət olunan hərəkət məhdudluğu kimi sağlamlığın uzun müddət itirilməsinə səbəb olan xəsarətlər alması ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur.
2. İddiaçı tərəfindən “X2-Evrascon” ASC-yə xx.xx.2017-ci il tarixli ərizə ünvanlanmışdır. Həmin ərizədə qeyd edilmişdir ki, “X2-Evrascon” ASC tərəfindən İddiaçı hər ay 700 manat məbləğində əmək haqqı verildiyi, tibbi xərcləri ödənildiyi və birdəfəlik 6000 manat maddi yardım ödənildiyi halda İddiaçı “X2-Evrascon” ASC-yə qarşı hər hansı bir şikayəti və tələbi olmayacaqdır. Həmin ərizə "xxxx" ASC-nin sahə rəisi Mürvət Vəliyev və digər əməkdaş S.C.Salmanov tərəfindən təsdiqlənmişdir.
3. İddiaçı yuxarıda qeyd olunan ərizədə razılaşdırılmış məbləğdə, yəni 700 manat məbləğində aylıq ödənişlər edilmişdir.
4. Qeyd edilən qəzaya görə Pirallahı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(094)-32/2019 saylı hökmü ilə “X2-Evrascon” ASC-də briqadir vəzifəsində işləyən X5 Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə tikinti - quraşdırma və texniki tə hlükəsizlik sahəsində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə əsasında İddiaçı ümumi xəstəlik səbəbindən sağ baldır sümüklərinin əməliyyatdan sonrakı osteomieliti (xx.xx.2015-ci ildə İlizarov aparatı ilə osteosintez) diaqnozu ilə xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək ikinci dərəcəli əlillik müəyyən edilmiş, İddiaçı əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmişdir. 6. “X2-Evrascon” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2015-ci ildə orta aylıq əmək haqqı 398 manat təşkil etmişdir. 7. 03.02.2020-ci il tarixli hesabdan çıxarışdan isə aydın olu r ki, İddiaçı 2015-ci ildə orta aylıq əmək haqqı 688,43 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh “X2 Evrascon” ASC-yə qarşı sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 Evrascon” ASC-dən 2017-ci ilin avqust ayından başlayaraq sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi kimi 700 (yeddi yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində çəkəcəyi əlavə xərclərin miqdarı olan 2400 (iki min dörd yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən xx.xx.2015-ci ilə kimi cavabdeh “X2 Evrascon” ASC-də qaynaqçı və kəsici peşəsində işləmişdir. xx.xx.2015-ci ildən rəhbərliyin göstərişi ilə Pirallahı qəsəbəsində körpü tikintisi aparılmışdır. xx.xx.2015-ci il tarixdə iddiaçı öz işi ilə məşğul olan zaman yararsız kislorod balonunun ağzı açılmış və heç bir təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün balonun ağız hissəsi yivindən açılaraq partlamış və sağ ayağına dəymiş, iddiaçı ağır xəsarət almışdır. İddiaçını şirkətə məxsus avtomobillə əvvəlcə Pirallahı xəstəxanasına, sonra isə Sabunçu rayonunda yerləşən 3 saylı Birləşmiş şəhər xəstəxanasına aparmışlar. Həmin vaxtlar o, dəhşətli ağrılar çəkmişdir. Xəsarət alması barədə Sabunçu rayon 3 saylı Birləşmiş şəhər xəstəxanas ından Pirallahı RPŞ-ya daxil olmuş məlumatla əlaqədar Pirallahı RPŞ-nin TQnın təhqiqatçısı Anar Bağırov tərəfindən ilkin araşdırma aparılmış və xx.xx.2016-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının çoxsaylı şikayətləri, teleqramları əsasında həmin qərar Pirallahı rayon prokuroru tərəfindən ləğv edilmiş və araşdırmanın davam etdirilməsi rayon prokuroluğunun müstəntiqi Teymur Teymurova həvalə edilmişdir. Bu ərəfədə iddiaçı, "xxxx" ASC-nin idarə heyətinin sədri M.İ.Şirinovun adına xx.xx.2017-ci il tarixli ərizə yazmışdır. O, ərizəsində göstərmişdir ki, ona hər ay 700 manat məbləğində zərərin əvəzi verilməli, sağlamlığı ilə bağlı bütün tibbi xərcləri ödənilməli və birdəfəlik 6000 manat məbləğində maddi yardım göstərilməlidir. Əgər bu şərtlər yerin ə yetirilərsə iddiaçının "xxxx" şirkətindən heç bir şikayəti və tələbi olmayacaqdır. İddiaçının bu ərizəsi ilə cavabdeh şirkətin səlahiyyətli nümayəndələri-sahə rəisi M.M.Vəliyev və texniki təhlükəsizlik işlərinə baxan S.C.Salmanov da razılaşmış və ərizəsini öz imzaları ilə təsdiq etmişlər. İddiaçının bu tələbləri nəinki yerinə yetirilmiş, əksinə yazdığı ərizədən sui-istifadə olunmuşdur. Şikayətlərini geri götürdükdən sonra vəziyyət tamam dəyişmişdir. Belə ki, guya iddiaçı Gürgən qəsəbə sakini Lətif Lətifovun xahişi ilə onun evinin həyətindəki hamamın damında işləmişdir və xx.xx.2015-ci ildə damın üstündən yerə yıxılaraq sağ ayağından xəsarət almışdır. Sonra da heç kimin göstərişi olmadan avtomaşının yük yerindən kislorod balonunu yerə qoymaq istəyərkən zədələnmiş ayağında ağrı olmuş, balo n əlindən düşərək qapağı açılmaqla xəsarət aldığı sağ ayağına dəymişdir. İddiaçı təqdim olunan sənədlərə imza etmişdir. Guya izahat vermişdir ki, hamamın damından yıxılmışdır. Sonra da iş yerində balonun qapağı ayağına dəymişdir. Bundan sonra Teymur Teymurovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyul 2017-ci il tarixli qərarı ilə "xxxx" ASC-də qaynaqçı işləmiş İddiaçı xx.xx.2015-ci ildə sağ ayağından xəsarət alması barədə Sabunçu rayon 3 saylı Birləşmiş şəhər xəstəxanasından Pirallahı RPŞ-yə daxil olmuş məlumatla əlaqədar hər hansı bir şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığından 25C-17 saylı yoxlama material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı Pirallahı rayon prokuroruna şikayət edərək müstəntiqin 14 iyul 2017-ci il tarixli qərarının lə ğv olunmasını, obyektiv araşdırma aparılmasını xahiş etmişdir. Pirallahı rayon prokuroru tərəfindən müstəntiqin 14 iyul 2017ci il tarixli qərarı ləğv olunduqdan sonra istintaq aparılmış və cinayət işi məhkəməyə göndərilmişdir. Həmin cinayət əməlinə görə “X2-Evrascon” ASC-də briqadir vəzifəsində işləyən X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(094)-32/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə tikinti - quraşdırma və texniki təhlükəsizlik sahəsində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da, iddiaçının başına gələn bədbəxt hadisədə cavabdehin təqsiri məhkəmə hökmü ilə tam təsdiq olunmuşdur. İddiaçı 21 dekabr 2015-ci ildə aldığı xəsa rət nəticəsində 2-ci qrup əlil olmuşdur. Əlillik dərəcəsi ona TSEK tərəfindən 25 yanvar 2018-ci ildə verilmişdir. xx.xx.2015-ci ildən ağrıdığı və müalicəsini davam etdirdiyindən işə də çıxa bilmir. Lakin ASC rəhbərliyi sənədləşmə apararaq saxta protokol tərtib etdirmişdir ki, guya səbəbsiz yerə işi buraxmışdır. Ona görə də onu 2018-ci ilin martından işdən çıxarmışlar. Cavabdeh ASC-də işləyərkən baş vermiş bədbəxt hadisədən əvvəl iddiaçının orta aylıq əmək haqqı 950 - 980 manat civarında olmuşdur. Hal-hazırda isə işləmir. Cavabdeh ASC tərəfindən aparılan hesablamaya görə hadisə baş vermiş xx.xx.2015-ci ildən 2017-ci ilin avqust ayına qədər (avqust ayı da daxil olmaqla) ona hər ay 700 manat məbləğində pul ödənilmişdir. Lakin həmin ödəniş xx.xx.2017-ci ildən dayandırılmışdır. Bütün bunlarda n başqa bədbəxt hadisə nəticəsində iddiaçının müalicəsinə, dava-dərmanına, əlavə qidalanmasına da xeyli miqdarda əlavə xərci çıxmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(004)857/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X2 Evrascon” ASC-dən sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın əvəzi olaraq əvvəli 2017- ci ilin avqust ayından hesablanmaqla hər ay 688,43 (altı yüz səksən səkkiz manat, qırx üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. İddiaçının istehsalat qəzası nəticəsində sağlamlığı pozulduğundan, cavabdehin səhlənkarlığı nəticəsində bədənin ümumi antomiyasında qalıcı zədə almasını, məhkəmə iclasında iştirakı zamanı ald ığı xəsarətin hələ də aradan qalxmadığını, hazırkı vəziyyətdə işləyə bilməməsini, müalicəsinin davam etdiyini, ailə başçısı kimi evin dolanışığının ondan asılı olmasını, habelə itirdiyi peşə əmək qabiliyyətinin faizinin müəyyən olunmadığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 2015-ci il ərzində aldığı orta aylıq əmək haqqının məbləği miqdarında - 688,43 manat məbləğində aylıq ödənişlər verilməli və bu ödənişlər 2017-ci ilin avqust ayından hesablanmaqla verilməlidir.
12. Məhkəmə iddiaçının əlavə xərclər üzrə tələb etdiyi 2400 manat məbləğində pulun ödənilməsi ilə bağlı qeyd etmişdir ki, həmin məbləğin nəyə xərclənməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir.
13. Məhkəmə öz mövqeyini Mülki M əcəllənin 21.1, 21.2, 1117, 1118, 1119.1, 1119.3, 1125.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1, 2.1, 3.2-ci bəndlərinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh “X2 Evrascon” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamdə istinad edir ki, Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmi şdir. İş üzrə şifahi şəkildə şəxsin əmək qabiliyyətinin itirilmə faizinin müəyyənləşdirilməsi ilə bağlı ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə bu vəsatəti təmin etməyərək iş üzrə halı müəyyən etməmişdir. Məhkəmə iş üzrə Mülki Məcəllədə və Nazirlər Kabinetinin qərarında göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yəni şəxsin itirdiyi peşə əmək qabiliyyətinin itirilmə faizini müəyyən etmədən həmin faizə uyğun olan hesablama aparmayaraq düzgün olmayan qətnamə qəbul etmişdir. AR Mülki Məcəllənin 1118-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduq dan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu halda da məhkəmə qətnaməsində iddiaçıya edilmiş ödənişləri 2015-ci ildə 2017-ci il tarixədək edilmiş ödənişləri nəzərə alsa da, əlbəəl iddiaçıya verilmiş 6000 (altı min) manat ödənişi nəzərə almamış eyni zamanda müəyyən edilmiş ödəniş üçün əvvəlcədən çıxılması ilə bağlı qətnaməsində heç bir müddəa göstərməmişdir. Çünki həmin ödəniş nə pensiya, nə də müavinət hesab edilmir.
16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yan ında Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Xidmətinin 26 mart 2020-ci il tarixli, **********44 saylı məktubuna əsasən X3 əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0530003AAEG6 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar verilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlillərə əmək qabiliyyətinin itirilmə faizi təyin edilmir. Həmçinin bildirilir ki, Şahin Zeynalovun əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “TibbiSosial” Eksert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmada n adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilmişidir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur.
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********7 saylı məktubuna əsasən, İddiaçı sağlamlığın vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə müvafiq ekspertizanın təyin olunması barədə 12 fevral 2022-ci il tarixli, 2(103)-90/2022 saylı məktuba Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli yində baxılmışdır. Məhkəmə tibbi-sosial eksertizasının həyata keçirilməsi Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinin qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə aid deyildir.
18. Apellyasiya mərhələsində iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubunu təqdim edərək, onu xx.xx.2022-ci ildə müayinədən keçirilməsi üçün dəvət etdiklərini bildirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “Əmək zədəsi” səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş məktuba Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Eksertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Əyani müayinə məqsədilə müvafi q sənədlərlə (müəssisənin İZ aktı, əmək qabiliyətinin itirilməsi faizi barədə müəssisənin rəsmi sorğusu və tibbi sənədlərlə) birlikdə Agentliyin Tibbi-Sosial Eksert Komissiyasına yaxınlaşmağı məsləhət görülmüş, komissiyanın xx.xx.2022-ci il tarixdə saat 14-00-da keçiriləcəyi qeyd olunmuşdur.
19. Keçirilmiş müayinənin nəticəsi ilə bağlı məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Tibbi Sosial Eksertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubla cavab ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, Sumqayıt şəhər sakini İddiaçı xx.xx.2022-ci ildə Agentliyin mütəxəsislərinin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dek abr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixindən 5 il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-90/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, N.Cəfərov və E.Mehdiyev) cavabdeh “X2 Evrascon” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(004)-857/2020 qətnaməsi mübahisələndirilənqətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin h issədə iş üzrə yeni qətnamə qəbul edilmişdir, iddia tələbi həmin hissədə təmin edilməmişdir.
21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alsa da, ona əlillik istehsalat qəzası ilə deyil, “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş, əmək qabiliyyətinin itirilmə faizi təyin edilməmişdir. Həmçinin iddiaçıya istehsalatda baş vermiş əmək xəsarəti nəticəsində ödənilməli olan aylıq ödənc, onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq müəyyən edildiyindən, onun isə itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsi müəyyən olunmadığından, iddia tələbi m übahisələndirilən hissədə təmin oluna bilməz.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1117, 1118, 1119.1, 1119.3, 1125.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 372.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1, 2.1, 3.2-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə maddi hüquq normalarını düzqün tətbiq etməmişdir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, iddiaçı istehsalat qəzası nəticəsində əmək fəaliyyətini tam itirmişdir. İşdə olan sübutlarla onun istehsalat qəzası nəticəsində sağlamlığının pozulması, cavabdehin səhlənkarlığı nəticəsində bədənin ümumi anatomiyasında qalıcı zədə alması, aldığı xəsarətin hələ də aradan qaldırılmaması, hazırki vəziyyətdə işləyə bilməməsi, müalicəsinin davam etdiyi tam müəyyən olunmuşdur. H əmçinin məhkəmə iclasında və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı məhz istehsalat qəzası nəticəsində sağlamlığıni itirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2 zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülü r. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
28. Maddə 1117 müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.
29. Maddə 1118 fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, ba şqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etd iyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
30. Maddə 1119.1 zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
31. Maddə 1119.3 zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qaz anc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
32. Maddə 1125.1 zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxu d peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 33. 1.1-ci bəndi İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyy ətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir. 34. 2.1-ci bəndi İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 35. 3.2-ci bəndi Aylıq ödənclər zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək q abiliyyətini itirdiyi gündən verilir. Mülki Prossesual Məcəllə
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasi ya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
49. Məhkəmə kollegiyası qe yd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-90/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.