Məhkəmə qərarları › İş №2(102)-5088/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5088/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5088/2022 08.09.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dаir Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2166/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsind ən imtina edilməlidir. Belə ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Vəkil elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirsə də, bu barədə vəkilin səlahiyyətini təsdiq edəcək order kassasiya şikayətinə əlavə edilməmişdir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətlərinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 408.1.3, 408.1.4 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2166/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsindən imtina olunsun və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar