Məhkəmə qərarları › İş №2(102)-509/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-509/2019

28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-509/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 28 » yanvar 2019-cu il İş № 2(102)-509/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı” İKB ASC-nin, vəkili Vəkil və Cavabdeh1, onun vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Y asamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim H.Səfərov, iş № 2(004)-143/17)iddia tələbi qismən təmin edilərək 2265,19 ABŞ dolları məbləğində pulun ödəmə günü Azərbaycan manatına məzənnə ilə ilkin iddia üzrə Cavabdeh1 tutulub ilkin iddia üzrə İddiaçı İKB-yə verilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş №2(103)-743/18) iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB-nın və cavabdeh, qarşılıqlı idd ia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-143/2017 saylı 18 avqust 2017-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı (hakimlər A.İsgəndərov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirov, iş №2(102)-4091/18) İddiaçı İKB və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 19 yanvar 2018-ci il tarixli, 2(103)-743/18 saylı qətnaməsi ləğv edilmiş, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sə drlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş №2(103)-743/18) İddiaçı İKB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-143/2018 saylı işi üzrə 18 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilərək İddiaçı İKB və Cavabdeh1 arasında 21.04.2009-cu il tarixli RBB-029 №-li “Kredit müqaviləsi” müqavilə müddətinə hesablanmış 2850 ABŞ dolları faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh2 ilə bağlanmış 21.04.2009-cu il tarixli RBB-029 N-li ipoteka müqaviləsinə əsasə n Cavabdeh2 məxsus olan Bakı şəhəri ünvan 1 istifadədə olan 0.0764 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 42 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzilin ilkin satış qiyməti 48000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılaraq İddiaçı İKB-a olan borcuna yönəldilsin, satışdan artıq qalan hissə Cavabdeh2 qaytarılması, ipotekaya qoyulmuş Bakı şəhəri ünvan 1 istifadədə olan 0.0764 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada 42 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil satıldıqdan bir ay sonra Cavabdeh2 evdən çıxarılsın və həmin mənzil boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2016-cı il tarixli 3829 saylı rəyinə görə ekspertiza xərci olan 50 manat, 31.10.2016-cı il tarixli 19742 saylı rəyinə görə 50 manat və 06.07.2017-ci il tarixli 1728 saylı rəyinə görə 50 manat, ümumilikdə 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İlkin iddia üzrə iddiaçı “İddiaçı" İKB ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin dia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.04.2009-cu il tarixli RBB-029 №-li “Kredit müqaviləsi” ilə 10 noyabr 2015-ci tarixinədək hesablanmış 9955 ABŞ dolları faiz borcu, 6633 ABŞ dolları dəbbə borcu, cəmi 16588 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh2 ilə bağlanmış 21.04.2009-cu il tarixli RBB-029 №-li poteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binada 42 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 27 nömrəli mənzil hərracda ilkin satış qiyməti 40.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, "ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsi nə uyğun ipotekaya qoyulmuş Bakı şəhəri, ünvan 1 istifadədə olan 0.0764 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binada 42 kv.m ümumi, 29,07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 27 nömrəli mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququna xitam verilməklə, həmin şəxsin evdən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İKB-nin ona vurduğu maddi zərərə görə 12600 ABŞ dollarının manat məzənnəsi ilə, mənəvi zərərin əvəzi olaraq 30000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəm ədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı” İKB ASC-ti və vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, ekspertin rəyi digər sübutlarla yanaşı düzgün qiymətləndirilməmişdir. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bank tərəfindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən ekspert rəyi ilə müqayisə edilmədən, yalnız məhkəmə ekspert rəyini mötəbər hesab etmişdir. Apellyasiya şikayətində ekspert rəyin mübahisələndirməsinə baxmayaraq məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən işi tam və hərtərəfli araşdırmadan yanlış nəticəyə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsinin qismən ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş edirlər. Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdeh tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127-ci, Mülki-Prosessual Məcəllənin 9-cu, Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ pozulub. 6-eı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırsınlar. İşin faktiki halları ilə təsdiq edilir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə cavabdehin məhkəmə qərarının əsaslandırılması hüququnu pozub. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillər inə ümumiyyətlə qiymət verməyib. Apellyasiya instansiyası məhkəməsi yalnız İddiaçı İKB-nin verdiyi apellyasiya şikayətinə münasibət bildirib. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mənim verdiyim apellyasiya şikatətinin təmin edilməməsinin əsasları qeyd edilməyib. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını qeyd etmiş, Cavabdeh1 və vəkili Vəkil verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə ed ərək şikayətin təmin edilməsini, digər tərəfin kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiya sı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olun ması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki, başqa mötəbər sübut təqdim edilmədiyindən 06 iyul 2017-ci il tarixli ekspert rəyi ilə müqavilə müddətinə müəyyən edilmiş faiz borcu 2850 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyidigər nəticədəngörünürki, zaminə münasibətdə məhkəmənin mövqeyini təkzib edən dəlillər irəli sürülməmiş, dəbbə pulu hissəsində ekspertizada hər hansı məbləğ müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi A zərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125; MM-in 442, 445, 477; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 46, 59.3-cü maddələrinə istinad etmişdir. Məhkəməkollegiyasıhesabedirki,ApellyasiyaMəhkəməsi tərəfindənqəbuledilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Beləki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 21.04.2009-cu il tarixli ***** №li müqaviləyə əsasən cavabdehə illik 28% hesablanmaqla 36 ay müddətinə 29000 ABŞ dolları məbləğində kredit verilmiş, digər Cavabdeh3 29.04.2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında zami n duraraq, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında 21.04.2009-cu il tarixli ***** saylı “İpoteka müqaviləsi” bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 44 nömrəli, 5 mərtəbəli binada 42 kv,m ümumi, 29,07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 27 nömrəli mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 21.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra edilmə müddəti 36 ay müəyyən edilmiş və həmin müddət bitmiş, borclu müqavilə ilə razılaşdır ılmış pul öhdəliklərinin icrasını gecikdirmişdir. Cavabdeh 01.07.2014-cü il tarixdə ərizə ilə Bankın rəhbərliyinə müraciət edərək 12305 ABŞ dolları məbləğində əsas borcunu ödədikdən sonra 5400 ABŞ dolları məbləğində faiz borcu olduğunu etiraf etmiş və bu faiz borcunun ayda 150 ABŞ dolları olmaqla hissə-hissə ödənilməsinə icazə verilməsini xahiş etmişdir. Bank həmin tarixdə ərizəçiyə məktubla cavab verərək buna etiraz etmədiyini bildirmiş və eyni zamanda xəbərdar etmişdir ki, borc qeyd edilən qaydada ödənilmədiyi təqdirdə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə iddia qaldırılacaqdır. İddiaçı İKB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 21.04.2009-cu il tarixli ***** №-li “Kredit müqaviləsi” ilə 10 noyabr 2015-ci il tarixinədək hesablanmış 9955 ABŞ dolları faiz borcu, 6633 ABŞ dolları dəbbə borcu, cəmi 16588 ABŞ dolları tutulmasını iddia etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı İKB-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı İKB-nin ona vurduğu maddi zərərə görə 12600 ABŞ dollarının ödəniş gününə manat məzənnəsini tələb edərkən ona istinad etmişdir ki, 14 may 2009-cu il tarixli mədaxil qəbzinə əsasən 1000 ABŞ dolları ödəniş Bank tərəfindən ödəniş kimi sistemə daxil edilməyib. 31 oktyabr 2016-cı il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsinin bitdiyi 21 aprel 2012-ci il tarixdən 10 noyabr 2015-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmaqla iddiaçı banka olan borc 24 19,03 ABŞ dolları müəyyən edilib. 14 may 2009-cu il tarixli mədaxil qəbzinə əsasən iddiaçıya ödədiyi 1000 ABŞ dollarının nəzərə alınmaması səbəbindən həmin məbləğ və ötən 7 ildə həmin məbləğə hesablanmış faiz dərəcələri olan 12600 ABŞ dollarının ilk iddiaçıdan alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.06.2016-cı il tarixli 3829 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, 21 aprel 2009-cu il tarixli RBB-029 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 sual üzrə 21 aprel 2012-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə), 10 noyabr 2015-ci il tarixə (iddia tələbində borc məbləği hesa blandığı tarixə) və 21 aprel 2012-ci il tarixdən 10 noyabr 2015-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmaqla İddiaçı İKB ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 21 aprel 2012-ci il tarixə borc əsas borc üzrə 12312,59 ABŞ dolları, faiz borcu üzrə 3323,03 ABŞ dolları, cərimə borcu üzrə 4272,46 ABŞ dolları, 10 noyabr 2015-ci il tarixə borc əsas borc üzrə 10896,03 ABŞ dolları; faiz borcu üzrə 4144,12 ABŞ dolları;cərimə borcu üzrə 455,4 ABŞ dolları. 21 aprel 2012-ci il tarixdən 10 noyabr 2015-ci il tarixədək illik 5 % dərəcəsi ilə əsas borc üzrə 4681,59 ABŞ dolları; faiz borcu üzrə 317,96 ABŞ dolları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 06.07.2016-cı il tarixli 128 № saylı ekspert rəyinə əsasən Cavabdeh1 faiz borcu illik 28% də rəcəsi ilə hesablanmaqla müqavilə müddətinin bitdiyi 21.04.2012-ci il tarixə İddiaçı İKB ASC-yə olan borcu 13.411,4 ABŞ dolları məbləğində (əsas borc üzrə-10.561,08 ABŞ dolları; faiz borcu üzrə-2.850,32 ABŞ dolları), Cavabdeh1 10.11.2015-ci il tarixə (iddia ərizəsində borc məbləği hesablanan tarixə) iddiaçı “İddiaçı" İKB ASC-yə olan borcu 10.484,45 ABŞ dolları məbləğində (əsas borc üzrə- 7.595,59 ABŞ dolları; faiz borcu üzrə2,888,86 ABŞ dolları), İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2009-cu il tarixli RBB-029 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsinin bitdiyi 01 aprel 2012-ci il larixdən 10 noyabr 2015-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmaqla iddiaçının banka olan borcu 2419,03 ABŞ dolları, o cümlədən əsas borc üzrə 2265,19 ABŞ dolları, faiz borcu üzrə 153,84 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.10.2016-cı il tarixli 19742 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan 01 iyul 2014-cü il tarixli 707/14 sayiı məktubuna əsasən Cavabdeh1 həmin tarixə ümumi borcunun 5400 ABŞ dolları olmaqla və həmin borcun konkret olaraq hansı faiz dərəcəsi ilə hesablanması hazırkı ekspertizası tədqiqatı zamanı müəyyən etmək mümkün olmadı. Təqdim olunmuş mülki iş materiallarında olan kassa mədaxil qəbzləri, cari hesabdan çıxarış məlumatları, 21 aprel 2009-cu il tarixli RBB-029 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 illik 28 % dərəcəsi ilə sual üzrə 10 noyabr 2015-ci il tarixə (iddia ərizəsində borc m əbləği hesablanan tarixə İddiaçı İKB ASC-yə olan borcu 10484,45 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 7595,59 ABŞ dolları; faiz borcu üzrə 2888,86 ABŞ dolları; iş materiallarında olan iddiaçı “Nikoyi” İKB ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2009-cu il tarixli, ***** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsinin bitdiyi 21 aprel 2012-ci il tarixdə 10 noyabr 2015-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmaqla banka olan borcu 2419,03 ABŞ dolları müəyyən edilir. O cümlədən, əsas borc üzrə 2265,19 ABŞ dolları; faiz borcu üzrə 153,84 ABŞ dolları İşinmateriallarındaolanmaliyyəarayışındangörünürki, AllahverdiyievzaurAğalaroğlunun 14.05.2012-ciiltarixəolanborcu 12.305.32 ABŞdollarıəsasvə 3.972,55 ABŞdollarıisəfaizborcudur. Həmçininişinmater iallarındaolanhesabdançıxarışdangörünürki, 01.07.2014cüiltarixdəAllahverdiyevZaurAğalaroğlutərəfindən 12305 ABŞdollarıödənişedilmişvəhəminödəniştamolaraqəsasborcdansilinmişdir. Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininhazırkiişüzrəgəldiyifaktikivəhüquqinəticəsidüzgünolar aqekspertrəyiəsasındaolmuşdur. Beləki, AzərbaycanRepublikasıMPM-nin 101.3 və206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. AzərbaycanRespublikasıAliMəhkəməsininPlenumunun «Məhkəməqətnaməsihaqqında» 24 noyabr 2005-ciiltarixli 4 №liQərarının 3.3cübəndinəəsasəndigərsübutlarkimiekspertrəyinindəəvvəlcədənmüəyyənedilmişheçbirməc buriqüvvəsiyoxdur. Onagörəekspertrəyinədədigərsübutlarlabarəbərqiymətverilməli, ekspertrəyininməhkəmətərəf indənqəbuledilibedilməməsisəbəbləriqətnamədəözəksinitapmalıdır. AzərbaycanRespublikasıMPM-nin 103.1-cimaddəsinəəsasənekspertinrəyi məhkəməüçünməcburideyildirvəbuMəcəllənin 88cimaddəsindəmüəyyənedilmişqaydalarüzrəməhkəmələrtərəfindənqiymətləndirilir. QeydolunanMəcəllənin 88-cimaddəsinəəsasənisəməhkəməsübutlaraobyektiv, qərəzsiz, hərtərəflivətambaxdıqdansonrahəminsübutlaratətbiqedilməlihüquqnormalarınamüvafiqolar aqqiymətverir. Heçbirsübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin maliyyə arayışına əsasən cavabdehin 3972,55 ABŞ dolları borcu qalmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, işə apellyasiya icraatı qaydasında baxılarkən iddiaçı tərəfə həmin faiz borcuna dair aylar üzrə sübutların təqdim edilməsi təklif edi lsə də, iddiaçı maliyyə arayışını təqdim etməklə kifayətlənmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. AzərbaycanRespublikasınınMPM-nin76.1cimaddəsinəəsasəntərəflərintələbvəetirazlarınıəsaslandıranhallarınvəişidüzgünhəlletməkü çünəhəmiyyətiolanbaşqahallarınmövcudolduğunuvəyaolmadığınıməhkəməmüəyyənedərk ənbuMəcəllədəvəbaşqaqanunlardamüəyyənolunmuşqaydadaəldəetdiyiməlumatlarsübutlar hesabolunur. QeydolunanMəcəllənin 76.2cimaddəsinəgörəbuməlumatlaryazılıvəmaddisübutlara, ekspertlərinrəyləriilə, yerindəmüayinəkeçirməklə, səsvəvideoyazılarıilə, şahidlərinifadələriil ə, işdəiştirakedənşəxslərinizahatlarıiləmüəyyənedilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməkollegiyasıqeydedirki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və eyni zamanda hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindənvə ekspert rə yinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, işə baxan məhkəmə haqlı olaraq həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, kassatorun ekspert rəyinə əsasən onun faiz borcunun 153,84 ABŞ dolları olmasına dair dəlili əsassızdır. Belə ki, rəylərdən görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2009-cu il tarixli ****** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsinin bitdiyi 01 aprel 2012-ci il larixdən 10 noyabr 2015-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmaqla iddiaçının banka olan borcu 2419,03 ABŞ dolları, o cümlədən əsas borc üzrə 2265,19 ABŞ dolları, faiz borcu üzrə 153,84 ABŞ dolları müəyyən e dilmişdir. Lakin Cavabdeh1 faiz borcu illik 28% dərəcəsi ilə hesablanmaqla müqavilə müddətinin bitdiyi 21.04.2012-ci il tarixə İddiaçı İKB ASC-yə olan borcu 13.411,4 ABŞ dolları məbləğində (əsas borc üzrə-10.561,08 ABŞ dolları; faiz borcu üzrə-2.850,32 ABŞ dolları) müəyyən edilmişdir. Əsas borc məbləği isə cavabdeh tərəfindən ödənildiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq başqa mötəbər sübut təqdim edilmədiyindən 06 iyul 2017-ci il tarixli ekspert rəyi ilə müqavilə müddətinə müəyyən edilmiş faiz borcu 2850 ABŞ dollarının və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 istifadədə olan 0.0764 ha torpaq sahəsində yerləşən binada 1 nömrəli mənzilin ilkin satış qiyməti 48000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, qalan hissənin Cavabdeh2 qaytarılması, ipotekaya qoyulmuş Bakı şəhəri, ünvan 1 istifadədə olan mənzilin satıldıqdan bir ay sonra Cavabdeh2 evdən çıxarılması və həmin mənzilin boşaldılmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın qalan hissədə təmin edilməli olmamasına dair qənaəti ilə də razılaşır. Belə ki, zaminə münasibətdə məhkəmənin mövqeyini təkzib edən dəlillər irəli sürülməmiş, dəbbə pulu hissəsində ekspertizada hər hansı məbləğ müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 21 7.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktla rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyasıkassasiyaşikayətlərinindəlillərinəümumilikdəhüquqiqiymətverərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də M PM-in 14, 77, 88, 217, 218 və 420ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki,hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərəkiddiaçının mübahisəli tikiliyə köçürülməsi barədə nəticəsi mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızolduğuüçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar