Məhkəmə qərarları › İş №2(102)-509/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-509/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-509/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2(001)1229/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 avq ust 2019-cu il tarixli, 2(103)-778/2019 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi) E.Nəbiyev və A.Hüseyn) iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2(001)1229/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi Cavabdeh 3601,12 manat əsas borc, 423,83 manat faiz borcu, 44,12 manat cərimə, cəmi 4069,07 manat məbləğində pul vəsaiti və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 35 manat dövlət rüsumu tutularaq “xxxx” KB ASC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 409 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “ xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 3601,12 manat əsas, 423,83 manat faiz, 44,12 manat cərimə, cəmi 4069,07 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi yol verdiyi maddi və prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-778/2019 saylı 27 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələ binə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 09.03.2017-ci il tarixli 150nkNAR/17 saylı kredit müqaviləsi təqdim olunmuşdur. Həmin müqaviləyə əsasən tərəflər arasında kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh 50 ay müddətinə, illik 26 % ödəmək şərti ilə 3602 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh həmin müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib və onun kredit müqaviləsi üzrə əsas kredit borcu 3601,12 manat, faiz borcu 423,83 manat, cərimə 44,12 manat, cəmi borc isə 4069,07 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edərək bildirmiş dir ki, həmin kredit müqaviləsi onun tərəfindən imzalanmamış və o, bankdan göstərilən tarixdə kredit götürməmiş, adından imzalanmış kredit müqaviləsi saxtalaşdırılmışdır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 12.04.2018-ci il tarixli 7342 saylı rəyinə əsasən “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanan 09.03.2017-ci il tarixli, 150nkNAR/17 saylı kredit müqaviləsinin borcalan qrafasında əks olunmuş imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərafindən icra olunmuşdur. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2019-cu il tarixli 27692 saylı rəyinə əsasən mülki işin 7-ci vərəqəsində olan 09.03.2017-ci il tarixli 150 nkNAR/17 nömrəl i kredit və bank hesabı müqaviləsində “Borcalan” qrafasındakı imza, 8-ci vərəqəsində olan 150 nkNAR/17 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borcalan” qrafasındakı imza, 112ci vərəqəsində olan 9 mart 2017-ci il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza 09.03.2017-ci il tarixli Bank hesablarının açılması və kredit sifarişi üçün ərizədə “İmza:” qrafasındakı imza - Eyni Şəxs - X1 tərəfindən icra olunmuşdur. Həmin imzalarda - qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmuşdur. Ekspert rəyləri arasında ziddiyyətlərin mövcud olması və Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iş üzrə təkrar məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2019- cu il tarixli 15217 saylı ekspert rəyinə əsasən mülki işin 112-ci vərəqəsində Cavabdeh adına olan 09 mart 2017-ci il tarixli 616943 saylı kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza və 113-cü vərəqəsində olan 09.03.2017-ci il tarixli Bank hesablarının açılması və kredit sifarişi üçün ərizədə “İmza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mülki işin 7-ci vərəqəsində olan 09.03.2017-ci il tarixli 150 nkNAR/17 nömrəli kredit və bank hesabı müqaviləsində “Borcaian” qrafasındakı imza, 8-ci vərəqəsində olan 150 nkNAR/17 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borcaian” qrafasındakı imza, 112-ci vərəqəsində olan 9 mart 2017-ci il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza, 113-cü vərəqəsində olan 09.03.2017-ci il ta rixli Bank hesablarının açılması və kredit sifarişi üçün ərizədə “İmza:” qrafasındakı imza - Eyni Şəxs tərəfindən icra olunmuşdur. Hər iki ekspert rəyi ilə kredit müqaviləsi, kassa məxaric orderi və ərizədə olan imzaların eyni şəxs - Cavabdeh tərəfindən icra olunması müəyyən olunduğundan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında qeyd olunan kredit müqaviləsi bağlanılmış və həmin müqavilədə göstərilən kredit məbləği cavabdehə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 739.1, 741 və 462-ci maddələrinin tələblərini rəhbər tutaraq apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh və vəkili Vəkil oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin tələblərini pozmuş, faktlara və sübutlara, təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmiş, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamış, madd i hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə faktların ifadəsi təhrif edilmiş və tərəflər arasında mövcud olmuş qarşılıqlı münasibətlərə və iş üzrə həqiqi hallara uyğun olmamışdır. Kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasi ya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar