Məhkəmə qərarları › İş №2(102)-5090/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5090/2019

17.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5090/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(104)1137/2019 saylı qətnaməsindən İddiaçı1 Zəkəriyə qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.A.Mirabov, iş № 2(043)-2118/2018) İddiaçı1avabdeh1 qarşı evə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və A.V.Bayramov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Gəncə şəhəri, N-də yerləşən 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Cavabdeh1 iddiaçının oğlu Nlə 2001-ci ildə nikaha daxil olaraq mübahisəli evə köçmüşdür. 2018-ci ilin aprel ayında İddiaçı1 iddia ərizəsi daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 6000 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə və mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesa b etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edərkən ona kompensasiya kimi 6000 manat məbləğində pul vəsaitinin verilməsini təklif etmişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına görə kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehin iki uşağı ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxili ndə başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitdə yaşamaq imkanı vermir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, təklif olunan kompensasiya cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün kifayət deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar