Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5094/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızma qarşı “kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, iş 2(044)-2625/2017) iddia təmin edilərək, Cavabdeh1 23 oktyabr 2014-cü il tarixli, 800850-036/14 saylı kredit müqaviləsinə əsasən 56034.82 manat əsas borc, 3039.89 manat faiz borcu, cəmi 59074.71 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınm asına dair xidmət haqqı kimi ödənilmiş 10 manat dövlət rüsumu və 31 manat xidmət haqqının alınaraq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan və tərəflər arasında ilkin olaraq 95000 manata qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən 0.0395 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 59074.71 (əlli doqquz min yetmiş dörd manat yetmiş bir qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi n qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 10 manat dövlətrüsumu və 31 manat xidmət haqqının ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə Cavabdeh2 qaytarılması, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 fərdi yaşayış evini ən gec bir ay ərzində tərk etmədikdə məcburi qaydada çıxarılmaqla yaşayış evinin boşaldılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), N.Quliyev və A.Hüsynzadə, iş № 2(104)-253/2018) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3039,89 manat hesablanmış fa iz, cəmi 59074,71 manat pulun tutulması və Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0395 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 23 oktyabr 2014-cü il tarixli, 800850-036/14 saylı kredit müqaviləsi üzrə tutulan faiz borcunun 2869,26 manat, cəmi borcun 58904,08 (əlli səkkiz min doqquz yüz dörd manat səkkiz qəpik) manat müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0395 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 115000 (bir yüz on beş min) manat müəyyən edilməsi, ekspertiza tədqi qatının dəyəri olan 145 (yüz qırx beş) manatın Cavabdeh1 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayda da xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymə tləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 23 oktyabr 2014-cü il tarixli, 800850-036/14 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik faiz dərəcəsi 19 % olmaqla 75.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsin dən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0395 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır, bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə cavabdehə girov predmetinə tutmanın yönəldiləcəyi barədə bildiriş verilmişdir. İddiaçı cavabdehə girov predmetinə tutmanın yönəldiləcəyi barədə bildiriş vermiş, eyni zamanda bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 29.05. 2018-ci il tarixli, 011-03/18 saylı rəy inə görə, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 115000 (bir yüz on beş min) manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 23.11.2018-ci il tarixli 22268 saylı rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında 23 oktyabr 2014-cü il tarixli 800850-036/14 saylı kredit müqaviləsi, 22.02.2016-cı il tarixli 01 nömrəli Əlavə Razılaşma və 27.07.2016-cı il tarixli 02 nömrəli Əlavə Razılaşmada qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 05.01.2017-ci il tarixinə olan borcu 58904,08 manat məbləğində, o cümlədən əsas kredit borcu üzrə 56034,82 manat, faiz borcu üzrə 2869,26 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Apellyas iya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.1cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36, 39.3, 39.3.3, 59.3-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəməl əri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 1-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Kassasiya şikayətinin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasın ın 29.05.2018-ci il tarixli, 011-03/18 saylı rəyinə görə, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 115000 (bir yüz on beş min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxa rıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5094/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5094/2019
19.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver