Məhkəmə qərarları › İş №2(102)-5094/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5094/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5094/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı BOKT İddiaçı QSC-nin vəkili X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.05.2007-ci il tarixli, 193 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən Cavabdeh oğluna 18 ay müddətinə, illik faiz 24 dərəcəsi ilə ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 7500 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Cavabdeh eyni tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq 1993-cü il buraxılışlı, “BMW320” markalı, ** CX *** nömrə nişanlı minik avtomobili (rəngi-tünd-albalı-metal; BANWBABF21000JA60534) avtomobili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.

3. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı sərəncamının icrası ilə əlaqəd ar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-na keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" AS-nin Cavabdeh qarşı cəmi 10.448,22 (on min dörd yüz qırx səkkiz dollar iyirmi iki sent) ABŞ dolları məbləğində problemli borcu üzrə tələb hüququ da 05 dekabr 2017-ci il tarixli xsaylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-nin Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir.

5. İddiaçı BOKT İddiaçı QSC 30.05.2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 7435.0 ABŞ dolları, faiz borcu 3013.22 ABŞ dolları, cəmi 10448.22 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun “Aqrarkredit” QSC-nin BOKT-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan 1993-cü il buraxılışlı, “BMW-320” markalı,** CX *** nömrə nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması hesabına borcun “Aqrarkredit“ QSC-nin BOKT-na ödənilməsi, əgər əmlakın satışından əldə olan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq “Aqrarkredit“ QSC-nin BOKT-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, hazırda “BMW-320” markalı, ** CX *** nömrə nişanlı minik avtomobil bankdadır və iddiaçı onu borcun ödənilməsi barədə bir dəfə də axtarmamış və xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət olunub. O, özü dəfələrlə banka müraciət etmiş, lakin bank tərəfindən ona heç bir məlumat verilməmişdir. O, hazırda şəkər xəstəsidir və 130 manat pensiya alır. Onun maddi imkanı olmadığından banka olan borcunu ödəməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17.02.2020-ci il tarixli, 1049 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmayan “BMW-320” markalı, 1993-cü il buraxılışlı olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta Bazar qiyməti təxminən 5500 (beş min beş yüz) manat təşkil edir.

10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim G.Şirinov) 18 iyun 2020-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əsas borc üzrə 7435.0 ( yeddi min dörd yüz otuz beş) ABŞ dolları, faiz borcu 3013.22 (üç min on üç dollar iyirmi iki sent) ABŞ dolları, cəmi 10.448,22 (on min dörd yüz qırx səkkiz dollar iyirmi iki sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan 1993-cü il bur axılışlı, “BMW-320” markalı, ** CX *** nömrə nişanlı minik avtomobilinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiyməti 5500 (beş min beş yüz) manat qiymətləndirilmiş 1993-cü il buraxılışlı, “BMW-320” markalı, ** CX *** nömrə nişanlı minik (rəngi-tünd-albalı-metal; BAN-WBABF21000JA60534) avtomobilinin satışından əldə olunmuş vəsait hesabına cəmi 10448.22 (on min dörd yüz qırx səkkiz dollar iyirmi iki sent) ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsi, iş üzrə məhkəmə ekspertiza xərci 120 (yüz iyirmi) manatın Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit razılaşması və ipoteka müqav ilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və A.Hüseynzadə) 12 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə Oruc Zamanovun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-136/2020 saylı mülki iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iş in yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən apellyasiya şikayətindən göstərilənlər nəzərə alınmamış və məhkəmələr "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən Cavabdeh 18 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilməsini təsdiq edən məxaric orderinin olub-olmamasını araşdırmamışdır. Halbuki, "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən Cavabdeh 18 ay müddətinə 7500 ABŞ dolları məbləğində kredit verilməsini təsdiq edən məxaric orderi mülki iş materiallarına əlavə edilmədiyindən və iddiaçı tərəfindən həmin order birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 88-c i maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

20. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

21. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə al dıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

24. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

25. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və iddiaçının tələb hüququ meydana gəlmişdir.

34. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərt ləri ilə uzlaşır (§ 1-25).

35. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslı olmuşdur.

36. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı saymır ona görə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia qarşı kassa məxaric orderinin olmaması dəlili ilə etiraz etməmiş, həmin xüsusatı mübahisələndirməmişdir. Bu halda yuxarı instansiya məhkəməsində yeni faktlara istinad olunması prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, apellyasiya məhkəməsi tərəfindən əlavə faktlar və sübutlar o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§ 27).

37. Kollegiya b ildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar