Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5095/2021 10.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə və həmin evdən istifadə hüququnun tanınması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1429/2021 saylı iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 sentyabr 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh övladı X5 ilə 28 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. İddiaçı Samux rayonu, Qarayeri qəsəbəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 50.4 kv.m. yaşayış sahəsindən, 47.6 kv.m. köməkçi sahədən, ümumi sahəsi 98 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə gəlin köçərkən ev mərhum qayınatası X4, mərhum qayınatasının atası X6 adına olmuşdur. İddiaçı əri X5 və Cavabdeh bu mübahisəli fərdi yaşayış evində birlikdə yaşamışlar. İddiaçı ilə X2 birgə nikahlarından 18.08.2004-cü il tarixdə Rəna və 01.01.2006-cı il tarixdə Nərmin adlı uşaqları anadan olmuşdur. X5 2019-cu ildə vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı Samux rayonu Qarayeri qəsəbəsində cavabdehin istifadəsində olan fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməklə həmin evdən yaşayış hüquqlarının tanınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X5 vəfat etdikdən sonra qayınanası olan Cavabdeh onun bu evdə yaşamasına imkan verməmişdir. Cavabdeh olan qayınanası Cavabdeh 3 avqust 2020-ci il tarixdə onunla mübahisə etmiş və onu evdən qovmuşdur. O, iki nəfər azyaşlı uşaqlarını götürüb atası evinə getmişdir. Hazırda o, iki nəfər azyaşlı uşağı ilə öz atası evində yaşayır. Onun mərhum əri X5 bu mübahisəli evin yerləşdiyi 0.2 ha torpaq sahəsinin paylı mülkiyyətçisidir. İddiaçı məxsus cehiz əşyaları hələ cavabdehin yaşadığı mübahisəli evdə yerləşir. Odur ki, o, iddia tələbini müdafiə edir və iddiasının təmin olunmasını, onun azyaşlı uşaqları ilə birlikdə mərhum qayınatası X4 və qayınatası Həsrətin mərhum atası X6 adına Samux rayonu Qarayeri qəsəbəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 50.4 kv.m. yaşayış sahəsindən, 47.6 kv.m. köməkçi sahədən, ümumi sahəsi 98 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi və yaşayış hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Samux Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(058)-742/2020 nömrəli qətnaməsi (hakim Nizami Hümbətov) ilə iddia təmin edilərək, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Samux rayon Qarayeri qəsəbəsində 0.20 ha torpaq sahəsində yerləşən və hazırda cavabdehin yaşayıb istifadə etdiyi mübah isəli yaşayış evinə köçürülməklə yaşayış hüququnun tanınması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında olan bu mənzil-hüquq mübahisəsinə həmin dövrdə, 2003-cü ildə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin bu məsələləri tənzimləyən normaları tətbiq etməklə həll edilməlidir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olara q yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürüldüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibə tlərinə xitam verildiyi halda da saxlanılır.
6. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, oğlu vəfat etdikdən sonra iddiaçı ilə münasibətləri pozulmuşdur. İddiaçını evdən qovmamışdır, özü uşaqlarını götürüb getmişdir. Hazırda onun evə qayıtmasna razı deyildir. Belə ki, yaşlı adamdır, iddiaçı yaşlılığından istifadə edib, aralarında münaqişə yaratmaq üçün köçüb orada yaşamaq istəyir. Odur ki, Samux Rayon Məhkəməsinin 2(058)-742/2020 saylı mülki iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 2(104)-1429/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrliyi və məruzəsi ilə), R.Z.Mamedov və Ə.G.Abdullayev) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Samux Rayon Məhkəməsinin 2(058)-742/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apellyasiya kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli hüquq münasibətləri 2003-cü ildən yarandığına görə, birinci instansiya məhkəməsi İddiaçı azyaşlı uşaqları ilə birlikdə hazırda Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı mübahisəli evə gəlin qismində köçmüş, orada uzun müddət təsərrüfatı birgə idarə etmiş, bununla da orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdi r. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, İddiaçı mərhum ərinin qanun üzrə birinci növbəli vərəsəsi kimi hazırda həmin ev barəsində vərəsə kimi payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmış və Samux Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Göründüyü kimi, hazırkı vəziyyətdə iddiaçının həmin ev barəsində mülkiyyət hüquqlarının qeydə alınmasının real gözləntisi də vardır.
9. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddələrinin şərh olunması” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
10. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1429/2021 saylı iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılıb araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qarayeri qəsəbəsində 0.2 ha torpaq sahəsində yerləşən 98 kv.m. ümumi sahəli fərdi yaşayış evinin mülkiyyətçilərindən mərhum X7 iddiaçının qayınatası, mərhum X10 isə iddiaçının ərinin babası, yəni qayınatasının atasıdır. Mülkiyyətçilər X10 1 may 1988-ci ildə, X7 isə 23 noyabr 1991-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə mübahisəli mənzilə gəlin kimi 28 oktyabr 2003-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olduqdan sonra köçmüşdür. İddiaçı mübahisəli mənzilə gəlin köçərkən evin faktiki sahibləri həyatda olmamışlar. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə istinad edərək iddianı rədd etməli idi. Belə ki, iddiaçı mübahisəli mənzilə gəlin köçməmişdən də əvvəl həmin mənzil mülkiyyət hüququ əsasında mərhumların adlarına olmuş və bu barədə qeydiyyat vəsiqəsi olmuşdur. Məhkəmələr bu barədə müvafiq olaraq AR ƏMDK yanından DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu verəcəyi təqdirdə də bu fakt sübuta yetiriləcək idi. Məhkəmələr bu barədə araşdırma aparmamışdır. Məhkəmə mübahisəli mə nzilə dair çıxarışın 30.07.2020-ci il tarixdə verilməsini əsas götürərək 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123, 53 və 54-cü maddələrinə istinad edib iddianı təmin etmək nəticəsinə gəlmişdirsə, belə olan halda AR ƏMDK yanında DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu verərək, iddiaçının mübahisəli mənzilə gəlin kimi köçdüyü vaxtda mübahisəli mülkün dövlət qeydiyyatına alınıb-alınmamasını dəqiqləşdirməli idi. Bundan başqa, məhkəmə digər mülki işin nəticəsinə əsasən hazırkı iddianın təmin edilməsi nəticəsinə gəlirdisə, bu zaman həmin işə baxılıb qurtarıb qətnamə qanuni qüvvəsini alana qədər hazırkı işin icraatını dayandırmalı idi. İkinci növbədə, iş materiallarında olan çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində 0.2 ha torpaq sahəsində yerləşən 98 kv.m. ümumi sahəli fərdi yaşayış evinin ½ hissəsi mərhum X4 və ½ hissəsi mərhum X6 mülkiyyətindədir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən iddiaçının qeyd edilən əmlakda gözlənti mülkiyyət hüququ yoxdur.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2021-ci il tarixli 2(104)-1429/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh t ərəf məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
15. Maddə 53 İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
16. Maddə 54 İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz ar vadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərarəb surətdə istifadə etmək hüququ əldə edirlər.
17. Maddə 123 Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürüldüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir.
19. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şika yətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
24. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§21).
26. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§22).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§21). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. İş üzrə Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiklərindən və qətnamənin ləğv edilməsini xahiş etdiklərindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı mübahisəli evə gəlin qismində köçmüş, orada uzun müddət təsərrüfatı birgə idarə etmiş, bununla da orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, 3 dekabr 2019-cu il tarixdə vəfat etmiş iddiaçının əri X5 mübahisəli Samux rayonu, Qarayeri qəsəbəsində 0.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/3 hissəsinin mülkiyyətçisi olmuşdur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı mərhum ərinin qanun üzrə birinci növbəli vərəsəsi kimi hazırda həmin ev barəsində vərəsə kimi payının müəyyən edilməsi barədə iddia qaldırmış və Samux Rayon Məhkəməsinin 4 mart 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin mülki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması barədə hər hansı sübut təqdim edilməsə də, hazırkı vəziyyətdə iddiaçının həmin ev barəsində mülkiyyət hüquqlarının qeydə alınmasına real gözləntisinin olması nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, kassator kassasiya şikayətində məhkəmələr tərəfindən iddianın rədd edilməsi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə istinad edilməli olunduğunu qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi hüquq normalarının pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, İddiaçı Cavabdeh qarşı 2003-cü ildən 2020-ci ilədək bir ailə üzvü kimi yaşadığı fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə köçürülməklə həmin evdən yaşayış hüquqlarının tanınması tələbinin rədd edilməsini istisna edən halın mövcud olduğunu sübut edə bilməmişdir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§23).
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiy a kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1429/2021 saylı iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.