Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5097/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh1 İnqlab oğlu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-113/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin (hakim Afiq Hüseynzadə) 02 noyabr 2016-cı il tarixli 2-6767 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc məbləği üzrə 10685,79 ABŞ dolları, faiz üzrə 1544,80 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları olmaqla, cəmi 12330,59 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində, 08.08.2014-cü il tarixli, 010mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc məbləği üzrə 9445,91 manat, faiz üzrə 162,02 manat, cərimə məbləği üzrə 100 manat olmaqla, cəmi 9707,93 manat və 24.12.2014-cü il tarixli, 010mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc məbləği üzrə 2658.03 ABŞ dolları, faiz üzrə 252,05 ABŞ dolları, cərimə məbləği üzrə 30 ABŞ dolları olmaqla, cəmi 2940,08 ABŞ dolları ödəniş anına manata məzənnə il ə manat ekvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq, “xxxx”ASC-yə ödənilməsi, 06.06.2014-cü il tarixli, 010mk-l/14 saylı, 08.08.2014-cü il tarixli, 010mk-2/14 saylı və 24.12.2014-cü il tarixli, 010mk-3/14 saylı əlavə kredit müqavilələri üzrə tutma ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətindəki Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,199 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, 06.06.2014-cü il tarixli, 010mk-l/14 saylı əlavə kredit müqaviləsi üzrə tutmanın 06.06.2014-cü il tarixli, 010mkg/14 saylı girov müqaviləsi ilə girov qoyulmuş, döviyyədəki malların girovu qismində 10500 manat dəy ərində, 70 kubmetr taxta materiallarına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılmaqla, satışdan əldə olunmuş pul vəsaiti hesabına 06.06.2014-cü il tarixli 010mk-l/14 saylı, 08.08.2014-cü il tarixli 010mk-2/14 saylı və 24.12.2014-cü il tarixli 010mk-3/14 saylı əlavə kredit müqavilələri üzrə tələblər, həmçinin girov predmeti olan əmlakların satışından əldə olunmuş pul vəsaitinin hesabına 06.06.2014-cü il tarixli, 010mk-l/14 saylı əlavə kredit müqaviləsi üzrə tələblər və məhkəmə xərclərinin ödənilməsi, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətinin 42500 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Göygöl rayonu, Balçılı kəndində yerləşən 0,199 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Nuru Quliyev) 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 2-6767 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən faiz üzrə 1544,80 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində, 08.08.2014-cü il tarixli, 010mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən faiz üzrə 162,02 manat, cə rimə məbləği üzrə 100 manat və 24.12.2014-cü il tarixli, 010mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən faiz üzrə 252,05 ABŞ dolları, cərimə məbləği üzrə 30 ABŞ dolları olmaqla ödəniş anına manata məzənnə ilə manat ekvivalentində tutularaq “xxxx”ASC-yə ödənilməsi və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh1 arasında 05.06.2014-cü il tarixli, 010mk/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 06.06.2016-cı il tarixədək, illik 24 faiz ödəmək şərtilə 22500 ABŞ dolları, 08.08.2014-cü tarixli, 010mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 08.08.2017-ci il tarixədək, illik 6 faiz ödəmək şərti ilə 15000 manat və 24.12.2014-cü il tarixli, 010mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, 24.06.2016-cı il tarixədək, illik 24 faiz ödəmək şərtilə 4600 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi “xxxx” KB ASC ilə X1 arasında 05.06.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq sonuncuya məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.199 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 06.06.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 03 saylı ərazi idarəsində qeydiyyata alınmış və RX0400849 nömrəli ilə qeydiyya ta aklınmışdır. Bundan başqa, 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh1 arasında 06.06.2014-cü il tarixli 010mkg/14 saylı girov müqaviləsi bağlanaraq girov qoyanda saxlanılan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunan dövriyyədəki mallar (10500 manat dəyərində mal qalığı) banka girov qoyulmuşdur. 05.06.2014-cü il tarixli 010mk/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini kimi, eyni zamanda Cavabdeh2 ilə bank arasında 06.06.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanaraq Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliyin təmin edilməməsi təqdirdə, məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdeh bank qarşısında olan öhdəliyi vaxtında və la zıminca icra etmədiyindən onun banka 27.07.2016-cı il tarixə, 06.06.2014-cü il tarixli 010mk-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10.685,79ABŞ dolları, faiz borcu üzrə 1544,80 ABŞ dolları, cərimə borcu üzrə 2629,04 ABŞ dolları, cəmi 14859,63 ABŞ dolları 08.08.2014-cü il tarixli 010mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9445,91 manat, faiz borcu üzrə 162,02 manat, cərimə borcu üzrə 1895,31 manat, cəmi 11503,24 manat və 24.12.2014-cü il tarixli 010mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2658,03 ABŞ dolları, faiz borcu üzrə 252.05 ABŞ dolları, cərimə borcu üzrə 130,03 ABŞ dolları, cəmi 3040,11 ABŞ dolları məbləğində borcu təşkil etmişdir. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müra ciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 İnqlab oğlukassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikl ərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, bankla Cavabdeh1 arasında 05.06.2014-cü il tarixli, 010mk/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 06.06.2016-cı il tarixədək, il lik 24 faiz ödəmək şərtilə 22500 ABŞ dolları, 08.08.2014-cü tarixli, 010mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 08.08.2017-ci il tarixədək, illik 6 faiz ödəmək şərti ilə 15000 manat və 24.12.2014-cü il tarixli, 010mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, 24.06.2016-cı il tarixədək, illik 24 faiz ödəmək şərtilə 4600 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi “xxxx” KB ASC ilə X1 arasında 05.06.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq sonuncuya məxsus Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.199 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 06.06.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında DƏDRX-nin 03 saylı ərazi idarəsində qeydiyyata alınmış və RX0400849 nömrəli ilə qeydiyyata aklınmışdır. Bundan başqa, 06.06.2014-cü il tarixli, 010mk1/14 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh1 arasında 06.06.2014-cü il tarixli 010mkg/14 saylı girov müqaviləsi bağlanaraq girov qoyanda saxlanılan və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunan dövriyyədəki mallar (10500 manat dəyərində mal qalığı) banka girov qoyulmuşdur. 05.06.2014-cü il tarixli 010mk/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini kimi, eyni zamanda Cavabdeh2 ilə bank arasında 06.06.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanaraq Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliyin təmin edilməməsi təqdirdə, məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdeh bank qarşısında olan öhdəliyi vaxtında və lazıminca icra etmədiyindən onun banka 27.07.2016-cı il tarixə, 06.06.2014-cü il tarixli 010mk-1/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 10685,79ABŞ dolları, faiz borcu üzrə 1544,80 ABŞ dolları, cərimə borcu üzrə 2.629,04 ABŞ dolları, cəmi 14859,63 ABŞ dolları 08.08.2014cü il tarixli 010mk-2/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9.445,91 manat, faiz borcu üzrə 162,02 manat, cərimə borcu üzrə 1.895,31 manat, cəmi 11503,24 manat və 24.12.2014-cü il tarixli 010mk-3/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2658,03 ABŞ dolları, faiz borcu üzrə 252,05 ABŞ dolları, cərimə borcu üzrə 130.03 Abş dolları, cəmi 3 040,11 ABŞ dolları məbləğində borcu təşkil etmişdir. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişlər və bu günə kimi olan borcunu ödəməmişlər. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdehbirinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz və cərimə borcu hissəsini mübahisələndirmişdir. İddiaçı bank isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi dispozitivlik prinsipi hüququnu nəzərə alaraq qətnaməni şikayət vermiş şəxsə münasibətdə yoxlayıb hüquqi qiymət vermişdirir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertiza Mərkə zinin 31 avqust 2018-ci il tarixli 15160 nömrəli rəydən görünür ki, tərəflər arasında bağlanmış 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İnqlab oğlunun 10685,79 ABŞ dolları əsas, 1544,80 ABŞ dolları faiz və 2629,04 ABŞ dolları cərimə borcu, 08.08.2014-cü il tarixli, 010mk-2/14 saylı kredit müqaviləsi üzrə əsas borc 9445,91 manat, faiz borcu 162.02 manat və cərimə borcu 1895,31 manat, 24.12.2104-cü il tarixli, 010mk-3/14 saylı kredit müqaviləsi üzrə əsas borc 2685,03 ABŞ dolları, faiz borc 252,05 ABŞ dolları və cərimə borcu 130,03 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası MM-in385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, ə mlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin442cimaddəsinəgörəöhdəliyinicraedilməməsidedikdəonunpozulmasıvəyalazımıncaicraedilməməsi (vaxtındaicraedilməməsi, mallarda, işlərdəvəxidmətlərdəqüsurlarlavəyaöhdəliyinməzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozma qlaicraedilməsi) başadüşülür. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunun yuxarıda göstərilən müddəalarına görə borclu öz öhdəliklərini vaxtında və lazımınca icra etməli olduğu halda, cavabdeh axıra qədər və vaxtında üzərinə kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərini icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilində cavabdeh tərəf onun banka olan real borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətinə qiymət verməməsini göstərsə də, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində əldə edilmiş 31 avqust 2018-ci il tarixli 15160 nömrəli rəydən görünür ki, tərəflər arasında bağlanmış 06.06.2014-cü il tarixli, 010mk-1/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İnqlab oğlunun 10685,79 ABŞ dolları əsas, 1544,80 ABŞ dolları faiz və 2629,04 ABŞ dolları cərimə borcu, 08.08.2014-cü il tarixli, 010mk-2/14 saylı kredit müqaviləsi üzrə əsas borc 9445,91 manat, faiz borcu 162,02 manat və cərimə borcu 1895,31 manat, 24.12.2104-cü il tarixli, 010mk-3/14 saylı kredit müqaviləsi üzrə əsas borc 2685,03 ABŞ dolları, faiz borc 252,05 ABŞ dolları və cərimə borcu 130,03 ABŞ dolları təşkil etmişdir. Bundan belə məlum olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulan faiz və cərimə borcu şişirdilməmişdir. Cavabdehin həmin dəlili ekspert rəyi ilə təkzib olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya məhkəməsi hər iki tərəfin məhkəmə iclasında, sübutlar təqdim etmək imkanını təmin etməklə onların təqdim etdikləri sübutlar əsasında işə baxaraq qətnamə qəbul etməyi əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavab dehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 İnqlab oğlunun kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-113/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 İnqlab oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5097/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5097/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver