Məhkəmə qərarları › İş №2(102)-5098/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5098/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5098/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) 12.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(104)522/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh arasında 11.12.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 27 faizlə 2.600 ABŞ dolları məbləğdə kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “Unibank» KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.497,24 ABŞ dolları əsas, 217,65 ABŞ dolları faiz, 790,25 ABŞ dolları cərimə olmaqla, cəmi 2.505,14 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(013)-208/2020 s aylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev), iddia qismən təmin edilmiş, cavabdehdən qətnamə icra olunan günə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə 1418 ABŞ dolları məbləğdə əsas, 44,31 ABŞ dolları məbləğdə faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1.472,31 ABŞ dolları məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatına görə Cavabdeh 145 manat tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın əsas məbləğə görə 79,24 ABŞ dolları, faiz borcuna görə 173,34 ABŞ dolları və cərimə borcuna görə 780,25 ABŞ dolları hissəsində rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni cavabdehin 11.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia verilən tarixə, yəni 14.09.2019-cu il tarixə kimi 1418 ABŞ dolları məbləğd ə əsas və 44,31 ABŞ dolları məbləğdə faiz borcunun olması barədə mühasibatlıq ekspertizasının 25.12.2019-cu il tarixli rəyinə, təqdim olunmuş mühasibatlıq sənədlərinə, Mülki Məcəllənin 385, 427.3, 439, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(104)-522/2021 saylı qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir.

8. Mə hkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 16.04.2020-ci il tarixli, 26-07272-2020 saylı məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 11.12.2013-cü il tarixli 11405nkCNTR/13 saylı kredit müqaviləsi kompensasiya hesablanması hissəsində Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcundan devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına cəmi 1.547,79 manat məbləğində kompensasiya ayrılmışdır. Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəld ilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən də hesablanmış kompensasiya məbləği proporsional qaydada, Cavabdeh 01.03.2019-cu il tarixinə "xxxx" BOKT ASC qarşısında 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Eyni zamanda Cavabdeh 01.03.2019-cu il tarixə banklar qarşısında 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcu (milli valyutada 7000 manat və ya xarici valyutada 10000 ABŞ dolları məbləğinədək) olmadığından restrukturizasiya olunmalı kreditlər siyahısında restrukturizasiya olunacaq kredit müqaviləsi nəzərdə tutulmamışdır. Bununla yanaşı bank tərəfindən müvafiq kredit müqaviləsinin müddətinin 17 ay uzadılmasına dair Cavabdeh 08.04.2015-ci il tarixli imzalı ərizəsi təqdim edilmiş, lakin bank tərəfindən ərizə əsasında 11405nkCNTR/13 saylı kredit müqaviləsinə edilmiş əlavə və ya dəyişikliyə dair sənəd Mərkəzi Banka daxil olmamışdır. Bununla bağlı Mərkəzi Bank tərəfindən 26.06767-2020 saylı 07.04.2020-ci il tarixli icrası məcburi göstəriş məktubu göndərilmişdir.

9. Beləliklə göründüyü kimi, Cavabdeh bağladığı 11.12.2013-cü il tarixli, 11405nkCNTR/13 saylı kredit müqaviləsi kompensasiya hesablanması hissəsində Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüyündən, hesablanmış kompensasiya məbləği proporsional qaydada, Cavabdeh 01.03.2019-cu il tarixinə "xxxx" BOKT ASC qarşısında 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Eyni zamanda Cavabdeh 01.03.2019-cu il tarixə banklar qarşısında qalı q borcunun olmadığı müəyyən olunmuşdur.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı “Unibank“KB ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcu olmaması barədə nəticəyə gələrkən hansı sübuta əsasən bu nəticəyə gəldiyini göstərməmiş, qətnaməni əsaslandırmamışdır. Əgər məhkəmənin 01.03.2019-cu il tarixə cavabdehin banklar qarşısında qalıq borcunun olmadığı qənaətinə gəlməsinə səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının məktubunda qeyd edilən «Eyni zamanda Cavabdeh 01.03.2019-cu il tarixə banklar qarşısında 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcu (milli valyutada 7000 manat və ya xarici valyutada 10.000 ABŞ dolları məbləğinədək) olmadığından restrukturizasiya olunmalı kreditlər siyahısında restrukturizasiya olunacaq kredit müqaviləsi nəzərdə tutulmamışdır» cümləsidirsə, bildirir ki, 360 gündən çox gecikməsi olmayan qalıq borcun olmaması cavabdehin ümumiyyətlə qalıq borcunun olmaması anlamına gəlmir.

13. Məhkəmə cavabdehin borcunun olmasını müəyyən edən məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini də nəzərə almamış, bunun səbəbini əsaslandırmamışdır. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkillə təmsil olunmadığına görə onun izahatı dinlənilməmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məs uliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məh kəməsinə göndərə bilər; Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

19. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək o lan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (ma ddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

25. Belə ki, tərəflər arasında 11.12.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 27 faizlə 2.600 ABŞ dolları məbləğdə kredit verilməsi işin mübahisəsiz halıdır.

26. İddiaçı cavabdehin borcu tam ödəmədiyini və iddia ərizəsində qeyd olunan məbləğdə borcunun olduğunu bildirir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət idi ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşməsini nəzərə almamışdır. Kredit Bürosunun məlumatlarına əsasən onun borcu yoxdur.

27. Lakin iş materi allarına əlavə edilmiş kredit reyestrindən 10.10.2019-cu il tarixə olan çıxarışda (səh. 42) cavabdehin "xxxx" KB ASC-yə xarici valyutada kredit borcu 1.729,7, hesablanmış kompensasiya 1.037,82 manat kimi əksini tapmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən, tərəflərin arasında bağlanmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən cavabdehə kompensasiya ödənilib- ödənilməməsi, ödənilmişdirsə həmin məbləğ nəzərə alınmaqla borcun müəyyən olunması barədə sual qoymamışdır.

29. Məhkəmənin ekspert rəylərini təhlil edib qiymətləndirmədən, nəyə görə rəyin düzgün olmadığını əsaslandırmadan, Milli Bankın məktubunda göstərilən məlumatların mötəbərliyini müəyyən etmək üçün əlavə araşdı rma aparmadan iddianı rədd etməsi, qətnamənin əsaslılığı və qanuniliyi barədə prosessual qanunvericiliyin tələbinə uyğun deyildir.

30. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa ç alışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPMnin 77.3, 102.1, 102.2-ci maddələri).

31. Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər.

32. Həmçinin nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil.

33. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə - rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür.

34. Ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1ci maddələri).

35. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanu nun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıdır.

37. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzaki rə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(104)522/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar