Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5099/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq m əhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(060)-806/2020 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın təmin edilməsi, Cavabdeh 6.434,38 manat əsas borc, 1.478,84 manat faiz borcu olmaqla, cəmi 7.913,22 (yeddi min doqquz yüz on üç) manat 22 (iyirmi iki) qəpik və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 03 mart 2020-ci il tarixli 2( 060)-806/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” (Azərbaycan) ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 16.07.2015-ci il tarixli, 138824-1-17677 nömrəli kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 16.11.2015-ci il tarixli 1 saylı və 12.02.2016-cı il tarixli 2 saylı razılaşmalara əsasən 26 noyabr 2019-cu il tarixə banka borclu olduğu 6.434,38 manat əsas, 1.478,84 manat faiz, cəmi 7.913,22 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” (Az ərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 138824-CNS-13716 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi üzrə banka olan borcunu bağlamaq məqsədilə bank ilə 16.07.2015-ci il tarixli 138824-1-17677 №-li “Nağd pul krediti müqaviləsi” bağlamış və həmin müqaviləyə əsasən cavabdehə 48 (ay müddətinə illik 22 faiz hesablanması şərti ilə 12.082 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit vəsaiti hesabına onun 27.11.2014-cü il tarixli,138824-CNS-13716 №-li “Nağd pul krediti müqaviləsi” üzrə banka olan borcu silinmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 1 6.07.2015-ci il tarixli,138824-1-17677 №-li nağd pul krediti müqaviləsimə dəyişiklik və əlavələr edilməsi barədə 16.11.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh 16 noyabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 12.051 AZN məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu illik 27 faiz hesablanması şərti ilə 60 ay müddətinə, yəni 16.11.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış 16.07.2015-ci il tarixli 138824-1-17677 №-li nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 12.02.2016-cı il tarixli saylı razılaşmaya əsasən Cavabdeh 12 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 1 2.087 manat məbləğində müəyyən edilmiş və illik 27 faiz hesablanmaqla 58 ay müddətinə, yəni 12.12.2020-ci il tarixədək uzadılmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 18 fevral 2019-cu il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 26.11.2019-cu il tarixə 6.434,38 manat məbləğində əsas borc, 1.478,84 manat məbləğində faiz borcu, ümumilikdə isə 7.913,22 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli “MM-nin 399.3,399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Plenum qərarını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyas ı məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatını dinləyi b hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarını n faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 16.07.2015-ci il tarixli,138824-1-17677 №-li nağd pul krediti müqaviləsindən görünür ki, “xxxx” (Azərbaycan) ASC borcalan Cavabdeh 48 ay müddətinə, illik 22% olmaqla 12.082 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 138824-1-17677 №-li nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 16.11.2015-c i il tarixli, 1 saylı razılaşmaya əsasən Cavabdeh 16 noyabr 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 12.051 (on iki min əlli bir) manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu illik 27 (iyirmi yeddi) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə, yəni 16.11.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 16.07.2015-ci il tarixli, 138824-1-17677 №-li nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 12.02.2016-cı il tarixli, 2 saylı razılaşmaya əsasən Cavabdeh 12 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 12.087 (on iki min səksən yeddi) manat məbləğində müəyyən edilmiş və illik 27 (iyirmi yeddi) faiz hesablanmaqla 58 (əlli səkkiz) ay müddətinə, yəni 12.12.2020-ci il tarixədək uzadılmışdır. İşdə olan 26 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borcu 6.434,38 AZN, faiz borcu 1.478,84 AZN, cəmi borc 7.913,22 AZN təşkil edir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh krediti və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə ca vabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi və vəkilinin iş üzrə faiz borcunun dəyişdirilməsi barədə göstərdiyi dəlili qəbul etməyərək, qeyd etmişdir ki, cavabdehin bunun nə əsasında dəyişdirilməsi barədə məhkəməyə heç bir sənəd və lazımi sübut təqdim etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də ka ssasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5099/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5099/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver