Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-510/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Azərbaycan Dəmır Yolları” X6rşı “ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5513/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçının mərhum əri X7 Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. xx.xx.2012-ci il tarixdə Lökbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində 124 saylı marşrutla hərəkət edən sərnişin avtobusu açıq şlaqbaumdan keçərək, sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən iddiaçının əri X7 vəfat etmişdir. Həmin hadisə ilə əlaqədar təqsirli bilinmiş X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzası 9 il müddətinə qaldırılmışdır.
2. İddiaçı ailə başçısının itirməsi səbəbi ilə ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə "xxxx" QSC-yə qarşı iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5230/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2359/2020 saylı qətnaməsinin mənəvi zərər hissəsində dəyişdirilməsi, vurulmuş zərərin əvəzi olaraq məbləği 10.000 manat tutulması qət edilmişdir.
3. Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin xx.xx.2023-cü il tarixli əmək haqqı və digər gəlirlər haqqında ara yışına əsasən, “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin işçisi X5 avqust 2012-ci il tarixinə 1099,50 manat məbləğində əmək haqqı hesablanmışdır.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş 16 aprel 2020-ci il tarixli orta aylıq əmək haqqı haqqında arayışa əsasən, “Neftqaztikinti” trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcı peşəsi üzrə 2012-ci il üçün orta aylıq əmək haqqı 1021,73 manat təşkil etmişdir.
5. İddiaçıya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017ci il tarixli, xxxxxxx0001 saylı qərarı ilə ümumi xəstəlik səbəbindən (beyin infarktının nəticələri, sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrar işemik insultla rdan sonra vəziyyət heiplogiya, sol tərəfli dərin hemiplegiya, durğunluq ürək çatışmazlığı, ürək çatışmazlığı İİİ F/s diaqnozu) (yüngül işlərdə işləyə bilər) 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. 6. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ləğv edilmişdir. Hüquqi varisi Cavabdeh1dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X3 cavabdehlər “Azərbaycan Yerüstü Nəqliyyat Agentlıyı” X18 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
8. İddia ərizəsində qeyd etdilmişdir ki, mərhum əri X7 xx.xx.2012-ci il tarixində səhər saatlarında Lökbatan qəsəbəsində 124 saylı marşrut avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində həyatını itirmişdir. Hadisə ilə əlaqədar cinayət işi başlanmış və araşdırmalar nəticəsində X2 və X12 yol hərəkəti qaydalarını pozduqları müəyyən edilmişdir. X4, “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərini pozaraq, qorunan keçiddə qatarın yaxınlaşması barədə xəbərdarlıq etməsinə baxmayaraq, şlaqbaumları vaxtında bağlamamış və nəqliyyat vasitələrinin keçidə girməsinə mane olmamışdır. Ağayev Fərid isə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 2-ci və 5-ci bəndlərini pozaraq, şlaqbaumun vəziyyətinə və qatarın yaxınlaşmasına baxmayaraq, keçidi keçib və qatarla toqquşmuşdur. Bu qanun pozuntuları nəticəsində, mərhum Tahir Nəcəfquliyev ciddi xəsarətlər alaraq həyatını itirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş məlumatlara əsasən, mərhumun 2012-ci ildə aldığı əmək haqqı 1099,5 manat olmuşdur. Həmçinin, həmin ilin əmək haqqı ilə bağlı əlavə hesablamalar əsasında mərhumun həyat yoldaşına vurulmuş zərər 140.998,74 manat müəyyən edilmişdir. Qanunla, həyat yoldaşının vəfat etmiş şəxsin sağlığında aldığı son əmək haqqı nəzərə alındığından, bu məbləğ kompensasiya olaraq tələb edilir. Lakin, əgər indiki əmək haqqı hesablanmış olsaydı, zərər daha yüksək olardı. Buna baxmayaraq, qanunla təyin edilmiş əmək haqqı ilə hesablanmış məbləğdən zərər vurulmuş sayılaraq, həyat yoldaşı tərəfindən 140.998,74 manat zərərin ödənilməsi tələb olunur.
9. Cavabdeh1 nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz yanaşı, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı əri xx.xx.2012-ci il tarixdə vəfat etmiş və iddiaçının da bundan xəbəri olmuşdur. Beləliklə, iddiaçı ümumi iddia müddətini buraxmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)2048/2024 nömrəli qətnaməsi ilə (hakim R. Xəlilov) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı ərinin ölümünü ailəni dolandıranın ölümü (ailə başçısını itirmək) kimi qiymətləndirərək, ona vurulan zərərin ödənilməsini tələb etsə d ə, işin faktiki halları Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun gəlmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən maddənin 3-cü bəndində zərərin əvəzinin kimlərə ödənilməsinin də dairəsi konkret olaraq müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; on səkkiz yaşı ndan yuxarı tələbələrə- əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə-ömürlük; əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə- qulluq etdikləri on dörd yaşına çatanadək. Göründüyü kimi, iddia tələbi Mülki Məcəllənin 1121-ci maddəsinin əhatə dairəsinə düşmür.
12. İddiaçı əri vəfat edənə kimi onun himayəsində olmasını və həmçinin, onun öldüyü günədək ondan dolanacaq təminatı almasını bildirsə də, qanunvericiliyin tələbinə əsasən məhz bu amillə bağlı zərərin əvəzini tələb hüququna malik olan şəxslər əm ək qabiliyyəti olmayan şəxslərdir. İddiaçı ərinin vəfat etdiyi tarixədək onun himayəsində olmasını və əmək qabiliyyətinin olmamasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut olaraq məhkəməyə təqdim edilən əlilliyi qiymətləndirilən şəxs barədə xx.xx.2017-ci il tarixli məlumatdan isə göründüyü kimi iddiaçı ilkin müayinə zamanı xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcəli əlil hesab edilmiş, yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əri vəfat etdikdən 5 il sonra o, əlil hesab edilmiş və həmçinin buna baxmayaraq iddiaçı yenə də əmək qabiliyyəti olmayan şəxs hesab edilməmişdir.
13. Bundan başqa, Mülki Məcəllənin 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Həmçinin, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orq anizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi himayəçi yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin edilir. İş üzrə bu hallar müəyyən edilmir. Həmçinin, ərin və arvadın bir-birini saxlamaq vəzifəsinin olması bir-birinin himayəsində olması kimi qiymətləndirilməməlidir ( ər-arvad bir birinə münasibətdə birinin digəri üzərində himayəçisi anlamını daşımır).
14. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı d aha əvvəl ərinin vəfat etməsi ilə əlaqədar cavabdeh "xxxx" QSC-yə qarşı ona dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilərək, ona ərinin vəfat etməsi ilə bağlı 10.000 manat məbləğində mənəvi ziyanın əvəzi ödənilmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-yə qarşı “maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir.
15. Məhkəmə cavabdeh "xxxx" QSC-nin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, iddian ın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Belə ki, iddia müddəti yalnız iddia tələbi əsaslı olduğu təqdirdə ona tətbiq edilməli olan hüquq olduğundan bu halda tətbiq edilməsi mümkün deyildir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 33.6, 1096, 1097, 1121.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciəti iddiaçının ərinin ölməs indən sonra əlil olması əsası ilə deyil. Cavabdehin dəlilləri ilə bağlı fikir bildirərkən iddiaçının hadisədən sonra əlil olmasını qeyd etmişdir. İddia ərizəsində də bu hala toxunulmamışdır. Əksinə ərizədə və məhkəmə iclasında verilmiş izahatda Mülki Məcəllənin 1121.1.1-ci maddəsində nəzərdə tutulan ölənin himayəsində olmuş şəxs olaraq iddia irəli sürüldüyü bildirmişdir. Məhkəmə isə iddianı əsassız olaraq təmin etməmişdir. Digər tərəfdən iddiaçı mərhumun həyat yoldaşı olduğundan ailə başçısı olan ərinin himayəsində sayılır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1121.1.1. maddəsinin 1-ci hissəsində nəzərdə tutulub və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. İrəli sürülmüş iddia tələbinin qanuni əsasının mövcud olmasına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığı halda məhkəmə qətnamədə bunun əksini qeyd edərək, iddianı əsassız olaraq təmin etməmiş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələndirmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5513/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçının ərinin ölümünə görə zərərin ödənilməsini tələb etməsi, ailə başçısının ölümündən sonra zərər çəkən şəxslərə zərərin əvəzinin ödənməsi ilə əlaqədar Mülki Məcəllənin 1121-ci maddəsinin şərtlərinə uyğun gəlmir. Məhkəmə, birinci instansiya məhkəməsinin bu nəticəyə gəlməsini doğru sayaraq qeyd etmişdir ki, iddiaçının ərinin vəfat etdiyi dövrə qədər onun himayəsində olduğunu bəyan etməsi, qanunvericiliyə görə yalnız əmək qabiliyyəti olmayan şəxslərə aid olan tələbləri əhatə edir. Lakin iddiaçı məhkəməyə əmək qabiliyyəti olmayan şəxs olduğuna dair sübut təqdim etməmişdir.
21. Məhkəməyə təqdim edilən 2017-ci il tarixli əlillik məlumatında göstərilmişdir ki, iddiaçı yalnız həmin tarixdə ikinci dərəcəli əlil hesab olunmuş və yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Bu da onu göstərir ki, iddiaçı əmək qabiliyyətini itirmiş şəxs sayılmır. Əlavə olaraq, ərinin vəfatından beş il sonra əlil hesab edilmə si, onun əvvəlki dövrə aid olan əmək qabiliyyəti ilə bağlı sübutların olmamasına səbəb olur. Bu səbəbdən, iddiaçının irəli sürdüyü tələbin hüquqi əsasları və faktiki halları bir-birini tutmur və apellyasiya şikayəti əsassız hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1097.5, 1121.1, 1121.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5513/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi, idd ianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 1121-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin normaya əsasən, zərərin ödənilməsi tələbi yalnız əmək qabiliyyəti olmayan şəxslərə aid deyil. İddiaçı, ölənin himayəsində olmuş şəxs olaraq, qanunvericiliyə uyğun olaraq ərinin vəfatı nəticəsində zərərin əvəzinin ödənilməsini tələb edib. Mülki Məcəllənin 1121.1.3 maddəsinə görə, ölənin himayəsində olan və əmək qabiliyyəti olmayan şəxslər, o cümlədən arvad (ər), qardaş, bacı, uşaqlar və digər ailə üzvləri də zərərin ödənilməsi hüququna malikdir. Göründüyü kimi Mülki Məcəllənin 1121-ci maddəsi apellyasiya məhkəməsinin qeyd etdiyi kimi yalnız ölənin himayəsində olmuş, zərərin əvəzini tələ b hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər deyil, bu hüquq əmək qabiliyyətindən asılı olmayaraq bütün ailə üzvlərinə şamil edilir. İddiaçının irəli sürdüyü tələbin hüquqi əsası Mülki Məcəllənin 1121.1.1 maddəsinin 1-ci hissəsinə uyğun gəlir və faktiki hallar həmin maddə ilə uzlaşır. İddiaçı ona dəymiş maddi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu səbəbdən irəli sürülmüş iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1121.1.1. maddəsinin 1-ci hissəsində nəzərdə tutulub və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. Beləliklə apellyasiya məhkəməsi qanunu səhv təfsir edərək maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim ed ərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Mülki Məcəllənin 1121-ci maddəsinə istinad edərək, zərərin əvəzinin ödənilməsini tələb etmiş, lakin bu maddənin tətbiqi üçün iddiaçının əmək qabiliyyəti olmayan şəxs olduğunu və ya ölənin himayəsində olduğunu sübut etməli olduğu halda, heç bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı özünün əlillik statusu ilə bağlı yalnız 2017-ci il tarixli arayış təqdim etmiş, lakin bu arayışda göstərilən məlumatlar iddiaçının əmək qabiliyyətinin olmadığını təsdiq etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqd arda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd ə məl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
31. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
32. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələri nə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
33. Maddə 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.
34. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssi sələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.
35. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Hə min şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
36. Maddə 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır.
45. Hazırkı halda iddiaçı cavabdehlərdən ailə başçısının (ərinin) ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Kassasiya şikayətində maddi hüquq norması kimi MM-nin 1121-ci maddənin məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyi qeyd edilir.
46. MM-nin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulmuşdur.
47. Kollegiya qeyd edir ki, bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.
48. İşin mübahisəsiz halıdır ki, hazırkı halda X7 öldüyü günədək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində işləmiş və avqust 2012-ci il tarixinə ona hesablanmış əmək haqqı 1099,50 manat olmuşdur. Ailənin maddi təminatının eyni zamanda digər ailə üzvləri tərəfindən təmin edilməsi barədə işdə sübutlar olmadığından məhkəmə tərəfindən iddiaçının ərinin ailə başçısı olduğu düzgün müəyyən edilmişdir.
49. İşdən görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbinin əsaslı olub-olmadığı yalnız MM-nin 1121.1.1 və 1121.1.4-cü maddələrinin dispozisiya şərtləri əsasında yox lanılmış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilmişdir.
50. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, əri vəfat etdiyi günədək (xx.xx.2012-ci il) iddiaçı əmək qabiliyyətli şəxs olduğundan tələbin təmin edilməsi üçün MM-nin 1121.1.1-ci maddəsində nəzərdə tutulmuş əsas mövcud olmamışdır.
51. İddia tələbinin MM-nin 1121.1.4-cü maddəsi əsasında təmin edilməsi üçün isə iddiaçı tərəfindən iki şərtin mövcudluğu təsdiq edilməli idi-iddiaçının ailə başçısı öldüyü günədək onun himayəsində olması və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirməsi.
52. Hazırkı halda iddiaçıya xx.xx.2017-ci il tarixdə (ailə başçısının ölümündən 5 il keçmədən) ikinci dərəcə əlillik təyin edildiyi halda apellyasiya instansiyası məhkəməsi qətnamə də əlilliyin iddiaçının ərinin vəfatından 5 il sonra əldə edildiyini qeyd etməklə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair MPM-nin 217.3-cü maddəsində nəzərdə tutulmuş tələbi pozmuşdur.
53. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan bütün şəxslər əmək qabiliyyəti olmayan şəxslər hesab olunduğundan məhkəmənin ikinci dərəcə əlil olsa da yüngül işlərdə işləməsinin mümkün olduğuna dair sənədə istinad etməklə iddiaçının əmək qabiliyyətini itirmiş şəxs sayılmadığına dair iş üzrə gəldiyi nəticə qanunun tələbinə uyğun olmamışdır.
54. Lakin kollegiya apellyasiya instansiyası məhkəməsi ilə bu hissədə razılaşır ki, idd ianın MM-nin 1121.1.4-cü maddəsinə əsasən təmin edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə eyni zamanda ərinin öldüyü günədək onun himayəsində (maddi cəhətdən tam və ya qismən asılılığında) olduğunu təsdiq edən sübutlar təqdim edilməli idi. Belə ki, şəxsin ölmüş şəxsin öhdəsində olması faktı sübutlarla təsdiq edilməlidir. Əgər bu sübutları əldə etmək mümkün deyilsə maraqlı şəxs şəxsin öhdədə olma faktının müəyyən edilməsinə dair məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. 55. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, “şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyət ə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir.”
56. Kollegiya qeyd edilən qərardakı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Az ərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulmuşdur.
57. Nəzərə alınmalıdır ki, sadəcə nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Azərbaycan Respublikası Ailə Məcəll əsinin 84-cü maddəsindəki əsaslar və digər üzürlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-nin 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.
58. Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddianın əsaslı olub-olmadığını MM-nin 1121.1.3-cü maddənin tələbləri baxımından yoxlamamış, həmin normadakı əsasların mövcud olub-olmadığı araşdırılmamışdır. Qeyd edilən normaya əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən arvad (ər) əmək qabiliyyətindən asılı olma yaraq bu normaya əsasən ailə başçısının ölümünə görə zərər tələb edə bilər. 1121.3.5-ci maddəyə əsasən bu halda zərər ölənin himayəsində olmuş uşaqları on dörd yaşına çatanadək hesablanmalı və tutulmalıdır. MM-nin 1121.2-ci maddəsi isə bu normaya əsasən zərərin əvəzinin ödənilməsini həmin şəxslərə qulluq qurtardıqdan sonra da tələb etmək hüququ verir.
59. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (103)-5230/2021 saylı qətnaməsindən görünür ki, iddiaçının "xxxx" QSC-yə qarşı ərinin ölümünə görə mənəvi zərər tələbi ilə bağlı iddia tələbinə baxılarkən məhkəmə tərəfindən iddiaçının himayəsində yetkinlik yaşına çatmamış uşaqların olduğu müəyyən edilmiş və bu hal mənəvi zərərin məbləğinin müəyyənləşdirilməsi zamanı nəzərə alınmışdır.
60. Belə olan h alda işə baxmış məhkəmə tərəfindən iddianın 1121.1.3.-cü maddə əsasında təmin edilməsinin mümkünlüyünün yoxlanılması üçün ailə başçısı vəfat edərkən uşaqlarının hansı yaşda olması (14 yaşına çatıb-çatmadıqları) ilə bağlı müvafiq araşdırma aparılmalı idi.
61. Nəzərə alınmalıdır ki, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.
62. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərinin ölümünə görə mənəvi ziyan tələbi irəli sürməsi hazırkı iddia tələbinin tam və ya qismən rədd edilməsi üçün əsas ola bilməz. 63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilənlərə əsasən, “ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi öl ənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.”
64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmış birinci instansiya məhkəməsinin qətnaməsində (35-ci bənd) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmadan iddiaçıya ərinin ölümünə görə 10.000 manat məbləğində mənəvi ziyana görə əvəz ödənilməsi iddianın rədd edilməsinin əsasl arından biri kimi göstərilmişdir.
65. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(103)-5513/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.