Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5100/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit məbləğinin qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti verməyən tərəfin kasasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Sumqayı t Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)166/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-66/2019 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı ASC-nin iddiası təmin edilərək, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli, XXX kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 44833 manat əsas borc, 953 manat faiz borcu olmaqla, cəmi 45786 manat məbləğində kredit borcunun, iddia qaldırarkən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyest rində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 10 manat rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1, 1 saylı evin 31 nömrəli mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 1, 1C saylı evin 31 nömrəli mənzilində yaşayan Cav abdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə 1 ay müddətində çıxarılması, mənzilin 1 ay müddətində boşaldılması, əmlakın satışdan əldə edilən vəsaitin pul tələblərinin ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1, 1 saylı evin 31 nömrəli mənzilinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-166/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə dəyişdirilmədən saxlamışdır. Cavabdeh2 və vəkili Vəkil kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-166/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 kasasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər təl əbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kasasiya instansiya məhkəməsi işə baxarkən kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Hazırki iş üzrə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2 019cu il tarixli qətnaməsi ilə iddia tam, o cümlədən Cavabdeh2 münasibətdə (onun ipoteka ilə yüklü edilmiş mənzildən çıxarılması hissəsində) təmin olunsa da, həmin cavabdeh apelyasiya şikayəti verməmiş, qətnaməni yalnız Cavabdeh1 apelyasiya qaydasında mübahisələndirmiş və yuxarıda qeyd olunduğu kimi apelyasiya məhkəməsi tərəfindən qətnamə yalnız sonucunun mübahisələndirdiyi hissədə yoxlanılmaqla, dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə Cavabdeh2 apelyasiya şikayəti vermədiyi halda, apelyasiya məhkəməsinin qətnaməsindən kasasiya şikayət vermişdir.. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, həmin Cavabdeh2 kasasiya şikayəti məhkəmə baxışından çıxa rılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)5100/2020 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)166/2020 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq, qaytarılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5100/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5100/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver