Məhkəmə qərarları › İş №2(102)-5101/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5101/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5101/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “girov qoyulmuş əmlakın açıq hərracda satılaraq borcun ödənilməsi” tələbinə tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1606/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətna məsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 04 dekabr 2007-ci il tarixli, 09/A saylı kredit müqaviləsindən görünür ki, “AmrahBank“ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 24 faiz olmaqla avtomobil almaq məqsədilə 30.000 (otuz min) manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Borcalan tərəfindən əsas və faiz borcu həmin müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan kreditin ödəniş cədvəli əsasında ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi onun aldığı kreditin 0,08 % hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 07.01.2009-cu il tarixli, 1851-0009 say lı kredit müqaviləsinə əlavədən görünür ki, “AmrahBank“ ASC ilə Cavabdeh arasında 24 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 2550 (iki min beş yüz əlli) manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. 08.05.2009-cu il tarixli, 1851-0009 saylı kredit müqaviləsinə əlavədən görünür ki, “AmrahBank“ ASC ilə Cavabdeh arasında 18 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 750 (yeddi yüz əlli) manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin ödəniş qrafikindən görünür ki, kredit alan Cavabdeh 36 ay müddətində hər ay 1176,99 manat olmaqla 04.01.2008-ci il tarixdən başlayaraq sonuncu ödənişi 04.12.2010-cu il tarixədək etməklə 42372 manat məbləğində hesablanmış əsas borcu və faizi banka qaytarmalı idi. 04.12.2007-ci il tarixli, 09/A saylı kredit müqaviləsin in təminatı qismində X2 ilə 04.12.2007-ci il tarixli, 09 saylı Girov müqaviləsi bağlanaraq cavabdehə məxsus Kamaz 5511 yük markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili-1989, xaki rəngli avtomobil banka girov qoyulmuşdur. 11.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 dekabr 2007-ci il tarixli, 09/A saylı kredit müqaviləsi üzrə banka olan borcu 15500 (on beş min beş yüz) manat, faiz borcu 3000 (üç min) manat və 900 (doqquz yüz) manat cərimə olmaqla, cəmi 19400 (on doqquz min dörd yüz) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə 15.500 (on beş min beş yüz) manat, faiz borcu üzrə 3000 (üç min) manat və 900 (doqquz yüz) manat cərimə olmaqla cəmi 19.400 (on doqquz min dörd yüz) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh məxsus girov qoyulmuş Kamaz 5511, ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1989, xaki rəngli avtomaşına yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-i ilə Cavabdeh arasında 04 dekabr 2007-ci il tarixli, 09/A saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 07.01.2009-cu il tarixli, 1851-0009 saylı kredit müqaviləsinə əlavəyə əsasən borca lana 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 2550 (iki min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-i ilə Cavabdeh arasında 08.05.2009-cu il tarixli, 18510009 saylı kredit müqaviləsinə əlavəyə əsasən borcalana 18 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 750 (yeddi yüz əlli) manat məbləğində kredit verilmişdir. 04.12.2007-ci il tarixli, 09/A saylı kredit müqaviləsinin təminatı qismində X2 ilə 04.12.2007-ci il tarixli, 09 saylı Girov müqaviləsi bağlanaraq cavabdehə məxsus Kamaz 5511 yük markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili-1989, xaki rəngli avtomobil banka girov qoyulmuşdur. Cavabdeh 04 dekabr 2007-ci il tarixli, 09/A saylı kredit müqaviləsi üzrə banka olan faiz və kredit borclarını ödəməyərək müqavilə şərtlərini pozmuşdur. Hazırda cavabd ehin banka olan əsas borcu 15500 (on beş min beş yüz) manat, faiz borcu 3000 (üç min) manat və 900 (üç yüz) manat cərimə olmaqla cəmi 19400 (on doqquz min dörd yüz) manat kredit borcu vardır. 04 dekabr 2007-ci il tarixli 09 saylı girov müqaviləsinin 4.1-ci maddəsinə əsasən Girovqoyan kredit müqaviləsində göstərilən öhdəliklərin icra müddəti başa çatdıqdan sonra 10 gün ərzində ssudanı qaytarmadıqda və ya faizləri ödəmədikdə bank tələbi girov qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Həmin girov müqaviləsinin 4.2-ci bəndinə əsasən girov qoyulmuş əmlak hesabına Girovqoyanın kredit müqaviləsi üzrə ödəmədiyi bütün kredit məbləği və faktiki ödəmə anına ona hesablanmış faizlər, habelə icranın ləngidilməsindən dəyən zərər və bu müqavilədə nəzərdə tutulmuş digər cərimələr də daxil olmaqla Girovs axlayının bütün tələblərini təmin edir. Hal-hazıradək cavabdehə edilmiş bütün xəbərdarlıqlara baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim Elçin Kazımov) 06 dekabr 2016-cı il tarixli, 2(049)9977/2016 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı girov qoyulmuş əmlakın açıq hərracda satılaraq borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh əsas borc üzrə 15500 (on beş min beş yüz) manat, faiz borcu üzrə 3000 (üç min) manat və 300 (üç yüz) manat cərimə olmaqla cəmi 18800 (on səkkiz min səkkiz yüz) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh məxsus girov qoyulmuş Kamaz 5511, ** BX *** dövlət qeydiyyat nişanl ı, buraxılış ili-1989, xaki rəngli avtomaşına yönəldilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 04 dekabr 2007-ci il tarixli 09/A saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 07.01.2009-cu il tarixli 1851-0009 saylı kredit müqaviləsinə əlavəyə əsasən borcalana 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 2550 (iki min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 08.05.2009-cu il tarixli 1851-0009 saylı kredit müqaviləsinə əlavəyə əsasən borcalana 18 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 750 (yeddi yüz əlli) manat (məbləğində kre dit verilmişdir. 04.12.2007-ci il tarixli 09/A saylı kredit müqaviləsinin i təminatı qismində Cavabdeh ilə 04.12.2007-ci il tarixli 09 saylı Girov müqaviləsi bağlanaraq cavabdehə məxsus Kamaz 5511 yük markalı, dövlət qeydiyyat nişanlı ** BX ***, buraxılış ili 1989, xaki rəngli avtomobil banka girov qoyulmuşdur. Cavabdeh 04 dekabr 2007-ci il tarixli 09\A saylı kredit müqaviləsi1 üzrə Banka olan faiz və kredit borclarını ödəməyərək müqavilə şərtlərini pozmuşdur. Hazırda onun banka əsas borcu 15.500 (on beş min beş yüz) manat, faiz borcu 3000 (üç min) manat, 900 (doqquz yüz) manat, cəmi 19400 (on doqquz min dörd yüz) manat borcu yaranmışdır. 04 dekabr 2007-ci il tarixli 09/A saylı kredit müqaviləsinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi onun aldığı kreditin 0,08 % hesablanır və borc alan tərəfindən kreditora ödənilir. İddiaçı bank da kredit müqaviləsinin qeyd olunan müddəasına əsaslanaraq Cavabdeh 900 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini rəhbər tutaraq 04 dekabr 2007-ci il tarixli 09/A saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilat tərəfindən 900 manat məbləğində hesablanmış cərimə məbləği azaldılaraq 300 manat məbləğində saxlamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunu Cavabdeh aid etmişdir. Məhkəmə iddia tələbinin avtomaşının hərracda satılması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, əmlakın hərracda satılması məhkəmə qətnaməsinin icrası mərhələsində həyata ke çirilməli olduğundan hazırki mərhələdə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 430.1, 442, 443.1, 443.2, 448.1, 449.1, 462.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh X2 apelyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(049)-9977/2016 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki halları üzrə heç bir araşdırma aparmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməs indəki birinci icraat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2020-ci il tarixli, 9/1302 saylı ekspertiza rəyindən görünür ki, 04 dekabr 2007-ci il tarixli 09/A, 07 yanvar 2009-cu il tarixli 1851-0009 saylı və 08 yanvar 2009-cu il tarixli 1851-0009 saylı kredit müqavilələri üzrə silinmələr eyni hesab üzrə aparıldığından, cavabdehin banka ödəməli olduğu hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda borcunun konkret olaraq müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-06/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və Z.B.Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(049)-9977/2016 saylı qətnaməsi cavabdehdən faiz borcu üzrə 3000 manatın, cərimə borcu üzrə 300 manatın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddianın rədd olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, borclu Cavabdeh 04 dekabr 2007ci il tarixli, 09/A saylı müqaviləyə əsasən kreditor "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh mülkiyyətində olan Kamaz 5511 yük markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili-1989, xaki r əngli avtomobilin kredit borcunun qaytarılması üçün yüklü edilməsi nəzərə alınaraq, iddiaçı "xxxx" ASC-nin tələbinin girov predmeti olan həmin əmlaka yönəldilməklə açıq hərracda satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminat üsulu kimi çıxış edən girov müqaviləsi Azərbaycan Respublikası MM-nin 280-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə girov qoyan Cavabdeh iradə ifadəsinə zidd olmamış və onun tərəfindən imzalanmışdır. Həmin müqavilə ilə o, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin öd ənilməsi də daxil olmaqla, kreditor qarşısında məsuliyyət daşımasına razılıq vermişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarına istinad edərək göstərmişdir ki, həmin Qərarda belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıd ır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehdən kredit müqaviləsi üzrə faiz borcu üzrə 3000 (üç min) manat və cərimə borcu üzrə 300 (üç yüz) manat məbləğində pulun tutulması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli qətnaməsini Cavabdeh faiz borcu üzrə 3000 (üç min) manat və cərimə borcu üzrə 300 (üç yüz) manat məbləğində pulun tutulması hissəsində ləğv etmiş və həmin hissədə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin faiz və cərimə borclarının rədd olunmasına dair hissədə qanunun tələblərinə uyğun əsaslandırılmamasını, məhkəmə kollegiyasının gəldiyi nəticənin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449-cu maddəsinin həmin münasibətləri tənzimləməməklə düzgün tətbiq olunmamasını əsas göstərməklə qətnamənin faiz və cərimə borclarına dair tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Xələfov sədrlik edən və məruzəçi, Gündüz Quliyev və Zaur Əliyev) 10 fevral 2021-ci il tarixli 2(102)-1540/21 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apely asiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli 2(106)-06/2020 saylı qətnaməsi cavabdeh Rəcəbov Etızar Əşrəf oğlundan faiz borcu üzrə 3000 manat və cərimə borcu üzrə 300 manat məbləğində pul vəsaitinin tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, araşdırılmamış hesab etdiyi halları yoxlamamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının qüvvəsini tətbiq etməmişdir. Maddənin məzmunundan göründüyü kimi həmin norma pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti müəyyən etdi yindən mübahisəli hüquq münasibətini tənzimləmir. Beləliklə qanunun həmin norması mübahisəli hüquq münasibətini tənzimləmədiyi kimi, iddianın mübahisələndirilən hissədə müvafiq araşdırma aparılmadan rədd edilməsi üçün də əsas verməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Həmidov - sədrlik edən və məruzəçi, Tale Kərimov və Tofiq Heydərov) 2(106)-1606/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Rəcəbov Etızar Əşrəf oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(049)9977/2016 nömrəli qətnaməsi dəyişmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş mater ialları üzrə yoxlayıb hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, borclu Rəcəbov Etızar Əşrəf oğlu 04 dekabr 2007-ci il tarixli, 09/A saylı müqaviləyə əsasən kreditor "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh Rəcəbov Etızar Əşrəf oğlunun mülkiyyətində olan Kamaz 5511 yük markalı, ** BX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili-1989, xaki rəngli avtomobilin kredit borcunun qaytarılması üçün yüklü edilməsi nəzərə alınaraq, iddiaçı "xxxx" ASC-nin tələbinin girov predmeti olan həmin əmlaka yönəldilməklə açıq hərracda satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh Rəcəbov Etızar Əşrəf oğlu 04.12.2007-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında götürdüyü öhdəliyi yol-nəqliyyat hadisəsi törətdiyi üçün bir müddət ödəyə bilmədiyindən 2011-ci ildə banka müraciət edərək qalıq qalmış 19000 manat borc üzrə faiz hesablanmasının dondurulmasını xahiş etdiyini, lakin bundan sonra imkanı daxilində 3600 miqdarında ödəniş etsə də bank tərəfindən bu ödənişlərin nəzərə alınmadığını, banka olan faiz borcunun düzgün hesablanmadığını göstərmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli, 2(106)15/2019 saylı qərardadına əsasən cavabdeh Rəcəbov Etızar Əşrəf oğlunun 04.12.2007-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin yenidən hesablanmasını təmin etmək məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək işin icraatının dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2020-ci il tarixli, 9/1302 saylı ekspertiza rəyindən görünür ki, 04 dekabr 2007-ci il tarixli 09/A, 07 yanvar 2009-cu il tarixli 1851-0009 saylı və 08 yanvar 2009-cu il tarixli 1851-0009 saylı kredit müqavilələri üzrə silinmələr eyni hesab üzrə aparıldığından, cavabdehin banka ödəməli olduğu hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda borcunun konkret olaraq müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Cavabdehin avtoqəza törətməsi və zərər çəkmiş ş əxslərə maddi zərərin əvəzini ödəmək məcburiyyətində qalması ilə bağlı apelyasiya şikayətində göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, işin bu halı cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayət verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1606/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar işə baxan apelyasiya instansiyası məhkəməsini iş üzrə heç bir əlavə araşdırma aparmadan iş materiallarında olan sübutlara əsaslanaraq qanunsuz və əsasız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyy ənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh Rəcəbov Etızar Əşrəf oğlunun kassasiya şikayəti əsasında qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Rəcəbov Etızar Əşrəf oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1606/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar