Məhkəmə qərarları › İş №2(102)-5102/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5102/2019

24.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5102/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli 2(104)-336/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdam rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Seyfullayev, iş 2(13)-2557/2017) iddiaçı “xxxx” İKB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən cəmi 40.068 ABŞ dolları məbləğində borcun qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutulub iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə ödənilməsi, tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus N küçəsi ev 37 a, mənzil 6-ya yönəldilərək mənzilin ilkin satış qiymətinin 55.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə olunacaq məbləğin iddiaçının xeyrinə ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.M.Əliyeva, R.Ş.Muradov və A.H.Hüseynzadə) Cavabde h tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağdam rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faiz ödəmək şərtilə 60 ay müddətinə 38.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan N küçəsi ev 37 a, 6 saylı mənzil 11.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar 16.11.2015-ci il tarixdə Bank tərə findən ona xəbərdarlıq məktubu göndərilmiş, lakin borcun ödənilməsi təmin olunmadığına görə borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildiriş göndərilmiş, 04.12.2015-ci il tarixdə bildiriş qeydə alınmışdır. 2016-cı ilin mart ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən cavabdehdən cəmi 50.693 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassas iya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edi b, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” İKB ASC ilə Cavabdeh 11.11.2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci m addəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar