Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5102/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, zaminlik) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş m ateriallarına əsasən, 22 iyul 2011-ci il tarixli x saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" QSC tərəfindən Cavabdeh1 120 ay müddətə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 28 oktyabr 2015-ci il tarixli x saylı sazişə əsasən, 22 iyul 2011-ci il tarixli x №-li kredit xətti müqaviləsinin müddəti 170 ay müəyyən edilmişdir. 2. 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 1.6667 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 95.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı əlavəyə əsasən, Cavabdeh1 36 ay müddətində 12 sentyabr 2013-cü il tarixdən başlayıb, sonuncu ödənişi 12 avqus t 2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 4. "Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında" 29 oktyabr 2015-ci il tarixli x saylı sazişə əsasən, 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 29 oktyabr 2015-ci il tarixindən aylıq 1.25% dərəcəsi ilə faizlə hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 12 avqust 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 29 oktyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. 5. 28 fevral 2014-cü il tarixli, x saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 1.5833 % dərəcəsi ilə ödə niş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 6. 12 avqust 2013-cü il tarixli, x nömrəli kredit razılaşması üzrə 29 oktyabr 2015-ci il tarixli saziş əsasında tərtib olunan yeni kredit borcunun ödənişi cədvəlinə əsasən, Cavabdeh1 12 noyabr 2013-cü il tarixdən başlayıb, sonuncu ödənişi 02 sentyabr 2025-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür.
7. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, X2 oğlu, habelə Cavabdeh4 arasında bağlanmış 22 iyul 2011-ci il tarixli və 12 avqust 2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.
8. X2 oğlu və Cavabdeh4 ilə "xxxx" QSC arasında 28 oktyabr 2015-ci i l tarixdə bağlanmış "zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" sazişə əsasən, sonuncu kredit xətti müqaviləsinin müddətinin 170 aydadək uzadılmasına razılıq vermişlər.
9. Cavabdeh1 22 iyul 2011-ci il tarixli x saylı ipoteka müqaviləsinə (həmçinin 21.10.2015-ci il tarixli x saylı sazişə) əsasən, Lənkəran şəhəri, X1 küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 35 nömrəli fərdi yaşayış evi (0.10 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir.
10. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakı n dövlət reyestrində qeydə aldırmışdır.
11. Bank 06.02.2017-ci ildə aşağıdakı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə x saylı kredit razılaşması üzrə 54222.37 ABŞ Dolları kredit borcu, 14941.71 ABŞ Dolları faiz borcu və 20540.89 ABŞ Dolları cərimə olmaqla, cəmi 89704.97 ABŞ Dolları məbləğində borcun, x saylı kredit razılaşması üzrə 21816.05 ABŞ dolları kredit borcu, 8564.50 ABŞ dolları faiz borcu və 7820.70 ABŞ dolları cərimə olmaqla, cəmi 38.201.25 ABŞ dolları məbləğində borcun, ümumilikdə isə 127.906.22 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qa ldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və 127906.22 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə almması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan m əbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 22 iyul 2011-ci il tarixli x saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. 28 oktyabr 2015-ci il tarixli xSD saylı sazişlə müqaviləyə dəyişiklik edilərək, kredit xəttini n müddəti 170 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 95000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29 oktyabr 2015-ci il tarixli xS saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12 yanvar 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 40777.63 ABŞ Dolları ödəmiş, onun 54222.37 ABŞ Dolları məbləğində kredit b orcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 -ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün, 25 yanvar 2017-ci il tarixə 379 gün üçün hesablanmış faiz borcu 14941.71 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 25 yanvar 2017-ci il tarixə 379 gün üçün he sablanmış cərimə 20540.89 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29 oktyabr 2015ci il tarixli x saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02 avqust 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8183.95 ABŞ Dolları ödəmiş, onun 21816.05 ABŞ D olları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25 yanvar 2017-ci il tarixə 176 gün üçün hesablanmış faiz borcu 8564.50 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 25 yanvar 2017ci il tarixə 176 gün üçün hesablanmış cərimə 7820.70 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 22 iyul 2011-ci il tarixli x saylı zaminlik müqaviləsinə (həmçinin 28.10.2015-ci il tarixli x saylı sazişə), Cavabdeh3 22 iyul 2011-ci il tarixli x saylı zaminlik müqaviləsinə (həmçinin 28.10.2015-ci il tarixli xsaylı sazişə), Cavabdeh4 isə 12 avqust 2013-cü il tarixli x saylı zaminlik müqaviləsinə (həmçinin 28.10.2015-ci il tarixli x saylı sazişə) əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqav iləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış 22 iyul 2011-ci il tarixli x saylı ipoteka müqaviləsinə (həmçinin 21.10.2015-ci il tarixli x saylı sazişə) əsasən, Lənkəran şəhəri, X1 küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 35 nömrəli fərdi yaşayış evi (0.10 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 3 nömrəli reyestr kitabının 175 nömrəli vərəqində qeydiyyata alınmış Seriya MA ******* nömrəli çıxarışla, L ənkəran şəhəri, X1 küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətindəki 35 nömrəli fərdi yaşayış evinin (0.10 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC- nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 29 oktyabr 2015-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 13 yanvar 2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, bildiriş 16 yanvar 2017-ci il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 19 yanvar 2017-ci t arixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə təqdim edilmiş və həmin İdarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir.
14. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.
15. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Rzayev) 14 sentyabr 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müşt ərək qaydada 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşması üzrə 53834.25 ABŞ dolları məbləğində kredit borcu, 14941.71 ABŞ dolları məbləğində faiz borcu və 10000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 78775.96 ABŞ dolları məbləğində borcun, 28 fevral 2014-cı il tarixli x kredit razılaşması üzrə 21816.05 ABŞ dolları məbləğində kredit borcu, 5772.85 ABŞ dolları məbləğində faiz borcu və 4000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 31588.90 ABŞ dolları məbləğində borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə 110364.86 ABŞ dolları kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cav abdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulacaq 110364.86 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulmalı olan cəmi 110364.86 ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı üzrə tutmanın "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus Lənkəran şəhəri, X1 küçəsində 0.10 ha torpaq sahəsi ilə birlikdə 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Lənkəran şəhəri, X1 k üçəsində 0.10 ha torpaq sahəsi ilə birlikdə 35 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 115000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması və iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun iddiaçıya aid edilməklə iddiaçı "xxxx" QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar, zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onları n bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Kərimov (sədrlik edən və məruzəçi), F.Soltanov və İ.Əhmədov) 10 iyun 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin x saylı 14 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 (apellyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 kassasiya şika yəti verərək qətnamənin ləğv, narazılıq yaradan səbəblərdən əmlakın açıq hərracda satışının indiki bazar qiymətinə uyğun müəyyənləşdirilməsindən, iddia tələbində göstərilmiş faiz və əsas məbləğinin müqaviləyə uyğun ödənilməsini yoxlamaqdan və təkrar əlavə ekspertiza təyin etməkdən ötrü Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsindəki imzaların onlara aid olmamasının yoxlanılmasından ötrü məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsindən ötrü işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi işdə iştirak edən şəxslərə məhkəmə iclası və işin gedişatı ilə bağlı vaxtında məlumat çatdırmayıb və bu səbəbdən də işdə iştirak edən tərəflər məhkəmə iclasında iştirak etm əyiblər. Cavabdeh2 öz apellyasiya şikayətində onun işlə əlaqədar cavabdeh kimi bu işlə əlaqədar cavabdeh kimi qeyd olunmağının əsas səbəbi, iş materiallarında olan 22 iyul 2011-ci il tarixli 08S********** №-li zaminlik müqaviləsidir və bu əsas qətnamənin 5-ci səhifəsində göstərilmişdir. Həmçinin, heç bir zaminlik müqaviləsi imzalamamışdır, bu müqavilədə olan imza ona aid deyildir, tanımadığı naməlum şəxslər tərəfindən saxtalaşdırılaraq imzalanmışdır və bu işlə heç bir əlaqəsi olmamasını göstərərək xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, hakim apellyasiya şikayətində qeyd olunan əsasları və onun xahişlərini yox sayaraq qeyri-qanuni qətnamə qəbul etmişdir. Sonra iş üzrə Cavabdeh1 hətta apellyasiya şikayəti belə verərək əmlakın qiymətləndirilməsini təl əb etsə də, apellyasiya şikayəti icraata götürülmədiyinə baxmayaraq, məhkəmənin bu işlə bağlı məlumatı olduğu halda yenidən əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etməmişdir. İş üzrə cavabdeh Cavabdeh3 apellyasiya şikayəti verərək onun zaminlik müqaviləsindən heç bir xəbəri olmadığını və iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etməsinə baxmayaraq, işə baxan hakim onun mübahisələndirdiyi məsələyə belə hüquqi qiymət verməyərək, birmənalı şəkildə işə baxaraq qətnamə qəbul etmişdir. İş apellyasiya məhkəməsinin icraatında olduğu zaman digər Cavabdeh4 apellyasiya şikayəti hələ Lənkaran Rayon Məhkəməsində müddət məsələsi müzakirə olduğu zaman 10.07.2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsi 2(106)-51/2020 saylı qətnamə qəbul etmişdir. Cavabdeh4 apellyasiya ş ikayətində onun ümumiyyətlə məhkəmə qətnaməsindən və işin gedişatından xəbəri olmadığını, məhkəmə bildirişlərinin ona çatmadığını bildirmişdir. Bu hal da Şirvan Apellyasiya Məhkəməsi tərəfində yol verilmiş əsas prosessual pozuntudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 470.1 və 470.2. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər
24. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyf iyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi və onun mənafeyi ilə bağlı olan hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri, kassatorun mənafeyi olan hallarla bağlıdır.
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 34. 22 iyul 2011-ci il tarixli x №-li kredit xətti müqaviləsindən görün ür ki, Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 35. 22 iyul 2011-ci il tarixli 08S********** №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 36. 12 avqust 2013-cü il tarixli x №-li kredit razılaşmasından görünür ki, "xxxx" QSC-nin Lənkəran filialı və Cavabdeh1 arasında 22 iyul 2011-ci il tarixli x saylı kredit xətti müqaviləsi üzrə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 1.6667 % ödəmək şərti ilə 95000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 37. 12 avqust 2013-cü il tarixli kreditin verilməsi barədə ord erdən görünür ki, bank tərəfindən Cavabdeh1 950 ABŞ dolları komissiya haqqı çıxılmaqla, 95000 ABŞ dolları məbləğində nəğd pul verilimşdir. 38. 12 avqust 2013-cü il tarixli x №-li kreditrazılaşmasının ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 36 ay müddətində 12 sentyabr 2013-cü il tarixdən başlayıb, sonuncu ödənişi 12 avqust 2016-cı il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin ödəniş planı ilə cavabdeh (zamin) Cavabdeh2 tanış olmuş və razılığını ödəniş planında qeyd yazıb imza etməklə bildirmişdir 39. 22 iyul 2011-ci il tarixli x №-li kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 28 oktyabr 2015-ci il tarixli xSD saylı sazişdən görünür ki, 22 iyul 2011-ci il tarixli x №-li kredit xətti müqaviləsinin müddəti 170 ay müəyyən edilmişdir.
40. Cavabdeh2 ilə "xxxx" QSC arasında 28 oktyabr 2015-ci il tarixdə bağlanmış "zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" sazişdən görünür ki, sonuncu kredit xətti müqaviləsinin müddətinin 170 ayadək uzadılmasına razılıq vermişdir. 41. "Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında" 29 oktyabr 2015-ci il tarixli xS saylı sazişdən görünür ki, 12 avqust 2013-cü il tarixli x saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 29 oktyabr 2015-ci il tarixindən aylıq 1.25% dərəcəsi ilə faizlə hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 12 avqust 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarix ləri bu sazişə əlavə olunan 29 oktyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. 42. 12 avqust 2013-cü il tarixli x №-li kredit razılaşması üzrə 29 oktyabr 2015-ci il tarixli saziş əsasında tərtib olunan yeni kredit borcunun ödənişi cədvəlindən görünür ki, Cavabdeh1 12 noyabr 2013-cü il tarixdən başlayıb, sonuncu ödənişi 02 sentyabr 2025-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 43. 28 fevral 2014-cü il tarixli x №-li kredit razılaşmasından görünür ki, "xxxx" QSC-nin Lənkəran filialı və Cavabdeh1 arasında 22.07.2011-ci il tarixli x saylı kredit xətti müqaviləsi üzrə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 1.5833 % ödəmək şərti ilə 30000 ABŞ dolları mə bləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 44. 28 fevral 2014-cü il tarixli kreditin verilməsi barədə orderdən görünür ki, bank tərəfindən Cavabdeh1 300 ABŞ dolları komissiya haqqı çıxılmaqla 30000 ABŞ dolları məbləğində nəğd pul verilimşdir. 45. 28 fevral 2014-cü il tarixli x №-li kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı əlavədən görünür ki, Cavabdeh1 36 ay müddətində 01 aprel 2014-cü il tarixdən başlayıb sonuncu ödənişi 01 mart 2017-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin ödəniş planı ilə cavabdeh (zamin) Cavabdeh2 tanış olmuş və razılığını ödəniş planında qeyd yazıb imza etməklə bildirmişdir. 46. "Kredit razılaşması və ödəniş planına dəyişiklik edilmə si haqqında" 29 oktyabr 2015-ci il tarixli x saylı sazişdən görünür ki, 28 fevral 2014-cü il tarixli x saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 29 oktyabr 2015-ci il tarixindən aylıq 1.25% dərəcəsi ilə faizlə hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 28 fevral 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 29 oktyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2ci maddəsinə görə gələcəkdə yaranacaq öh dəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir.
48. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər.
50. İşin hallarına əsasən "xxxx" QSC ilə zamin (cavabdeh) Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi ümumi xarakterli olmaqla, gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləğ i 300000ABŞ dolları, müddəti isə 170 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 170 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır.
51. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 3 07.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçünkredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlarkredit xətti müqaviləsində dəqiq göst ərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinəkreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir».
52. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqa viləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır.
53. Konstitusiya Məhkəməsinin Plenumunun vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öh dəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur.
54. Hazırki işin materiallarından isə görünür ki, iddiaçı borc alan Cavabdeh1 ilə kredit xətti müqaviləsi çərçivəsində kredit razılaşması bağlayarkən, verilən kreditin faizi və qaytarılması müddəti barədə zamin Cavabdeh2 razılığını almışdır ( x saylı 12 avqust 2013-cü il tarixli kredit razılaşması üzrə ödəniş planı və x saylı 28 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planına zamin olaraq Cavabdeh2 razılıq vermişdir). 55. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
56. İşə baxan məhkəmələr t ərəfindən müəyyən edilmişdir ki, kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları olmaqla müddətinin 170 ayadək uzadılmasına zamin Cavabdeh2 razılıq vermişdir. Həmçinin kredit xətti müqaviləsi çərçivəsində bağlanan kredit razılaşmaları üzrə tərtib olunan ödəniş planları ilə tanış olaraq, razılaşmalar üzrə verilən kreditin ümumi məbləği, qaytarılma müddəti və faiz dərəcəsini bilmiş, buna razılığını öz imzası ilə təsdiq etmişdir. Sonradan 29 oktyabr 2015-ci il tarixdə kredit razılaşmaları üzrə ödəniş planlarına edilən dəyişikliklərlə həmin zaminin məsuliyyətinin ölçüsü artmamışdır. Belə ki, razlaşmalar üzrə kreditlərin faiz dərəcələri 1.667% və 1.5833%-dən 1.25%-ə endirilmiş, kreditin qaytarılma müddəti və ümumi məbləği zaminin imzaladığı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr in edilməsi haqqında 28 oktyabr 2015-ci il tarixli sazişin çərçivəsindən kənara çıxmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyatora münasibətdə zaminliyə xitam verilməsi üçün hazırki işdə əsaslar yoxdur.
57. Kollegiya nəzərə alır ki, müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iştirak edərək özünün zaminliyi ilə bağlı istinad etdiyi halları mübahisələndirməmişdir. Əlavə faktlar və sübutlar apellyasiya məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (§ 28).
58. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılm ış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.